Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə46/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   42   43   44   45   46   47   48   49   ...   249

downloaded from KitabYurdu.az

 

 



96 

Hərbi  əməliyyatların  Rusiyanın  xeyrinə  olmayan  istiqamətdə;  gedişi,  güclənən 

iqtisadi və siyasi böhran da Azərbaycandakı siyasi vəziyyətə müəyyən təsir göstərirdi. 

Rus  ordusu  məğlubiyyətə  uğrayırdı.  Port-Arturun  bir  neçə  ay    davam  edən 

mühasirəsi müharibənin başa çatdığı mərhələyə çevrildi. Gərgin dəniz vuruşmalarından sonra 

Port-Artur təslim oldu və Rusiya müharibəni uduzdu. 

Port-Artur 

müdafiəçiləri 

sırasında 

sonradan 

Azərbaycan 

Demokratik 

Respublikasının  mövcud  olduğu  dövrdə  milli  orduda  xidmət  edəcək  igid  azərbaycanlı 

zabitlər də vuruşurdular.  7-ci  Şərqi  Sibir  artilleriya divizionuna  komandirlik etmiş  Səməd 

ağa  Mehmandarov  onlardan  biri  idi.  Cəbhənin  müdafiə  rəisi  general-mayor  Kondra-

tenkonun ən yaxın köməkçilərindən biri olan S.Mehmandarov tezliklə Port-Arturun Şərq 

cəbhəsinin  artilleriya  rəisi  təyin  edildi.  Bu  hadisələrin  şahidləri  polkovnikin  qeyri-adi 

cəsurluğu və şəxsi  igidliyini qeyd  edirlər.  S. Mehmandarov  Port-Arturun  müdafiəsində 

hərbi  xidmətlərinə görə  döyüş ordenləri  və qızıl  silahla  təltif olunmuş,  general-mayor 

rütbəsi almışdı. 

Port-Arturun müdafiəçiləri sırasında qala qarnizonu batareyasına komandirlik edən 

topçu zabit, kapitan Əlağa Şıxlinski də var idi. Döyüş nailiyyətləri və hərbi məharəti ona 

"artilleriyanın  allahı" şöhrətini  qazandırmışdı.  Rusiya-Yaponiya  müharibəsinin  iştirakçı-

ları  içərisində  həmçinin  2-ci  Dağıstan süvari  alayının  komandiri  polkovnik  Hüseyn  xan 

Naxçıvanski, polkovnik İlyas bəy Ağalarov və b. məşhur idilər

56



Alçaldıcı  Portsmut  sülhünün  imzalanması  Rusiyanın  bu  müharibədə 

məğlubiyyətinə  yekun  vurdu.  Bu  müqaviləyə  görə,  Port-Artur,  Cənubi  Saxalin  və 

Koreya Yaponiyanın ixtiyarına keçirdi. 

Yaponiya  ilə  müharibədə  məğlubiyyət  Rusiyada  ümumi  siyasi  böhranın 

kəskinləşməsinə səbəb oldu. Sənaye şəhərlərində siyasi tətil və nümayişlər baş verir, kənd 

yerlərində  kəndlilər  mülkədar və  xəzinə  torpaqlarını,  meşələri, su  mənbələrini özbaşına 

tutur, malikanələri yandırır, mülkədarların taxılını aclıq çəkənlərə paylayırdılar. Orduda, 

tələbə-gənclər  arasında  həyəcanlar  başlayırdı.  Neft  sənayesinin  geniş  fəhlə  kütlələri 

içərisində - cəmiyyətin ən intensiv şəkildə istismar olunan bu hissəsində narazılıq günü-

gündən  artırdı.  1904-cü  ilin  avqust  ayında  Bakıda  Şendrikov  qardaşları  tərəfindən 

"Balaxanı və Bibiheybət fəhlələrinin təşkilatı" adında menşevik mövqeli təşkilat yaradıldı. 

Fəhlələrlə  sıx  ünsiyyətə  girən  Şendrikovlar  onları  əsasən  iqtisadi  mübarizəyə  çağırır, 

bolşeviklərə qarşı  çıxış edirdilər. 

Şendrikovlar  özlərini  sözdə  sosial-demokrat  adlandırır  və  daha  çox 

menşeviklərə  meyl edirdilər.  1904-cü  ilin  iyun ayında, yəni  RSDFP  Bakı  Komitəsinin 

bolşeviklərin əlinə keçməsindən sonra onlar ilə şendrikovçular arasında fəhlə kütlələrinə 

təsir  uğrunda  mübarizə  başlandı.  Şendrikov  qardaşları  başda  İlya  Şendrikov  olmaqla 

bolşevikləri  qeyri-demokratizmdə  ittiham  edirdilər.  Onların  dediyinə  görə,  bolşevik 

təşkilatının rəhbərliyini bir qrup ziyalı təşkil edir ki, onların da fəhlələrlə ünsiyyəti yox 

dərəcəsindədir  və  Bakı  Ko mitəsinə  fəhlələr  tərəfindən  heç  bir  nəzarət  olun mur. 

Məhz buna görə də BK-nın bütün qərarları fəhlələrə əmr formasında çatdırılır, bu isə, 

şendrikovçuların fikrincə, inqilabi hərəkatda yolverilməzdir

57




downloaded from KitabYurdu.az

 

 



97 

Şendrikovçuların  bolşeviklərə  ikinci  ittihamı  onların  fəhlələrin  iqtisadi 

ehtiyaclarına əhəmiyyət verməməkləri və bütün gücü siyasi məsələlərə yönəltmələrindən 

ibarət  idi.  Öz  növbəsində  bolşeviklər  şendrikovçuları  anarxo-sindikalist  və  avantüraçı 

adlandırırdılar. Onların əsas ittihamı ondan ibarət idi ki, şendrikovçular siyasi şüarlardan 

vaz keçərək, fəhlələri yalnız iqtisadi mübarizəyə çağırırlar,  bu isə, bolşeviklərin fikrincə, 

menşevizmin ibtidai dövrü, kobud "ekonomizm" demək idi. 

1904-cü  ilin  avqustunda  Şendrikovlar  Bakı  Komitəsi tərəfindən    intizamsızlıq 

törətməkdə  günahlandırılaraq  partiyadan  çıxarıldılar.    Lakin  onlar  özlərini  hələ  də 

RSDFP-nin  üzvləri  saymaqda  davam    edirdilər,  çünki  menşeviklər  1906-cı  ilədək 

şendrikovçuların tərəfini saxladıqlarına görə onların partiyadan kənar edilməsində yalnız 

bolşeviklər iştirak ed irdilər. 

1904-cü  ilin  noyabr  ayından  şendrikovçular  ümumi  tətilə  hazırlıq    görməyə 

başladılar. 

Dekabrın  12-də "Balaxanı  və  Bibiheybət  fəhlələrinin  təşkilatı"  çörəkçilər  və 

şəhərin su təchizatı fəhlələrindən savayı bütün sənaye fəhlələrini ümumi tətilə çağıraraq, 

qabaqcadan elan etdi ki, tətil ancaq təşkilatın xəbərdarlığından sonra dayandırıla bilər və 

sahibkarların  fəhlələri qorxutmağa  yönəlmiş bütün cəhdləri "təşkilatın  cavab addımla rını 

gücləndirəcək və ən qəti tədbirlər görüləcəkdir". 

Xəzər-Qara  dəniz  cəmiyyətinin  fəhlələri  tətilə  birinci  başladılar.  Onların 

ardınca  Nobel,  Rotşild,  Mantaşev  və  Mirzoyevin  mədənlərinin,  günortaya  qədər 

Bibiheybət,  habelə  Qara  və  Ağ  şəhərlərin  fəhlələri  işi  dayandırdılar.  Bu  möhtəşəm 

çıxışın elə birinci günündə 40-a yaxın firmanın fəhlə və qulluqçuları tətilə qoşuldular. 

Ertəsi gün tətil genişlənməkdə davam edirdi. Axşama yaxın  "Kaspi", "Baku", 

"Bakinskiye izvestiya" qəzetləri mətbəələrinin fəhlələri işi dayandırdılar. Dekabrın 16-17-

də  "Şərq  cəmiyyəti",  "Qafqaz  və  Merkuri‖nin  emalatxanaları,  habelə  "Nadejda" 

kompaniyası, tənbəki fabriki və Dadaşovun tərsanəsinin fəhlələri, sonra isə Xəzər ticarət 

donanmasının dənizçiləri,  şəhər  konkasının,  mağazaların,  emalat xanaların  işçiləri  də 

tətilə başladılar. Beləliklə, tətil ü mumi xarakter alaraq 50 minədək adamı əhatə etdi

58



RSDFP  Bakı  Komitəsi  əvvəldən,  qış  mövsümü  olmasını  və  dənizdə 

naviqasiyanın  dayandırılmasını  nəzərə  alaraq,  bu  tətilin  əleyhinə  çıxmışdı.  Lakin 

hadisələrin geniş miqyas aldığını görüb tətilə qoşuldu və bu barədə buraxdığı vərəqədə 

elan  etdi:  "Tətil  başlamışdır.  Hazırkı  məqamda  kapitalistlərə  müharibə  elan 

edilməsinə  bizim  münasibətimiz  necə  olursa  olsun,  biz  bütün  qüvvələrimizi  sərf 

etməliyik ki, qələbə bizim, fəhlələrin olsun. Lakin, yoldaşlar, unutmayın ki, nə qədər ki, 

bizim  başlıca  düşmənimiz  (çar  hökuməti),  bizim  kapitalistlərin  dostu  devrilməyibdir, 

kapitalistlər üzərində bizim heç bir qələbəmiz möhkəm olmayacaq"

59



Tətilə  rəhbərliy i  ələ  almaq   uğrunda  iki  təşkilat  arasında  müba rizə 



başlandı.  Bu   zaman  BK  şəhər  rayonunda,  şendrikovçular  isə  neft  mədənləri  və 

neftayırma  zavodlarında  üstün  mövqeyə  malik  idilər.  BK  tətilə  rəhbərlik  etmək 

üçün A.M.Stopani, P.A.Caparidze və İ.Fio letov başda olmaqla, tətil ko mitəsi təşkil 

etdi.  Tətil  ko mitəsinə  sosial-demokrat  "Hü mmət",  ermən i  "Qnçak"  təşkilatların ın 




Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə