Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə49/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   45   46   47   48   49   50   51   52   ...   249

downloaded from KitabYurdu.az

 

 



102 

Noyabrın  ortalarında  Bakı,  Gəncə  və  Zaqatalanın  poçt-teleqraf  işçiləri 

rabitəçilərin Ümumrusiya tətilinə qoşuldular. 

Moskvada  dekabr  silahlı  üsyanı  Azərbaycanda  fəhlə  hərəkatına  yeni  təkan 

verdi.  Qafqaz  və  Orta Asiya  dəmiryolçularının  dekabrın  7-də  açılan  konfransı  Rusiya 

dəmiryolçularının ümumi siyasi tətilinə qoşulmağı qərara aldı. Dekabrın 10-da başlayan 

tətil  Bakı,  Biləcəri,  Gəncə, Ağstafa və b. stansiyaların fəhlə və qulluqçuların ı əhatə 

etdi.  Dəmir  yolda  hərəkətin  idarə  olunması  yenidən  tətilçilərin  əlinə  keçdi. 

Dəmiryolçuların tətili 1905-ci il dekabrın sonunadək davam etdi. 

1905-ci  ilin  noyabr-dekabrında  Xəzər  hərbi  donanmasının  əsgər  və 

matrosları  içərisində  təbliğat-təşviqat  işi  gücləndi.  Bu  işdə  həm  RSDFP  BK  yanında 

hərbi qrup, həm də eserlərin hərbi komissiyası böyük rol oynayırdı. Bakıda yerləşdirilmiş 

hərbi hissələrlə əlaqə yaradıldı. Noyabrın sonlarında bəzi alayların əsgərləri öz tələbləri-

ni komandanlığa təqdim etdilər. Bakı qarnizonunda bir sıra hissələrin əsgərləri dekabrın 

12-də keçirdikləri nümayişdə həbs edilmiş inqilabçı matrosların azadlığa buraxılmasını 

tələb etdilər. Həyəcanlar Gəncə və Zaqatala qarnizonlarının hissələrini də əhatə etdi. 

"Ən etibarlı" sayılan kazak hissələri belə tərəddüd etməyə baş ladı. Qazaxdakı 

və  Yevlaxdakı  kazak  dəstələri  polis  xidmətini  yerinə  yetirməkdən  boyun  qaçırdılar. 

Gəncədə 1-ci Labinsk alayının kazakları içərisində həyəcan başlandı. 

RSDFP  Bakı Ko mitəsi yaran mış vəziyyətdən ümumi siyasi tətil keçirmək 

üçün  istifadə  etmək  qərarına  gəldi.  1905-ci  il  dekabrın  13-də  Bakı  fəhlələrin in 

1904-cü  il tətilinin  ildönümü günü Ba kı Fəh lə  Deputatları Soveti  fəhlə lərin təkidi 

ilə ü mu mi siyasi tətil elan etdi. Sovetin şendrikovçu rəhbərliy i tətil başlayanda ona 

iqtisadi  xarakter verməyə cəhd göstərdi. Lakin tətil bütün Bakı rayonuna yayılaraq 

geniş  miqyas  aldı.  Bir  ço x  zavod  və  mədənlər,  konka,  yerli  qəzetlərin  buraxılışı 

dayandı, ziyalıların bir h issəsi tətilə başladı.  Lakin tətil silah lı üsyana çevrilmədi, 

siyasi  təşkilatların  hamısı  onu  müdafiə  etməd iyi  üçün  o,  heç  kütləvi  tətilə  də 

çevrilmədi.  Çünki əhalinin geniş təbəqələrini, əsgərləri,  matrosları və b. tətilə cəlb 

etmək mü mkün olmad ı

71



Burjuaziya və ziyalıların əsas hissəsi sol partiyaların zora kılıq ve ifratçılıq 

mey illərindən  çəkin mir,  quruluşun  islahatlar,  parla ment  demokratiyasını  tədricən 

həyata  keçirmək  yolu  ilə  dəyişdirilməsini  dəstəkləyir,  sinfi  sülh  ideyasmı,  əmək 

münaqişələrinin  danışıqlar  vasitəsilə  həllini  sinfi  mübarizədən  üstün  tuturdu.  Bu 

görüşlərin  tərəfdarları  Rusiyada  əmək  və  kapital  arasında  qarşılıq lı  münasibətləri 

nizamlaya,  fəhlələrin  mü lki  və  siyasi  hüquqlarını  müəyyənləşdirə  biləcək  fəhlə 

qanunvericiliy inin həyata keçirilməsi zərurətini də qeyd edird ilər. 

Moskvada  dekabr  silahlı  üsyanının  məğlubiyyətindən  sonra  çıxış lar 

zəifləməyə başladı. Lakin Bakıda fəhlə hərəkatı yeni mərhələyə qədəm qoydu. Ona 

RSDFP-n in  birləş miş  (bolşevik  və  menşeviklərin)  Ba kı  təşkilatının  icra iyyə 

ko mitəsi,  eserlər  partiyasının   Bakı  Ko mitəsi,  milli  sosial-demokrat  "Hü mmət" 

təşkilatı  rəhbərlik  edird i.  Mayın  1-i  ü mu mi  tətillə  qeyd  olundu.  Sonra  tətillər 

sənaye  müəssisələrini  əhatə  etməyə  başladı.  Mədənlərin  azərbaycanlı  fəh lələ ri 



downloaded from KitabYurdu.az

 

 



103 

mübarizəyə getdikcə daha çox qoşulurdu. İyulun ortalarında mədənlərdə fəhlələrin 

artıq 65 faizi tətil edird i. 

Menşeviklər  Bakı  fəh lələrin in  tətil  hərəkatını  avropasayağı  mübarizə 

yollarına keçirməyi təbliğ edir, mülay im tələblərə çağırırd ı. 

1906-c ı ilin ya zında Ba kıda şagird lərin iri tətili baş verdi. Gəncə şagirdləri 

də tətil elan etdilər, burada sonralar yerli şagird təşkilatı yarandı.  

İyun-iyul ay larında Xəzər ticarət donanması dənizçilərinin  tətili baş verdi. 

Bu  tətil  onların  Qara  dənizdən  olan  həmfikirlərinin  çıxış ları  ilə  səsləşirdi.  Elə  bu 

dövrdə Tağıyevin toxuculuq fabriklərində də iri tətil o lmuşdu və i.a. 

Lakin  tətillər  dalğası  ümumi  tətilə  çevrilmədi.  Belə  ki,  siyasi  təşkilatların 

mövqeyi  bu  məsələdə  eyni  deyildi.  1906-cı  ilin  yayı  ərəfəsində  təkcə  RSDFP  BK 

İcraiyyə  Komitəsinə  deyil,  həm    bütün  komitələrə  rəhbərlik  edən  menşeviklər  onun 

keçirilməsini  əleyhinə çıxır,  kadetlər, şendrikovçular,  "spesifiklər" və b. onları  müdafiə 

edirdilər

72

. Milli ziyalılann da əsas hissəsi kütləvi çıxış lara mən fi münasibət bəsləyirdi. 



Tətillərin artması çar hakimiyyət orqanlarını təşvişə saldı. Fəhlələrin həbsi və sürgün 

edilməsi  başladı.  Tətil  hərəkatı  ilə  mübarizə  məqsədilə  II  Nikolayın  1906-cı  il  28 

sentyabrda  verdiyi  fərmana  görə,  Bakı  xüsusi qradonaçalnikliyə ayrıldı, şəhərin və onun 

mədən-zavod  rayonlarının birlikdə  idarə edilməsi  onun  qradonaçalnikinə  həvalə  edildi. 

Eyni zamanda hakimiyyət orqanları, neft sənayeçiləri və fəhlələrin nümayəndələri ilə birlikdə 

müşavirə keçirilməsini təklif etdilər. Bolşeviklərin ciddi əks-fəaliyyətinə baxmayaraq, bir 

sıra  müəssisələrdə müşavirəyə nümayəndələrin seçkisi keçirildi. Bu   müşavirə 1906-cı 

ilin  dekabrında  Peterburqda  keçirildi.  Burada  fəhlələrə  ancaq  onların  tələblərinin  neft 

sənayeçilərinin növbəti qurultayında nəzərdən keçirilməsi vəd olundu. 

Neft  Sənayesi  Fəhlələri  İttifaqının,  fəhlə  və  qulluqçuların  bir    sıra  digər 

həmkarlar təşkilatlarının yaradılması bu ilin mühüm had isəsi oldu. 

1906-cı il hərbi çıxışların fəallaşması ilə səciyyəvidir. Hərbi məhkəmə yanvar ayında 

1905-ci  ilin  oktyabrında  qaragüruhçuların  nümayişini  dağıtmaq  üstündə  həbs  olunmuş 

matrosları  cəzalandırmağa  cəhd  göstərdi.  Lakin  Bakı  fəhlələri  dənizçilərin  mühakimə 

edilməsinə  qarşı  öz  güclü  səsini  qaldırdı.  Məhkəmə  3  matrosa  bəraət,  qalanlarına  isə 

qısamüddətli həbs cəzası verməyə məcbur oldu. 

1906-cı  ilin  əvvəlində  Xəzər  hərbi  donanmasının  hissələri,  habelə  Samur 

alayının  əsgərləri  içərisində  həyəcanlar  baş  verdi.  Hakimiyyət  orqanları  dənizçilərə 

qarşı cəza tədbirləri gordü. 

Hissələrdə  ordunun  çarizmlə  mübarizə  üçün  xalqın  tərəfinə  keçməsi  zərurəti 

haqqında təbliğat aparılırdı. RSDFP BK, eserlər partiyasının Bakı Komitəsi və b. əsgər və 

zabitlər içərisində iş aparırdı. 

Qafqaz Hərbi Dairəsi qoşunlarının komandanı 1906-cı ilin oktyabrında Peterburqa 

məlumat verirdi ki, Bakı qarnizonu hissələri içərisində inqilab i təbliğat genişlənir. 

1906-cı  ildə  kəndli  hərəkatı  da  genişlənməkdə  davam  edirdi.  İlin  birinci 

yarısında bu hərəkat Azərbaycan qəzalarının çoxunu əhatə etmişdi. Kəndli həyəcanları 1905-ci 

ildəki şəkildə təzahür edirdi. 



Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə