Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə58/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   54   55   56   57   58   59   60   61   ...   249

downloaded from KitabYurdu.az

 

 



120 

§ 5. AZƏRBAYCAN NÜMAYƏNDƏLƏRİ RUSİYANIN 

DÖVLƏT DUMALARINDA 

 

1905-ci  il  dekabrın  11-də  Rusiyada  Dövlət  Dumasına  seçkilər  haqqında 



yeni  qanun  nəşr  olundu.  Seçki  hüquqlarının  genişləndiyini  bəyan  edən  bu  qanun 

fəhlələrə q ismən, kəndlilərə cüzi seçki hüquqları verilməsin i nəzərdə tuturdu. 

Azərbaycan  quberniyaları  da  Dövlət  Dumasında  təmsil  olunmaq  hüququ 

qazandı.  Lakin  höku mət  milli  ucqarların   əhalisinin  Du mada  təmsil  olun masını 

məhdudlaşdırmaq  və  maksimu m  surətdə  azaltmaq  məqsədilə  ucqarlarda  seçkilər 

haqqında  qaydaların  tətbiq  edilməsi  məsələsini  öyrənmək  adı  altında  bir  sıra 

ko missiyalar yaratdı. Uzun bürokratik hazırlıqdan sonra 1906-cı il fevralın  2-də çar 

"Qafqazda  seçkilər  haqqında  əsasnamə"ni  təsdiq  etdi.  "Əsasnamə"  kəndlilə rin 

seçkilərini  torpaq  sahiblərinin  seçkiləri  ilə  ü mumi  bir  quberniya  seçki  məclisində 

birləşdirərək,  Qafqaz  kəndlilərini  dumada  müstəqil  təmsil  olun maqdan  məhru m 

etdi. 

Can işinə 



seçkilərin 

vaxtını 


Qafqaz 

quberniyaları 

"əhalisin in 

sakitləşdirilməsindən"  asılı  olaraq  müəyyən  etmək  hüququ  həvalə  edilmiş  və 

bununla  da  Qafqa z  duma   seçkilərini  qeyri-müəyyən  müddətə  ləngitmə k  imkanı 

vermişdi. Lakin, buna baxmayaraq, Bakı qəzası və quberniyasında seçkilər 1906-cı 

il  mayın  31-də,  Yelizavetpol  quberniyasında  isə  mayın  16-da,  yəni  aprelin  27-də 

açılmış  I  Dövlət  Du ması  artıq  fəaliyyətə  başladıqdan  sonra  keçirildi.  Əliyev 

Məmmədtağı,  Haqverdiyev  Əbdürrəhman  bəy,  Bahadurov  Xristofor  İvanoviç, Ziyadxanov 

İsmayıl  xan  Əbülfət  xan oğlu, Muradxanov  Əsədulla bəy və Topçubaşov  Əlimərdan  bəy 

Dövlət Du masına deputat seçildilər

125


Dumada təmsil olunmuş ən  müxalifətçi siyasi qurum  kadetlər partiyası  idi.  Onlar 

fəal seçkiqabağı  təşviqat aparmaq və əhalinin əksər    təbəqələrinin  mənafeyini  mövcud 

şəraitdə  çox  dolğun  əks etdirən platformalarını geniş təbliğ  etmək  hesabına seçkilərdə 

qalib gəlmişdilər. Onlar "Rusiyanın birliyinə və bölünməzliyinə yalnız tərəfdar olduqlarını 

söyləmir, həm də ona nail olmaq yollarını hər vasitə ilə asanlaşdırmağa çalışırdılar. Hökuməti 

buna güclə nail olmaqda təqsirləndirən kadetlər bildirirdilər ki, "süngülər və güllələrlə Rusi-

yanın birliyinə nail olmaq olmaz" və "hər bir tabe  xalqın  adət-ənənələri, dili  və dininə" 

hörmət bəyan edilməlidir

126


. Daha sonra bu xalq azadlığı partiyası seçiciləri inandırırdı ki, o, 

özünəməxsus  milli həyat keçirən bütün yerlərdə geniş özünüidarənin, muxtar quruluşun, 

"ümumi,  pulsuz,  məcburi  təhsilin"  və  s.  tərəfdarıdır.  Bütün  bunlar  müsəlman 

ucqarlarında, o  cümlədən də Azərbaycanda bütün  yuxarı  sosial  təbəqə  nümayəndələri 

üçün  kifayət  qədər  cəlbedici  idi.  Onlar  öz  ümidlərini  məhz  kadetlərə  bağlayırdılar. 

Dumada ən  iri fraksiyaya  malik olan  kadetlər şöbələrə, daimi  və  müvəqqəti  komissiyalara 

başçılıq  edir,  bununla  da  bütovlükdə  siyasi  mühitin  müəyyənləşdirilməsində  iştirak 

edirdilər.  Buna  dumanın  iclaslarında şəxsiyyətin toxunulmazlığı, ölüm  hökmünün  ləğvi, 

vətəndaş  bərabərliyi,  siyasi  azadlıqlar  və  i.a.,  yəni  kadetlərin  proqramında  əks  olunan 

bütün məsələlərin mü zakirələri tutarlı sübut idi.  

Azərbaycanlı  deputatlar  imperiyanın  müsəlman  ucqarlarının  36  deputatını 



downloaded from KitabYurdu.az

 

 



121 

birləşdirən  Müsəlman  parlament  fraksiyasına  daxil  oldular.  O,  öz  sayına  görə,  dumada 

Ukrayna qrupu, Polyak polosu və b.dan böyük, ən iri fraksiyalardan biri idi. Ə.Topçubaşov 

kadetlər  fraksiyasının bürosuna daxil oldu. Fraksiya kadetlər partiyası ilə birgə  hərəkət 

etmək  barədə  qərar  qəbul  etdi.  Ə.Topçubaşov  bu  barəd ə  P.N.Milyukova  məlumat 

verdi


127

.  Kadet  partiyası  komitəsinin  iclasında  bu  təklif  qəbul  edildi  və  qərara  alındı  ki, 

fraksiyanın;  nümayəndəsinə  dərhal  kadetlərin  fraksiya  komitəsinə  daxil  olmaq  və  Kadet 

partiyası MK-na seçilmək hüququ verilsin

128



Fraksiyanın  b ir  neçə  iclası  o ldu.  Birinci  iclasda  qərara  alındı  Du maya 



təqdim  olunan  bütün  qanun  layihələri  və  sorğular  haqq ında  ətraflı  məruzələr 

dinlənilsin.  Lakin  qarşıya  qoyulmuş  vəzifələrdən  heç  b iri  yerinə  yetirilmədi. 

Fraksiyanın bütün məsələləri baxılmamış, onun özü, tərkibi və vəzifələri haqqında 

Ə. Topçubaşovu Dumanın  14  iyul tarixli  iclasına olan  məlu matı da din lənilməmiş 

qaldı,  çünki  həmin  vaxtadək  Du ma  artıq  buraxılmışdı.  Rusiya  imperiyası 

qanunlarında  müsəlmanlara  aid   məhdudiyyətlərin  müyyənləşdirilməsi  üzrə 

deputatlardan  Axtyamov,  Alkin  və  Topçubaşov  tərəfindən  başlanmış  iş  də  başa 

çatdırılmadı

129



Sonrakı  Döv lət  dumalarında  olduğu  kimi,  I  Döv lət  Du masında  da 



mü zakirələrin  başlıca  mövzusu  aqrar-kəndli  məsələsi  id i.  Bütün  partiya  və  qrup 

mövqelərin in  də  məh z  bu  məsələdə  daha  dəqiq  surətdə  aşkara  çıxması  təsadüfi 

deyildi. 

Mayın 8-də  kadetlər tərəfindən  müzakirəyə aqrar qanunu layihəsi təqdim 

olundu. 

Burada 


mülkədar 

torpaqların ın 

məcburi 

şəkildə 


qis mən 

özgəninkiləşdirilməsi nəzərdə tutulurdu. Ona trudoviklərin  cavab olan layihəsində 

isə  mülkədar  torpaq  sahibliy inin  tammilə  "ü mu mxalq  torpaq  fondu"nun 

yaradılması, yəni torpaqların milliləşdirilməsi təklif ed ilird i. 

Müsəlman  fraksiyası  aqrar  islahatın  əsas  müddəalarını  müzakirə  edərək, 

müsadirə  o lunan  torpaqların  "ədalətli  qiy mətlə"  haqqı  ödənilməsi  şərti  ilə  xüsusi 

sahibkar torpaqlarının özgəninkiləşdirilməsi təklifinə tərəfdar çıxdı. Fraksiya üzvləri 

eyni  zamanda  vəqf  torpaqlarının  özgəninkiləşdirilməsini  yolverilməz  sayır  və  hesab 

edirdilərki,  kəndli  pay  torpaqları  "udel,  kabinet  və  monastır  torpaqları  hesabına" 

artırılmalıd ır. Layihə köçürmələrin dayandırılmasını tələb edirdi

130



Aqrar 



ko missiyanın 

məruzəsin in 

mü zakirəsində 

iştirak 


edən 

Ə.Topçubaşov  hesab  edirdi  ki,  aqrar  ko missiyanın  məlu matını  g eniş  şəkildə  nəşr 

etmək  zəruridir  və  bir  "ucqarlı"  "qafqazlı"  kimi  təklif  edird i  ki,  məlu mat  təkcə 

dövlət dilində deyil, həm də  imkan daxilində tərcü mə  olunaraq "yerli dillərdə" də 

dərc  edilsin.  "Bütün  rus  təbəələrinin  hüquq  bərabərliyi,  v icdan  azadlığı,  söz 

azadlığ ı,  şəxsiyyətin  toxunulmazlığı,  kəndlilərə  torpaq  verilməsi  kimi  məsələlərin 

işlənib  hazırlan masında,  bu  qəbildən  olan  ü mu mi  dövlət  məsələlə rində  milli 

xarakterli  elə  bir  məsələyə  yol  verilə  bilməz.  Rusiyanın   bütün  xalqların ın 

mənafeləri buna yol vermir, dövrün bütün şəraiti bunun əleyhinədir"

131


Azərbaycanlı deputatlar Du man ın işində - həm onun iclaslarında, həm də 




Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə