Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 15,36 Mb.
Pdf görüntüsü
səhifə18/215
tarix03.08.2018
ölçüsü15,36 Mb.
#60675
1   ...   14   15   16   17   18   19   20   21   ...   215

39 

Maldarlıqla  Albaniyanın  həm  yarımköçəri,  həm  də  oturaq  əhalisi  məĢğul

olurdu.  Lakin  təsərrüfatçılığın  daha  geridə  qalmıĢ  formalarının  hakim  olduğu  dağlıq 

rayonlarda bu sahə üstünlük təĢkil edirdi. 

Albaniyanın təsərrüfat həyatında balıqçılıq da böyük rol oynayırdı. Balığı

duzlayır,  qurudur  və  dəvələrlə  qonĢu ölkələrə  aparırd ılar.  Onun  piyindən  müalicə

əhəmiyyətli  yağ  əldə  edir,  içalatın ı  qaynatmaqla  qiy mətli  nərə  yapıĢqanı 

hazırlay ırdılar. 

Orta  əsr  mənbələrində  Kür  sahili  əhalisinin  balıq  ovu  ilə  məĢ ğul  olması

haqqında  çoxlu   məlu mat  vardır.  Mo isey  Kalankatlı  albanların  Kür  və  Arazdan 

tutulan balıqdan xəzərlərə bac verdiklərini xəbər verir.  

§ 6. ġƏHƏRLƏR VƏ DĠGƏR YAġAYIġ MƏSKƏNLƏRĠ 

Albaniyanın  erkən  orta  əsrlər  dövrü  Ģəhər  həyatının  canlanması  və

Ģəhərlərin artması  ilə səciyyələnir.  Bu zaman köhnə Ģəhərlərin (Qəbələ, Naxçıvan, 

Dərbənd) tikilib geniĢlən məsi prosesi ilə yanaĢı, yeni Ģəhərlərin (Bərdə,  Beyləqan

və  b.)  yaranması  prosesi  gedirdi.  QonĢu  Ermənistan  dövlətçiliyin in  ləğ vi  ilə 

əlaqədar baĢ verən tənəzzül  müqabilində Albaniya Ģəhərlərinin tərəqqisi bu dövrün

özünəməxsus xüsusiyyətlərindən idi. 

Albaniyada  feodal  münasibətləri  bir  qədər  baĢqa Ģəraitdə,  qüvvətli  siyasi

mərkəzi  hakimiyyət  Ģəraitində  inkiĢaf  edirdi;  bu  hakimiyyət  Ģəhərlərin  olmasını 

maddi  zəru rət hesab edir, onların tərəqqisinə kö mək göstərməyə çalıĢır,  feodallarla

mübarizədə  onlardan  istifadə  edirdi.  Yeni  feodallaĢan  əyanlarda  da  onlara  pay 

edilmiĢ  torpaqları  mənimsəməyə  maraq  yaranır;  bütün  bunlar  Ģəhər  həyatının 

çiçəklən məsinə,  köhnə  Ģəhərlərin  abadlaĢdırılmasına,  yeni  Ģəhərlərin  salın masına 

gətirib çıxarırdı. 

Albaniya  Ģəhərlərin in  ticarət-sənətkarlıq  təbəqəsi  arasıkəsilməyən  ticarəti

təmin  edə  bilən  güclü  mərkəzi  hakimiyyətə  məxsus  qüdrətli  dövlətin  olmasında

maraqlı  idi.  Məh z  buna  görə,  erkən  orta  əsrlər  A lbaniya  Ģəhərləri  alban 

arĢakilərinin, sonralar isə alban mihran ilərin in dayağı id ilər. 

Albaniya  Ģəhərləri  ya  ticarət  yolu  üzərində  yerləĢən  kənd  icmasına

əsaslanan  qədim  məskənin  yerində,  ya  hökmdar  və  ya  feodal  təsərrüfatının 

(dastakertin)  bazasında,  ya  da  sənətkarlıq  və  ticarətin  inkiĢafı  üçün  əlveriĢ li  o lan

yerlərdə  təĢəkkül  tapmıĢdı.  Albaniyada  aĢağıdakı  Ģəhərlər  var  idi:  beynəlxalq

tranzit ticarətin in ana yollarında meydana çıxmıĢ Ģəhərlər; Bərdə, Dərbənd, Qəbələ, 

Çoqa,  Beyləqan belə Ģəhərlərdən id i.  Bu Ģəhərlər  iri  in zibati və ticarət -sənətkarlıq

mə rkə zləri  sayılırd ı.  Qaynaqlarda  onlar  "əzə mətli"  və  "Ģan -Ģöhrətli"  Ģəhərlər 



40 

adlandırılırd ı.  ġəhərlərdən  ġəki,  ġəmkir,  Girdiman,  Naxçıvan  və  b.  əsas  ticarət

yollarından aralı və ucqar yerlərdə salın mıĢ sənətkarlıq və ticarət mərkəzləri idi. Bu

Ģəhərlər  eyni  zamanda  hərbi  dəstələrin  yerləĢdiyi  qalalardı.  Üçüncü  tip  Ģəhərlər 

əkinçilik  xarakteri  daĢıyan,  sosial-iqtisadi  mənada  Ģəhər  olmayan,  lakin  feodal

vilayətlərinin  in zibati  mərkəzləri sayılan Ģəhərlər  idi.  Belə Ģəhərlərə indiki Ağdam

rayonunda  yerləĢən  Gavurqala,  Qax  rayonundakı  Torpaqqala,  Mingəçevir  və  bir 

sıra  baĢqa  məskənləri  aid  etmək  olar.  Ġlk  iki  tip  Ģəhərlərin  ətrafında  əhalisi  kənd 

təsərrüfatı ilə məĢğul olan kənd nahiyələri yerləĢird i.  

Moisey  Kalankatlı  və  Movses  Xorenatsinin  məlu matları  A lbaniya 

Ģəhərlərinin  siyasi  strukturunu  aydınlaĢdırmaq  imkanın ı  verir;  məlu m  o lur  ki,  bu 

Ģəhərlər yerli  məmu rlar, hakimlər tərəfindən idarə olunurdu. V əsrdə Tsri Ģəhərinin

hakimi a rĢaki hökmda rla rın ın nəslindən olan Xoçkarik id i. Mənbələrdə ki  mə lu mat 

bütün Ģəhər sakinlərinin  iĢtirak etdiyi, kəskin siyasi Ģəraitdə qərarlar çıxaran Ģəhər

yığıncaqlarının  olması  ehtimalın ı  da  verir.  Belə  ki,  626-cı  ildə,  xəzərlər  Bərdəyə

hücum  etdiyi  zaman  Sasani  mərzbanı,  yaln ız  alban  əyanlarının  və  Ģəhər 

sakinlərinin  razılığ ını  alandan  sonra  xəzərlərə  hərbi  müqavimət  göstərilməsi

haqqında qərar qəbul edə bilmiĢdi. 

Albaniyanın  mühüm  Ģəhərlərindən  biri  Qəbələ  id i.  ġəhər  e.ə.  IV  əsrin

sonu  -  III  əsrin  əvvəllə rində  meydana  çıxmıĢ  və  e.  XVIII  əsrinədək  mövcud 

olmuĢdur.  V  əsrədək  Qəbələ  Albaniyanın  paytaxtı,  alban  hökmdarları  və  alban

arxiyepiskopunun iqamətgahı olmuĢ, paytaxt  Bərdə Ģəhərinə  köçürüldükdən sonra 

isə ölkənin ən  iri siyasi-in zibati, d ini-in zibati (arxiyep iskopluq), ticarət-sənətkarlıq

və mədəni mərkəzlərindən biri olaraq qalmıĢdır. Ço xillik arxeoloji iĢlər nəticəsində

məlu m  olmuĢdur  ki,  I  əsrin  sonundan XVIII əsrin ortalarınadək Ģəhər Qaraçay və 

Covurluçay arasındakı hündür təpədə yerləĢmiĢdi. ġəhər 25 ha-da çox sahəni tutan,

içqalası  Səlb ir  adlanan  Ģimal  və  Qala  adlanan  cənub  hissələrinə  bölünürdü.  ġəhər

sakinləri IX əsrədək əsasən Səlbirin, IX əsrdən isə Qalanın ərazisində yaĢayırdılar. 

Qazıntılar  zaman ı  ço xsaylı  yaĢayıĢ  evləri  və  ictimai  tikili  qalıqları,  habelə  zəngin

maddi-mədəniyyət nümunələri aĢka ra çıxarılmıĢdır.  

V  əsrdən  sonra  Moisey  Kalankatlıya  görə,  alban  hökmdarı  Vaçe  tərəfindən

tikilmiĢ  Bərdə  (onun  Partav  adı  erməni  mənbələrindəki  yazılıĢ  formasına  əsaslanır) 

paytaxt  olur. Mühüm  karvan  yollarının  qovĢağında  yerləĢən bu Ģəhər  Yaxın  və  Orta

ġərqin ən iri ticarət mərkəzlərindən  biri  idi.  Böyük  Uti  v ilayətində  yerləĢən  Bərdə 

erkən  orta  əsrlərdə  Qafqaz  Albaniyasının siyasi,  dini  və  mədəni  mərkəzinə  çevrildi.

Bərdə son alban arĢakilərinin və Mihranilər sülaləsindən olan hökmdarların, VI əsrdən

isə  alban  katolikosunun  iqamətgahı  olur.  Ticarət-sənətkarlıq  mərkəzi  olan  bu 

Ģəhərdən baĢqa yerlərə ipəkqurdu, barama, çoxlu ipək, qızıl boya və s. aparılırdı. 628-ci

ildə  Ġran-Bizans  müharibələri  zamanı  Bərdə  Bizansın  müttəfiqləri  o lan  xəzərlər

tərəfindən  dağıdılmıĢdı.  ġəhər  ancaq  VIII  əsrin  əvvəllərində,  Xilafətin  Ģimal 

vilayətlərinin hakimi Əbd əl-Əziz ibn Xatimin əmri ilə bərpa edilmiĢdir. 

Naxçıvan - Azərbaycanın ən qədim Ģəhərlərindən biridir. Yazılı qaynaqlarda, 




Yüklə 15,36 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   215




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə