Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə68/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   64   65   66   67   68   69   70   71   ...   249

downloaded from KitabYurdu.az

 

 



141 

müharibəyə mane olmamaq şüarın ı ön plana çəkdi.  

Cənubi Qafqazda vətənpərvər menşeviklər qrupuna Noy Jordaniya başçılıq 

edirdi. 


Bakı  menşeviklərinin  mövqeyi  xeyli  ziddiyyətli  id i.  Müharibə  elan 

ediləndən  bir  neçə  gün  sonra  onlar  rəhbər  ko llektiv  adından  "Müharibəyə, 

müharibəyə" adlı  iki vərəqə nəşr edib yaydılar. Bu   vərəqələrdə  müharibə pislənir, 

onun  günahkarları  -  imperialistlər  ifşa  olunur,  müharibəyə  və  mütləqiyyətə  qarşı 

mübarizəyə  çağırış  səslənirdi

16

.  Menşeviklərin  sonralar  "beynəlmiləlçilər" 



adlandırılmış  bir  h issəsi  hələ  də  müharibə  başlayan  təqdirdə  sosial-demo kratların 

fəal surətdə müharibə əleyhinə çıxması haqqında qərar qəbul etmiş  Bazel sosialist 

konqresinin  təsiri  alt ında  idi.  Bundan  başqa  proletariatın  içərisində  müharibə 

əleyhinə  yönəlmiş  əhvali-ruhiyyə  güclü  idi  ki,  bununla  da  hesablaşmamaq 

mü mkün deyildi.  Lakin  menşeviklərin elə bu hissəsi də  müh aribəni,  imperializmi 

və şovinizmi, habelə Plexanov və Jordaniyanın mövqelərin i ancaq sözlə p isləməklə 

kifayətlənird i. 

Bakı  menşeviklərinin ço x hissəsi öz  mövqeyi və taktikasına görə,  Rusiya 

menşevik  təşkilatının   sol-mərkəzçi  qanadına  yaxın  olub,  Zaqafqaziya  vilayət 

ko mitəsi  ilə  təşkilat  əlaqələrini  qoruyub  saxla mışdı.  Bu  əlaqələrin  qorunub 

saxlan ılması,  habelə  Ümu mqafqaz  menşevik  konfransının  işində  iştirak ı  Bakı 

menşevikləri içərisində vətənpərvər əhvali-ruhiyyənin  tədricən güclən məsinə şərait 

yaradırdı. 

Məsələn,  1914-cü  ilin  dekabrında  keçirilmiş,  işində  Bakı 

menşeviklərinin  də  iştirak  etdikləri  Qafqaz  konfransı  ordu  üçün  əsgərlər  y ığ maq 

yolu  ilə  ona  kö mək  göstərilməsi  barəsində  qərar  çıxardı.  Dekabrın  əvvəlində 

Bakıda  "Milliyyətindən  asılı  olmayaraq  qaçqınlara  yard ım  ko mitəsi"  yaradıldı. 

Müdafiəçi  menşevik  V.İ.Firolov  onun  sədri  seçildi.  Bu  ko mitə  şovinist  əhvali-

ruhiyyənin  qızışdırılması  meydanına  çevrilmiş  qaçqınlara  kö mək  ü zrə  mü xtəlif 

milli ko mitələrə qarşı dururdu

17



Menşeviklərin  1915-ci  ilin o ktyabrında Ahal-Senaki şəhərində  keçirilmiş 



digər Qafqaz  konfransı "ölkən in" düşməndən müdafiəsini təşkil etməyə qadir o lan 

"məsul  nazirliyin"  yaradılması  barəsində  kadet  şüarına  tərəfdar  çıxd ı.  Konfrans 

habelə hərbi-sənaye ko mitələrinin  fəaliyyətində, "HSK-n ın fəhlə qrupları" deyilən 

qrupların  yaradılmasında  fəhlələrin  iştirakını  la zım  bild i

18

.  Bu  qrupların 



yaradılmasında  fəal  iştirak  edən  Bakı  menşevikləri  V.İ.Frolov,  İ. V.Anşeles  bu 

yolla  fəhlələri  sakitləşdirməyə  və  müharibə  müddətində  tətil  hərəkatını 

dayandırmağa səy göstərirdilər. 

Azərbaycanın eser təşkilatlarının da  mövqeyi b irmənalı deyildi.  Ço xsaylı 

həbslərdən  sonra  Bakı  eser  təşkilatının  fəaliyyəti  ancaq  1916-cı  ilin  payızında 

canlandı,  onun  şəhər  ko mitəsi  və  mədən-zavod  rayonlarında  da  bir  neçə  qrupu 

yenidən  yaradıldı.  Eserlərin  bir  h issəsi,  əsasən  fəhlələr  müharibə  əleyhinə  çıxış 

etməyə və hətta tətillərin hazırlan masında bolşeviklərlə əməkdaşlıq etməyə başladı

19



Bakıdakı ilk eser təşkilatları Bakı vilayət HSK yanında fəhlə qrupunun seçkilərində 




downloaded from KitabYurdu.az

 

 



142 

iştirakdan imtina etdi. 

Lakin   Bakı  eserlərinin   digər  hissəsi,  əsasən,  rəhbər  orqanlar 

vətənpərvərlik mövqeyində duraraq müharibədə Rusiyanı müdafiə edirdi. 

"İmperialist müharibəsi"ndə qeyd-şərtsiz olaraq öz hökumətina qarşı çıxan 

yeganə partiya bolşeviklər partiyası idi. Artıq  müharibənin ilk günlərində  V.İ.Lenin 

tərəfindən  "Müharibə  haqqında  tezislər"  yazılmışdı.  Sonralar  bu  tezislər  yenidən 

işlənib "Müharibə və Rusiya sosial-demokratiyası" adlı  manifestə çevrilmiş və bütün 

bolşevik‖  təşkilatların ın  fəaliyyət  proqramı  o lmuşdu.  Bıı  sənəddə  başlanmış 

müharibə  şəraitində  partiyanın  əsas  taktiki  şüarları  ifadə  o lunmuş dur:  imperialist 

müharibəsinin vətəndaş müharibəsinə çevrilməsi; "öz" hökumətinin məğ lubiyyətinə 

kö mək  göstərilməsi;  sosial-şovinizmlə  və  onun  bir  növü  olan  mərkəzçiliklə  (II 

Beynəlmiləlin  bütün  sosialist  və  sosial-demokrat  partiyaları  nəzərdə  tutulurdu) 

əlaqələrin tamamilə kəsilməsi; III Beynəlmiləlin yaradılması

20



1915-ci  ilin  fevralında  RSDFP  xarici  bölmələrinin  Bern  konfransının 



qətnaməsi  leninçi  müddəalara  əsaslanaraq  imperialist  müharibəsini  vətəndaş 

müharibəsinə  çevirməyin   konkret  yollarını  müəyyənləşdirdi:  1)  "hərbi  kred itlərə 

səs verməkdən qeyd-şərtsiz olaraq  imtina etmək və burjua nazirliklərindən çıxmaq; 

2) " milli sülh" siyasəti ilə əlaqələrin tamamilə kəsilməsi, höku mət və burjuaziyanın 

hərbi  vəziyyət  tətbiq  edərək  konstitusiya  azadlıq larını  ləğv  etdiyi  bütün  yerlərdə 

qeyri-leqal təşkilatların yarad ılması;  3) bir-b iri ilə  vuruşan  millətlərin  əsgərlərin in 

səngərlərdə  və  ümu miyyətlə  müharibə  meydanlarında  qardaşlaşmasının  müdafiə 

olunması; 4) proletariatın  hər cür kütləvi inqilabi çıxış larının ü mu miyyətlə müdafiə 

olunması"

21



Bu  müddəalar  həm  Rusiya,  hə m  də  Zaqafqaziya  bolşevik  təşkilatların ın 

fəaliyyətinin əsasını təşkil etdi.  Belə  mövqelərinə və II  Beynəlmiləl partiyaları  ilə 

əlaqələri tamamilə kəsdiklərinə görə bolşevikləri " məğlubiyyətçilər" adlandırmağa 

başladılar. 

RSDFP  Bakı  Ko mitəsinin  irtica  illərində  tamamilə  darmadağın  edilməsinə 

baxmayaraq, 1914-cü ilin ikinci yarısında o öz tərkibini cüzi də olsa (cəmisi 60 nəfər), 

bərpa etməyə  nail  oldu.  Leninin  tezisləri  və  RSDFP-n in  Manifesti  Bakı  bolşevikləri 

tərəfindən fəaliyyətə rəhbərlik kimi qəbul ed ild i. 

Bundan  əlavə,  bolşeviklər  fəh lələrin   və  çağırışçıların  müharibə  əleyhinə 

mitinq və nümayişlərinin keçirilməsində fəal iştirak edirdilər. 

İyulun  22-də  Sabunçuda  müharibə  əleyhinə  nümayiş  keçirildi. 

Bolşeviklərin  təşviqatından  sonra  fəhlələr  b ild irdilər  ki,  ö zgələrin in   mənafeyi 

naminə  vuruşmaq  üçün  cəbhəyə  getməyəcəklər.  Fəhlələr  Balaxan ı-Sabunçu 

polismeysterini  daşa  basdılar.  Yevlax,  Yelizavetpol,  Ağstafa,  Tovuz,  Dəllər  və  b. 

dəmir yol stansiyalarında da çağırışçıların və ehtiyatda olanların  müharibə əleyhinə 

çıxışları baş verirdi. 

1915-c i  ildə  Ye lizavetpol  jandarm  idarəsinə  verilən  mə lu matda  deyilirdi 

ki, Yelizavetpol qəzası kəndliləri içərisində müharibə əleyhinə güclü təbliğat aparılır, 




Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə