Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə63/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   59   60   61   62   63   64   65   66   ...   249

downloaded from KitabYurdu.az

 

 



130 

edərək yazırdı: "III  Duma  xalqa  heç nə vermədi  və    verməyəcəkdir.  O, bürokratiyanın 

əlində  ancaq  şirma  (pərdə)  idi.  Əvvəlki  dumalarda  məna,  fikir  var  idi.  Hərçənd  ki,  o, 

müstəsna qüvvələrə malik deyildi, fikrin özü isə var idi". 

IV  Dövlət  Duması  1912-ci  ildə  noyabrın  15-dən  çağırıldı.  Azərbaycanda 

seçkiqabağı kampaniya genişlənir, deputatlığa namizədlərə tapşırıqlar verilird i. 

IV Dövlət Dumasına seçkilər 1912-ci ilin sentyabr və oktyabrında keçirildi. III 

Dumaya seçkilərdə olduğu kimi, kuriyalar üzrə seçilmiş seçicilər öz içərilərindən iki deputat 

(quberniyaların  müsəlman   və  erməni  əhalisinin  hər  birindən  bir  deputat)  seçdilər. 

1912-ci  il oktyabrın 20-də M.Cəfərov və M.İ.Papacanov IV Dövlət dumasının deputatı 

oldular. Rus əhalisinin Tiflisdə seçilmiş deputatı L.İ.Skobelev kimi onların da hər ikisi 

Bakı şəhərində yaşayırdı. 

Bakı  şəhərin in  sakini  Məmməd  Yusif  Hacıbaba  oğlu  Cəfərovun  27  yaşı 

var idi. Bakı Aleksandr gimnaziyasını,  1912-ci ildə Moskva Universitetinin hüquq 

fakültəsini bitirmişdi, andlı vəkilin kö məkçisi işləy irdi. 

IV  Dövlət  Du ması  1912-ci  il  noyabrın  15-də  fəaliyyətə  başladı.  

M.V.Rodzyanko  Du manın sədri seçildi. O, oktyabrist-kadet ço xluğunun təmsilçisi 

olduğu üçün dərhal özünü konstitusiyalı quru luşun tərəfdarı elan etdi. 

M.Cəfərov IV Du manın  büdcə və köçürmə ko missiyasına üzv seçild i və 7 

deputatdan ibarət müsəlman fraksiyasına  daxil oldu. "Kaspi" qəzeti onların partiya 

mənsubiyyətini səciyyələndirərək qeyd edirdi ki, fraksiyanın ilk beş üzvü mütərəqqi 

inamları rəhbər tutur, tərəqqipərvərlər partiyasına qoşulurlar; Samaranın nümayəndəsi 

sağçı, Dağıstanın nümayəndəsi isə oktyabristdir

157


IV  Dövlət  Du masının  fəa liyyəti,  müsəlman  ucqarla rı  deputatların ın  

burada  iştirakı,  tərkibinə  M.Cə fərovun  da  daxil  olduğu  müsəlman  fra ksiyasının 

iclasları  A zərbaycan  dövri  mətbuatında  geniş  əks  etdirilird i.  Cə miyyətin  siyasi 

mədəniyyətinin  yüksəlişinə  dair,  Rusiyanın  parlament  həyatında  baş  verən 

hadisələr  barəsində  mətbuata  geniş  məlumatlar  çatdırılmasına şərait yaradan,  həmin 

dövrdə  Peterburq  Universitetində  təhsil  alan  Ceyhun  bəy  Hacıbəyov  özü  mün-

təzəm  olaraq  Du man ın  iclaslarında  iştirak  edir,  Bakıya  ətraflı  və  yüksək 

peşəkarlıq la  in formasiya  verirdi.  Sonralar  məşhur  ictimai-siyasi  xadim  kimi 

tanınan  C.  Hacıbəyovun "Kaspi"  qəzetində  çıxmış  yazıları  içərisində  "Dağıstani" 

ləqəbi  ilə  imzalan mış  "Peterburq  məktubları",  "Müsəlman  fraksiyasında", 

"Müsəlmanın   qeydləri"  silsilə  yazıları  xüsusi  yer  tutur.  O,  o xucuları  Tavriya 

sarayında  hökm  sürən  ab-hava  ilə  tanış  edir,  müsəlman  fraksiyasının  uğur  və 

müvəffəqiyyətsizliklərin i,  təhlil  ed ir,  onun  üzvlərini  kifayət  qədər  dəqiq 

səciyyələndirird i və i.a. 

M.Cəfərov həm Du manın, həm də fraksiyanın işində yaxından iştirak ed ir, 

seçicilərlə  görüşərək,  verilən  tapşırıqlar  və  onların   yerinə  yetirilməsi  sahəsində 

görülmüş  işlər barəsində onlara  məlumat verir, səmimi  şəkildə  fraksiyanın  ağır  maddi və 

mənəvi vəziyyətindən danışırdı. O, əksər Duma deputatlarının, xüsusilə sağların fraksiyaya 

yekəxana,  təkəbbürlü  münasibətini,  onun  haqq  səsinə  heç  kəsin  qulaq  asmadığını, 




downloaded from KitabYurdu.az

 

 



131 

müsəlmanlara hüquqlar verilməməsindən danışan natiqlərə hər cür maneçilik törədildiyini 

qeyd edirdi. 

Müxtəlif  çətinliklərə  baxmayaraq,  müsəlman  fraksiyasının  az-saylı  üzvləri,  o 

cümlədən də M.Cəfərov vaxtı çatmış problemlərin həlli üçün Dumanın tribunasından, onun 

çoxsaylı komissiya və yarımkomissiyalarından istifadə edirdi. O, seçicilərinin və öz diyarı-

nın mənafeyini müdafiə etməklə yanaşı, IV Dövlət Dumasında təmsilçi olmayan ucqarların 

müsəlman  əhalisinin  də  mövqeyini  müdafiə  etməyi  öz  üzərinə  götürmüşdü.  Məsələn, 

qırğızlar  onları seçki  hüquqlarından  məhrum  etmiş  1907-ci  il  3  iyun qanununun  ləğvini 

xahiş  edir,  ən  yaxşı  torpaqlarını  köçürülən  gəlmələrin  tutmalarından  narazılıqlarını 

bildirir,  təhsillə  bağlı  bir  sıra  vacib  məsələləri  qaldırırdılar.  M.Cəfərov  bütün  duma 

fəaliyyəti  dövründə,  həmçinin  qırğızları  müdafiə  çıxışına  hazırlaşarkən  materialları 

diqqətlə öyrənir və təhlil edirdi. 

1912-ci  il  dekabrın  10-da  M.Cəfərov  fraksiyanın  adından  hökumət 

bəyannaməsinə  cavab  nitqi  ilə  çıxış  etdi.  O,  Qafqaz  müsəlmanlarını  maraqlandıran 

məsələlər  (zemstvo  özünüidarəsi;  bəyannamədə  bu  məsələdən  söhbət  getməsə  də, 

zemstvo  əsasnamələrinin  yenidən  nəzərdən  keçiriləcəyi  bölgələr  sadalanırdı)  barədə 

müsəlman  fraksiyasının  tələblərini  konkretləşdirdi.  O,  maarif  məsələləri  üzərində  də 

dayandı: "Biz xalq maarifinə, ilk baxışda siyasətə heç bir yer olmadığı bu müqəddəs işə 

hökumətin  qərəzli  müsibətini  acı  təəssüflə  qeyd edirik.  İndiyədək hökumət  müsəlman-

ların  maarifləndirilməsi  adı  altında  onların  ruslaşdırılmasına  yönələn  tədbirləri  həyata 

keçirməyə  çalışmışdır". M.Cəfərov  xeyriyyəçilik və  maarifçilik  cəmiyyətlərinin, onların 

yanındakı məktəblərin bağlanması hallarının mövcud olduğunu qeyd edərək, bunları "rus 

həyatına,  rus  mədəniyyətinə  qovuşdurmaq  cəhdlərinin"  hökumət  tərəfindən  təqib 

olunması, xalqa qarşı inamsızlığın təzahürü kimi qiy mətləndirirdi

158


1916-cı  ilin  martında  o,  Dumanın  iclasında  maarif  nazirliyinin  smetasına  aid 

çıxışında  müsəlman  fraksiyasının  proqramını  elan  etdi.  Bu  proqrama  maarif  sahəsində 

müsəlmanların hüquqlarını  məhdudlaşdıran qanıınvericilik  aktları  və  inzibati  normaların 

ləğvi,  şagirdlərin  ana  dilində  təhsilinin  tətbiqi  (bu  zaman  ibtidai  məktəb  proqramında  rus 

dilinin öyrənilməsinə müəyyən yer ayrılırdı), ayrı-ayrı şəxslər və cəmiyyətlərə ana dilində 

məktəblər  açmaq hüququ verilməsi arzusu daxil  idi. Proqram həmçinin anadilli  məktəblərin 

müvafiq pedaqoji heyətini hazırlamaq üçün  zəruri tədbirləri,  müsəlmanlara son dərəcə  vacib 

olan bu  işdən  ötrü büdcədən  zəruri vəsait  ayrılmasını nəzərdə tuturdu.  Duma, fraksiyanın 

razılığı ilə, bu məsələnin iclasda çətin həll ediləcəyini nəzərə alaraq, onu  xalq təhsili komis -

siyasına verməyi qərara aldı. 

1916-cı  il  noyabrın  3-də  IV  Dumanın  iclasında  bir  sıra  deputatlar  hökumətə 

etimadsızlıq elan etdilər. M.Cəfərov fraksiyanın adından  müxalifət tərəfindən hökumətin 

işinə verilmiş bu qiymətlə razılaşmadığını bildirərək dedi ki, "nifrətamiz  milli zülm təcrü-

bəsi heç vaxt belə miqyas almamışdır. Heç vaxt mərkəzləşdirilmiş qəlbsiz bürokratik aparat 

Rusiyanın digər xalqlarının milli hisslərinə belə ələ salmamışdır və onların məişət və mənəvi 

xüsusiyyətlərini, hazırkı dövrdə olduğu kimi, şikəst etməmişdir"

159


Fraksiyanın  sədri  K.B.Tevkelov  və  M.Cəfərov  Nazirlər  Şurasının  sədrinə 




Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə