Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə64/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   60   61   62   63   64   65   66   67   ...   249

downloaded from KitabYurdu.az

 

 



132 

məktubla  müraciət  edərək,  qeyri-rus  xalqlarının  orduya  çağırılması  işinin  qaydaya 

salınmasını  xahiş etmişdilər.  Bununla birlikdə onlar belə hesab  edirdilər  ki,  tarla  işlərinin 

qızğın  çağında  kəndlilərin  məşğulluğu  mütləq  nəzərə  alınmalı,  onların  ailələri  də  orduya 

çağırılmışların  ailələri  kimi  dövlət  payları  ilə  təmin  olunmalı,  tibbi  və  yaş  yoxlanılması 

diqqətlə  aparılmalı,  fəhlə  drujinalarına  rəislər  təyin  edilərkən  rəislərin yerli  dili  bilməsi 

nəzərə  alınmalıdır

160


.  Fraksiya  və  onun  bürosunun  səyi  nəticəsində  qeyri-rus  əhalinin 

səfərbər  edilməsi  sentyabrın  15-dək  təxirə  salındı.  "Açıq  söz"  qəzeti  bu  xidməti  qeyd 

edərək yazırdı ki, "Qafqaz  müsəlmanları fraksiyanın və büronun xeyrini gördülər, hərçənd 

ki, bizdən onlara bir xeyir yo xdur". 

Ölkədə  ümummilli  böhran  güclənirdi.  Dumada  təmsil  olunmuş  bütün  siyasi 

qüvvələr  dumadan  narazı  olduqlarını  gizlətmirdilər,  Çarizmə  olan  bütün  ümidlər  özünü 

doğrultmadı, vəd olunmuş islahatlar kağız üzərində qaldı. Tədricən aydınlaşdı ki, islahatlar 

keçirilməyəcək. Ümid məyusluqla əvəz olundu, bu da, demək olar ki, bütün Du manı bürüyən 

əsəbiliyə çevrildi. Əsəbi Duma çar üçün də əlverişli oldu. 1917-ci  il  martın 1-də senata 

veriləcək çar fərmanları dərc olundu. Bu fərmanlara görə, Dumanın iclasları fevralın 26-

da dayandırılmalı və 1917-ci ilin aprelindən gec olmayaraq başlamalı idi.  Lakin nə hökumət 

fərmanını,  nə  də  çarın  yeni  duma  çağırmaq  ümidlərini  həyata  keçirmək  nəsib  olmadı. 

Fevralın 26-da Dövlət Dumasının ağsaqqallar şurası dumanın buraxılması haqqında fərmanla 

tanış  olaraq  qərara  aldı  ki,  "Dövlət  Duması  dağılmır,  bütün  deputatlar  öz  yerlərində 

qalsınlar". 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


downloaded from KitabYurdu.az

 

 



133 

III FƏSİL 

 

AZƏRBAYCAN VƏ BİRİNCİ DÜNYA MÜHARİBƏSİ 

 

§ 1. AZƏRBAYCAN MÜHARİBƏ EDƏN DÖVLƏTLƏRİN 

PLANLARINDA 

 

1914-cü  ilin  iyununda  bəşəriyyət  tarixində  öz  miqyası  və  qurbanlarına 



görə o vaxtadək misli görünməmiş müharibə  - Birinci dünya müharibəsi başlandı. 

Müharibənin  başlanmasının  səbəbkarları  onun  iştirakçısı  o lan  bütün 

aparıcı  dövlətlər  -  Almaniya,  İngiltərə,  Fransa, Avstriya,  Macarıstan  və  Rusiya  idi. 

Lakin  İngiltərə,  Rusiya  və  digər  dövlətləri  sıxışdıraraq,  silah  gücünə  dünyanı 

yenidən  bölüşdürüb  pay  almağa  can  atan  Almaniya  müharibənin  başlanmasında 

əsas rol oynadı. 

Müharibə  Avstriya-Macarıstan  ordusunun  Serbiyaya  qarşı  yürüşü  ilə 

başladı.  Serbiya  ilə  müqaviləsi  olan  Rusiya  iyunun  19-da  (avqustun  1-də)  ümumi 

səfərbərlik  keçirdi.  Buna  cavab  olaraq  Almaniya  Rusiyaya  müharibə  elan  etdi. 

Rusiyanın Antanta üzrə müttəfiqləri - Fransa və İngiltərə Alman iyaya qarşı çıxd ı. 

II  Vilhelmin  ordusu  Belçika  ərazisindən  Fransaya  soxuldu.  Rusiya  Şərqi 

Prussiyada  hücuma  başladı.  Tezliklə  Yaponiya  Antanta,  Türkiyə  isə  Almaniya-

Avstriya  bloku  ilə  birləşdi.  Müharibənin  gedişində  İtaliya  və  Ru mın iya  Üç lər 

ittifaq ı, A BŞ və digər dövlətlər isə Antanta tərəfindən əməliyyatlara qoşuldu. 

Döyüşən  bloklardan  hər  b iri  ö z  məqsədlərini  güdürdü.  Müharibənin 

başlanmasının həlledici amili müstəmləkələr və təsir dairələri üstündə Almaniya və 

İngiltərə arasındakı barışmazlıq olsa da, digər iştirakçı dövlətlər arasında da mühüm 

ziddiyyətlər  var  idi.  Rusiya  və  Almaniya  Konstantinopol  və  boğazlar  üstündə, 

Türkiyə və Rusiya Qərbi  Ermənistan və Konstantinopola görə, Rusiya və Avstriya 

Balkanlarda hökmranlıq uğrunda mübarizədə b ir-b iri ilə rəqabət aparırdı. 

Xeyli ölkələri əhatə etmiş və qlobal xarakter almış ziddiyyətlərin mürəkkəbliyi 

və rəngarəngliyi üzündən müharibə öz qanlı qəsbxanasına 38 ölkəni cəlb edərək dünya 

müharibəsinə çevrildi. 

Qafqaz,  ilk növbədə  isə neft Azərbaycanı da Almaniyanın  müdaxilə plan larına 

daxil idi. 

İngilis, fransız və alman kapitalları arasında Bakı neft sənayesində hökmranlıq 

uğrunda  başlayan  və  ilk  dövrlərdə  Rusiya  neft  ticarətində  almanların  nüfuzunun 

güclənməsinə gətirib çıxaran rəqabət nəticə etibarilə Azərbaycanın neft istehsalında əsas 

mövqeləri ələ keçirən rəqiblər tərəfindən alman kapitalının sıxışdırılması ilə başa çatdı. 

Neft istehsalı uğrundakı mübarizədə itirilmiş mövqeləri geri qaytarmaq cəhdləri 

ilə yanaşı, inhisarçı alman burjuaziyasının ideoloqları Skandinaviyadan İran körfəzinədək 

çox böyük əraziləri əhatə etməli olan "ümumalman  reyxi" yaradılması proqramını  işləy ib 

hazırlayırdılar

1

.  Almaniyanın  hökumət  məmuru  Rudolf  Martin  hələ  müharibədən  xeyli 




downloaded from KitabYurdu.az

 

 



134 

əvvəl,  1907-ci  ildə  nəşr  etdirdiyi  "Berlin-Bağdad"  adlı  kitabında  almanların  hakimiyyəti 

altında Bakı və bütün Qafqazı əhatə edəcək "Tiflis canişinliyi" yaradılmasını Almaniya və 

Rusiya arasındakı gələcək müharibənin məqsədlərindən biri ad landırırd ı

2



Müharibə  ərəfəsində  Almaniyadan  Rusiyaya,  o  cümlədən  də  Zaqafqaziyaya 



çoxlu kəşfiyyatçılar qrupu göndərilmişdi. Onlar alman firmalarının bu diyardakı şöbələrində 

və  müxtəlif  alman  mədəni-maarif  cəmiyyətlərində  fəaliyyət  göstərərək,  əhali  arasında 

təşviqedici ədəbiyyat yayır, mü xtəlif təxribat işləri aparırdılar. Alim, səyyah və s. adlar 

altında  Almaniyadan  Rusiyaya  gələn  şəxslər  də  kəşfiyyatçılıq  fəaliyyəti  ilə  məşğul 

olurdular.  Bütün bu  fəaliyyətin təşkil və  əlaqələndirilməsində qraf  fon  Şulenburq başda 

olmaqla  Tiflisdəki  Almaniya  konsulluğu,  habelə  Ərzurumdakı  alman  kon sulu  Edqar 

Andres  böyük  rol  oynayırdı

3

.  Bu  alman  casusları  Almaniyanı  Zaqafqaziya  xalqının 



müdafiəçisi, müstəqilliyinin tərəfdarları kimi təqdim edirdilər. 

Almaniya  Cənubi  Azərbaycanda  da  öz  təsirini  möhkəmləndirmək  üçün, 

Rusiyanın  buradakı  mövqeyini  zəiflətməyə  çalışaraq,  bu  bölgənin  strateji  əhəmiyyətini 

nəzərə  alıb,  nüfuzlu  yerli  dairələrlə  sıx  əlaqələr  qurmağa  can  atırdı.  Alman  kapitalı 

burada ticarət-sənaye kompaniyaları yaratmağa başladı. Bağdad dəmir yolunun bir qolu 

olacaq  Bağdad-Həmədan-Tehran  xəttinin  alman  sənayeçiləri  tərəfindən  hazırlanmış 

layihəsi onların planlarında az rol oynamırdı. 

Bu  planların həyata  keçirilməsində Almaniyanın  iqtisadi  və siyasi plasdarmı, 

sonra isə hərbi müttəfiqi olmuş Türkiyəyə mühüm yer verilirdi. 

Alman  bankları  ilk  növbədə təkcə  Türkiyə hökumətinin  maliyyə təşkilatlarına 

rəhbərlik etməklə kifayətlənmirdilər, burada alman siyasətinin icraçısı rolunda çıxış edən 

"Döyçe bank" - "Almaniya bankı" isə Türkiyə iqtisadiyyatında aparıcı rol oynayırdı

4



Müharibə ərəfəsində Almaniyanın Türkiyədəki nüfuzu xüsusilə gücləndi. 1914-cü 



ilin  əvvəlində  alman  generalı  Liman  fon  Sanders  Türkiyə  silahlı  qüvvələrinə  başçılıq 

etməyə  başladı.  Onunla  birlikdə  Türkiyəyə  gəlmiş  alman  zabitlərinin  böyük  bir  qrupu 

orduda  mühüm  vəzifələr  tutmuşdular.  Türkiyənin  hərbi  naziri,  bir  neçə  il    Türkiyənin 

hərbi attaşesi kimi Almaniyada yaşamış Ənvər paşa  II  Vilhelmlə şəxsən dost idi. Daxili 

işlər naziri Tələt paşa və hakim "İttihad və tərəqqi" Partiyasının bir çox digər xadimi də 

almanpərəst mövqe tuturdular. 

Almaniya  Yaxın  və  Orta  Şərqdə  öz  qəsbkarlıq  planlarını  həyata  keçirmək,  bu 

bölgədə  İngiltərənin  mövqelərinə  zərbə  vurmaq,  habelə  Qafqazı  tutmaq üçün  Rusiyaya 

qarşı Türkiyədən istifadə etmək niyyətində idi. 

Özünün mənafeyi ilə bağlı planları olan Türkiyə müharibəyə qoşularaq onu cihad 

elan  etdi  və bütün dünya  müsəlmanlarını  köməyə çağırdı.  Qafqaz,  Orta Asiya,  Krım  və 

Volqaboyunun istilası Turan imperiyasının yaradılması işinin məhək daşı idi. Gənc Türklər 

Partiyasının görkəmli nümayəndəsi Rifat Mövlanzadənin məlumatlarına, görə, hərbi nazir 

Ənvər paşa gənc türklər liderlərinin müşavirəsində bildirmişdi ki, Almaniyanın köməyi ilə 

biz  təkcə Makedoniyanı deyil, həm  də  Qafqaz  və Misiri  tutacaq və "İttihad  və tərəqqi" 

Partiyasının hakimiyyətini dünyada ən güclü imperiyaya çevirəcəyik. 

Hərbi əhvali-ruhiyyənin qızışdırılması antirus kampaniyası ilə. tacir, zəvvar və b. 



Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə