Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə67/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   63   64   65   66   67   68   69   70   ...   249

downloaded from KitabYurdu.az

 

 



139 

sabitləşdirilməsi  müqabilində bir növ təşəkkür idi.  Tezliklə  neftin sürətlə artan qiyməti 

Bakı neft sənayeçilərinin müharibəyə çəkdikləri xərcləri artıq laması ilə ödədi.  

Milyonçulardan H.Z.Tağıyev, M .Nağ ıyev, Ş.ƏsəduIlayev, N.Hacınski və b. 

müharibəyə külli məbləğdə ianələr verirdilər. Onlar  həmçinin Qafqaz canişininə sədaqət 

teleqramları göndərərək, müsəlmanların çara və vətənə xid mət göstərməyə, hər vasitə ilə 

müharibənin zəfərlə başa çatdırılmasına kömək etməyə hazır olduqlarını  bildirirdilər. 

Yerli burjuaziyanın təşəbbüsü ilə Bakıda və Azərbaycanın digər   şəhərlərində 

əhalidən  ianə  toplamaq  və  xeyriyyəçilik  xətti  ilə  hospitallar  təşkil  etmək  üçün 

ko mitələr yarad ıld ı. 

I917-c i  il  ərəfəsində  125  min  nəfər  qaçqın və  200  min  nəfər  müharibədən 

zərər çəkmiş müsəlman var idi. Bakı müsəlman xeyriyyəçilik cəmiyyəti uşaq evləri təşkil 

etmək  üçün  böyük  iş  aparırdı.  Belə  müəssisələr  müsəlman  əhalisinin  yığcam  yaşadığı 

bütün yerlərdə (Bakı, Gəncə, İrəvan quberniyası, Qars vilayəti və i.a.) açılmışdı. 

Azərbaycan burjuaziyasının nümayəndələri müharibədən zərər çəkmiş acarlara 

və Anadolu qaçqınlarına da yardım göstərirdilər. 

Çar  hökuməti  müsəlmanları  orduya  çağırmasa  da,  bir  çox  azərbaycanlılar, 

əsasən  də  yüksək  təbəqədən  çıxanlar,  könüllü  surətdə  hərbi  xid mətə  gedirdilər. 

Göstərilən  dövrdə  cəbhələrdə  200  nəfərədək  azərbaycanlı  zabit  vuruşurdu.  Məşhur 

generallar Sə məd bəy  Mehmandarov, Əliağa Şıxlinski,  Hüseyn xan Na xçıvanski də 

cəbhədə  idilər.  Hüseyn  xan  Naxçıvanskinin  komandirlik  etdiyi "Qafqaz  yadelli  süvari 

diviziyası" və ya "Vəhşi diviziya" ən iri müsəlman hərbi birləşməsi idi. Şuşada təşkil 

olunmuş "Tatar süvari alayı" bu  diviziyanın tərkibinə daxil  idi. Bu diviziyanın seçmə 

süvari alayları büsbütün azərbaycanlı və dağıstanlı könüllülərdən ibarət idi. 

1914-cü  il  Lodz  əməliyyatında  21-ci  piyada  diviziyasının  komandiri,  rus 

qüvvələrinin  bir  hissəsini  mühasirəyə  alıb  məhv  etməyə  çalışan  general  Makezinin 

alman  zərbə  qrupunun  planlarını  pozmuş  general  Səməd  bəy  Mehmandarov  xüsusən 

fərqləndi.  Sonra,  Azərbaycan  Xalq  Cümhuriyyətinin  müdafiə  naziri  olmuş  S.Meh-

mandarov  müharibənin  sonuna  yaxın  korpuslar  qrupuna  komandirlik  edirdi  ki,  bu  da 

bütöv orduya komandanlıq etməyə bərabər idi. 

"Artilleriyanın  allahı"  adlandırılmış  general-leytenant  Ə.Şıxlinski  rus 

ordusunda  artilleriya  işinin  ən  yaxşı  bilicilərindən  biri  sayılırdı.  Müharibənin  ilk 

günlərindən  Peterburqun  artilleriya  müdafiəsi  ona  tapşırılmışdı.  1915-ci  ildə 

Ə.Şıxlinski Ali  Baş Ko mandanlıq qərargahında artilleriya hissələri ü zrə tapşırıq lar 

generalı, sonra Qərb cəbhəsinin artilleriya rəisi,  müharibənin sonuna yaxın isə 10-

cu ordunun komandanı və zifə lərini tut muşdu. 

Bir ço x azərbaycanlı  zabitlər  (polkovnik Talib  Vəkilov,  rotmistr  Tey mur 

Novruzov,  kapitan  Tərlan  Əliyarbəyov  və  başqaları)  döyüş lərdə  göstərdikləri 

igidliyə görə " Georgi  xaçı"  ilə təltif edilmişdilər.  İlk azərbaycanlı hərb i təyyarəçi 

poruçik  Fərru x  Qayıbovun təyyarəsi

 

rus aviasiya qrupunun Vilnodakı alman hərbi 



obyektlərinə  hava  hücu mlarında  iştirak  edird i.  Bir  saat  ərzində  o,  düşmənin   4 

təyyarəsi  ilə  çarpış mış,  onlardan  3-nü  vurub  salmış,  lakin  özü  də  vurulub 




downloaded from KitabYurdu.az

 

 



140 

yandırılmış təyyarəsində qəhrəmancasına həlak o lmuşdu. 

Hələ  1914-cü  ilin  mayında  Bakıdan  IV  Dövlət  Du ması  müsəlman 

fraksiyasının  sədri  G.B.Tevkelova  "Qafqaz  müsəlmanları"  imzası  ilə  göndərilmiş 

məktubda  xahiş  olunurdu  ki,  müsəlmanların  ehtiyacları  Nazirlər  Şurasının  sədrinə 

çatdırılsın;  ərizəçilərin  məktubunda  deyildiyinə  görə,  bu  ehtiyaclardan  biri  rus 

ordusu  sıralarında  hərbi  xid mət  keçmək  zərurəti  idi.  Hərbi  mü kəlləfiyyət 

"müsəlman  xalqın ın  mənəvi  ö zünüdərkin in  qald ırılması  və  onun  mədəni  səviy -

yəsinin yüksəldilməsi" kimi qiy mətləndirilird i.  

Lakin  çar  höku məti  ancaq  avqustda  3000  nəfər  azərbaycanlının  hərbi 

müdafiə işlərinə səfərbər edilməsi barəsində elan verməklə  kifayətləndi. Bu da yerli 

əhalinin  narazılığına  səbəb  oldu

14

.  Dumanın  müsəlman  fraksiyasının  sədri 



G.B.Tekvelov və M.Cəfərov Nazirlər Şurasından tələb etdilər  ki, səfərbərlik va xtı 

elan edilərkən əhalinin  tarla  işləri  ilə  məşğul olması nəzərə a lınsın, bu işlərə cəlb 

edilənlərin ailələrinə də, orduya çağırılanların ailələrinə o lduğu kimi, dövlət ərzaq 

payları  ayrılsın,  fəhlə  drujinalarına  rəislər  təyin   edilərkən  sonuncuların  yerli  d ili 

bilməsi nəzərdə tutulsun və i.a. Fraksiyanın və onun bürosunun səyləri nəticəsində 

müsəlman əhalisinin səfərbərliyə alın ması vaxtı sentyabrın 15-dək təxirə salındı. 

Müharibə illərində Azərbaycanda özünə yer eləmiş erməni burjuaziyası və 

onun  mənafelərini  ifadə  edən  "Daşnaksutyun"  partiyası  hakim  dairələr  qarşısında 

xid mət göstərmək üçün  xüsusi can-fəşanlıq edirdilər. Bu partiyanın nümayəndələri 

özlərinin ço xdankı arzularını ermənilərin də yaşadığı vilayətlərin Türkiyədən  alın-

ması  və  bu  ərazilərdə  Rusiyanın  protektorluğu  altında  erməni  dövlətinin 

yaradılmasından ibarət istəklərinin həyata keçirilməsini Rusiyanın hərbi qələbələri  ilə 

bağlayırdılar. 

Müharibənin ilk günlərində çara göndərdikləri sadiq təbəəlik  mü raciətində 

daşnaklar əmin edirdilər ki, onlar "Rusiyanın Şərqdəki tarixi vəzifələrin in" həyata 

keçməsində ürəkdən maraq lıd ırlar. 

Daşnaklar  müharibənin  əvvəlindən  erməni  əhalisini,  o  cü mlədən  də 

Türkiyə  təbəələrin i  də  Türkiyəyə  qarşı  silahlı  mübarizəya  cəlb  etmək  üçün  səs 

küylü təbliğat kampan iyasını genişləndirird ilər. Qafqaz canişinin in icazəsi ilə onlar 

şəhər  və  kəndlərdən  könüllü  yığır,  bunlardan  hərbi  drujinalar  yaradırdılar

15

.  Bu 


drujinalar  Türkiyəyə  qarşı  döyüşən  niza mi  rus  qoşunlarına  qatıla raq  dinc   türk 

əhalisinin  kütləvi  qırğınlarında  fəal  iştirak  edird ilər.  Bu  avantürist  hərəkət 

Türkiyənin  ermən i  əhalisi  üçün  kədərli  nəticələrə  gətirdi,  onların  kütləvi  surətdə 

deportasiya  olunmasına  səbəb  oldu  və  sonralar  erməni  tarixşünas lığında  siyasi 

möhtəkirlik məqsədi ilə saxtalaşdırılaraq, "genosid" kimi təqdim olun mağa başladı. 

Qnçakçılar  da  guya  ki,  ermənilərin  həyatında yeni səhifə  açmalı    olan  bu 

müharibədə ermən i xalqının  iştirakına tərə fdar çıxaraq, daşnaklarla eyni mövqedən 

çıxış etməyə başladılar. 

Birinci  dünya  müharibəsi  illərində  II  Beynəlmilə l  partiyalarından 

əksəriyyəti  öz  höku mətlərini  müdafiə  mövqeyinə  keçərək,  vətənin  müdafiəsi  və 




Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə