Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə59/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   55   56   57   58   59   60   61   62   ...   249

downloaded from KitabYurdu.az

 

 



122 

şöbə və komissiyalarında əməli surətdə yaxından iştirak edirdilər. 

İrəvan  və  Yelizavetpol  quberniyalarında  millətlərarası  toqquşmalar 

barəsində daxili işlər nazirinə ünvanlanan sorğu üzrə İ.Ziyad xanov çıxış etdi. Onun 

kifayət qədər ətraflı bəyanatında Azərbaycan cəmiyyətinin  XX əsrin əvv əllərindəki 

ərizə və petisiyalarında olan, demək olar ki, bütün tələbləri ö z əksini tapmışdı.  O, 

bir  daha  imperiya  çərç ivələri  hüdudlarınd a  siyasi  hüquqsuzluq  vəziyyətindən 

narahatlığını  bildirib,  qeyri  millətlərin  hakim  siniflərinə  də  rus  burjuaziyası  və 

mü lkədarları  ilə  eyni  hüquq  verilməsinə  tərəfdar  çıxd ı.  İ.Ziyad xanov  Du ma 

tribunasından inzibati o rqanların özbaşınalığı, müsəlman ruhanilərinin  mənafeyin in 

tapdalanması haqqında  mə lu mat verd i.  O, aqrar  məsələdə başlıca bəlan ı çarizmin  

köçürmə siyasətində görürdü. "Mərkəzi  Rusiya kimi b izim də torpağa ehtiyacımız 

var, biz də həmçin in aztorpaqlılıq və torpaqsızlıqdan əziyyət çəkirik. Lakin in zibati 

orqanlar  bu  məsələni  başqa  cür  hə ll  etdi",  deyə  köçürmə lərə   qarşı  et ira z  edirdi. 

İ.Ziyad xanovun  məru zəsində  zemstvonun  olmamasına,  şəhər  özünüidarə 

orqanlarında  yerli  millətlərin  nümayəndələrindən  olan  qlasnıların  sayının 

məhdudlaşdırılmasına  da  diqqət  yetirilird i.  Ali  təhsilli  azərbaycanlıların  dövlət 

müəssisələrindəki  vəzifələrə  buraxılmaması,  bəzi  ali  məktəblərin   azərbaycanlılar 

üçün bağlı olması onu narahat edirdi

132


Azərbaycan  nümayəndələrini  əhalin in  şəxsi  və  mülki  təhlü kəsizliyi 

məsələləri  də  maraqlandırırdı.  Dövlət  dumasın m  31  nəfər  üzvü  1906-cı  il  iyunun 

26-da da xili işlər nazirinə əsas qanunların nəş rinə qədər (1906-c ı ilin apreli) bir sıra  

yerlərdə  gücləndirilmiş  mühafizən in  elan  olun ması  barəsində  narahatlıq  bildirən 

sorğu təqdim etdi.  Ə.Haqverdiyev də sorğunu imzalayanların sırasında id i. Du ma 

üzvləri  xəbərdarlıq ed irdilər  ki, İrəvan və  Yelizavetpol quberniyalarında bir ildən 

çox davam edən bu vəziyyət " min lərlə insan həyatının itkisi və diyarın tam iqtisadi 

dağıntısı  ilə  nəticələn mişdir".  Du ma  bu  məsələni  mü zakirə  etməyə  tələs mədi. 

İyunun  14-də  bu  sorğu  Nazirlər  Şurasının  sədrinə  göndərildi.  İyulun  7-də,  yəni 

Duman ın  bura xılması  ərə fəsində,  Na zirlər  Şurasınm  sədri  Qore mıkin   Du manın 

sədrinə  cavabında  bildirdi  ki,  "canişinin  vəzifəsi  və  hakimiyyəti  ümumi  nazirlik 

quruluşuna münasibətdə tam, müstəqil şəkildə qoyulmuşdur və buna görə də Nazirlər 

Şurası Dövlət Dumasının Qafqaz diyarına aid sorğularına cavab vermək üçün qanuni   

səlahiyyətlərə  və  lazımi  məlumatlara  malik  deyildir"

133


.  Beləliklə,  Nazirlər  Şurası 

Qafqaz millətlərinin taleyinə tamamilə laqeydlik göstərərək, bu sorğuya cızmaqara ilə 

cavab verdi və formal olaraq sorğunun müəlliflərini canişinin üstünə göndərdi. 1906-cı 

ilin  hadisələri,  millətlərarası toqquşmaların güclənməsi sübut edirdi  ki,  canişin heç bir 

diyarda  şəxsiyyətin  toxunulmazlığının  təmin  olunması  üçün  tədbirlər  görmək 

fikrində deyil. 

Ə.Topçubaşov,  İ.Ziyadxanov,  M.T.Əliyev  və  A.Muradxanov    bir  sıra 

deputatlarla  birlikdə  sədrə  müraciət  edib,  Qafqaz  hökumət      orqanlarının    "dinc  rus 

vətəndaşlarının  talançıları"  kimi  hazırladıqları  Ter  vilayəti  dağlılarından  ibarət 

strajniklərin dərhal geri qaytarılmasını tələb etdilər

134

. Bununla da onlar çar hökumətinin 




downloaded from KitabYurdu.az

 

 



123 

Rusiya  imperiyası  xa lqları  içərisində  canfəşanlıqla  apardığı  düşmənçilik  to xu mla rı 

səpmək siyasətinə etiraz bildirdilər. 

Azərbaycan  deputatları  vəzifəli  şəxslərin  məsuliyyəti,  qayda-qanun 

yaradılması  barəsində,  qanunsuzluq  və  zorakılıq  əleyhinə,  inzibati  orqanların 

özbaşınalıqları haqqında müxtəlif sorğular verilməsi müzakirəsində iştirak edirdilər. Krım 

tatarları  Ə.Topçubaşovdan  öz  hüquqsuz  vəziyyətləri  barədə  petisiyanı  çar  hökumətinə 

çatdırmağı  xahiş  etmişdilər.  Lakin  Dumanın  buraxılması  onların  bu  xahişini  yerinə 

yetirməyə imkan vermədi. 

Dumanın bütün müsəlman fraksiyasının, o cümlədən Azərbaycan deputatlarının 

siyasi amalı Ə.Topçubaşov tərəfindən "Müsəlman parlament fraksiyası" məqaləsində çox 

dəqiq şəkildə ifadə olunmuşdur: "Müsəlman  proqramı  ciddi surətdə  konstitusiya  əsasları 

üzərində dayanaraq, torpaqların milliləşdirilməsi, d in  məsələlərində  tam muxtariyyət, 

bütün imperiya ərazisində özünü idarə edən kiçik vahidlər və vilayət məclislərinin təsis 

edilməsi  ilə  yerlərdə  geniş  muxtar  idarəçilik  prinsipini  irəli sürür"

135


.  O,  Dumada  milli 

zəmində bir dənə təzahürün də müşahidə edilmədiyini böyük məmnun luqla qeyd edir, 

"xalq  nümayəndəliyinin  ilk  addımlarının  Rusiyanın  bütün  xalqları  üçün  ümumi  olan 

ictimaidövlət  quruculuğu  məsələlərinə  yönəldilməli  olduğunu  başa  düşən  millət 

nümayəndələrini" xüsusilə tərifləyirdi

136


La kin  müsəlman  xalq ları  deputatlarının  böyük  ü mid lər  bəslədikləri  I 

Dövlət  Dumasının  fəaliyyəti  uğursuzluqla  başa  çatdı.  Çar  höku məti  "nümayəndəli 

qanunvericilik  orqanı"  ilə  məsələni  b itirmək  barəsində  qəti  qərar  qəbul  edərək, 

iyunun  9-da  Duma  deputatlarının  ic lasları  keçirilən  Tavriya  sarayının  bütün 

qapılarını  bağlı  saxladı.  Bu,  deputatlar  üçün  gözlənilməz  id i.  Kadet  fraksiyasının 

təşəbbüsü ilə hökumətə etiraz bildirildi və iclasları  Vıborqda keçirmək qərara alındı. 

Sosial-de mokratla r və  trudoviklər də kadetlərlə hə mrəy idilər. İyunun 9-u və  10-da 

Vıborqdakı  iclaslarda  Azərbaycan  deputatları  da  iş t ir a k  edirdilər.  Ə.Topçubaşov 

və  İ.Ziyadxanov  kadetlər  tərəfindən  tərtib  olunmuş  və  Vıborq  iclaslarının  bütün 

iştirakçıları  tərəfindən  bəyənilmiş  "Xalq  deputatlarından  xalqa"  müraciətini 

imzaladılar.  Onlar  Rusiyanın  bütün  əhalisini  Dumanın  buraxılması  əleyhinə  etiraz 

çıxışlarına  (vergiləri  ödəməkdən,  rekrut  mü kəlləfiyyətindən,  istiqrazları 

tanımaqdan imtina etməyə və s.) çağırırdılar.  

Bakı  qubernatoru  1906-cı  il  iyulun  15-də  bütün  yerli  qəzetlərin 

redaktorlarına və mətbəələrə "Dövlət dumasının keçmiş deputatlarının  müraciətini" 

çap etməyin qadağan olduğu barədə sərəncam göndərərək, onları inzibati qaydada ən 

sərt cəzalar veriləcəyi ilə hədələdi

137



Vıborq  iclasların ın  iştirakçılarına  d ivan  tutuldu.  Onlar  barəsində  cinayət 



işi  qaldırıld ı.  Deputatlar  məhkəməyə  verildi.  On ları  xalqa  ünvanlanmış  xüsusi 

müraciətlə  "Rusiya  əhalisini  itaətsizliyə  və  qanun  əleyhinə  çıxmağa  qızışdırmaq 

niyyətində  olmaqda  və  bu  müraciətin  ço xsaylı  nüsxələrin i  Rusiya  hüdudlarında 

yaymaqda" təqsirləndirirdilər

138



1907-c i  ilin  dekabrında  keç irilmiş  məhkə mənin  hökmünə  görə,  onlara 




Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə