Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə43/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   39   40   41   42   43   44   45   46   ...   249

downloaded from KitabYurdu.az

 

 



90 

məhv olub yer ü zündən silin məli, ya da d in vastəsilə sağlamlaş malıdırlar"

23



XX əsrin əvvəllərində Azərbaycanda müxtəlif istiqamətli erməni  partiyaları 



geniş  fəaliyyət  göstərirdi.  Onlardan  ən  böyüyü  və  qatı  burjua-millətçi 

"Daşnaksutyun"  partiyası  idi.  Daşnaklar  erməni  cəmiyyətindəki  mü xtəlif  sosial 

qüvvələrin  mənafe  birliyi  və  ahəngdar  ideyasını  təbliğ  edirdilər.  1890-cı  ildə 

yaradılan  və  Türkiyə  ərazisində  Ermənistanın  müstəqilliyi  uğrunda  mübarizəni 

özünün  əsas  vəzifəsi  elan  edən  Daşnaksutyun  tədricən  bu  mübarizənin  meydanını 

Türkiyənin  hüdudlarından  kənara  da  keçirərək  genişləndirir  və  kütlələrin  beyninə 

dənizdən-dənizə  uzanan,  demək  olar  ki,  bütün  Zaqafqaziya  ərazisini  əhatə  edən 

"Böyük  Ermənistan"  yaratmaq  ideyasını  yeridirdi.  Azərbaycanda  onun  təşkilatları 

Bakı, Gəncə, Şuşa və b. şəhərlərdə fəaliyyət göstərirdi. 

Millətçi  erməni  xırda  burjua  partiyası  olan  "Qnçak"  da  erməni  fəhlələr 

içərisində müəyyən nüfuza malik idi

24

. Daşnaklar kimi qnçakçılar da erməni fəhlələrin 



başqa fəhlələrlə birlikdə tətil və siyasi nümayişlərdə iştirak etməsinə qarşı çıxırdılarsa 

da, 1904-cü il dekabr tətili za manı sol bloka girdilər

25

. Onlar da daşnaklar kimi, "Qərbi 



Ermənistan" problemlərinin həlli uğrunda mübarizəyə çağırışla çıxış edirdilər. 

1903-cü  ilin  payızında  Bakıda daha bir sosialist təmayüllü erməni  təşkilatı  - 

"Erməni  sosial-demokrat  fəhlə  təşkilatı"  meydana  çıxdı.  "Spesifiklər"  adlandırılan 

bu  təşkilat  partiyanın  federativ  quruluşda  olması,  yəni  fəhlələrin   milli  əlamətlərə 

görə bölünməsi tələbini irəli sürürdü. 1903-cü ilin dekabrında bu təşkilat "Manifest" 

dərc  etdi.  Burada  RSDFP  Qafqaz  İttifaqını  milli  təşkilatların  federativ  birliyinə  çe-

virmək  vəzifəsi  bəyan  edilirdi

26

.  "Spesifiklər"  vərəqələr  buraxmağa,  "Sosialist" 



jurnalını nəşr etməyə (sonralar onun nəşri  xaricə köçürüldü) başladılar. 1903-cü  ilin 

dekabrında "Spesifiklər"  Bakı fəhlələrini ümu mi tətilə çağırdılar,  lakin bu çağırışlar 

müvəffəqiyyət qazanmadı. ―Spesifiklər"in erməni fəhlələri içərisində elə bir xüsusi nüfuzu yox 

idi. Bu. 1904-cü ilin mayında RSDFP Qafqaz İttifaqının qurultayında da qeyd olunmuşdu

27



Sosialist  inqilabçıları  (eserlər)  partiyası  Bakıda  1903-cü  ilin  yayında  meydana 



çıxdı. Bunun üçün Azərbaycanda torpaq və kənd təsərrüfatı sahələri ilə sıx bağlı olan müəyyən 

fəhlə təbəqələrinin mövcudluğu obyektiv zəmin idi. 

Bakıda  fəaliyyətinə  1903-cü  ilin  iyulunda  hektoqrafik  vərəqə  buraxmaqla 

başlayan  eser dərnəyi  elə həmin  ilin  sonunda çap  maşını  olan gizli  mətbəə təşkil etdi. 

Burada onların öz nəşrləri ilə yanaşı, mərkəzi eser qəzetlərindən materiallar və digər şəhər 

komitələrinin nəşrləri çap olunurdu

28



Eserlər  partiyasının  xaricdəki  Mərkəzi  Komitəsi  eser  təşkilatların ın 



Zaqafqaziyadakı  işinə  böyük  əhəmiyyət  verirdi.  Buna  görə  1904-cü  ildə  SİP  (Sosial-

İnqilabçılar  Partiyası)  MK  öz  nümayəndəsi  (müvəkkili)  V.Volskini  Bakıya 

göndərmişdi

29

. O, burada eser təbliğatını canlandırmalı və birgə terror əməliyyatları keçirmək 



üçün Daşnaksutyun partiyasının nümayəndələri ilə əlaqə yaratmağa çalışmalı idi. Bununla 

belə eserlərin bilavasitə mədən fəhlələri ilə əlaqələri ço x zəif id i. 

Eserlər  Azərbaycanın  digər  şəhərlərində  də  fəhlə  və  təhsil  alan  gənclər 

içərisində öz  təsirlərini  yaymağa  can  atırdılar.  1904-cü  ilin  fevralında  Şuşa  real  təhsil 




downloaded from KitabYurdu.az

 

 



91 

məktəbində eser dərnəyi yaradılmışdı

30

. O za man Gəncədə də eser təşkilatı yaradılmasına 



cəhdlər göstərilmişdi

31



1903-cü  ilin  sentyabrında  Bakı  sosialist  inqilabçılar  dərnəyi  daşnakların 

terrorçuluq  hərəkətlərini  müdafiə  edən  vərəqə  buraxdı

32

.  RSDFP  Bakı  Komitəsi  "Erməni 



cəmiyyətinə" adlı vərəqəsində eserlər  tərəfindən təbliğ olunan fərdi terror taktikasını kəskin 

surətdə  tənqid  etdi.  Vərəqədə  qeyd  olunurdu:  "Terror  mütləqiyyətin  bu  və  ya  digər 

nümayəndəsini aradan götürə bilər, lakin dövlət sistemini aradan qaldırmaqda acizdir"

33



Bakı  eser  təşkilatının  nümayəndələri  və  SİP  MK  eser  partiyasının  Azərbaycan 

filiallarını da yaratmağa cəhd göstərdilər. Lakin 1906-cı il ərəfəsində SİP MK-nın göndərdiyi 

nümayəndələr Azərbaycanda Rizel və Rayetskinin köməyi ilə "İttifaq" adlı eser təşkilatını, 

sonra ―Əş-Şəms" ("Günəş") şagird təşkilatını yaratmağa nail oldular

34



R.Məlikov,  M .Cuvarlinski,  R.Şə rifzadə  "İttifaq"ın  ən   fəal  ü zvləri  id ilər. 



Əsas proqram və taktika məsələlərində ittifaqçılar Bakı eserlərinin görüşlərinə şərik 

çıxır, onlarla birlikdə çıxış edir və birgə vərəqələr imzalayırd ılar. Lakin azərbaycanlı 

eserlər  üçün  milli  məsələ  ön  planda  dururdu,  onlar  geridə  qalmış  küt lələri 

maarifləndirməy i  və  xalqın  azad lığ ını  ö zlərinin  başlıca  vəzifəsi  elan  etmişdilər. 

1905-c i  ildə  siyasi  vəziyyətin  kəskinləşdiyi  millətlə rarası  toqquş mala r  dövründə 

ittifaqçılar  sol  blok  taktikası  mövqeyində  duraraq,  qüvvələri  qaragüruhçulara  və 

talançıla ra qarşı b irləşdirmə k üçün eserlər partiyasının  Ba kı  Ko mitəsi və  "Qnçak" 

erməni partiyası ilə inqilabi koalisiyaya girmişdilər.  

"İttifaq"  və  "Əş-Şəms"  uzun  müddət  yaşamadı,  kütlələr  içərisində 

əhəmiyyətli sosial bazası və müdafiəsi olmadığı üçün 1907-ci ildə dağıldı və ancaq 

fevral inqilabından sonra yenidən dirçəlib siyasi meydana qədəm qoydu. 

 

 

 

 

 

 

§ 3. İCTİMAİ-SİYASİ VƏZİYYƏTİN KƏSKİNLƏŞMƏSİ. 

SOSİAL VƏ MİLLİ ƏSARƏTƏ QARŞI MÜBARİZƏ 

 

Ölkədə  baş  verən  ümumi  böhranla  əlaqədar  meydana  çıxan  ağır  iqtisadi 



vəziyyət,  digər  tərəfdən  isə  1901-ci  ildə  yaradılmış  Bakı  sosial-demokrat  təşkilatı 

tərəfindən  siyasi  təbliğatın  gücləndirilməsi  həmin  ildə  bir  sıra  fəhlə  çıxış larına 

gətirib  çıxardı.  Əmə k  haqqı  gecikdirild iyinə  görə,  1901-ci  ilin  martında 

Sabunçudakı  "Təmir"  emalatxanasının  fəh lələri  tətilə  başladılar.  Ancaq  polis  işə 

qarışdıqdan və yeddi fəhlə istintaqa cəlb edildikdən sonra tətil dayandırıldı

35



1901-c i  ilin  ən  böyük  tətilləri  sentyabr  və  noyabr  aylarında  Xatisovun 

zavodunda 200 nəfərdən artıq  fəh lənin  iştirakı  ilə baş verdi.  Zavodun müdiriyyəti 

tətilçilərə  güzəştə  getməyə  məcbur  olub,  götürə  iş  üzrə  qiy mət  cədvəllərini 



Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə