Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə39/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   35   36   37   38   39   40   41   42   ...   249

downloaded from KitabYurdu.az

 

 



82 

nəzərdə tuturdu. 

1905-c i  il  sentyabrın  22-də  Peterburqda  keçirilən  müşavirədə  Bakı 

qarnizonu  və  polisinin  gücləndirilməsi  məsələsini  qald ıran  neft  sənaycçiləri 

qradonaçalnikliyin  yarad ılması  tələbin i  irəli  sürərək,  onun  saxlan ması  xərclərin in 

xeyli hissəsini öz üzə rlə rinə götürməyə hazır olduqlarını nümay iş etdirird ilə r.  Ba kı 

şəhəri  və  qəzasında  inqilabi  hərəkatla  mübarizəni  gücləndirmək  üçün  canişinin 

1905-c i  il  2  dekabr  tarixli  sərənca mı  ilə   bu  bölgələ r  " ictima i  a sayiş  və  təhlü-

kəsizliyin  mühafizəsi" baxımından  Bakı quberniya  idarəsinin  ixtiyarından alındı və 

müvəqqəti  general-qubernatorluğun  birbaşa  idarəsinə  verildi.  Elə  oradaca  Vorontsov-

Daşkov  tərəfindən  təqdim  edilmiş  Bakı şəhəri və qəzasının  idarəsi qaydalarında nəzərdə 

tutulurdu  ki,  Bakı şəhəri  qəzasına  münasibətdə quberniya  idarələrinin  funksiyaları  ancaq 

inzibati idarəçilik üzrə cari yazışma ilə (özü də göstərilən yerlərdə ictimai asayiş və qayda-

qanunların  mühafizəsinə  aid  olan  bütün  tədbirlər  istisna  edilməklə)  məhdudlaşmalıdır. 

Quberniya  idarəsi  müvəqqəti general-qubernatorluğun  icazəsi  olmadan  Bakı  şəhərində 

pristavları belə dəyişdirə bilməzdi. 

1906-cı il 28 oktyabr tarixli fərmanla Bakı şəhəri, ona bitişik neft-mədən və fabrik-

zavod  rayonlarının  idarəsi üçün  Bakı qradonaçalnikliyi yaradıldı.  Bu addım, şübhəsiz  ki, 

həmin ilin yayında Bakıda qalxan fəhlə tətil və nümayişlərinin yeni dalğası, fəhlələrin öz 

əksini avqustun sonu-sentyabrın əvvəllərində Bakıda keçən siyasi tətillərdə tapan ictimai 

fəallığının yeni yüksəlişi ilə əlaqədar idi. 

Bakı qradonaçalnikliyinə canişinin təqdimatı ilə imperator tərəfindən təyin edilən 

və qubernator səlahiyyətləri olan qradonaçalnik başçılıq edirdi. 

Qradonaçalniklik,  qradonaçalnikliyin  idarəsi  Bakı  və  Balaxanı-Sabunçu 

polismeysterliklərindən  ibarət  idi.  Qradonaçalnikin  yanında  inzibati  və  neft  işləri  üzrə 

idarələr  fəaliyyət  göstərirdi.  Bu  idarələrdən birincisi qradonaçalnikin sədrliyi altında onun 

köməkçisindən,  Bakı  və  Balaxanı-Sabunçu  polismeysterlərindən  və  qradonaçalnikliyin 

dəftərxana  müdirindən  ibarət  idi.  O,  kəndlər  və  kənd  cəmiyyətlərinin  idarəsi,  polisin 

fəaliyyəti və s. ilə bağlı məsələlərə baxırdı. 

Neft  işləri  üzrə  idarəetmənin tərkibinə yuxarıda sadalanan şəxslərlə yanaşı, bir 

sıra hökumət məmurları (II Qafqaz dağ dairəsinin dairə mühəndisi, baş fabrik müfəttişi, Bakı 

birja  komitəsinin  sədri  və  b.),  şəhər  duması  və  neft  sənayeçiləri  qurultayı  şurasının 

nümayəndələri daxil id ilər. 

Neft  işləri üzrə  idarə  ildə  600  min  rubl ayırmaqla bu orqanın  saxlanılmasında 

iştirak  edən  neft  sənaye  burjuaziyasının  təkidi  ilə  yaradılmışdı.  Bu  idarə  Bakı  neft 

sənayeçilərinin  mənafeyini  ifadə  edərək  tətillərin  dağıdılması,  şəhərin,  mədən  və 

zavodların mühafizəsi və buralarda "asayişin qorunub saxlanması"na aid tədbirlər işləyib 

hazırlayır, qradonaçalniklik  idarəsinin və  polismeysterlərin ştatlarını nəzərdən  keçirirdi. 

İdarənin qərarları ancaq qradonaçalnikin razılığından sonra qüvvəyə minirdi. 

Qradonaçalniklik  çar  höku mət  orqanları  tərəfindən  ko mplekt-

ləşdirilməsinə  böyük  əhəmiyyət  verilən  ço xsaylı  məmur  aparatı  idi.  Burada 

vəzifələrin əksəriyyətini tutmaq üçün Tiflisdəki höku mət idarələrindən qulluqçular 




downloaded from KitabYurdu.az

 

 



83 

göndərilmiş,  bəzi  rəhbər  vəzifələrə  isə  Peterburqdan  məmurlar  təyin  ed ilmişdi. 

Canişinin  xüsusi  sərəncamına  müvafiq  olaraq,  azərbaycanlılar  qradonaçalnikliy in 

aparatına buraxılmırdı. Bu, mütləqiyyətin bu o rqanının da müstəmləkəçilik vasitəsi 

olduğuna dəlalət edən əlamətlərdən biri id i.  

1906-c ı  ilin  dekabrında  Ba kı  şəhəri  quberniyasında  hərbi  vəziyyət 

fövqəladə mühafizə vəziyyəti ilə əvəz olundu, müvəqqəti general-qubernatorluq isə 

ləğv edild i. 

Mütləqiyyət azadlıq hərəkatı  ilə  mübarizədə  jandarma  xüsusi yer  verirdi. 

O,  milli  və  inqilabi  təşkilatla r,  tətil  ko mitələrinin  ü zvləri  haq qında  mə lu mat 

toplayır,  fəaliyyəti  şübhəli  görünən  şəxslərin  "siyasi  etibarlılığını  öyrən məklə" 

məşğul olur, tətilçi fəhlələri həbs və sürgün edirdi. 

Cənubi  Qafqazda  quberniya  jandarm  idarələri  ilə  yanaşı,  axtarış 

müəssisələri  adlanan  orqanlar  da  (1902-ci  ildə  Tiflisdə  mühafizə  şöbəsi,  1904-cü 

ilin   dekabrında  Bakıda  mühafizə  məntəqəsi-qayda-qanun  və  ictimai  asayişin 

mühafizəsi  üzrə  məntəqə)  yaradılmış,  onların  ştatları  1905-1907-ci  illərin  inqilabi 

hadisələri dövründə xeyli genişləndirilmişdi. 

Qubernatorlara  torpaq  sahiblərinin  vəsatətləri  üzrə  və  onların   hesabına 

kənd  yerlərində  polis  vəzifələri  təsis  etmək  və  keşikçi  ko mandaları  yaratmaq 

hüququ verilməsi barədə 1905-ci il 8 dekabr tarixli əmr Cənubi Qafqaz ərazisinə də 

şamil ed ilmişdi. 

Çar  höku məti  milli-azad lıq  və  inqilab  hərəkatı  ilə  mübarizədə  məhkəmə 

orqanlarına,  xüsusən də hərbi ədliyyəyə  mühüm yer verird i.  1905-ci ilin  martında 

Bakıda  müvəqqəti  hərbi  məh kəmə  yaradılması  barəsində  sərəncam  verildi,  bu, 

Cənubi Qafqazda ilk hərbi məhkəmələrdən biri oldu.  

Hərbi  məh kəmələrdə  siyasi  cinayətlərə  baxılması  özünün  başgi-

cəlləndirici sürətinə görə "ədliyyənin tələsik atəşi" ləqəbini almışdı.  

Hərbi  məhkəmələrin  gücləndirilmiş  və  ya  fövqəladə  mühafizə  qaydaları 

üzrə qald ırılmış işlərə aid hökmləri hərb i qubernator tərəfindən, ona tabe olmayan 

yerlərdə isə qoşun komandanı tərə findən təsdiq olunma lı idi. Genera l-qubernatorlar 

və  ya  qoşun  komandanları  edam  cəzaları  haqqında hökmləri  təsdiq  etmək  hüququna 

malik olsalar da, onları digər cəza ilə müstəqil olaraq əvəz edə bilməzdilər. Bunun üçün 

imperatorun xüsusi əmri tələb olunurdu. 

Baş  hərbi  məhkəməyə  hərbi-dairə  məhkəmələrinin  hökmlərindən  şikayət 

etmək  olardı.  Lakin  general-qubernator  və  ya  qoşun  komandanı  hərbi  mənafe  və  ya 

ictimai intizamın mühafizəsi məqsədilə hökmün dərhal icrasını zəruri sayırdısa, kassasiya 

şikayətini rədd edə bilərd i. 

Çar hökuməti 1906-cı ilin yaz və yayında kəndli, əsgər və matrosların siyasi tətil 

və  inqilabi  çıxışlarının  yeni  yüksəlişi  ilə  əlaqədar  olaraq,  narazılığın  yeni  dalğasını 

qabaqlamaq məqsədilə məhkəmənin daha sərt cəza tədbirlərini həyata keçirməsinə qərar 

verdi. Bu məhkəmələr yaddaşlarda hökumətin mütləqiyyət hakimiyyətini qoruyub saxlamaq 

uğrunda apardığı vəhşi mübarizəsinin ən qatı təzahürü kimi iz qoydu. 




Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə