53
etdirir.
X qanunda oxuyuruq: "Heç kəs onunla üçüncü dərəcədə qohum olan qadınla
evlənə bilməz və qardaĢının da arvadını ala bilməz‖. Göründüyü kimi, qohumluğun
üçüncü dərəcəsi deyildikdə, üçüncü nəsil budağı nəzərdə tutulur. Qanuna görə, nikaha
qohumluğun dördüncü dərəcəsində icazə verilird i.
Bu qanun mənĢəcə birbaĢa Bibliyaya gedib çıxır, belə ki, Bib liyada
qohumluğun ilk üç dərəcəsində qohumlar arasında nikahlar qadağan edilmiĢdir.
Qanunlardan məlum olur ki, baĢqa xristian ölkələrində olduğu kimi, V əsrdə
Albaniyada da xristianlığaqədərki adətlər və levirat (uĢaqsız dul qadının mütləq
qaynına ərə getməsi qaydası) hələ də qalmaqda idi. Aquen qanununun məqsədi qədim
nikah adətlərinin aradan qaldırılması və xristian kilsə nikahının bərqərar olunması idi.
XI qanunda cadugərlərə müraciət olunması da qadağan edilirdi. Cadugərlik
dinsizlik kimi qiymətləndirilirdi və həmin fəaliyyətə görə müqəssir olan Ģəxslər üçün
qanunda insan öldürməyin müqabilində verilən cəza, yəni ölüm cəzası nəzərdə
tutulurdu. Görünür, bu qanunun da əsasında Bibliyada olan qanun durur: "Əgər kiĢi və
ya qadın ölüləri və ya cadugərləri çağırarsa, ölü mə məhku m olunacaq, onu daĢqalaq
edərək, qanına qəltan edəcəklər".
Alban kilsəsinin, habelə erməni və gürcü kilsələrinin qanun yaradıcılığı üçün
aĢağıdakı mənbələr olmuĢdur: 1) Xristian ġərqinin baĢqa kilsələri ilə ümumi olan, xarici,
mənimsənilmiĢ normalar; 2) alban kilsəsinin hazırladığı və müəyyən etdiyi normalar.
Alban kilsə iyerarxiyası bu xarici normaları sadəcə olaraq əxz etməmiĢ,
həmin normaları Albaniyanın özündəki ictimai münasibətlərə, adi hüquqa zidd
olmayacaq dərəcədə qəbul etmiĢdi.
Aquen qanunları yeni dinin feodal əsaslarını qaydaya saldı və bununla
Albaniyada feodal münasibətlərinin daha da inkiĢaf etməsinə yardım göstərdi.
54
III FƏSĠL
III-VII ƏSRĠN ƏVVƏLLƏRĠNDƏ
AZƏRBAYCANIN SĠVASĠ HƏYATI
(A L B A N Ġ Y A)
§ 1. ALBAN DÖVLƏTĠ ALBAN ARġAKĠLƏRĠ
DÖVRÜNDƏ
Eramızın I əsrində hakimiyyətə gələn alban arĢakiləri VI əsrə kimi -
"alban mütləqiyyəti Ġran tərəfindən ləğv olunana və ölkə Ġran caniĢinlərinə
verilənədək" davam gətirə bildilər. Moisey Kalankatlının təqdim etdiyi siyahıda
arĢakilər sülaləsindən olan on alban hökmdarının ad ı çəkilir: "Arandan arĢakilərin
böyük nəslindən olan Qoçaq Vaçaqanadək ötən günlərin sayı məlu m deyildir.
Albaniyanı idarə edən hökmdarların adları sıra ü zrə beləd ir: I Qoçaq Vaçaqan,
Vaçe, Urnayr, II Vaçaqan, Mihravan, Satay, Asay, Yesuagen, Vaçe və nəhayət, III
Mömin Vaçaqan". Siyahıdan aydın olur ki, Aran arĢakilərdən olmayıb; görünür,
Parfiya (Ġran) arĢakilərinin bir qolu olan bu sülalənin nümayəndələri ölkədəki yerli
sülaləni əvəz etmiĢdir.
Siyahıdan göründüyü kimi, Albaniyanın ilk arĢaki hökmdarı e. I əsrində
hakimiyyətə gələn I Qoçaq Vaçaqan olmuĢdur. Belə güman etmək o lar ki,
Vaçaqanın sələfləri olan yerli hökmdarlar Albaniyanın bütün vilayətlərinə sahib
deyildilər. Məhz I Vaçaqan ölkəni birləĢdirməyə və mərkəzləĢmiĢ dövlət
yaratmağa müvəffəq olmuĢdu. Onun nə özü, nə də varisi I Vaçe haqqında baĢqa
məlu matımız olmad ığı üçün, mənbələrin I Vaçenin davamçısı, Sasani ĢahənĢahı II
ġapurun bacısı ilə evlən miĢ Urnayr haqqında məlu matlarına nəzər yetirək.
Urnayrın hakimiyyət illəri dəqiq məlu m deyil. Mo isey Kalankatlın ın məlu matına
görə, Urnayr Ġran ĢahənĢahı II ġapurun (309-379), Bizans imperatoru Böyük
Konstantinin (337-361), e ləcə də erməni hökmdarları III Tridatın (287-330),
Tiqranın (338-345), ArĢakın (345-367) və Papın (370-374) müasiri olub.
Mənbələrdə onun adı ilk dəfə 313-cü ildə, alban əyanları ilə birlikdə xristianlığı
qəbul etməsi münasibətilə çəkilmiĢdir. Onunla bağlı son məlu mat 371-ci ildə baĢ
vermiĢ Dzirav döyüĢü ilə bağlıdır. Beləliklə, Urnayrın hakimiyyət baĢında ən azı
313-cü ildən 371-ci ilə kimi o lduğu güman edilir.
Alban tarixçisi onu "böyük müharibələrdə [sələflərin in] Ģanlı adına varis
çıxaraq, Ermənistanın içərilərində qələbə bayrağı sancan rəĢadətli ər" ad landırır.
Urnayrın da xili siyasətində əsas yerlərdən birini bütpərəstliklə mübarizə,
xristianlığ ın dövlət dininə çevrilməsi, kilsənin torpaqla təmin olun ması, ilkin
bəhərin kilsəyə ayrılması tutur. Lakin Urnayrın dövründə xristianlıq Albaniyanın
hər yerinə yayılıb, ü mu mxalq dininə çevrilməd i. Hö kmdarın, saray adamlarının,
55
əyanların və Albaniya əhalisinin bir hissəsinin qəbul etdikləri xristianlıq təĢəkkül
tapan feodal mədəniyyətinin ideoloji əsası oldu. Əhalinin bir hissəsi öz köhnə
bütpərəst inamlarına, bir hissəsi isə məzdəkizmə - atəĢpərəstliyə sadiq qaldı.
Ġran Ģahı II ġapurun vassalı və müttəfiq i olan Urnayrın xarici siyasəti
bilavasitə Sasanilərin xarici siyasətləri ilə bağlı olduğu üçün, Albaniya da Ġran -
Ro ma müharibələrinə cəlb olundu.
Bizans tarixçisi Ammian Martselinin verdiyi məlu mata görə, 359-cu ildə
romalılar və farslar arasında Amid altında baĢ vermiĢ döyüĢdə alban hökmdarı
Urnayr da II ġapuru müĢayiət etmiĢdi; Favstos Buzand isə onun 371 -ci ildə Dzirav
çölündə Roma və erməni qoĢunlarına qarĢı aparılan döyüĢdə II ġapura kömək gös -
tərdiyini qeyd etmiĢdir.
Urnayrdan sonra mənbələrdə alban arĢakilərindən Yesuagen haqqında
məlu mat var. Onun dövründə köhnə əlifbanın təkmilləĢdirilməsi yolu ilə yeni alban
yazısı yarandı. Bu barədə Moisey Kalankatlı, eləcə də V-VIII əsrlərin erməni
müəllifləri Koryun, Movses Xorenatsi xəbər verirlər. Təlim-tədrisin təĢkilin in
Yesuagen tərəfindən həyata keçirilmiĢ forması xüsusi maraq doğurur.
444-cü ildə Yesuagenin Ġran ĢahənĢahı II Yə zd igərdin bacısından olan
oğlu II Vaçe hökmdar elan edild i. Moisey Kalankatlın ın məlu matına görə bu alban
hökmdarı Ġran ĢahənĢahı Perozun əmri ilə onun dövründə dövlətin paytaxtı olmuĢ
Perozabad (Partav -Bərdə) Ģəhərini saldırdı. Paytaxtın Qəbələdən Bərdəyə köçürül-
məsi xarici-siyasi dəyiĢikliklərlə, türkdilli köçərilərin tez-tez baĢ verən basqınları ilə
bağlı idi; məhz bu, ölkənin mədəni-siyasi mərkəzinin Kürün sol sahilindən sağ sahilinə
keçirilməsinə səbəb olur.
II Vaçenin hakimiyyət illəri Ġran əleyhinə baĢ verən xalq azadlıq hərəkatları ilə
əlamətdar oldu. Bunlardan Cənubi Qafqaz xalqlarının 450-451-ci illərdə erməni
sərkərdəsi Vardan Mamikonyanın baĢçılığı ilə qaldırdıqları üsyanı, eləcə də 457-463-
cü illərdə II Vaçenin özünün rəhbərliyi ilə bilavasitə Albaniyada baĢ qaldıran azadlıq
hərəkatını göstərmək olar. Albanları və baĢqa Qafqaz xalqlarını bu üsyana sövq edən
əsas amil sasanilərin iqtisadi, siyasi və mədəni-ideoloji boyunduruğu olmuĢdu.
Mənbələrin məlumatından görünür ki, Sasani üsuli-idarəsinin Albaniya,
Ermənistan və Ġberiyadakı xristian təbəələrinə münasibətdə apardığı siyasət sabit
olmamıĢ, daim dəyiĢikliklərə uğradı. Xristianlar Roma imperiyasında təqiblərə məruz
qaldıqda Ġran Ģahları onlara himayədarlıq etmiĢ, xristianların simasında romalılara qarĢı
arxa cəbhədə müttəfiq qazanmaq ümidi ilə onları öz ərazilərində həvəslə qəbul
etmiĢdilər. Xristianlığın qələbəsi, onun ġərqi Roma imperiyasında, həmçinin Albaniya,
Ermənistan və Ġberiyada dövlət dininə çevrilməsi ilə Sasani Ġranında xristianlara
münasibət dəyiĢdi. Sasani Ģahları mötədil təriqətlərə mənsub olan xristianları təqib
etməyə, Ġranda, eləcə də öz yerlərində rəsmi kilsə ilə mübarizə aparan müxtəlif
təriqətləri müdafiə etməyə baĢladılar. QonĢuluqda siyasi və dini cəhətdən Ġrana düĢmən,
lakin Roma imperiyası ilə həmdin ölkənin olması həm Ģimaldan, həm də qərbdən möh -
kəmləndirilmiĢ təbii sərhədləri olmayan bu ölkəni həmin istiqamətlərdən daim
Dostları ilə paylaş: |