Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə69/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   65   66   67   68   69   70   71   72   ...   249

downloaded from KitabYurdu.az

 

 



143 

bolşeviklər  kəndliləri  höku mətin  hərbi  tədbirlərini  yerinə  yetirməkdən  boyun 

qaçırmağa çağırırlar. 

RSDF(b)P-nin  Ba kı  və  Tiflis  təşkilatları  cəbhəyanı  rayonlarda  əhalinin 

vəziyyətini  öyrənmək  adı  altında  bolşevikləri  Qafqaz  cəbhəsinə  göndərir,  onlar  da 

orada 


müharibə  əleyhinə  təbliğat  aparırdılar.  A.Caparid ze,  B.Sərdarov, 

Q.Korqanov,  M.Kedrov,  X.K.Jgenti,  Y.Koçetkov  və  b.  cəbhəyə  göndərilənlər 

arasında idilər. Cənubi Azərbaycanda yerləşmiş bir sıra hərbi hissələrdə gizli partiya 

özəkləri yaradılmışdı və o, bolşevik ədəbiyyatını yayırd ı. 

Bolşeviklər  hərbi-sənaye  komitələri  nəzd indəki  fəh lə  qrupların ın  boykot 

edilməsi  ka mpaniyasının  təşkilinə  mühüm  əhə miyyət  verirdilər.  Bakıda  bu 

ka mpaniya iki dəfə  - 1916-c ı ilin əvvəlinə və sonuna yaxın keçirilmişdi.  

Bir sıra  rayonlarda fəhlə qruplarına müvəkkil seçkilərinin pozu l masına nail 

olunsa da, sənayeçilər 1916-cı ilin noyabrında Bakı vilayət iSK-n ın fəhlə qrupuna 

seçkiləri keçirə b ildilər. Bu qrupun tərkibinə menşeviklər və eserlər daxil oldu

22



Bolşeviklərin  müharibə  əleyhinə  fəaliyyəti  zəh mətkeş  kütlələr   arasında 



narazılığı daha da qüvvətləndirir, A zərbaycanın Bakı və digər şəhərlərində sənaye 

müəssisələrində bir sıra tətillərin başlanmasına təkan verird i. 

 

 

 



 

 

 



§ 3. AZƏRBAYCANIN XALQ TƏSƏRRUFATI MÜHARİBƏ 

İLLƏRİNDƏ 

 

Sənayenin  səfərbər  edilməsi  və  nizamlanması  üzrə  tədbirlər.  Dövlət-

inhisarçı meyillərinin güclənməsi Birinci dünya müharibəsi Rusiyanın bütün xalq 

təsərrüfatının  yenidən  qurulması  zərurətini  meydana  çıxardı.  Müharibənin  geniş 

miqyası, ordunun hərbi və maddi təchizatı, lazımi əşyalara çox böyük tələbat ölkənin 

sənaye  istehsalında  ciddi  struktur  dəyişikliklərini  şərtləndirdi.  Bu  dəyişiklərin 

mah iyyəti  ondan  ibarət  idi  ki,  ağ ırlıq  mərkəzi  hərbi  ehtiyacları  ödəyən  sahələrə 

keçirildi.  Dinc  bazarın,  yəni  geniş  əhali  kütlələri  və  mü lki  təsərrüfat  sahələrin in 

tələbatına yönələn istehsal isə getdikcə daha ço x tənəzzülə uğrayırdı

23



Cəbhəyanı  bölgəyə  çevrilmiş  Azərbaycan  sənayesi  Rus  digər  arxa 

rayonlarına nisbətən müharibənin dağıdıcı təsirinə daha güclü şəkildə məru z qalırdı. 

Müharibə  əmtəə  dövriyyəsinin,  nəqliyyatın  işini  pozmuş,  xammal  və  avadanlıq 

idxalını  məhdudlaşdırmış, həm  Rusiyanın sənaye rayonları, hə m də Zaqafqa ziyanın 

ayrı-ayrı bölgələri ilə əlaqələri qırmış, minlərlə fəhlə o rduya çağırılmışdı. 

Bütün  Rusiya  sənayesinin  işinə  mənfi  təsir  göstərən  amillər-istehsalın 

məhdudlaşması, sənayenin hərbi  məqsədlər üçün səfərbər olun ması Azərbaycanda 



downloaded from KitabYurdu.az

 

 



144 

da sənayenin vəziyyətini ağırlaşdırırd ı.  İstehsalın ən çox  ixtisara düşməsi kənardan 

gətirilən  xarici  xammalla  işləyən  müəssisələrdə  müşahidə  olunurdu  (məsələn, 

toxuculuq müəssisələri yerli pa mbığa keç mə li oldu). İşçi qüvvəsinin çatışma ması və 

xarici  bazarla  əlaqələrin   kəsilməsi  balıqçılıq   sənayesini  ö z  istehsalını  azaltmaq 

məcburiyyətində  qoydu.  Xəzər  dənizinin  limanlarında  ixrac  edilməyən  çoxlu 

miqdarda mal yığ ılıb qaldı. Spirt zavodları ö z istehsalını dayandırdı. 

Müharibə davam etdikcə  günü-gündən genişlənən xə zinə tə ləbatı ayrı-ayrı 

sənaye  sahələrin in  işinə  müsbət  təsir  göstərdi.  1905-ci  ilin  payızında  baş  vermiş 

sənaye səfərbərliy i, yəni onun dövlət müdafiəsi  işinə cəlb edilməsi bunun təzahürü 

idi.  Səfərbər  olunan  sahələr  sırasına  Azərbaycanın  neft,  toxuculuq  və  balıq  sə -

nayesi  də  daxil  edildi.  Məsələn,  neft  sənayesi  həm  hərbi  istehlakçıları  bütünlüklə 

təchiz  etməyə,  həm  də  yeni  məhsullar  –  toluol,  benzol  və  ksilol  istehsal  etməyə 

başladı.  Əvvəllər  istehsalı  dayanmış  spirtçəkən  zavodlar  partlayıcı  maddələr 

istehsalına  başladı.  Gön-dəri  sənayesi  ordu  üçün  ayaqqabı  tikişi  işinə  keçd i.  Yağ 

zavodları da əvvəlcə işi məhdudlaşdırdılar, sonra isə ordu üçün məhsul tədarükünə 

başladılar.  Sənayenin  səfərbər  olunması  mərmi  və  silah  istehsal  etməyə  başlayan 

külli  miqdarda  xırda  və  orta  müəssisələrin  inkişafına,  həmç inin  yenidən 

qurulmasına güclü təkan verdi

24



Müharibə  illərində  neft  sənayesinin  inhisarlaşması  o  vaxtadək 

gorünməmiş  miqyasa çatdı.  Bunun səbəbi digər sənaye sahələri  ilə  müqayisədə bu 

sənayenin  istehsal,  ticarət-satış  və  nəqliyyat  hissələrinin  daha  yüksək  səviyyədə 

təmərküzləşməsi  idi.  Hələ  müharibənin  baş lanması  ərəfəsində  ölkədə  bütün  səhm 

kapitalının  87  faizi  və  bütün  neft  hasilatının  60%-i  üç  möhtəşəm  trestin  ("Oyl", 

"Nobel"  və  "Şell")  payına  düşürdü

25

.  Müharibə  illərində  Bakı  rayonunda  özəyi  rus 



"Neft" şirkəti  olan  yeni  trest  birliyi  formalaşdı.  1917-c i  il  ərəfəsində  "Neft"  qrupu 

firma larının  çıxard ığı  neft  Rusiyada  ümu mi  neft  hasilatın ın  9% -ni  təşkil  edirdi

26



Bu  dörd  inhisar  q rupu  əslində  neft  sənayesinin  bütün  istehsal  hissəsinə  sahiblik 



edirdi. 

Azərbaycan  neft  sənayesində  dövlətin  inhisarçı  mey illərinin  güclənməsi 

Birinci  dünya  müharibəsi  illərində baş verdi

27

.  Bu proses  müxtəlif  formalarda gedirdi. 



Bunlardan  əsasları  inhisarlarla  hökumət  arasında  şəxsi  uniyanın  (ittifaqın) 

möhkəmlən məsi və neft sənayesinin nizamlanması idi. 

Müharibə  illərində  ölkənin  ən  iri  bankları  və  beynəlxalq  kapitalla  sıx

 

surətdə əlaqədar olan inhisarlar qrupu neft sənayesini nəzarət altına almaqda davam 



edirdi. 

İnhisarlar 

iqtisadiyyatda 

hökmranlıqlarını 

möhkəmləndirdikcə 

və 


hökumətlə daha da yaxınlaşdıqca, onların siyasəti bir ço x cəhətdən dövlət siyasəti 

ilə "üst-üstə düşməyə" başladı. 

Birinci dünya müharibəsi illərində çar  mütləqiyyəti ilk dəfə olaraq  ölkənin 

iqtisadiyyatını planlaşdırmaqla idarə etməyə başladı. Lakin çarizm burjuaziyanın "şəxsi 

kapitalist  təşəbbüsü"  azadlığını  məhdudlaşdıra  bilmədi.  Burjuaziya  müharibədən 



Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə