Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 15,36 Mb.
Pdf görüntüsü
səhifə21/215
tarix03.08.2018
ölçüsü15,36 Mb.
#60675
1   ...   17   18   19   20   21   22   23   24   ...   215

45 

darlarınkından  fərqlənən tacı vardır.  Sikkələrin  əks  üzündə  təsvir  edilmiĢ  mehrablar,

erkən sikkələrdəki hökmdar portretləri daha  mükəmməl  iĢlənməsilə seçilirdi. Sonrakı

dövrlərdə  həmin  təsvirlər  sxematikləĢmiĢdir.  Qeyd  etmək  lazımdır  ki,  tədqiqatçıların 

dəfələrlə qeyd etdikləri bu xüsusiyyət Sasani Ġranı incəsənətinin bütün abidələri üçün

səciyyəvidir.  Bu  xüsusiyyət  nəinki  sikkələrdə, habelə  böyük  relyeflərdə,  qliptika

məmulatında, torevtika abidələrində nəzərə çarpır.

Azərbaycan  dəfinələrində  I  Xosrovdan  baĢlayaraq  bütün  sonrakı  Sasani

hökmdarlarının  adlarına  kəsilmiĢ  pullar  tapılmıĢdır.  Bu tipli sikkələrin  kəsilmə  yerinin

müəyyənləĢdirilməsi  mühüm  maraq  doğurur.  Təəssüf  ki,  Sasani  sikkələrinin  heç  də 

hamısında onların  kəsildiyi  yer göstərilmirdi.  Sasani  hökmdarları  sikkələrin  kəsildiyi

yeri pulların üzərində yalnız V əsrin II yarısından etibarən qeyd  etdirmiĢlər.  Lakin çox

vaxt  sikkələrin  kəsildiyi  yerin  adı  ixtisarla  yazılmıĢ,  bu  isə  həmin  yerin 

dəqiqləĢdirilməsinə  əngəl  törətmiĢdir  məsələn,  "Nax",  yəni  Naxçıvan,  "Atra",  yəni

Atropatena, "Qaza",  yəni  Qazaka  və  s.).  Vəziyyət pəhləvi  yazısının  eyni  hərflərinin

mü xtəlif fonetik (səs) məna daĢıması ilə mürəkkəbləĢir. Tədqiqatçılar (Y.A.Paxomov və 

b.)  Azərbaycan  ərazisində  tapılmıĢ  Sasani  sikkələrinin  kəsildiyi  yerləri

müəyyənləĢdirmək  üçün  iki  cəhətə  -Ərəb xilafətinin caniĢinləri tərəfindən Sasani tipi

əsasında  Ġranın  müxtəlif  vilayətlərində  kəsdirilmiĢ  ilk  ərəb  pullarının  təhlilinə  və 

onların tapıldığı  yerlərə diqqət yetirmiĢlər.  AĢkar  edilmiĢdir  ki,  müəyyən  iĢarəli  bəzi

sikkələr  Cənubi  Qafqazın,  o  cümlədən  Azərbaycanın  sikkəxanalarında  kəsilmiĢdir.

Tədqiqatçılar,  həmçinin,  müəyyənləĢdirmiĢlər  ki,  VI  əsrin  sonundan  etibarən 

Azərbaycan pul dəfinələrində üzərində eyni bir iĢarə olan Sasani drahmalarına xüsusilə

daha çox təsadüf olunmağa baĢlanır. Belə iĢarəsi olan drahmaların çoxluğu onların idxal

olunmadığını və Azərbaycanda kəsildiyini ehtimal etməyə imkan verir. Lakin hər halda 

onların kəsildiyi yeri qəti Ģəkildə müəyyən etmək qeyri-mümkündür. Belə hesab edilir

ki, bu cür iĢarəyə malik Sasani drahmalarının Bərdədə zərb olunduğunu güman etmək

olar. Həmçinin, güman etmək olar ki, Dvində və Tiflisdə zərb olunmuĢ sikkələrdə də 

belə  iĢarə  həkk  etmiĢlər.  Çünki  bu  vilayətlər  də  eyni  inzibati  bölgəyə  daxil  idilər.

Sasanilər dövründə Naxçıvan və Gilanda da üstündə müəyyən iĢarəsi olan sikkələrin

kəsildiyi zərbxanalar olduğu ehtimal olunur. 

VI  əsrin sonu  -  VII  əsrin əvvəllərində  Gürcüstanda  zərb olunan  Sasani  tipli

sikkələrin üstündə əvvəlcə xaç, sonra isə gürcü yazısı həkk olunmuĢdur. Bu sikkələrin

üstündə hətta gürcü padĢahının adı  da  göstərilir,  xaç  isə  daha  qabarıq  və  sikkənin  daha 

görkəmli yerində həkk olunurdu. 

Erkən  orta  əsrlər  dövründə  Azərbaycan  ərazisində  Bizans  pulları  geniĢ

yayılmamıĢdı.  Hər  halda  göstərilən  dövrə  aid  arxeoloji  abidələrdə  qazıntılar  zamanı 

Bizans pullarına nadir hallarda rast gəlinir. Hələlik Azərbaycanda bu dövrə aid yeganə

Bizans pulu  Örənqala Ģəhər yerindəki  qazıntılar  zamanı  mədəni təbəqənin  alt  qatında

tapılmıĢdır. Bu mis sikkə I Anastasinin (491-518) adından zərb olunmuĢdur. Ərəblərin 

hücumu  nəticəsində  Sasanilər  dövlətinin  süqutundan  sonra  Azərbaycanda  ərəb  pulları 

yayılmağa baĢladı. 




46 

§ 8. DÖVLƏT HAKĠMĠYYƏTĠ VƏ ONUN 

ĠNSTĠTUTLARI 

Alban  cəmiyyətinin  siyasi  strukturunu  I-VI  əsrlərdə  alban  arĢakiləri

sülaləsindən olan hökmdarların,  VII əsrdən isə Mihranilər sülaləsindən olan böyük

knyazların  baĢçılıq  etdiyi  mərkəzləĢdirilmiĢ  feodal  dövləti  kimi  səciyyələndirmək 

olar.  Albaniyanın  xarici-siyasi  vəziyyətinin  xüsusiyyəti  (Dərbənd  keçidin in 

mühafizəsi),  xarici  təhlükən in  dəf  edilməsi  idarəçilikdə  mərkəzləĢmən in  güc-

lən məsinə  gətirib  çıxarmıĢ,  dövlətçiliy in  rolunu  yüksəltmiĢdi.  Dövlət  hakimiyyəti

ictima i-iqtisadi  və  ideoloji  həyatın  bütün  sahələrini  n iza mla mağa  çalıĢırdı. 

Albaniyada  taxt-tacın  nəslən  keçməsin in  qəti  müəyyənləĢdirilmiĢ  qaydası  y ox  idi.

Hökmdar ö lkən in qanunvericisi və baĢ hakimi  idi, o, dünyəvi və dini hakimiyyətin 

məĢvərətçi  və  qanunverici  orqanı  olan  məclisə  -  məhkəməyə  baĢçılıq  edirdi.

Ölkənin bütün hərbi qüvvələrin in baĢ komandanı da o idi.  

Albaniyanın  əsas  idarəçilik  vəzifələri  hazarapet,  hramanatar  və  sparapet

idi. 


Hazarapet  orta  fars  istilahı  olub,  hərfən  "minbaĢı"  deməkd ir.  Hazarapet

vəzifəsi  ən  qədim  zamanlardan  Ġranda  mövcud  idi.  Bu,  Əhəmən ilər  dövründə 

mü lki  sahəyə  keçirilmiĢ  hərbi  istilahdır.  Bu  istilah  Parfiya  dövründə  də,  Sasanilər

dövründə də qorunub saxlanılmıĢdır. 

Albaniyada  isə  hazarapet  ən  yüksək  dövlət  vəzifələrindən  biri  idi.  O,

alban kilsəsinin baĢçısı ilə birlikdə Albaniyadan ermənilərin yaĢadıqları vilayətlərə 

nümayəndəlik  təĢkil  etmiĢ,  hökmdar  və  hra manatarla  b irlikdə  alban  əyanların ın

sırasında  Aquen  qanunlarına  ö z  möhürünü  vurmuĢdu.  Mətnlər  Albaniya  üçün 

hazarapetin hərbi və yaxud  mü lki vəzifə olduğunu aydınlaĢdırmağa  imkan vermir. 

Mətnlərdən  görünür  ki,  alban  hökmdarı  III  Vaçaqanın  hakimiyyəti  dövründə 

Albaniyada yalnız iki və zifə  - haza rapet və hra manatar var idi.  

Ġranla  analogiyaya  görə,  Albaniya  hramanatarın ın  həm  də  baĢ  vəzir 

olduğunu və bütün dövlət iĢlərinə nəzarət etdiyini ehtimal etmək olar.  

Ġranda və Ġberiyada müstəqil dövlət gəliri idarəsinin  olması Albaniyada da

buna  bənzər  idarənin  mövcud  olduğunu  güman   etməyə  imkan  verir.  Görünür, 

hazarapet  bu  vergilər  idarəsinə  baĢçılıq  edirmiĢ.  "Alban  tarixi"ndə  hazarapet  vəzifəsi

yalnız V əsrdə xatırlanır. Hökmdarın təsərrüfat baxıcısı kimi hazarapet vəzifəs i hökmdar 

hakimiyyəti ilə, hökmdar torpaq sahibliyi ilə, hökmdar  torpağında  yaĢayan, bilavasitə

istehsalçıların  xəzinəyə vergi ödəmələri ilə əlaqədardır. Lakin feodal torpaq sahibliyinin

inkiĢafı,  hökmdar  torpaqları  fondunun  məhdudlaĢması  ilə  hazarapetin  daĢıdığı 

təsərrüfat və maliyyə funksiyalarının tədricən feodallara keçdiyini, VI əsrin əvvəllərində

isə hökmdar hakimiyyətinin ləğvi ilə hazarapet vəzifəsinin də aradan çıxdığını və maliyyə

funksiyalarının bilavasitə caniĢinlərə - mərzbanlara keçdiyini güman etmək olar. 

Albaniyanın üçüncü əsas idarəçilik vəzifəsinin daĢıyıcısı olan sparapet (qədim 

fars istilahı) ölkənin bütün hərbi qüvvələrinin baĢ komandanı idi. 



Yüklə 15,36 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   215




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə