Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə66/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   62   63   64   65   66   67   68   69   ...   249

downloaded from KitabYurdu.az

 

 



137 

Qafqaz  cəbhəsində  müharibə  ço x  ağır  şəraitdə  gedirdi.  Sərt  iqlim  şəraiti, 

nəqliyyatın  yarıtmaz  vəziyyəti,  silah  çatışmazlığı,  bir  ço x  zabit  və  generalların 

səriştəsizliyi  və  s.  bütün  bunlar  böyük  məhrumiyyətləri  və  canlı  qüvvə  itkilərini 

şərtləndirirdi. 

Cənubi Qafqazın əvvəlcə hərbi əməliyyatlar meydanına, sonra isə cəbhəyanı 

bölgəyə  çevrilməsi  diyarın  siyasi  vəziyyətinə  və  iqtisadi  həyatına  xeyli  zərər  vururdu. 

Mərkəzi  Rusiya  ilə  əlaqələr  pozulmuşdu,  bu  da  diyarın  zəruri  ərzaqla  təchizatını 

çətinləşdirirdi. Qara dəniz limanlarının bağlanması və neft məhsulları ixracının dayanması 

üzündən neftin qiyməti aşağı düşmüşdü. 

Türkiyənin ermənilər yaşayan vilayətlərindəki hərbi əməliyyatlar nəticəsində 

yüz minlərlə erməni rusların himayəsi altında İrəvan, Yelizavetpol və Bakı quberniyaları 

ərazisinə axışdı. 

 

 



 

 

 



 

 

 



§ 2. MÜXTƏLİF PARTİYA VƏ TƏBƏQƏLƏRİN MÜHARİBƏYƏ 

MÜNASİBƏTİ 

 

Birinci  Dünya  müharibəsinin  başlanması  Azərbaycan  cəmiyyətinin  müxtəlif 



təbəqələrində  kifayət  qədər  ziddiyyətli  əks-sədaya  səbəb  oldu.  Cəmiyyətin  yuxarı  sosial 

təbəqələri - burjuaziya, mülkədar və liberal ziyalılar müharibədə Rusiyanı müdafiə etdilər. Bu 

da  burjua  nümayəndələri  və  publisistlərinin  açıq  çıxışlarında,  habelə  rəsmi  sənəd  və 

bəyanatlarda öz ifadəsini tapdı. 

Müharibənin elə ilk günlərindən Dövlət Dumasının müsəlman fraksiyası açıqdan-

açığa  çar  hökumətini  müdafiə  edirdi.  1914-ci  il  iyulun  21-də  bu  fraksiyanın  imzası  ilə 

"Milliyyət"  jurnalında  "Rusiyanın  müsəlman  əhalisinə"  müraciəti  dərc  edildi.  Bu  müraciət 

müsəlmanları hər şeyi "Rusiyanın şöhrəti, onun bütövlüyü maminə" qurban verməyə çağırırdı

8



Azərbaycanın nümayəndəsi M.Cəfərov müsəlman fraksiyasının üzvləri adından müharibəni 



"azadlıq müharibəsi‖ adlandırdı və eyni zamanda qeyd etdi ki, "bir şey ki, rus ordusu xaricdəki 

xalqlara  azadlıq  gətirir,  onda  elə  bu  azadlıq  Rusiya  imperiyasının  tərkibinə  daxil  olan 

çoxsaylı xalqlara da mütləq bəyan edilməlidir"

9



Mütərəqqi  Azərbaycan  ziyalılarının  nümayəndələri  zahirən  hökumətə  loyallığını 

saxlayaraq,  müharibə  nəticəsində  xalq  üçün  daha  geniş  azadlıqlar  əldə  ediləcəyinə  ümid 

bəsləyirdilər. Bu baxımdan Fətəli xan Xoyskinin aşağıdakı sözləri səciyyəvidir: 

"Bu müharibənin qalibi, kim olursa - olsun, bu müharibədən çoxlu yaralarla və 

zəifləmiş şəkildə  çıxacaq.  Zəifləməmiş və yaralanmamış  bizlər  isə  xahiş  yox,  tələb edə 



downloaded from KitabYurdu.az

 

 



138 

biləcəyik. Biz, islam şiə ölkəsi Romanovlar xanədanından nə gözləyiriksə, Osmanlılar xanə-

danından da  onu gözləyirik.  Müstəqillik, bizim  üçün  lazım  olan bax  budur, özü də böyük 

dövlətlər  müharibədən sonra nə qədər çox  zəif olsalar, bizim  üçün azadlıq o  qədər  yaxşı 

olacaq. Bu azadlıq buradan, bizim yığılmış qüvvəmizdən, bizim pullarımızdan və bizim 

neftimizdən doğacaq. Çünki unutmaq olmaz: biz dünyaya daha çox lazımıq, nəinki dünya 

bizə"

10



Müharibə  nəticəsində  müstəqillik  əldə  olunacağına  bəslənən,  sonradan 

tamamilə özünü doğrultmuş bu ümidi M.Ə.Rəsulzadə də özünün "Açıq söz" qəzetinin ilk 

sayında  başqa  şəkildə  ifadə  etmişdi.  O  yazırdı  ki,  bu  müharibə  əzilən  ölkələrin 

müstəqilliyini möhkəmləndirəcək sülhlə bitməlidir, əks halda, bu sülh uzun çəkməyəcək. 

‖Ancaq  dövlətçilik  uğrunda  öz  mübarizəsində  birləşmiş  xalqlar  istiqlaliyyət 

qazanacaqlar,  çünki  ancaq  onlar  birlik  və  dəyanətdən  doğan  ideallarına  və  özlərinə 

inama  malik  ola  bilərlər"

11

.  Lakin  bununla  bərabər,  "Müsavat‖ın  lideri  Rusiya 



hökumətinin müharibədəki xəttini tamamilə  müdafiə edirdi. Bu da qəzetin vətənpərvərlik 

istiqamətində öz  ifadəsini  tapırdı. M.Ə.Rəsulzadə elə həmin  məqalədə yazırdı:  "Bütün 

vətəndaşlarla  birgə  biz  də  hər  şeydən  əvvəl  Rusiyaya  uğurlar  və  qələbə 

diləməliyik"

12



1914-1915-ci  illərdə  osmanlı  emissarlar,  habelə  azərbaycanlı  mühacir 



publisistlər  antirus  təbliğatını  gücləndirsələr  də  (bu  da  öz  ifadəsini  vərəqələr  və  Bakı 

qəzetlərinin  bəzi  məqalələrində  tapmışdı),  bütünlükdə  Azərbaycan  cəmiyyətinin  yuxarı 

təbəqələri sözdə də, işdə də Rusiyaya tam loyallıq göstərirdilər.  

1914-cü  il  iyulun  23-də  Bakı  şəhər  Dumasının  təcili  iclasının  qəbul  etdiyi 

qətnamədə  Bakı  ticarət-sənaye burjuaziyasının sadiq  təəbəlik  hissləri  və  müharibənin 

uğurla qurtarması naminə onun hər cür qurbanlara hazır olduğu ifadə edilirdi.  

Bakıda, Gəncədə və digər şəhərlərdə vətənpərvərlik mitinqləri  və nümayişləri, 

habelə  məscidlərdə  təntənəli  dua  oxuma  mərasimləri  keçirilir,  bu  tədbirlərdə  bütün 

qüvvələrin, sərvətin və həyatın "vətən və  taxt-tac"  naminə  verilməsinə  hazırlıq  ifadə 

edilirdi. 

Türk-müsəlman ziyalıların 1914-cü il dekabrın 8-10-da Peterburqda keçirilmiş, 

işində M.Cəfərovun, M.  Əsədullayevin və b.  Iştirak etdikləri IV  müsəlman qurultayında 

çarizmə sədaqət nümayiş etdirildi. Qurultay iştirakçıları rus ordusuna kömək göstərmək 

məqsədilə  bir  sıra  tədbirlərin  (cəbhəyə  sanitar  dəstələrinin  göndərilməsi,  müharibə 

fonduna vəsait toplanılması və s.) həyata keçirmək barədə qərar qəbul etdi. 

Bakı  neft  sənayeçiləri  qurultayının  şurası  1914-cü  ilin  avqustunda  döyüşən 

ordunun arxasında hospitalların təşkili üçün  Qırmızı  Xaç  Cəmiyyətinə yarım  milyon rubl 

ianə  etməyi  qərara  aldı.  1914-cü  ilin  dekabrında  Bakı  neft  sənayeçilərinin  XXXIII 

qurultayı müharibənin ehtiyacları üçün 1 mln rubl ianə verilməsi qərarını çıxartdı və 1915-ci 

ilin  yanvarından bu  məqsədlər üçün neftin hər pudu üçün  rüsum qoyulması barəsində 

vəsatət qaldırdı

13



Lakin  bu,  Qara  dəniz  yolları  üzərində  yaranmış  təhlükə  ilə  bağlı  olaraq 

müharibənin  əvvəlində  neftin  kəskin  surətdə  aşağı  düşmüş  qiymətlərinin 




Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə