Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə61/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   57   58   59   60   61   62   63   64   ...   249

downloaded from KitabYurdu.az

 

 



126 

seçildi.  Məsələn,  bu  partiyanın  duma  fraksiyasının  üzvü  olan  M.Şahtaxtinski  milli-dini 

bərabərlik, yerli özünüidarəçilik,  zemstvo  idarələrinə seçkilər haqqında qanun  layihəsinin 

hazırlanması, aqrar və kəndli məsələləri, kəndlilərin hüquq bərabərliyi, xalq təhsili və şəhər 

özünüidarəsi üzrə komissiyaların tərkibinə daxil olmuşdu

145


. X.Xasməmmədov və F.Xoyski 

milli-dini bərabərlik komissiyasının üzvləri idilər. Ən müxtəlif məsələlər üzrə a zərbaycanlı 

deputatların  çıxışları  konkret  təkliflərin  hazırlanmasında  onların  iştirakının  sübutudur. 

Məsələn,  aclıqçəkənlərə  və  işsizlərə  kömək  haqqında  məsələnin  müzakirəsi  zamanı 

Z.Zeynalov "trudovik"ləri müdafiə edən məruzə ilə çıxış etdi. O, aclıqçəkənlər və işsizlərə 

yardım göstərmək üçün vahid komissiya yaradılmasını təklif edərək, Dumaya bildirdi ki, 

seçicilər  onu  yola  salarkən  belə  tapşırıq  vermişdilər:  "Bizə  torpaq  lazımdır,  azadlıq 

lazımdır,  çörək  lazımdır,  bizə  iş  lazımdır"

146

.  Tətilçiləri  çörəklə  təmin  etmədən, 



aclıqçəkənlərə    to x  olmaq  imkanı    vermədən    tətillərin  qarşısını  almağ ın  qeyri-

mü mkünlüyü barəsində konkret dəlillərlə zəngin olan bu çıxış kadetlərin ancaq "sənaye 

böhranından"  zərər  çəkmiş  işsizlərə  kömək  göstərilməsi  təklifinə  qarşı  çıxan  sosial-

demokratların  açıq-aşkar  müdafiəsi  kimi  səslənirdi.  Duma  bu  məsələ barəsində  kadet 

qətnaməsinə  düzəliş  edərək,  "sənaye  böhranından  zərər  çəkənlərə"  qeyd-şərtini  oradan 

çıxardı


147

.  İşsizlərə  kömək  komissiyasının  üzvü  seçilmiş  M.Mahmudov  "Proqress" 

qəzetində seçicilərə  mü raciət edərək, onları işsizlər və onlara  zəruri olan  kö məyin  

miqyası barəsində məlu mat verməyə çağ ırırdı.  

Du mada  deputatların  torpaq  məsələsi  ü zrə  mövqeyi  sinfi  və  ziddiyyətli 

xarakter daşıyırdı.  Bu   məsələnin   mü zakirəsinə böyük əhəmiyyət verən  müsəlman 

fraksiyası  aqrar  ko missiyanın  fəaliyyətində  iştirak  etmək  üçün  Bakıdan 

Ə.Topçubaşov,  Q.Qarabəyov  və  B.A xundovu  dəvət  etmişdi

148

.  Müzakirədə  F. 



Xoyski  bütün  fraksiya  adından  çıxış   edərək  bildirdi  ki,  ö zgəninkiləşd irilmiş 

torpaqlar  ümu mdövlət  torpaq  fondunu  deyil,  hər  bir  konkret  vilayətin  hüdud -

larında  vilayət  torpaq  fondunu  təşkil  etməli,  torpaqların  bö lünməsi  və  əhalin in 

seyrəldilməsi  "ən  demokratik  prinsiplər  ü zrə  təşkil  olun muş  vilayət  özünüidarə 

orqanların ın" ixtiyarına verilməlidir

149


Aqrar  məsələnin   mü zakirəsində  Z.Zeynalov  torpaq  məsələsi  ü zrə 

müsəlman  əməkçi  fraksiyasının  tələblərini  irəli  sürdü.  O,  Bakı  quberniyası 

kəndlilərinin  vəziyyətindən ətraflı danışaraq, bildirdi ki, kəndlilərin torpağı ən ucuz 

qiymətə  də satın a lmaq  imkanla rı yo xdur, torpağı onlara  əvəzsiz,  xüsusi sahibkar 

və s. torpaqlarını " məcburi özgənin kiləşdirərək bütün Rusiya vətəndaşlarına payla-

nacaq xalq  fondu vasitəsilə vermək  lazımdır".  O,  xüsusi mülkiyyətə,  hər cür pulla 

alqı-satqıla ra qarşı ç ıxış etdi. 

Müsəlman fraksiyasında qadınların hüquq bərabərliyi haqqında da məsələ 

qaldırılırdı.  Fraksiya  mo llalar  şurası  və  müsəlman  d inin in  mü xtəlif  instansiyaları 

ilə ço xlu  razılaşdırmalardan sonra belə b ir nəticəyə gəld i: qadınlara seçki hüququ 

verilsin,  ancaq  seçkiqabağı  yığ ıncaqlar  ayrıca  keçirilsin

150

.  Peşəsi  müəllim  olan 




downloaded from KitabYurdu.az

 

 



127 

M.Mahmudov  Duman ın  xa lq  təhsili  üzrə  ko missiyasının  üzvü  kimi  xalq   maarifi 

naziri tərəfindən təqdim ed ilmiş qanun layihəsi ü zrə çıxış  edərək diqqəti müsəlman 

müəllimlərin hüquqsuz vəziyyətinə yönəltdi. O qeyd etdi ki,  müsəlman  müəllimlər 

insan  ləyaqətindən,  xalq  təhsili  üzrə  bu  və  ya  digər  vəzifəni  tut maq  hüququndan 

məhru m  edilmiş  xüsusi  bir  təbəqəyə  ayrılıblar,  onların  ana  d ilində  danış maq 

hüququ  yoxdur,  buna  görə  də  onlar  sıxışdırılır.  M.Mah mudbəyov  icbari  ümu mi 

ibtidai  təhsil  tələbi  əlavə  olun maqla,  qanun  layihəsinin  ko missiyaya  verilməsi 

barəsində kadetlərin təklifini müdafiə etdi. 

Du ma  ko missiyasının  yerli  məhkəmə  haqqında  məru zəsi  peşəkar 

hüquqşünaslar F.Xoyski və  X.Xasməmmədovun  xüsusi  marağına səbəb oldu.  Onlar 

Rusiyanın bütün guşələrində məhkəmə islahatı olması, məhkəmənin yerli əhalinin dilində 

aparılması zəruriliyinə tərəfdar çıxdılar

151


II  Dumanın buraxılmasından sonra  III  Dumaya seçkilər haqqında qanun verildi. 

Bu  qanun  Rusiya  ucqarlarının  Dumaya  nümayəndələr  göndərmək  hüququnu  xeyli 

məhdudlaşdırdı.  Belə  ki,  əgər  Bakı,  Yelizavetpol  və  İrəvan  quberniyalarının  hər  birinin 

əvvəlki  dumada  3  nümayəndəsi  var  idisə,  indi  bütün  quberniyalar  birlikdə  ancaq  iki 

nümayəndə seçə bilərdi,  Tiflis quberniyası  isə əvvəlki  4 deputat  əvəzinə  bir nümayəndəyə 

malik idi. Bütövlükdə isə Qafqazdan əvvəlki 28 deputatın əvəzinə 10 nümayəndə seçilməsi 

nəzərdə tutulurdu. 

Məhdudiyyətlər cəmiyyətdə narahatlığa səbəb oldu. "Kaspi" qəzeti yazırdı: "Elə 

eləmək lazımdır ki, Dumaya gedəcək on deputat əvvəlki 28 nəfərə bərabər olsun..."

152



1907-ci  il  iyunun  3-də  Dövlət  Dumasına  seçkilər  haqqında  təsdiq  edilmiş 



"Əsasnamə"nin 25-ci maddəsində göstərilirdi ki, Bakı, Yelizavetpol və İrəvan quberniyaları 

üçün  ümumi  olacaq  seçki  məclisində  seçkilərin  keçirilməsinə  nəzarət  Yelizavetpol 

qubernatoruna  həvalə  edilir,  seçki  məclisi  isə  Yelizavetpol  şəhərində  çağırılır.  Seçkilər 

nəticəsində yuxarıda sadalanan quberniyaların müsəlman əhalisindən III Dövlət Dumasına 

seçilən deputat Xəlil bəy Xasməmmədov oldu. Erməni əhalisini İ.Saqatelyan, rus əhalisini 

isə  özünün  xəbəri  olmadan  prikazçik  şəhadətnaməsinə  görə  qafqazlıya  dönmüş  təsadüfi 

"həştərxanlı" Timoşkin təmsil etdi

153


III  Dövlət  Duması  1907-ci  il  noyabrın  1-də  açıldı.  Onun  bütün  rəhbərliyi 

oktyabristlərdən ibarət id i. 

N.A.Xomyakov  sədr  seçildi,  sonralar  bu  vəzifədə  növbə  ilə  A.İ.Quçkov  və 

M.V.Rodzyanko  oldular.  Bu,  III  Dumanın  özündən  əvvəlki  dumalara  nisbətən  daha  sağ 

mövqe tutacağını göstərirdı. X. Xasməmmədov dumanın səkkiz daimi komissiyasından bir 

neçəsinin  -  imperatora  müraciətlər hazırlamaq, sorğular,  köçürmə  məsələsi  və  məhkəmə 

islahatları üzrə komissiyaların tərkibinə daxil idi. 

X.Xasməmmədovun  Duma  fəaliyyəti,  çıxışları,  sorğuları,  müxtəlif  duma 

materialları  hazırlanmasında  iştirakının təhlili  sübut edir  ki, o, yorulmadan Azərbaycan 

cəmiyyətinin  müxtəlif  imperiya  instansiyalarına  göndərilən  petisiya,  xahişnamə  və 

müraciətlərindən toplanmış tələb və istəklərin həyata keçirilməsinə çalışırdı. 

X.Xasmə mmədovun  1907-c i  il  noyabrın  13-dəki  iclasda  II  Niko laya 



Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə