250
taxtına çıxdı. O, qonĢu feodallara qarĢı təcavüzkar siyasət yeridir, bir sıra Ģəhərlərin
(Qəbələnin və Bərdənin) ilhaqı yolu ilə öz dövlətinin ərazisini geniĢləndirməyə
çalıĢırdı. 373/983-cü ildə Məhəmməd ibn Əhməd ġabranın qala divarlarını tikdirdi. O,
11 ildən artıq müddət ərzində hökmranlıq etdikdən sonra 381/991 -ci ildə vəfat etdi. Onun
qardaĢı Yəzid ibn Əhməd ġirvan taxtına sahib oldu. Yəzidin hakimiyyət illəri feodal
ara müharibələri ilə əlamətdar idi. Bu ĢirvanĢah öz dövlətinin ərazisini
geniĢləndirmək məqsədilə qonĢularına -Dərbənd, Qəbələ və ġəki hakimlərinə
qarĢı müharibələr aparırd ı.
1025-c i ildə Yə zidiyyədə atasının müavin i olan oğlu ƏnuĢirəvan Yə zidə
qarĢı uğursuz qiyam qaldırdı, ələ keçirildi, həbsxanaya salındı, aclıq və
susuzluqdan orada öldü. ġirvanĢah Yəzid isə 37 illik hökmranlıqdan sonra, 1027-ci
ildə vəfat etdi. Onun uzunmüddətli hakimiyyətinin təqribən bütün illəri
dərbəndlilərə qarĢı mübarizədə keçdi. 1025-ci ildə Dərbənd əmiri Mənsura öz
qızını ərə vermiĢ Sərir hökmdarı da dərbəndliləri müdafiə ed irdi. Lakin tərəflərdən
heç biri həlledici uğur qazana bilməd i.
Bütün böyük müsəlman ailələrində olduğu kimi, Yəzidin ailəsində də
hakimiyyətə sahib olmaq istəyən qardaĢlar və oğullar arasında daimi ixtilaflar,
çəkiĢ mələr baĢ verirdi. Məhz Yəzid in hökmranlığı dövründə paytaxt da ictimai
çəkiĢ mələrin baĢ verməsi haqqında mənbələrdə ilk məlu mata rast gəlirik. Gü man
etmək olar ki, həmin çəkiĢmələr u zunmüddətli, yorucu hərbi yürüĢlər və bununla
əlaqədar əhalidən alınan vergilərin artmasının nəticəsi idi.
Mülahizəyə görə, bu ĢirvanĢahın qədim hökmdarlar nəslindən olan bir
qadınla izdivacı Yəzidilər sülaləsin in iranlılaĢ ması prosesinin baĢlanmasına gətirib
çıxartdı. Əlbəttə, ġirvanda gedən bu prosesin baĢlanmasında Xilafətin
zəifləməsindən sonra ayrı-ayrı yerlərdə Ġran mənĢəli yerli s ülalələrin yenidən
hakimiyyətə gəlməsi, islamaqədərki Ġran mədəniyyət və ədəbiyyatının vaxtilə
Sasanilərin tabeliyində olan vilayətlərdə dirçəliĢi, eləcə də "Ģuubi" meyilli
vətənpərvər ziyalı iranlıların apardıqları təbliğat az rol oynamadı. ġirvan tarixin in
görkəmli tədqiqatçılarından V.F.M inorskinin haqlı qeydinə görə, "Sasani dövrü
nisgili şeybani nəslindən olan ərəb soy kökü haqqındakı xatirə lərdən daha cəlbedici
oldu".
Yəzid in oğulların ın adları da ĢirvanĢahların qədim Ġran nəsli ilə bağlılığ ını
nümayiĢ etdirməli id i. On lardan biri - Mənuçehr ali hakimiyyətə 1027-ci ildə sahib
oldu. Onun hakimiyyəti dövründə də, dərbəndlilərlə artıq ənənə halını almıĢ
mübarizə Məsqətdə yerləĢən bir qəsrin üstündə 1029-cu ildə yenidən davam
etdirildi. Mənuçehrin qoĢunu darmadağın edildi.
1030-cu ildə dərbəndlilər ġirvana hücum edərək, onun bir sıra yaĢayıĢ
məntəqələrini viran qoydular.
Həmin il ruslar 38 gəmi ilə ġirvan sahillərinə yan aldılar. Mənuçehrin hərbi
dəstəsi onları Bakı yaxınlığında qarĢıladı. ġirvan qoĢununu darmadağın edən ruslar sahil
boyu aĢağı gedərək, Kür çayına daxil oldular. Mənuçehr rusların irəliləməsinin
251
qarĢısını almaq üçün Araz çayının qarĢısını kəsməyi əmr etdi. Lakin bu döyüĢ
Ģirvanlıların məğlubiyyəti ilə nəticələndi. Bununla belə, Mənuçehr, görünür, rusların
Araz boyu yuxarı irəliləməsinin qarĢısını ala bildi.
Ġki il sonra sərirlilər və alanlar ġirvana hucum edib, 10 gün ərzində 10 mindən
çox adam qırmıĢ, qarətlər törətmiĢdilər. Lakin geri qayıdarkən, dərbəndlilər bütün
keçidləri qapayaraq, onların yollarını kəsmiĢ, qırıb-çatmıĢ, zəbt etdikləri qənimətləri
əllərindən almıĢdılar.
Ölkəni viran qoymuĢ aramsız müharibələr, əl-Babla aparılan çəkiĢmələr, siyasi
qeyri-sabitlik ġirvanda baĢ verən ictimai ça xnaĢmalara səbəb olmuĢ, ĢirvanĢahlar ailəsi
daxilində parçalanmanı
dərinləĢdirmiĢdi. Bizə naməlum səbəblər üzündən
Mənuçehrdən gizlənən qardaĢı Əbu Mənsur onun arvadı, Gəncə əmiri Fəzl ibn
Məhəmmədin qızı Sitt ilə əlaqəyə girərək, Mənuçehri öldürmüĢ və beləliklə, ġirvan
səltənətinə yiyələnə bilmiĢdi. Ço x güman ki, bu hadisədə ĢirvanĢah Mənuçehrin bəzi
əməlləri ilə razılaĢmayan Arran hakimlərin in də əli vardı.
Beləliklə, 425 (1034)-ci ildə Əbu Mənsur ibn Yəzid ġirvan taxtına çıxd ı və
çox keçmədən mərhum qardaĢının dul qalmıĢ arvadı ilə evləndi. O, 10 il ġirvanı idarə
etdi, əl-Baba sahib olmaq uğrunda bu Ģəhərin əmirinə qarĢı müharibələr apardı və
435/1043-cü ildə vəfat etdi. Hakimiyyət onun qardaĢı Qubad ibn Yəzidin əlinə keçdi.
Oğuz türklərinin hücumlarından ehtiyat edən yeni ĢirvanĢah 437 (1045)-ci ildə dövlətinin
paytaxtı Yəzidiyyənin ətrafına möhkəm daĢ divarlar çəkdirdi, dəmir qapılar qoydurdu.
Qubadın ölümündən (441/1049) sonra hakimiyyətə onun qardaĢı oğlu
Buxtnassar Əli ibn Əhməd gəldi. Onun Ġran-Suriya mənĢəli tipik xristian adı (Buxtnassar,
yəni "xristianı xilas etdi") ĢirvanĢahların xristian sərirlilərlə izdivacları ilə bağlıdır. Əmisi
Sallar ibn Yəzid təqribən 441 (1049)-cu ildə Bu xtnassarı taxtdan salaraq qətlə
yetirmiĢdi. Mənbələr Əbuləsvar ġavurun qızı ilə evlənmiĢ Salların ġəddadilərlə, habelə
ġam (Suriya) və Məyyafariqin hakimləri ilə də siyasi əlaqələr saxlaması haqqında
məlu mat verir. Buna öz mədhiyyələrindən birində Ģair Xaqani də iĢarə etmiĢdir.
1053-cü ildə Sallar Maluq qalasına hücum edərək, zor gücünə onu ġəki
hakimindən almıĢ, qalanı möhkəmləndirmiĢ, orada özünün hərbi hissəsini, ərzaq
ehtiyatını və silahlarını yerləĢdirmiĢdi. Görünür, qalanın strateji əhəmiyyəti Salları qala
ətrafında möhkəmləndirilmiĢ Ģəhərcik salmağa, orada came məscidi tikdirməyə, öz
adamlarını yerləĢdirməyə vadar etmiĢdi. ġirvanĢah məhz bu məntəqədən "kafirlərin"
üzərinə hücumlar edir və onların ölkəyə müdaxiləsinin qarĢısını ala bilirdi.
ġirvanĢah Sallar 15 il hökmranlıqdan sonra 1063-cü ildə vəfat etdi.
Hakimiyyət baĢına hələ atasının sağlığında dövlət iĢlərini aparan oğlu Fəribürz gəldi.
Onun hakimiyyəti illərində Arranın ġəddadi hakimləri, gürcü hökmdarları və Dərbənd
əmirlərilə bir sıra feodal müharibələri baĢ verdi. 1064-cü ildə ġirvanĢah ağır Ģərtlər
əsasında ġəddadi hakimi ġavur ibn Fəzllə sülh müqaviləsi bağlamağa, 40 min dinar
məbləğində təzminat ödəməyə məcbur oldu.
1066-cı ildə ġirvanda əhali arasında çıxıĢlar oldu. Güman etmək olar ki,
Ģirvanlıların bu çıxıĢları hökmdarın ötən illərin xəracını tələb etməsilə əlaqədar baĢ