Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə55/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   51   52   53   54   55   56   57   58   ...   249

downloaded from KitabYurdu.az

 

 



114 

edirdilər. 

1905-ci  ildə petisiya və  xahişnamələrdən biri  də  Qafqazda  zemstvo  idarələrinin 

tətbiq edilməsi idi. Qafqaz canişini də diyarı köhnə qaydalarla idarə etməyin qeyri-mümkün 

olduğunu başa düşərək,  zemstvonun  yaradılmasına tərəfdar çıxırdı.  Ona görə də "sülh və 

əmin-amanlıq yaratmaq" üçün canişin Tiflisdə bütün şəhərlilərin və silklərin müşavirəsini 

keçirməyi vəd  etdi.  1905-ci  il  iyulun  16-da  keçirilən  həmin  müşavirədə  Qafqazdakı  çar 

idarələrinin məmurları, mülkədarlar və kapitalistlər, burjua ziyalıları, ən iri yerli qəzetlərin 

redaktorları iştirak ed irdi

87



Müşavirədən az sonra canişinin göstərişi ilə "Zemstvo əsasnaməsi" dərc olundu. 

Bu  sənəd  1864-cü  il  "Əsasnaməsi"  əsasında  hazırlanmışdı.  "Zemstvo  əsasnaməsi"ndə 

bütün silklərin iştirak etdikləri sahə zemstvo idarəsinin ən aşağı inzibati vahid olduğu gös-

tərilirdi.  Rusiyadan  fərqli  olaraq,  Zaqafqaziyada  daha  kiçik,  cəmisi  bir  neçə  kənd 

cəmiyyətindən ibarət zemstvo vahidlərinin yaradılması nəzərdə tutulurdu. Növbəti həlqə 

zemstvo idarəsi olmalı idi. Onun qlasnıları (üzvləri) xüsusi sahə yığıncaqlarında və ən çox 

zemstvo  rüsumları  ödəyənlərin  xüsusi  seçki  yığıncaqlarında  seçilməli  idi.  Qəza 

qlasnılarının ümumi  miqdarı  iri torpaq sahibləri və qalan  iştirakçıları arasında yarıbayarı 

bölünməli idi. Əslində bu, o demək idi ki, onlarla torpaq sahibi minlərlə və ya on minlərlə 

zəhmətkeşin seçdiyi qədər qlasnıya malik olacaqdı. 

Hər b ir qəzadan  iki q lasnısı olan dairə  zemstvosu diyarda ən ali  zemstvo 

idarəsi  kimi  təklif  o lunurdu

88

.  Dairə  zemstvolarının  hüquqları  Rusiyanın  daxili 



quberniyalarındakı  quberniya  ze mstvolarının  hüquqları  ilə  eyniləşdirilirdi. 

Layihədə nəzə rdə tutulan zemstvo idarələri ü zərində inzibati nə zarəti qə za rə isləri, 

quberniyalar və canişin Şurasının daxili işlər nazirliyindən olan üzv ləri həyata ke-

çirməli  id ilər  və  bu  ciddilik  də  çarizmin  müstəmləkə  siyasətinin  məqsədlərinə 

qulluq etməli idi. 

Canişinin   göstərişinə  görə,  qəza  və  quberniya  müşavirələri  1905-ci  ilin 

sentyabrınadək  keçirilməli,  on ların  protokolları  sentyabrın  15-də  canişin 

dəftərxanasına təqdim o lun malı idi

89



Avqustun sonunda Bakı quberniyasının  Quba,  Cavad,  Göyçay,  Lə nkə ran 



və  Şamaxı  qəzalarında  müşavirələr  keçirild i.  Onlarda  quberniya  müşavirəsinə  və 

canişinlik şurasına seçilən nümayəndələr torpaq sahibləri silkinə mənsub idilər

90



Bakı  qəza  müşavirəsinə  gəldikdə  isə,  onun  keçirilməsi  avqust  hadisələri 



ilə əlaqədar o laraq təxirə salındı. 

Sentyabrın  27-də  Bakı  şəhərində  quberniya  müşavirəsi  açıldı.  Burada 

cəmisi 33  müvəkkil  iştirak edirdi. A zacıq  istisna ilə onların hamısı burjuaziya və 

mü lkədarların nü mayəndələri id ilər

91



Müşavirədə sədrlik edən M.Hacınski bildirdi  ki, "bütün əhali idarəçilikd ə 



şəxsən iştirak etmək hüququ alır.  Bununla birlikdə isə həm də  müstəqil  iş və şəxsi 

təşəbbüsü inkişaf etdirmək imkanı qazan ır"

92

. Lakin elə bu müşavirədə təhsil senzi 



müəyyənləşdirildi: ancaq orta təhsili olanlar q lasnı seçilə bilərdilər. 

Qəza  müşavirələrinin  arzu larına  əlavə  o laraq,  quberniya  müşav irəs i 




downloaded from KitabYurdu.az

 

 



115 

"Qafqazın  bütün  zemstvo  işləri"nin  qəti  həlli  üçün  canişinin  yanında  qəza  və 

quberniya  müşavirələrində  seçilmiş  nü mayəndələrdən  ibarət  xüsusi  şura 

yaradılması təklifinə tərəfdar çıxd ı. Yu xarı sosial təbəqələr d iyara aid problemlə rin 

mü zakirəsi və həllində ö z iştirakların ı onun vasitəsilə fəallaşdırmaq istəyirdilər.  

Yelizavetpol quberniyasında kəndli hərə katı gündən-günə gücləndiyi üçün 

qəza  müşavirələrin i  keçirmək  mü mkün  olmadı  və  quberniya  müşavirəsinin  işi 

pozuldu


93

.  1905-ci  il  avqustun  sonunda  Zaqatala  dairəsində  də  ze mstvoların 

yaradılması üzrə müşavirələr keçirild i. 

Zemstvo  ka mpaniyası  kəndlilə r  tərəfindən  müdafiə  o lunmad ı.  Bakı 

quberniyasının  kəndli  nümayəndələri  quberniya  müşavirəsində  iştirakdan  imtina 

etdilər, Lənkəran qəzasının kəndliləri isə bu müşavirədə zemstvo seçkilərinin əleyhinə 

çıxdılar

94



1905-ci ilin zemstvo kampaniyası uğurla nəticələnmədi və bunu  canişin də etiraf 

etməyə məcbur o ldu

95



1905-ci  ilin  sonunda  inqilabi  hərəkatın  yüksəlişi,  ümumoktyabr  tətili  mübarizə 



aparan qüvvələrin  elə bir  müvəqqəti tarazlığına gətirib çıxardı  ki, bu  zaman "çarizm  artıq 

inqilabı  boğmağa",  "inqilab  isə  hələlik  çarizmi  əzməyə"  qadir  deyildi

96

.  Çar  vaxt 



qazanmaq və mütləqiyyətin iflasının qarşısını almaq niyyəti ilə oktyabrın 17-də manifest 

imza ladı.  Burada  qanunverici  dövlət  dumasını  çağırmaq   dumaya  seçkilərə  əhalinin 

bütün  təbəqələrini  cəlb  etmək,  ―əhaliyə  vətəndaş azadlığının sarsılmaz  əsaslarını"  bəxş 

etmək vədi verilirdi. Azərbaycanda çar manifestinə münasibət çox mü xtəlif olsa da. onun 

nəşri  Azərbaycan  cəmiyyətinin  siyasi  həyatı  üçün  müəyyən  əhəmiyyət  kəsb  etdi. 

Manifestdə  demokratik  azadlıqların  bəyan  edilməsi  Azərbaycanda  siyasi  partiyalar  və 

təşkilatların yaradılması üçün bir növ qanuni əsas oldu. 

Manifestin elan edilməsi münasibəti ilə oktyabrın 19-da Bakı şəhər  dumasının 

təcili iclası çağırıldı. Qlasnılar çara ünvanlanmış təbrik-müraciətdə qeyd etmişdilər ki, duma 

"bu möhtəşəm dövlət zəkası aktını coşqunluqla qəbul etdi və inanır ki, 17 Oktyabr Mani-

festi ölkəyə asayişi əldə etmək üçün bütün imkanları verir".  

Manifestdə söz və mətbuat azadlığının elan edilməsinin ardınca Qafqaz canişini 

tərəfindən  "birgə həmlə  ilə  mətbuat sözü  üzərində ona  mane olan senzura  zəncirləri və 

qandallarının götürülməsi"

97

 xəbəri də ictimaiyyət tərəfindən ruh yüksəkliyi ilə qarşılandı. 



Azərbaycan ictimaiyyəti ümid edirdi ki, senzuranın ləğvi ona öz mənafelərini daha uğurla 

qorumaq, özünün hüquq bərabərliyi məsələsini mətbuat səhifələrində daha geniş şəkildə 

işıqlandırmaq imkanı verəcək, senzuranın ləğvi "ictimai bəla və ağrıları azad tənqid etmək, 

bəlaların  bütün  növlərinə  qarşı  azad  mətbuat  mübarizəsi  aparmaq  imkanları 

yaradacaqdır"

98



Çar  manifesti  münasibətilə  Bakıda  "vətənpərvərlik"  manifestasiyaları  təşkil 

olundu.  Oktyabrın  18-də  və  19-da  şəhərdə  keçirilən  yürüşlərə  şəhər  özünüidarə 

orqanlarının nümayəndələri başçılıq edirdilər

99



17 Oktyabr Manifesti Azərbaycanın digər şəhərlərində də rəğbət ifadə edən 

təntənə ilə qarşılandı. 




Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə