Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə47/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   43   44   45   46   47   48   49   50   ...   249

downloaded from KitabYurdu.az

 

 



98 

da nümayəndələri daxil oldu və sol blok yaratdılar. Şendrikovçular tətil ko mitəsinə 

daxil olmaqdan imtina etdilər.  

Bu zaman tətil genişlən məkdə davam edirdi. Neft sənayeçiləri danışıqlara 

getməyə  məcbur oldula r. İki həftə  əvvəl şendrikovçuların  hazırlad ıqları tələblə rin 

bütöv  təkrarı  olan   bir  sıra  iqtisadi  tələblər  ətrafında  danışıq lara  RSDFP  BK-n ın 

nəzarəti altında olan Tətil ko mitəsi fəhlələrin nümayəndəsi kimi rəhbərlik edird i.  

Danışıqlar  bir  neçə  dəfə  pozuldu  və  nəhayət,  dekabrın  21-də  tətilin 

dekabrın  23-də  dayandırılacağı  barədə  razılıq   əldə  edildi.  Lakin   tətilin  rəhbəri 

şöhrətini  əldən  vermək  istəməyən  şendrikovçular  fəhlələri  açıqdan-açığa  işə 

çıxmamağa  çağırırd ılar.  Dekabrın  23-də  iş  başlanmadı,  mü xtəlif  fəhlə  qrupları 

arasındakı  toqquşmalar  və  jandarmların   işə  müdaxiləsi  qan  tökülməsinə  gətirib 

çıxardı.  Sahibkarlar dekabrın 27-n i işə qayıdış günü elan etdilər.  Lakin bolş eviklər 

vəziyyətdən istifadə edərək, 25 yeni tələb hazırladılar və onları sahibkarlara təqdim 

etdilər.  Bu  tələb lərin  əsasında  dekabrın  27-də  yeni  saziş  əldə  olundu.  Bu  saziş  9 

saatlıq iş gününə (birinci sazişdə 9,5 saatlıq) əməl olun ması,  xəstəliyə görə 2 aylıq 

məzuniyyət  verilməsin i  (b irinci  sazişdə  1,5  ay),  3  növbəli  işin  tətbiqini,  İran 

təbəələri  və  digər  millətlərdən  olan  fəhlələr  arasında  qey ri-bərabərliyin  aradan 

qaldırılmasını və i.a. nəzərdə tuturdu

60



Tətilin  başa  çatdırılmasında  bolşeviklərin  qələbəsinə  yol  vermək 

istəməyən  şendrikovçular  "iqtis adi  terrora",  yəni  neft  buruqlarının  yandırılmasına 

əl  atdılar.  İ.Şendrikov  mədənlərdə  çıxış  edərək,  fəh lələri  tətili  davam  etdirməyə 

çağırır, yeni tələblər hazırladığın ı bildirirdi.  Bu tələblər hazırlandı və dekabrın 30-

da "Elektriçeskaya sila" zavodunda, böyük fəhlə kütləsinin əhatəsində Rusiya fəhlə 

hərəkatı tarixində  ilk  kollektiv  müqavilə  imzalandı. "Mazut konstitusiya"sı adı  ilə 

məşhur  olan  bu  müqavilə  bolşeviklərin  dekabrın  27-də  imzaladıqları  sazişin 

şərtlərinə  əlavə  olan  aşağıdakı  maddələri  nəzərdə  tuturdu:  tətil  günləri  üçün 

fəhlələrə  əmək  haqqı  ödənilməsi;  fəhlələrə  mənzil,  kerosin, neft və su  verilməsi; əmək 

qabiliyyətini itirənlər üçün 3 ay müddətində əmək haqqının yarısının saxlanması; tətilçilərin 

cəzalandırılmayacağına təminat verilməsi

61



1904-cü ilin kollektiv müqaviləsi Bakı fəhlələrinin çox böyük nailiyyəti olub, onun 

maddi vəziyyətini xeyli yaxşılaşdırdı. Neft sənayeçilərindən qoparılmış güzəştlər pulla hər 

ay 150 min manata və ya fəhlələrin ümumi əmək haqqının 20 faizinə bərabər idi

62



RSDFP-nin  bolşevik  Bakı  Komitəsi  və  "Balaxanı  və  Bibiheybət  fəhlələrinin 

təşkilatı" arasındakı  qarşıdurmada bu dəfə şendrikovçular qalib gəldilər.  Halbuki sonralar 

sovet  tarixşünaslığında  dekabr  tətilinin  təşkili  və  keçirilməsindəki  bütün  xidmətlər  yalnız 

bolşeviklərə  aid  edilirdi.  Lakin  şendrikovçuların  uğuru  da  çox  çəkmədi.  1905-ci  ilin 

yanvarında  onlar  tərəfindən  yaradılmış  "Bakı  fəhlələr  ittifaqı"  (Bakı  Sovetində  çoxluq 

toplayaraq) keçirilən tətillərdə təxribatçılıq la məşğul olmağa başladı. 

1906-cı  ildə isə şendrikovçuların neft sənayeçiləri və polislə  ünsiyyətdə olması 

və bir çox  korrupsiya  faktları aşkar  edildi.  Həmin  ilin  iyun  ayında onlar  RSDFP birləşmiş 

təşkilatının  (bolşeviklər  və  menşeviklər)  iclasında  partiyadan  kənar  edildilər. 



downloaded from KitabYurdu.az

 

 



99 

Şendrikovçular  haqqında  tərtib  olunmuş  cinayət  işi  RSDFP  Mərkəzi  Komitəsinə 

göndərildi. 

Beləliklə,  XX  əsrin  əvvəlindən  bəri  Azərbaycanda  yetişən  inqilabi  böhran 

1904-cü  ilin  dekabrında  güclü  ümumi  tətillə  başa  çatdı.  Bu  tətil  Rusiya  imperiyasının  

ucqarlarında idarəçiliyin köhnə forma və metodlarının qeyri-mümkünlüyünü üzə çıxarıb bir daha 

təsdiq etdi. 

1905-ci  il  Rusiyada  ictimai-siyasi  hərəkatlar  tarixində  zirvə  mərhələsi,  xalq 

kütlələrinin mütləqiyyətlə, sosial və milli əsarətə qarşı mübarizəsində ço x  mühüm pillə 

oldu. 


Bütün ölkəni  lərzəyə salmış  9  Yanvar hadisələri ümumi  partlayışa səbəb oldu. 

Eyni  zamanda yanvar çıxışları  Bakıdakı  ümumi dekabr tətilinin davamı  idi.  Hərəkat digər 

şəhərlərdə  də  genişlənirdi.  Elə  həmin  ay  Tiflis,  Gəncə,  Batum,  Kutaisi  və  Zaqafqaziya 

dəmir  yolunun  fəhlələri  tətilə  başlamış,  Gədəbəyin  mis  mədənlərində,  Ləki 

stansiyasındakı yağ zavodunda çalışanlar işi dayandırmışdılar. 

Çarizm  tətil hərəkatına qarşı polis tədbirini gücləndirdi.  1905-ci  il fevralın  15-də 

müvəqqəti  Bakı  general-qubernatoru  vəzifəsi  təsis  edildi,  fevralın  18-dən  isə  II 

Nikolayın fərmanı ilə Bakı şəhəri və quberniyasında hərbi vəziyyət tətbiq olundu və 

digər tədbirlər görüldü. 

1905-c i  ilin  ma rtında  çar  höku məti  senator  Kuzminskiyə  Ba kı  şəhəri  və 

quberniyasını  təftiş  etməyi  tapşırdı.  Çar  hakimiyyət  orqanları  fəhlə  kütlələrini 

sakitləşdirmək  üçün  sahibkarlar  və  neftçi  fəhlələrin  nü mayəndələrin in  birgə 

müşavirəsini çağ ırmağ ı qərara aldı; apreldə Peterburqda  maliyyə nazirinin sədrliyi 

altında "fəhlələ rin məişətinin qaydaya salın mas ı və sığortası üzrə" ko missiya  təşkil 

olundu.  Bu  zaman  cəza  qüvvələri  tətil  hərəkatını  boğ maq  üçün  Azərbaycanda 

cəmləşdirilird i. 

1905-c i  ilin  yaz  və  yayında  ölkədə  fəhlə  hərə katı  daha  geniş  vüsət  aldı, 

Azərbaycandakı  çıxışla r  da  kəskin  xarakter  almağa  başladı.  Mart-aprelin 

əvvəllərində  Gəncə,  Bakı,  Ağstafa,  Yevlax,  Hacıqabul  dəmiryo lçuları  tətilə 

başladılar, Tiflis və Aleksandropolun yol fəhlələri də onlara qoşuldular. Tətil 1905-

ci  il  apre lin  12-də k  davam  etdi.  Bu  çıxış lara  RSDFP  Qafqa z  İttifaq  Ko mitəsi  və 

yerli partiya orqanları rəhbərlik edirdi. 

Bakıdakı  Bir  may  tətilləri  mayın  10-da  ü mu mi  tətilə  çevrild i. 

Azərbaycanlı  fəhlələrin kütləvi şəkildə iş tirak etdiyi bu tətillərdə  26 hüquqi, siyasi 

və iqtisadi tələb irəli sürüldü. Onların tələbləri ilə tanış olmaq üçün tərkibinə  Bakı 

dumasının üzv ləri  H.A.Aşurov, İ.  Hacıyev, İ.Hacınski, K.Səfərəliyev və quberniya 

qazısı daxil o lan  xüsusi komissiya Balaxanıya gəldi. Mayın 14-də  ko missiya azər-

baycanlı  sahibkarlara  məxsus  mədənlərin  müdiriyyəti  ilə  birlikdə  müsəlman 

fəhlələrin  mitinqin i keçird i. Burada irəli sürülən tələblər neft sənayeçiləri qurultayı 

Şurası  tərkibin in  azərbaycanlılar  hesabına  genişləndirilməsi,  azərbaycanlı 

fəhlələrdən  usta  vəzifəsinə  qəbulun  artırılması,  müsəlman  fəhlələrə  d ini 

ehtiyacların ı  ödəmək  üçün  şərait  yaradılması  və  onlara  tibbi  xid mətin 




Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə