Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə50/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   46   47   48   49   50   51   52   53   ...   249

downloaded from KitabYurdu.az

 

 



104 

Nuxa,  Yelizavetpol,  Qazax,  Cavanşir,  Quba,  Göyçay  qəzalarında  və  Zaqatala 

dairəsində  qaçaqlar  fəallaşmışdı.  Nuxa  qəzasında  10  qaçaq  dəstəsi  fəaliyyət  göstərirdi. 

Zaqatala dairəsində  Qaçaq  Yusifin başçılıq  etdiyi  dəstə özünün  cəsarətli  hərəkətləri  ilə 

fərqlənirdi. Yelizavetpol qəzasında xəzinə kəndi Mingəçevirin sakinləri elliklə mübarizəyə 

qalxmışdılar.  Onlar  hər  hansı  hakimiyyəti  tanımadıqlarını  bildirib  hamılıqla  qaçaqlıq 

edirdilər.  Bu  qəzaya  qarşı  iri  cəza  dəstələri  göndərilmişdi,  əməliyyata  isə  general-

qubernator özü başçılıq edird i. 

Aqrar hərəkatın gedişində Cənubi Qafqaz kəndliləri arasında əlaqələr yaranırdı. 

Zaqatala  dairəsinin  kəndliləri  Tiflis  quberniyası  Sığnaq  və  Telav  qəzalarının,  habelə 

Dağıstan  vilayətinin  üsyan  qaldırmış  kəndlilərinə  kömək  göstərirdilər.  İrəvan 

quberniyasının  erməni  və  türk-müsəlman  kəndliləri  mülkədar  zülmünə  və  daşnakların 

törətdikləri özbaşınalıqlara qarşı birgə çıxış edirdilər. 

1907-ci  ildə bütövlükdə imperiyada inqilabi hərəkat kəskin surətdə zəiflədiyi 

bir vaxtda, Bakı fəhlələrinin tətil mübarizəsi kifayət qədər yüksək səviyyədə qalmaqda idi. 

Bu,  sahibkarlar  tərəfindən  dekabr  müqaviləsinin  pozulması  ilə  əlaqədar  fəhlələrin 

vəziyyətinin  xeyli pisləşməsi,  habelə neft sənayesində əlverişli  konyunktura və  Bakıda 

vəziyyətin  mürəkkəbləşməsindən  çəkinən  hakim  dairələrin  ehtiyatlı  siyasəti  ilə  izah 

olunurdu. 

Təkcə yanvarda Bakıda 7000 nəfərdən çox sənaye fəhləsinin iştirak etdiyi 32 

iqtisadi  tətil  baş  vermiş,  onların  tələblərində  həmkarlar  ittifaqları  və  mədən-zavod 

komissiyalarının hüquqlarının tanınması kimi məsələlər də ö z əksini tap mışdı. 

1907-ci  ilin  birinci  yarısında Azərbaycan  qəzalarında  fəhlələr  bir sıra güclü 

çıxışlar  keçirdilər.  Fevralın  6-da  Gədəbəy  misəritmə  zavodunun,  mayın  əvvəllərində 

Nuxada  14  ipəksarıyıcı  və  ipəkəyirici  fabrikində  1150  nəfər  fəhlənin,  Şuşada bir sıra 

sənətkarlıq emalatxanaları fəhlələrin in tətili baş verdi. 

1907-c i  ilin  birinci  yarısında  Azərbaycanda  tətil 

mübarizəsin in 

kulminasiya  nöqtəsi  Xəzər  ticarət  donanması  dənizçilərin in  martın    9-dan  aprelin 

25-dək  davam  edən  tətili  oldu.  Çıxışa  sosial-de mokratla rın   və  əsasən  eserlərin 

təmsil olunduqları tətil ko mitəsi rəhbərlik ed irdi.  Hü mmətçi M.Hacıqasımov onun 

tərkib inə  daxil  idi.  "Hü mmət"  tətil  edən  azərbaycanlı  fəhlələr  içərisində  böyük 

təşviqat işi aparırdı. 

Tətil  ko mitəsi  bütün  Xəzər  ticarət  donanmasının  gəmi  ko mandaların ın 

vəziyyətini  iqtisadi  və  hüquqi-siyasi  aspektlərdən  əks  etdirən   48  bənddən  ibarət 

tələblərini işləyib hazırladı. 

Xəzərin  digər  liman larında  dayanan  gəmilərin   ko mandaları  da  ona 

qoşulduğu  üçün  tətil  ü mu mi  xarakter  daşıyırdı  və  Ümu mrusiya  əhəmiyyəti  kəsb 

edərək,  ölkənin  iqtisadi  həyatına  güclü  təsir  gös tərdi.  General-mayor  baron  fon 

Taube  başda  olmaqla   Ba kıya,  Pet rovska,  Krasnovodska,  Həştərxana  cəza  

ekspedisiyaları göndərildi, kütləvi repressiyalar başlandı.  

Bu  məsələ  II  Dövlət  Du masında  mü zakirə  olundu.  Bakı  fəh lələri  cəza 

tədbirlərinə etiraz olaraq aprelin  18-də 25  min lik siyasi tətil  keçirdilər.  Qara dəniz, 



downloaded from KitabYurdu.az

 

 



105 

Petrovsk, Krasnovodsk, Həştərxan dənizç ilə ri, ö lkənin  digər sənaye  mər kəzlərin in 

fəhlələri  Bakı  dənizçiləri  ilə  həmrəy  olduqlarını  b ild ird ilər.  Tətil  beynəlxalq  əks -

səda  da  doğurmuşdu.  Tətilçilər  öz  tələb lərinin   müəyyən  qədər  təmin  ed ilməsinə 

nail o ldular. 

1  May  günü  Bakıda  iri  tətil  və  nümay işlərlə  keçd i.  Bu  gün  Gəncədə  də 

qeyd edildi. 

Mütləqiyyətin Azərbaycanda müstəmləkəçilik siyasəti və xalq hərəkatı ilə 

mübarizə  formalarından  biri  milli  nifaq  salmaq,  millətlərarası  toqquşmalar  təşkil 

etmək id i.  Həmin toqquşmalardan ilk ən böyüyü 1905-ci  il fevralın 6-9-da Bakıda 

təşkil o lundu. Çar höku mət orqanları milli ehtirasları qızışdırmaq üçün Azərbaycan 

və ermən i burjuaziyası arasındakı  müəyyən ziddiyyətlərdən bacarıqla  istifadə etdi. 

Polis və qoşunlar yüzlə rlə ada mın qurban getdiklə ri qanlı toqquşmalara  qarışmırdı. 

Bu amansız təxribat cəmiyyətin mütərəqqi qüvvələrinin dərin h iddətinə səbəb oldu. 

Şəhərdə ruhanilərin,  ziyalıların  iştirakı  ilə kütləv i nümay işlər,  mitinqlər  keçirilirdi. 

De mokratik  mətbuat,  sosial-de mokrat  təşkilat ları,  o  cü mlədən  "Hü mmət"  bu  işdə 

mühü m fəaliyyət göstərirdi. "Hü mmət"in A zərbaycan dilində buraxdığı  intibahnamə 

"Rədd olsun  mütləqiyyət!", "Yaşasın bütün  xalqların qardaşlığı!" şüarları  ilə  bitirdi.  Bu 

hadisələri törədən səbəbləri  araşdırmaq üçün sonralar yaradılan  komissiyada  çox-millətli 

Bakı  ziyalılarının  nümayəndələri  yerli  hakimiyyət  orqanlarının  iç  üzünü  açır,  çirkin 

əməllərini aşkarlayır, iki  xalqın düşmənçiliyi üçün digər sanballı səbəblər olmasını rədd 

edirdilər. 

M.Ə.Sabirin 1905-ci  ildə "Həyat" qəzetində dərc olunmuş "Beynəlmiləl" şeri 

xalqlar dostluğunun və birliyinin əsil himni kimi səslənirdi. 

Erməni-azərbaycanlı toqquşmaları yenidən 1906-cı ildə (Bakı,  Yelizavetpol və 

İrəvan  quberniyalarında)  təşkil  olundu.  Azərbaycan  mədəniyyətinin  görkəmli 

nümayəndələri  H.Zərdabi,  F.Köçərli,  N.Vəzirov,  Ə.Ağayev,  Ü.Hacıbəyov,  H.Minasazov, 

Ə.Topçubaşov,  M.Şahtaxtinski,  Z.Sultanov  və  b.  bu  hadisələri  böyük  bir  bəla  kimi 

qiymətləndirir, mətbuatdakı çıxışları ilə onların təxribatçı xarakterini açıqlayır, hər vasitə 

ilə  bu  amansız  və  mənasız  ədavətə  son  qoymağa  çalışırdılar.  Hökumətin  milli  ədavəti 

qızışdırmaq  siyasətin in,  mürtəce  millətçi  təbliğatın  ifşası,  tərəqqi  və  azadlıq  uğrunda 

xalqlar  dostluğu, onların birliyi  ideyalarının  təbliği, "Molla  Nəsrəddin"  jurnalı  və onun 

redaktoru C. Məmmədquluzadənin fəaliyyətində ən aparıcı istiqamətlərdən biri idi. Xüsusi 

sosial-demokrat orqanı 

Dəvət-Qoç" qəzeti (1906) də bu məqsədlərə xidmət göstərirdi. 



Ə.Ağayev  Azərbaycan  xalqının  ünvanına  deyilən  hər  cür  böhtançı  fikirləri 

yerli və paytaxt mətbuatının səhifələrində hərarət və qızğınlıqla ifşa edirdi. 

Fevral hadisələrindən dərhal sonra Əhməd bəy Ağayev Bakı şəhər qlavası (meri) 

K.A.İretskiyə  müraciət  edərək,  baş  verən  faciəni  dayandırmaq  üçün  təcili  tədbirlər 

görülməsinin  vacibliyi  barədə  tələb  irəli  sürmüş,  qara  qüvvələrin  yeni  toqquşmalar 

törətmək  istəyinə  aid  xəbərdarlıq  edərək,  şəhər  administrasiyasını  biganəlik  və  fəaliy-

yətsizlikdə  günahlandırırdı.  Ə.Ağayev  hər  iki  tərəfin  iştirakı  ilə  fövqəladə  iclas 

keçirməyin,  görkəmli  ziyalı  nümayəndələri  və din  xadimlərinin  də  xalqa  müraciətinin 




Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə