Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə38/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   34   35   36   37   38   39   40   41   ...   249

downloaded from KitabYurdu.az

 

 



79 

faizi) şəhərlərdə, 61 mini isə (27,3 faizi) qəzalarda fəaliyyət göstərirdi. 

Bakı  tacirlərinin tərkibi daha  müxtəlif  idi.  1903-cü  ildə burada  olan  14,7  min 

tacirdən  7  mini  azərbaycanlı,  3,5  mini  erməni,  2,41  mini  rus,  1,8  mini  isə  başqa 

millətlərin  nümayəndəsi  idi.  Digər  tərəfdən,  bütün  ticarət  müəssisələrinin  52  faizi 

azərbaycanlı, 27,2 faizi ermən i, 9,4 faizi rus tacirlərinə məxsus idi. 

Azərbaycan milli burjuaziyasının ən nüfuzlu nümayəndələri   H.Z. Tağıyev, 

M. Nağıyev, Ş. Əsədullayev, A. Quliyev və başqaları idilər. Onların kapitalları  10  mln. 

rubl  idi.  1914-cü  ildə  Bakıda    H.Z.  Tağıyevin başçılığı  altında  M.  Nağıyevin səhmdar 

tacir bankı yarandı. Onun əsas kapitalı 3 mln. rubl idi

290



Azərbaycan  burjuaziyası  nümayəndələri  arasında  gəmi  sahibləri  Ş. 



Əsədullayev, Dadaşov, Useynov, ipək müəssisələri sahibləri Mehdi Hacı Abdul oğlu, 

Hacı  Süleyman  Hüseyn oğlu, un  və düyü dəyirmanları sahibləri Ağabala  Quliyev, M. 

İbrahimov, M. S. Kərimov, tütün fabriki sahibi Şirinbəyov, mexaniki istehsal sahibləri  

M. Muxtarov, S. Abdullayev və başqaları fərqlənirdilər.  

Əgər  əvvəllər  ticarət  kapitalı  sahibləri  öz  sərmayələrini  əsasən  ticarət-sələm 

əməliyyatlarına  yönəldirdilərsə,  artıq  XX  əsrin  əvvəllərindən  etibarən  ticarət  və 

sələmçiliklə  yanaşı,  sənayeyə,  nəqliyyata,    tikinti  işlərinə  də  kapital  qoyur,  bununla  da 

sənaye burjuaziyasının  təmsilçiləri olurdular. Çarizmin  müstəmləkə siyasəti nəticəsində  

məhdudiyyətlərə  məruz  qalmasına,  digər  qrup  sərmayə  sahiblərinin  ciddi  rəqabətinə 

baxmayaraq,  Azərbaycan  burjuaziyasının  ipək,  pambıq  emalı,  unüyütmə  və  düyü-çəltik 

təmizləmədə,  balıq  sənayesi  və  ticarətdə  mövqeləri  güclü  idi.  Pambıq-parça  istehsalı 

Azərbaycan  kapitalına  məxsus  idi.  Onun  xüsusi çəkisi  Xəzər  ticarət donanmasında  da 

yüksək idi. Məsələn, 1904-cü ildə gəmi sahiblərinin  əldə etdikləri gəlirin 75 faizi yerli-

milli burjuaziya nümayəndələrinə məxsus idi

291

. Onlar bank-kredit, sənaye, ticarət və s. 



sahibkarları olaraq Rusiyadakı iri burjuaziyanın tərkib hissəsi idilər. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



downloaded from KitabYurdu.az

 

 



80 

II FƏSİL 



 

AZƏRBAYCANIN İCTİMAİ-SİYASİ HƏYATI (1900-

1914-cü illər) 

 

§ 1. İNZİBATİ İDARƏÇİLİKDƏ DƏYİŞİKLİKLƏR 

 

XX  əsrin  əvvəlləri  in zibati-polis  aparatının  yenidən  qurulması  və  onun 



nəzarət-cəzalandırma  funksiyaların ın  genişləndirilməsi  çarizmin   ordu,  jandarm, 

polis,  məh kəmə  və  ümu miyyətlə,  bütün  dövlət  aparatını  Rusiyada,  o  cümlədən də 

Azərbaycanda  gündən-günə  artan  azadlıq  hərəkatın ı  boğmağa  yönəltməsi  ilə 

səciyyələnirdi. Hələ 1881-ci ildə qəbul olun muş və "müvəqqəti əsasnamə" adlanan, 

əslində  isə  "Rusiya  imperiyasının  ən  sabit,  əsas  qanunlarından  biri"  sayılan 

gücləndirilmiş  mühafizə  haqqında  əsasnamə  1902-1903-cü  illərdə  A zərbaycanın 

bir ço x şəhər və qəzalarına şamil edildi. 

Onun  Bakı  şəhəri  və  qəzasında  1902-ci  ilin  yanvarından,  Gəncə,  Şuşa, 

Nuxada 1903-cü ilin sentyabrından tətbiq edilməsi o demək idi ki, Ba kı və Yelizavetpol 

quberniyaları  "ictimai  qaydalara  və  asayişə  zidd  olan  yığıncaq  və  toplantıların 

iştirakçılarını, gücləndirilmiş mühafizə haqqında əsasnaməni "pozan" digər şəxsləri 

500 rubladək cə rimələyə və ya 3 aylıq müddətədək həbs etdirə bilə rdilər".  

1905-c i  il fevra lın 26-da  Qafqa zda canişinlik bərpa olundu. Canişin təyin 

edilmiş  qraf  Vo rontsov-Daşkovun  adına  verilmiş  çar  reskriptində  qeyd  olunduğu 

kimi, onun ən birinci vəzifəsi "Qafqazda təxirə salın madan dinclik yaratmaq" id i.  

Canişin bu məqsədin həyata keçirilməsinə təkcə repressiyalar yolu ilə deyil, 

həm  də  mü xtəlif  qüvvələri  zəiflədən  və  parçalayan  manevrlər  yolu  ilə  can  atırdı. 

Vo rontsov-Daşkov geniş təbliğ edilən ikiü zlü vədlər siyasəti yürüdür, məh kə mə  və 

zemstvo  islahatları  keçirəcəyinə,  torpaq,  silki  məsələləri  həll  edəcəyinə  və  s.  söz 

verird i. 

Liberal  burjuaziya  canişinə  inanaraq,  onu  canfəşanlıqla  tərifləyir,  "bütün 

Qafqazı xoşbəxt edəcək böyük islahatçı" adlandırırdı. Lakin vəd olunmuş islahatlardan 

heç biri həyata keçirilmədi. 

Zadəganlar təbəqəsi canişinliyə müvəqqəti bir təsisat kimi baxır,  mərkəzi hərbi-

bürokratik  aparatın  Qafqaz  işlərinə bilavasitə  qarış masını  canişinliyin hər hansı şəkildə 

məhdudlaşdırılmasını istəmirdi. Ona görə də mütləqiyyət Rusiyadakı dekabr silahlı üsyanını 

məğlubiyyətə uğradan kimi canişinliyin ləğv edilməsi məsələsi qaldırıldı. Lakin Nazirlər 

Şurası  bu orqanı saxlamaq  qərarına gələrək  göstərdi  ki,  onun  fəaliyyəti "ümumdö vlət 

siyasəti"  ilə  ən  sıx  şəkildə  əlaqədar  olmalı  və  mərkəzi  hökumət  tərəfindən 

istiqamətləndirilməlid ir. 

Çar  hökuməti  inqilabi çıxışlara və  milli-azadlıq hərəkatına  qarşı  repressiyaları 

kifayət  hesab  etməyərək,  fövqəladə  səlahiyyət  verilmiş  müvəqqəti  general-qubernator 

təsisatı yaratdı və bir çox quberniyalarda hərbi vəziyyət elan etməyə başladı. Artıq 1905-



downloaded from KitabYurdu.az

 

 



81 

ci ilin fevralında Bakı şəhəri və quberniyasında, 1905-ci ilin sentyabrında isə Yelizavetpol 

quberniyasında hərbi vəziyyət rejimi tətbiq edildi. Yelizavetpol quberniyası ərazisində iki 

müvəqqəti general-qubernatorluq yaradıldı. Bunlardan biri Zəngəzur, Cavanşir, Cəbrayıl 

və Şuşa qəzalarını, o biri isə digər qəzaları əhatə edirdi. 

Azərbaycanda,  eləcə də  Rusiyanın bir sıra  digər  rayonlarında  hərbi  vəziyyət 

elan  edilməsi  hətta  çar  qanunvericiliyinə  belə  zidd  idi.  Bu  qanuna  əsasən,  ancaq 

müharibə  dövründə,  özü  də  ancaq  hərbi  əməliyyatlar  gedən  yerlərdə  hərbi  vəziyyət 

rejimi  tətbiq  etmək  olardı.  Hərbi  vəziyyət  mütləqiyyətə  fövqəladə orqanlar yaratmaq, 

qol-budaqlı  hərbi  bürokratik  və  hərbi-məhkəmə  orqanlarından  inqilabi  hadisələrin 

iştirakçılarına divan tutmaq üçün istifadə etmək imkanı verirdi. Hərbi vəziyyət rejimindən 

irəli gələn tədbirləri həyata keçirməli olan müvəqqəti general-qubernatorluq isə çox geniş 

səlahiyyətə  malik  idi.  O,  yığıncaqları  qadağan  edə,  sənaye  və  ticarət  müəssisələrini 

bağlaya, "etibarsız" şəxsləri  quberniya  hüdudlarından  kənara  sürgün  edə və  ya  onlar 

üzərində  polis  nəzarəti  qoya,  kütləvi  axtarışlar  keçirə  bilərdi.  Quberniyada  yerləşən 

qoşunlara  ümumi  komandanlığı  da  həyata  keçirən  müvəqqəti  general-qubernatorluq 

eyni  zamanda  cinayət  işlərinin  ümumi  qanunlarla  nəzərdə  tutulmuş  baxılma 

instansiyasını dəyişib, onları hərbi məhkəmənin  məh kəməsinə vermək, hərbi dövrün 

cəzaların ı  tətbiq  etmək,  onun  fikrincə,  "düşüncələrin  qızışdırılmasına  və  asayişin 

pozulmasına"  səbəb  ola  biləcə k  bütün  işlərin  bağlı  qap ı  a rxasında  mühakimə  

olunmasını tələb etmək hüququna malik id i.  

Müvəqqəti  general-qubernatorluq  institutunun  tətbiqi  ilə  yanaşı, 

qubernator  başda  olmaq la,  əvvəlki  quberniya  aparatı  da  fəaliyyət  göstərirdi.  O, 

"qayda-qanun və dinclik yarat maq" işində  müvəqqəti gcneral -qubernatorluğa tabe 

idi.  Qalan  hər  şeydə  isə  quberniya  və  qəza  idarələri  ancaq  qubernatora   tabe  idi. 

Müvəqqəti general-qubernatorluq yerli in zibati  idarələrin vəzifəli şəxslərin i nəin ki 

işdən  uzaqlaşdıra,  hətta  cəzalandıra  da  bilməzd i.  Qubernator  belə  tədbir lərin 

görülməsi təklifləri  ilə  müvəqqəti general-qubernatorluğa müraciət etməli və ald ığı 

cavabdan  razı  qalmasaydı,  bu  zaman  can işinə  təqdimat  verməli  id i.  Müvəqqəti 

general-qubernatorluq  və  qubernator  arasında  bütün  bu  və  ya  digər  ixtilafla rı 

canişin həll ed ird i. 

Bakı  şəhəri  və  quberniyasının  general-qubernatoru,  öz  amans ızlığ ı  ilə 

məşhur  olan  knyaz  A milaxvarinin  ilk  addımlarından  biri  repressiyaların 

gücləndirilməsi  və  mütləq iyyətə  qarşı  silahlı  çıxış larla  bağlı  baxılan  işlərin  hərbi 

məh kəmələrə verilməsi haqqında 1905-ci il 25 fevral tarixli əmri o ldu. 

Cəmiyyətlər və ittifaqla r haqqında müvəqqəti qaydalar adlandırılan sənəd 

müvəqqəti general-qubernatorluğun inzibati ö zbaşınalığ ı üçün geniş meydan açırdı. 

Bu qaydalar hakimiyyət orqanlarına "ictimai təhlü kəsizliyə və ya asayişə" təhlükə 

yaratması  bəhanəsi  ilə  cəmiyyət  və  ittifaqları  bağlamaq  hüququ  verir,  həmkarlar 

ittifaq larının  öz  ü zvlə rin in  ancaq  iqtisadi  mənafey ini  qoru maqla  məhdud laşdırır, 

hökumət  idarələri  işçilərinin  həmkarlar  ittifaqlarına  girməsini  qadağan  edir  və  bu 

"Qaydaların"  pozulması  halın ın  b ir  il  müddətinədək  həbslə  nəticələnə  biləcəyini 




Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə