Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə60/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   56   57   58   59   60   61   62   63   ...   249

downloaded from KitabYurdu.az

 

 



124 

üçaylıq  həbs  cəzası  verilir,  167  nəfər,  o  cümlədən  də  Ə.Topçubaşov  və 

İ.Ziyadxanov  Dövlət  Dumasının  tərkibinə  seçilmək  hüququndan  məhrum 

edilirdilər

139

.  Ə.  Topçubaşov  "Kaspi"  qəzetinə  rəhbərlikdən  uzaqlaşdırıldı  və  Bakı 



şəhər dumasının tərkibindən çıxarıldı. 

Höku mət I  Du manı qovaraq, II Du maya seçkilər elan etdi. Seçkilər  1907-

ci  ilin  yanvar-fevral  aylarında  keçirildi.  Seçkilərdən  bir  qədər  əvvəl  "Partiyasız 

müsəlman blo ku"  meydana çıxdı.  Bu blok əhali içəris ində  izahat  işi apararaq, onu 

dumaya 

"müsəlmanların 



mənafelərin in 

müdafiəçilərin i" 

seçməyə 

istiqamət ləndirird i. Ba kı bolşevikləri sol blo k yarat mağa cəhd göstərirdilə r. 1906-cı 

il  noyabrın  ortalarında  RSDFP  Bakı  təşkilatı,  "Hümmət"  və  Erməni  sosial-demokrat 

təşkilatının ("Spesifiklər") Bakı Komitəsi arasında saziş bağlandı. 

Bu  təşkilatların  nümayəndələrindən  birləşmiş  sosial-demokrat  seçki 

komissiyası təşkil olundu. Bu komissiyanın nəşr edib yaydığı bir sıra müraciətlərində seçki 

kampaniyasında məqsəd və vəzifələri, bolşeviklərin taktiki xətti, kütlələr qarşısında duran 

vəzifələrin həllində duman ın gücsüzlüyü izah o lunurdu. 

Bu  bloka qarşı  meydana çıxan "Torpaq və  azadlıq"da  eserlərin, daşnakların və 

"mütərəqqi"  istiqamətli  bəzi  partiyasız  burjua  nümayəndələrinin   mənafeləri  üst-üstə 

düşürdü. 

Bakı  ərazisində  seçkilərin  gedişində  sosial-demokrat  bloku,  daşnak  və  eserçi 

"Torpaq və azadlıq",  kadetçilər və "Partiyasız  müsəlman bloku" arasında  mübarizə gedirdi. 

Yelizavetpol  quberniyasında  seçki  kampaniyasının  gedişini  yuxarı  sosial  təbəqələrin 

nümayəndələri  müəyyənləşdirirdilər.  RSDFP-nin  Yelizavetpol təşkilatı əhaliyə seçkilərdə 

milli  deyil,  sinfi  prinsipləri  rəhbər  tutmaq  barəsində  müraciətlə  kifayətlənərək, 

seçkilərdə iştirak etmird i. 

Seçkilər  nəticəsində  Fətəli  İsgəndər  oğlu  Xoyski,  İsmayıl  Zeynalabdin  oğlu 

Tağıyev, Məmməd ağa Məhəmmədtağı Sultan oğlu Şahtaxtinski, Mustafa Hacımusa oğlu 

Mahmudov,  Zeynal  Eynal oğlu Zeynalov Azərbaycandan  II  Dövlət  Dumasına deputat 

seçildilər. 

Azərbaycan cəmiyyəti yeni Dumaya böyük ümid bəsləyərək belə hesab edirdi 

ki,  məhz,  20  fevralın  "qismətinə  ölkədə  eyni  dövrün  hücum  günü  olmaq  nəsib 

olmuşdur"

140

. Azərbaycan cəmiyyəti inanırdı ki, rus deputatları I Dumada, xüsusilə Vıborq 



müraciətinin  imzalanmasında  Azərbaycan  deputatlarının  həmrəyliyini  nəzərə  alaraq 

bundan sonra onları daha yaxşı başa düşəcək və daha yaxından kö mək edəcəklər

141

. Bakı və 



Yelizavetpol  dumalarının  qlasnıları  II  Dumanı  təbrik  edərək,  onun  ölkədə  azadlıq  və 

qayda-qanunların  möhkəmlənməsi  üçün  zəruri  təminatları  yaratmaq sahəsində  I  Du -

manın başladığı işi başa çatdıra bilməsini istəyirdilər

142


Azərbaycan  deputatları  müsəlman  parlament  fraksiyasına,  F.Xoyski  və 

X.Xasməmmədov  isə  onun  bürosuna  daxil  oldular.  Fraksiyanın  əməli  işlərində  onun 

keçmiş lideri  Ə. Topçubaşov fəallıq gös tərirdi. O, dəfələrlə Peterburqa getmiş, bəzən 

isə  müsəlman  parlament  fraksiyası və  Ümumrusiya  Müsəlman  İttifaqı  MK  üzvlərinin 

Dumada müzakirə və qəbul olunan qanun layihələri, həmçinin sorğular üzrə fraksiyanın 




downloaded from KitabYurdu.az

 

 



125 

ümumi mövqeyini işləyib hazırlayan ümumi iclaslarına sədrlik etmişdi. Fraksiya Müsəlman 

İttifaqının göstərişlərini yerinə yetirərək, I Duma fraksiyasının siyasətini davam etdirərək, öz 

fəaliyyətində əsasən kadetlərin mövqeyində dayanmışdı. 

Fraksiyanın  ayrıca  kitabça  şəklində  buraxılmış  proqramında  vətəndaşların 

hüquqları  müəyyənləşdirilir,  dövləti  və dini  quruluş,  yerli  özünüidarə,  məhkəmə,  xalq 

maarifi,  maliyyə  və  dövlət  iqtisadiyyatı,  kəndli  və  fəhlə  məsələsi  üzrə  müddəalar, 

fraksiyanın siyasi məqsəd və vəzifələri şərh olunurdu. Fraksiya Rusiyanın bütün müsəlman 

vətəndaşlarını, siyasi əqidə üzrə həmfikirlərini Rusiya imperiy as ın ın  idarəçilik quruluşunu 

yenidən  qurmaq  üçün  səy  göstərməyə  çağırırdı.  Ali  dövlət  hakimiyyətinin  hüquqları 

konstitusiya ilə məhdudlaşdırılmış monarxa və "ümumi, birbaşa və gizli səsvermə" yolu ilə 

seçilmiş  xalq  nümayəndələrindən  ibarət  birpalatalı  xalq  nümayəndəliyi  orqanına  - 

Ümu mrusiya  Dövlət  Dumasına  və  ya  Ümumrusiya  Palatasına  verilən  konstitusiyalı 

parlament  monarxiyası  məqbul  dövlət  forması  sayılırdı.  Fraksiya  Rusiyanın  müsəlman 

əhalisinin  sayını  müəyyənləşdirmək,  Dumada  onlara  verilən  yerlərin  sayını,  müsəlman 

əhalinin  sayını  müvafiq  olaraq  təyin  etmək  məsələsini  qoyurdu.  Proqramda  həmçinin 

Azərbaycan cəmiyyətinin dəfələrlə təqdim etdiyi petisiyaların müddəalarına müvafiq gə-

lən tələblər - siyasi və mülki hüquqlar baxımından müsəlmanların Rusiya imperiyasının 

qalan  əhalisi  ilə  bərabərləşdirilməsi,  bu hüquqların  imperiyanın  əsas qanunlarına daxil 

edilməsi, icbari, ümumi və pulsuz ibtidai təhsil tətbiq olunması, ana dilində təhsilin təmin 

edilməsi, seçkili hakimlər və andlı iclasçılar məhkəməsi institutu nun yaradılması, dövlət 

dili  ilə yanaşı,  imperiyanın  mövcud vilayətində üstünlük təşkil edən  xalqın  dilinin bütün 

yerli nümayəndəli orqanların və ümumi məhkəmələrin dili kimi tanınması və s. tələblər var 

idi. Proqram aqrar siyasət sahəsində sahibkarlara ədalətli qiymətlərlə haqq verilməsi şərti 

ilə  torpaqların  özgəninkiləşdirilməsi  haqqında  kadetçi  tələbi  də  özündə  əks  etdirirdi. 

Məhz elə bu tələb müsəlman deputatları arasında da  mübahisə obyektinə çevrildi. Özlərini 

kəndlilərin  nümayəndələri  sayanlar  ilk  növbədə  fraksiyanın  başlıca  məsələni  -  aqrar 

məsələnin  müzakirəsini  ləngitməsindən,  konkret  olaraq  "torpaqların  məcburi  surətdə 

özgəninkiləşdirilməsinə"  tərəfdar  çıxmağa  tələsməsindən  narazı  idilər.  Fraksiyanın 

Z.E.Zeynalov da  daxil  olmaqla  bir neçə üzvü bildirirdilər  ki,  "aşkar  kadetlər"  və  kadet 

proqramına  qoşulan  deputatların  sosialistlərlə  birgə  işinin  məhsuldarlığına  inanmırlar

143


Onlar  əməkçi  müsəlman  fraksiyasından  ayrılmaq və  Dumanın  əməkçi qrupuna  birləşmək 

qərarına  gəldilər.  1907-ci  ilin  aprel-may  aylarında  Z.Zeynalov  vs  T.Xasanov 

Peterburqda "Duma" adında qəzet buraxaraq, oxucularını fraksiyanın Dumada müzakirə 

olunan  məsələlərə  münasibəti  ilə  mümkün  qədər  ətraflı  surətdə  tanış  etməyə  cəhd 

göstərmişdilər.  

Özlərini "Sol gənc türk partiyası"na mənsub elan etmiş F.Xoyski və X.Xasməmmədov 

da  fraksiyanın  proqramını  bütövlüklə  qəbul  etmədilər.  Belə  şəraitdə  Müsəlman  İttifaqının 

Mərkəzi  bürosu  müsəlman  fraksiyası  üzvlərinə  ünvanladığı  müraciətində  "proqramı 

müəyyən  çatışmazlıqlarını  etiraf  edərək,  bütün  müsəlmanları  onun    müddəalarını  əldə 

rəhbər tutmağa çağırırdı"

144


Azərbaycanlı deputatlar Xalq azadlığı Partiyasından da Dumanın müxtəlif komissiyalarına 




Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə