Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 15,36 Mb.
Pdf görüntüsü
səhifə20/215
tarix03.08.2018
ölçüsü15,36 Mb.
#60675
1   ...   16   17   18   19   20   21   22   23   ...   215

43 

dağlarından  Ģimalda  yerləĢən  ölkələrlə  birləĢdirirdi.  Burada  daxili  və  tranzit 

səciyyəli baĢqa ticarət yolları da fəaliyyət göstərirdi.  

Əkinçiliyin və maldarlığın, habelə sənətin müxtəlif sahələrinin  inkiĢafı əmtəə 

istehsalına və ticarətə təkan verdi. Əhali izafi məhsulu bazarlarda satırdı. Əmtəənin bir

hissəsi  istehsalçıların  özləri  tərəfindən  satılırdı.  Lakin  çox  vaxt  istehsalçılarla

istehlakçılar  arasında  vasitəçi  kimi  əsas  iĢləri  alıĢ-veriĢ  olan  tacirlər  çıxıĢ  edirdilər. 

Ticarətlə  daha  çox  Ģəhərlilər  məĢğul  olurdular.  Əhalinin,  xüsusilə  Ģəhər  əhalisinin

təsərrüfat həyatında ticarətin mühüm ro l oynadığını Azərbaycan və Cənubi Dağıstan

ərazilərində  aparılan arxeoloji  qazıntılar  zamanı  aĢkar  olunmuĢ  çoxsaylı  materiallar 

təsdiq  edir.  Azərbaycanda  bu  cür  materiallar  Mingəçevirdə,  Qəbələdə  və  ġamaxıda

daha çox aĢkar olun muĢdur. 

Mingəçevirdəki  2 saylı  yaĢayıĢ yerində,  erkən orta  əsrlər dövrü  təbəqəsində

ticarətə aid baĢqa materiallarla yanaĢı, bürüncdən hazırlanmıĢ asma tərəzi qolu aĢkara 

çıxarılmıĢdır. 

Bir çox arxeoloji tapıntılar yerli əhalinin beynəlxalq ticarət əlaqələri haqqında

təsəvvür  yaradır.  Bu  tapıntılar  xaricdən  gətirilmiĢ  mü xtəlif  məmulatla  təmsil olunub. 

Onların  arasında  Çində  istehsal  olunmuĢ  ipək  parça  qalıqları,  ayrı-ayrı  ölkələrdən

gətirilmiĢ  mü xtəlif bəzək əĢyaları, iĢlək üzlərində mü xtəlif rəsmlər həkk olunmuĢ daĢ 

möhürlər (gemmalar), ĢüĢə qablar, yüksək zövqlə hazırlanmıĢ  gümüĢ qablar, ço xsaylı

sikkələr və s. vardır. 

Ġpək parça qalıqları Mingəçevirdəki erkən orta əsrlər dövrünə aid qəbirlərdə

tapılmıĢdır. 

Azərbaycanda  erkən  orta  əsrlərə  aid  abidələrdə  aparılan  qazıntılar  zamanı

qliptika  incəsənətinin çoxsaylı  nümunələri  -  gemmalar  aĢkar  edilmiĢdir.  Bu  məmulat 

baĢlıca olaraq  möhür  kimi  iĢlədilirdi.  Lakin  onlar  eyni  zamanda  bəzək  əĢyaları  idi. 

Onların  bir  ço xu  Ġrandan  gətirilmiĢ  və  yaxud  Ġran  incəsənətinin təsiri  altında Azər-

baycanda hazırlan mıĢdı. 

Azərbaycan  ərazisində  arxeoloji  qazıntılar  zamanı  çoxlu  ĢüĢə  qab  aĢkar

edilmiĢdir.  Onların  çoxu  ticarət  yolu  ilə  Finikiya,  Suriya  və  Fələstindən  gətirilmiĢdi.

Erkən orta əsrlər dövründə Albaniyada da ĢüĢə məmulatının istehsalına baĢlandı. Bu ĢüĢə 

qablar ġimali Qafqaz və xüsusilə Dağıstan ərazisində daha çox aĢkara çıxarılmıĢdır. 

Tarixi  Albaniyanın  ərazisində  aĢkar  olunmuĢ  arxeoloji  materiallar  arasında

torevtika  məmulatı  xüsusi  diqqətə  layiqdir.  Onların  bir  qismi,  Ģübhəsiz,  baĢqa 

ölkələrdən gətirilmədir. 

Gü müĢdən  hazırlanaraq  qızılı  rənglə  boyanmıĢ,  hal-hazırda  Sankt-

Peterburqun  Dövlət  Ermitajının  kolleksiyasında  saxlanılan  dolça,  Azərbaycanda  və 

Cənubi  Dağıstanda  hazırlanan  digər  tapıntılar  da  bu  cür  məmu latlar  dairəsinə

daxildir. 

Azərbaycan  ərazisində  ilk  orta  əsrlər  dövrünə  aid  abidələrdə  aparılmıĢ

arxeoloji  araĢdırmalar  zamanı  idxal  olunmuĢ  baĢqa  əĢyalara  da  təsadüf  edilir  və  bu 

əĢyalar həmin  dovrün ticarət əlaqələrindən  xəbər  verir.  Onların  arasında çoxlu  bəzək 




44 

əĢyaları vardır. 

Erkən orta əsrlər dövründə Albaniyanın ticarəti və ticarət əlaqələri haqqında

yuxarıda  qeyd  olunmuĢ  tapıntılarla  yanaĢı,  dəfinə  halında  və  tək-tək  nüsxələrlə 

tapılmıĢ  çoxsaylı  sikkələr  də  məlumatlar  verir.  Bu  tapıntılar  göstərir  ki,  Albaniyanın

Sasani Ġranı ilə əlaqələri  xüsusilə canlı olmuĢdur. Bu, bilavasitə həmin dövrün siyasi

və  mədəni Ģəraiti  ilə  əlaqədardır.  Sikkə  tapıntıları  təsdiq  edir  ki,  erkən  orta  əsrlərdə 

Albaniya  bazarlarında  Sasani  gümüĢ  sikkələri  hakim  rol  oynamıĢdır.  Hələlik  tarixi

Albaniyanın ərazisində Sasani sikkələrin in ən ilkin nümunələri  1964-cü ildə Qəbələ

Ģəhərgahı  yaxınlığında  tapılmıĢ  dəfinədən  məlumdur.  Dəfinə  torpaq  iĢləri  zamanı 

təsadüfən  tapıldığından  sikkələrin  bir  qismi  əhali  arasında  yayılmıĢdır.  Dəfinənin

sikkələrindən  yalnız  158  ədədini  toplamaq  mümkün  olmuĢ  və  həmin  sikkələr

Azərbaycan  Tarix  Muzeyinə təhvil  verilmiĢdir.  Sonralar  həmin  dəfinədən  aĢkar olun-

muĢ daha 5 sikkə həmin  mu zeyə verilmiĢ dir.  Dəfinədə olan sikkələrin əksəriyyətini

(155 ədədini) Sasani hökmdarı 11 Varəhranın (274-291) drahmaları (dirhəmləri) təĢkil

edir.  Lakin  dəfinənin  tərkibində  e.  I—II  əsrlərinə  aid  Parfiya  və  Roma  sikkələrinin 

tək-tək nüs xələri də vardır. 

Erkən  Sasani  sikkələrinin  azsaylı  olması  və  bu  dəfinə  təsdiq  edir  ki,  ilk

Sasani  hökmdarları  dövründə  Albaniyada  əvvəllər  kəsilmiĢ  Parfiya  və  Roma 

sikkələrindən də istifadə olunmuĢdur. Güman etmək olar ki, tarixi Albaniya ərazisində

III-IV əsrlərə aid olan abidələrdə aparılmıĢ arxeoloji qazıntılar zamanı Sasani Ġranından

gətirilmiĢ  məmulata,  o  cümlədən  sikkələrə,  nisbətən  nadir  hallarda  təsadüf  edilməsi 

Albaniyanın  Sasani  təsiri  dairəsinə  tədricən  daxil  olması  ilə  izah  edilə  bilir.  Sasani

sikkələrinin və digər məmulatın (qliptika, torevtika nü munələri və s.) axını sonralar

tədricən  güclənmiĢ,  V-VII  əsrlərdə  isə  Albaniya  bazarlarında  xey li  dərəcədə 

artmıĢdı.  TapılmıĢ  Sasani  sikkələrinin  çoxsaylı  nümunələri  məhz  bu  dövrə  aiddir.

Onlara  həm  tək-tək nüsxələr,  həm  də  böyük  dəfinələr  Ģəklində  Azərbaycanın  bütün

ərazisində  təsadüf  olunmuĢdur. Azərbaycanda  Sasani sikkələrinin  V  əsrin sonlarından 

etibarən  xüsusilə  geniĢ  Ģəkildə  yayıldığını  görkəmli  alim  Y.A.Paxo mov  da  çoxillik

tədqiqi nəticəsində təsdiq etmiĢdir. 

Son  illər  ərzində  aparılmıĢ  arxeoloji  qazıntılar  zamanı  Sasani  sikkələrindən

ibarət yeni dəfinələr, həmin sikkələrin tək-tək nüsxələri tapılmıĢdır. Əvvəllər olduğu 

kimi, bu sikkələrə Azərbaycanın bütün ərazisində - həm qədim yaĢayıĢ məskənlərinin

mədəni təbəqələrində, həm də qəbirlərdə təsadüf edilir.  

Azərbaycanda  tapılmıĢ  bütün  Sasani  sikkələri  gümüĢ  drahmalarla

(dirhəmlərlə) təmsil olunmuĢdur. Sasani sikkələrinin bu nominalı çəkisinə və əyarına

görə  Attika  (Yunanıstan)  pul-çəki  sistemi  əsasında  kəsilmiĢ  Parfiya  drahmalarına 

yaxındır.  Tiplərinə  görə  Sasani  sikkələri  baĢqa sikkələrdən  əsaslı  Ģəkildə  fərqlənir.

Sasani  pullarının  üz  tərəfində  ĢahənĢahın  beldən  yuxarı  təsviri,  arxa  üzündə  isə

zərdüĢtilik  dinin in  rəmzi  olan  mehrab  -  atəĢdanın  və onu  hər  iki  tərəfdən  qoruyan 

mühafizəçilərin  təsviri  verilmiĢdir.  Sikkələrin  hər  iki  üzündə  pəhləvi  yazısı  vardır. 

Hökmdarların  portretləri adətən Ģərti verilir.  Hər  bir  Sasani hökmdarının baĢqa hökm-




Yüklə 15,36 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   215




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə