Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə52/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   48   49   50   51   52   53   54   55   ...   249

downloaded from KitabYurdu.az

 

 



108 

Qandal Nağının başçılıq etdikləri qaçaq hərəkatı geniş miqyas almışdı. 1914-cü ildə Qatır 

Məmməd həbs olundu və İrkutsk quberniyasına sürgün edildi. 

Azərbaycan  fəhlə  hərəkatında  yeni  mərhələ  olan,  1913-cü  ilin  yazından 

etibarən  Bakıda  artmaqda  olan  etiraz  hərəkatı,  yayda,  "Xəzər-Qara  dəniz  cəmiyyəti" 

fəhlələrinin iyulun 16-da başlayan tətili ilə ü mu mi xarakter almağa başladı. 

Nümayəndələri  tətil  komitəsinə  daxil  olmuş  Bakı  neftçilərinin  həmkarlar 

ittifaqı,  siyasi  partiyalar  və  təşkilatlar  (sosial-demokrat,  eser)  ümumi  çıxışa  hazırlıq 

görürdülər. Tətil komitəsinin çağırışı ilə iyulun 25-də ümumi tətil başladı. Hərəkatın ön 

sırasında mədən fəhlələri - Bakı fəhlələrinin ən məzlu m hissəsi gedirdi. 

İşlənib hazırlanmış tələblər (cəmisi 45 maddə) Bakının neftçi fəhlələrinin həm 

iqtisadi  ehtiyaclarını,  həm  də  onların  vəziyyətinin  siyasi-hüquqi  aspektlərin i  əks 

etdirirdi. 

Avqustun başlanğıcına yaxın tətildə  30  min nəfərədək  fəhlə  iştirak edirdi, sonra 

proletariatın digər dəstələri də ona qoşulmağa başladı. 

Ümumi  tətilin hazırlanmasında  Qazı  Məhəmməd  Ağasıyev,  M.Məmmədyarov, 

S.D.Yaqubov, P.A.Qraçov, A.Q.Dolidze, Y Y. Razmaçayev və b. fəal iştirak edirdilər. 

Tətil  günlərində  qabaqcıl  fəhlələrdən  Rzaqulu  bəy  Səməd  bəy  oğlu,  Pyotr 

Dyomin,  Qurban  Həsən  oğlu,  Novruzəli  Səfərəli  oğlu,  Sadıq  Mövlud  oğlu,  İsmayıl 

İbrahim oğlu, Pavel Piskunov, İbadulla Məmməd oğlu, Vasili Xarlamov və başqaları fəhlələr 

içərisində geniş təşviqat işi aparırd ılar. 

Tətil komitəsi Azərbaycan və rus dillərində bir sıra vərəqə və nıüraciətnamələr 

nəşr etdirdi. Bakı fəhlələrinin Rusiya sənayesi və nəqliyyatının yanacaq təchizatını təhlükə 

altında qoyan tətili yu xarı hökumət dairələrində böyük həyəcan doğurdu. Lap əvvəldən bu 

tətil hökumətin  cəza tədbirləri  ilə  müşayiət olunurdu.  Polis sahibkarlarla  tətilçilərin dinc 

danışıqlarına  qarışır,  onları  işdən  çıxarır,  kazarmalardan  bayıra  atır,  döyür  və  s.  cəza 

tədbirlərini  həyata  keçirirdi.  Hakimiyyət  orqanları  elektrik  stansiyaları,  su  və  neft 

kəmərləri,  nəqliyyat  və  rabitədə  işlərin  dayandırılmasına  yol  verməmək  üçün  tədbirlər 

görürdü. 

Tətilçilərin, demək olar ki, bütün siyasi tələbləri rədd olunurdu. Menşeviklər, o 

cümlədən Dövlət dumasının tətil günlərində Bakıya gəlmiş üzvləri Skobelov və Çxeidze 

də  fəhlələri  siyasi  tələblərdən  imtina  etməyə  çağırır,  fabrik  müfəttişliyi  barışdıncı  siyasət 

yürüdürdü. 

Hakimiyyət  orqanları  tətili  rəhbərsiz  qoydular.  Tətil  komitəsi  tərkibinin 

əksəriyyəti, neftçilərin həmkarlar irtifaqlarının bir sıra üzvü həbs olundu. Lakin ümumi tətil 

ancaq oktyabrın 17-də başa çatdı. Onun nəticəsində neft sənayesində və onunla bağlı olan 

istehsalat  sahələrində  490  min  735  iş  günü  itirildi  ki,  bunun  da  74  faizdən  çoxu  ne ft 

hasilatının payına düşürdü. 

Tətilçilər bir sıra iqtisadi tələblərin (əmək haqqının artırılması, mənzil haqqı və 

mükafatların  verilməsi)  ödənilməsinə  nail  oldular.  Bu,  əslində  bütün  irtica  illərində 

fəhlələrin əlindən alınmışların geri qaytarılması demək idi. Sosial xarakterli bir sıra digər 

tələblər rədd olundu. 




downloaded from KitabYurdu.az

 

 



109 

1913-cü  ilin  yay  tətili  Bakı  fəhlələrinin  çıxışlarını  yenidən  Rusiya  fəhlə 

hərəkatının ön sıralarına çəkd i. 

Bakıda tətil dalğasının, demək olar  ki, yatdığı dövrdə  - sentyabrda belə,  Bakı  neft 

sənayesi  rayonu  tətil  hərəkatının  intensivliyinə  görə  Peterburq  və  Moskva 

quberniyalarından sonra üçüncü yeri tuturdu. 

1913-cü  ildə  Zaqafqaziyada  baş   vermiş  tətillərin  sayının  94-ü  və  onların 

iştirakçılarının təxminən 96 faizi  Bakının payına düşürdü. Bakıdakı vəziyyət Azərbaycan 

qəzaları  fəhlələrinə də təsir göstərirdi.  İyulun  23-də  Nuxanın  ipəksarıma  fabriklərindən 

birində 300 nəfərin iştirak etdiy i tətil baş verdi. 

Bakı tətili Qafqaz və Orta Asiyada fəhlə hərəkatının inkişafına şərait yaratdı. Bu, 

1914-cü ilin yazı və yayında Bakı fəhlələrinin yeni böyük çıxışını şərtləndirdi. Bu ilin 5 ayı 

ərzində  Bakıda  iştirakçılarının  sayı  19  min  nəfərdən  çox  olan  75  fəhlə  tətili  baş 

vermişdi. 

Ümumi  tətilə  geniş  hazırlıq  işləri  başlandı.  Mayın  ortalarında  sosial-

demokratlar və eserlərdən ibarət iki (əsas və ehtiyat) tətil ko mitəsi təşkil edildi. Bütün 

mədən  fəhlələrinin  95  faizi  ümumi  tətilə  tərəfdar  çıxırdı.  Hakimiyyət  orqanları 

hadisələrin inkişafının qarşısını almağa cəhd göstərdi. Mayın 23-ü və 26-da birinci tətil 

komitəsinin bir  çox  üzvü  həbs olundu,  rəhbərlik  ikinci  komitəyə  keçdi.  Neft sənayesi 

fəhlələri həmkarlar ittifaqı ümumi tətilə hazırlıq işində fəal iştirak edird i. 

Bakı  ətrafında  başlanan,  fəhlələr  içərisində  güclü  həyəcan  doğuran  vəba 

epidemiyası  tətilin  elan  edilməsi  üçün  bəhanə  oldu.  Neftçilərin  həmkarlar  ittifaqının 

fəhlə  qəsəbələrinin  tikilməsi  tələbinə  neft  sənayeçiləri  qurultayı  Şurası  rədd  cavabı 

verdi. Tətil komitəsi mayın 27-də tətilə çağıran vərəqə buraxd ı, may ın 28-də isə fəhlə 

müvəkkillərinin  iştirakı  ilə  Bakı  fəhlələrinin  60-dan  çox  maddəsi  olan  ümumi 

tələblərini işləyib hazırladı. Onlar bir çox hallarda bundan əvvəlki ü mumi tətil dövründə 

irəli sürülmüş tələblərlə səsləşir, eyni zamanda yeni məzmunu ilə fərqlənirdi.  

Nəinki  Bakı,  eləcə  də  bütün  Rusiya  fəhlə  hərəkatı  iqtisadi  və  hüquqi 

tələblərin belə geniş  dairəsini o  vaxtadək  hələ  görməmişdi.  Onlar  çıxışa  daha  geniş 

tutumlu xa rakte r verirdi. 

Tətilin  ən  qızğın  dövründə  1914-cü  il  iyunun  1-də  iştirakçıların  sayı 

təxminən  40  min  nəfərə  çatmışdı.  1913-cü  ildə  olduğu  kimi,  öndə  neft  mədənləri 

(xüsusən  də  iri  firmalara  məxsus  mədənlərin)  fəhlələri  gedirdi.  Hərəkat  bütün 

Rusiyada gur əks-səda oyatdı. 

Yerli  sahibkarlar,  həmçinin  mərkəzi  höku mət  təqdim  olunan  tələblərin 

şişirdild iyini  bildirir,  buna  görə  də  onların  yerinə  yetirilməsin i  qeyri-mü mkün 

sayırdı.  Cəza  aparatı  işə  salındı.  IV  Döv lət  Dumasının  Bakı  quberniyasından olan 

deputatı,  Bakıya  gəlmiş  sosial-demokrat  (menşevik)  Skobelev   tətilə  sırf  iqtisadi 

xara kter verməyə ça lışırdı. 

Tətilç ilərin yekd il  inadkarlığ ı hakimiyyət orqanlarının  daha qəti tədbirlər 

görməsinə  təkan  verdi.  İyunun  25-də  Bakıda  hərbi  vəziyyət  tətbiq  olundu. 

Tətilçilər  həbsxanalara  salınır,  mədən  kazarmalarındakı  mən zillərindən  bayıra 




Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə