Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 5,9 Mb.
Pdf görüntüsü
səhifə62/249
tarix15.03.2018
ölçüsü5,9 Mb.
#32619
1   ...   58   59   60   61   62   63   64   65   ...   249

downloaded from KitabYurdu.az

 

 



128 

ünvanlanmış  iki  h issədən  ibarət  müraciətinə  dair  çıxışında  qeyd  edilirdi:  "Mən, 

siyasi  əqidəsi  konstitusiyalı  monarxiya  olan  qrupa  mənsub  bir  adam  kimi, 

bütünlüklə bu  mü raciətin birinci hissəsinə

 

qoşuluram.  Burada b iz öz  monarxımıza 



sədaqət və sevgi hissimizi b ild irməliyik və əslində də bild irmişik, siyasi hissə haq -

qında  isə  mən  eyni  şeyi  deyə  bilmərəm".  X.Xasməmmədov  "Zaqafqaziya 

müsəlman ları"  adından  mü lahizə  yürütmək  məsuliyyətini  öz  üzərinə  götürərək 

deputatlara bildirdi ki, "Bizim dövlətimizin   siyasi quruluşunun bu və ya digər adı 

qətiyyən vacib deyildir, bizim üçün daha vacibi bu siyasi quruluşun bizim tələbləri, 

bizim  peşələri  ödəyə  biləcək  məzmunudur"

154

.  Bununla  1905-ci  il  17  Oktyabr 



man ifestinin 

müddəalarının 

həyata 

keçirilməsi 



nəzərdə 

tutulurdu. 

X.Xasməmmədovun  fikrincə,  müraciətdə  "köhnə  Rusiya  ilə  yeni  Rusiya  arasında 

aydın  deportasiya  xətti  qoyulmuşdur".  Manifestdən  sonrakı  iki  il  ərzində  "özgə 

millətlərin  istəkləri  aşağıdakılardan  ibarət  idi:  tam  vətəndaş  azadlığı,  bütün 

vətəndaşların  siyasi  və  mülki  hüquq  bərabərliyi,  əsl  xalq   nümayəndəliyi, 

hakimiyyətin qanuniliy i və  xalq nü mayəndələrin in dövlət qanun vericiliyi  işlərində 

tam  iştirakı".  X.Xas məmmədov  iki  il  ərzində  müsəlmanların  hüquqların ın  rus 

əhalinin hüquqları  ilə bərabərləşdirilməsi, onların  maarifləndirilməsinin in kişafı və 

maddi rifah halın ın yüksəldilməsi üçün elə bir iş görü lmədiy i ü zərində də dayandı. 

O,  ö z  çıxış ında  köçürmə  məsələsinə  toxunaraq,  Du ma  deputatlarını  əmin  etməyə 

çalışdı  ki,  "uzun  müddət  ərzində  aztorpaqlılıqdan  əzab  çəkən"  yerli  kəndlilər 

torpaqla  təmin  olunduqları  təqdirdə,  "kim  o lursa  olsunlar  və  harada  yaşayırsa 

yaşasınlar, bütün Rusiya oğullarını ö z ağuşlarına qəbul edəcəklər". 

III Dövlət Du masında Rusiya imperiyasının  müsəlman ucqarlarından olan 

deputatlar vahid parlament fraksiyasında birləş mişdilər.  Fraksiya 8 nəfərdən ibarət 

idi,  onun  xüsusi  bürosu  Duma  deputatı  olmasa  da,  fraksiyanın  və  bu  duma n ın 

fəaliyyətində,  qanun  layihələrin in  hazırlanıb  təqdim  ed ilməsində  çox  yaxından 

iştirak edən Ə.Topçubaşovun başçılığı altında işləyirdi.  

Fraksiya  xüsusi  iclasların ı  ana  dilində  ibtidai  təhsil,  Qafqazda  zemstvo 

idarələrin in təsis edilməsi kimi  məsələlər ü zrə öz  münasibət və mövqeyini işləy ib 

hazırlamağa  həsr  etmişdi.  Müsəlman  fraksiyası  dini  etiqad,  v icdan  azadlığı 

məsələsinə  böyük  əhəmiyyət  verərək,  bu  məsələ  üzrə  özünün  xüsusi  məruzəsini 

Dumanın  mü zakirəsinə  təqdim  etdi.  Fraksiyanın  fəaliyyəti  bütün  qanun 

layihələrinin  mü zakirəsində  iştirak  etmək,  duma  iclaslarında  vahid  hərəkət  xəttini 

işləyib hazırlamaq, məqsəd isə islahatlara nail olmaq idi.  

X.Xas məmmədov  öz  çıxışlarında  dəfələrlə  vətəndaş  azadlıqları  və  siyasi 

hüquqlar verilməsi, köçürmə məsələsinin qaydaya salınması, təhsil və məhkəmən in ana 

dilində aparılması, zemstvoların tətbiqi və s. ən vacib məsələlər ü zərində dayanırdı. 

Onun  çıxışlarından  ən  mühümü   "Qafqaz  sorğusu"  adlandırılmış  sorğuya  aid 

olmuşdu. Qafqaz sorğusu ifrat sağların təşəbbüsü ilə Du maya təqdim olun muş, sağ 

oktyabrist çoxluğunun təkidi ilə gündəlikdən çıxarılmışdır. 

X.Xasməmmədov,  ilk  növbədə,  Qafqazda  mövcud  olan  xalqların    bir-birinə 



downloaded from KitabYurdu.az

 

 



129 

qarşı  qoyulması  hallarına  diqqət  yetirir,  diyarda  maarifin  vəziyyəti  ü zərində 

dayanaraq  qeyd  edirdi  ki,  mövcud  məktəblər  yerli  əhalini  təmin  etmir,   çünki 

bunlarda  təlim  ana  d ilində  aparılmır.  Belə  məktəblərin  özü  də  son  dərəcə  az  idi. 

Müsəlmanların  yaşadığı  yerlərdə  hər  14  min  nəfər  sakinə,  xristianların 

məskunlaşdıqları ərazilərdə isə hər 4 min nəfər sakinə bir ibtidai məktəb düşürdü. 

Alitəhsilli  müsəlmanlar  orta  tədris  müəssisələrində  pedaqoji  fəaliyyətə 

buraxılmır, nazirin icazəsi olmadan vəkillik edə bilməzdilər.  Şəhər əsasnaməsinin 44-

cü  maddəsi  şəhər  özünüidarə  orqanlarında  müsəlmanların  sayını  məhdudlaşdırırdı. 

Müsəlman  ruhaniləri  də  məhdudiyyətlərə  məru z  qalırd ılar.  X.Xasməmmədov  izah 

edirdi  ki,  bütün  bunların  nəticəsində  müsəlmanla r  mədəni  ba xımdan   öz 

qonşularından geri qalmışlar

135



Diyarda 



ali 

hakimiyyət 

məsələsinə  öz  münasibətini  bildirərkən 

X.Xasməmmədov belə hesab edirdi ki, hakimiyyət əhaliyə xeyirxah  olmalı,  millətləri 

ayırmaq  yox,  birləşdirməklə  dövlətə  məhəbbət  toxumu  səpməlidir.  O,  çarizmin 

köçürmə siyasəti barəsində dəfələrlə bəyan etmişdi ki, ancaq yerli əhali torpaqla təmin 

edildikdən sonra qalan torpaqlar köçürülmə üçün ayrıla b ilər

156


X.Xasməmmədov  bəzi  qərarlara  dəyişikliklər  və  əlavələr  üzrə  qanun 

layihəsi  barədə  torpaq  komissiyası  məru zəsinin  müzakirəsin dəki  çıxışında  kəndli 

torpaq sahibliyi, Rusiya imperiyasının qərb quberniyalarında zemstvoların yaradılması 

məsələsinə  toxunaraq,  Qafqazda  da  zemstvo  tətbiq  olun masını  təklif  etdi. 

X.Xasməmmədov  ibtidai  məktəbdə  ana  dilində  təhsillə  əlaqədar  olaraq,  müəllimlərin 

hazırlanması  problemi  üzərində,  onların  təhsil  ala  bildiyi  Qori  və  İrəvan  seminariyalarının 

ucqarda yerləşməsi, bunlardakı vakansiya məhdudlugu üzündən müsəlmanların ehtiyaclarının 

ödəyə bilməməsi üzərində dayandı. Müəllimlərin Azərbaycandan kənarda hazırlanması ona 

gətirib  çıxarır  ki,  gələcək  müəllimlər  nə  milli  ənənələrdən,  nə  tarixdən,  nə  adətlərdən 

xəbərdar olur, nə də  əhali  ilə ünsiyyətə girə bilirlər.  Ona görə də o,  Xalq Maarifi  Nazirliyi 

qarşısında  Zaqafqaziya  seminariyasının  türk-müsəlman  şöbəsinin  Gəncəyə  köçürülərək, 

onun  müstəqil seminariyaya  çevrilməsi barəsində vəsatət qaldırır,  müsəlmanlar üçün qadın 

müəllim  seminariyasının  açılması  məsələsini  irəli  sürür,  bir  sıra  məhdudiyyətlərə-ruhani 

müəssisələrinin lüzumsüz inzibati himayəsinə, məktəb şurası sədrinin və şura üzvlərinin 

yarıdan  çoxunun  mütləq  xristianlardan olmasına qarşı  etiraz  edirdi.  X  Xasməmmədov 

dini  etiqad  azadlığını  ən  mühüm  məsələ  elan  edərək,  cümə  günlərində  və  islam 

bayramlarında müsəlmanlara tam istirahət verilməsi barəsində də vəsatət qaldırırdı. 

Parlaq  zəkası  və  dərin  hüquqi  təhsili  X.Xasməmmədova  qanun  layihələrinin 

geniş dairəsi üzrə, yerli məhkəmə islahatı, hərbi mükəlləfiyyətlər və s. haqqında layihələrin 

müzakirəsində  çıxış  etmək  imkan  verirdi.  "Vətənin  hər  yerində  bütün  vətəndaşlar  eyni 

hüquqlara malik olmalıdırlar" - bu onun bütün çıxışlarının leytmotivini təşkil edirdi. Onun 

arzu və ümidləri ancaq Dövlət Dumasının protokolları və stenoqrafik hesabatlarında qaldı. 

Belə  ki,  1912-ci  il  iyunun  9-da  çarın  senata  verdiyi  fərmanına  görə  dumanın  iclasları 

dayandırıldı. 

"Prikaz" ("Əmr") qəzeti III Dumanın fəaliyyətini əvvəlki dumalarla müqayisə 




Yüklə 5,9 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə