248
mənbələrdəki məlu mata görə, əsasını qoyduğu, arxeolo ji materiallara görə yalnız
bərpa etdirdiyi Gəncədə qərarlaĢdı. Bu zaman onun qardaĢlarından biri - Heysəm
ibn Xalid müstəqil olaraq ġirvanı, d igər qardaĢı Yəzid isə Layzanı idarə edird ilər.
Digər vilayətlərdə də Məzyədilər nəslinin nümayəndələrinin hakimlik etd iyini
güman etmək olar.
861-c i ildə ġirvan hakimi Heysəm, xə lifə əl-Mütəvəkkilin öldürülməsi və
türklərin fəaliyyəti ilə əlaqədar Bağdadda baĢ verən qarıĢıqlıqdan istifadə edərək,
"ġirvan iĢlərində müstəqilləĢdi" və Məzyədilər arasında ilk dəfə qədim "Ģirv anĢah"
titulunu qəbul etdi; onun qardaĢı Yəzid isə Lay zanĢah oldu.
Qeyd etmək lazımd ır ki, ĢirvanĢahlar tarix boyu istiqlal uğrunda mübarizə
aparmıĢ və ölkəni əsasən müstəqil surətdə idarə etmiĢlər. Lakin ġirvan bu və ya
digər iĢğalçının hakimiyyəti altına düĢdükdə, ĢirvanĢahlar vassal asılılığ ında olmuĢ
və öz süzerenlərinə verg ilər ödəmiĢlər.
MənĢəcə ərəb olan ilk Məzyədilərin hakimiyyəti qədim bütpərəstlik
inamların ı mühafizə edən "kafir qonĢulara" qarĢı yürüĢlərlə əlamətdar idi. Söz yo x
ki, tabeliklərində olan ərazini geniĢləndirmək istəyi bu yürüĢlərdə dini
təəssübkeĢlikdən heç də az rol oynamırd ı.
Heysəmin ölü mündən sonra hakimiyyət baĢına keçmiĢ oğlu Məhəmməd,
eləcə də onun varisi II Heysəm ibn Məhəmməd "kafirlərə" qarĢı müharibələri
davam etdirdilər. Lakin bu ĢirvanĢah öz qonĢularına qarĢı müharibələrlə
kifayətlən mədi. O, ġirvanın iqtisadi və siyasi qüdrətinin artırılması, dövlət
sərhədlərinin möhkəmləndirilməsi üçün bir sıra tədbirlər həyata keçird i, paytaxtda
məhsulun saxlan ması üçün bir ço x anbarlar tikdirdi, təbəələrinə münasibətdə
ədalətli olmağa çalıĢdı. Bundan sonra əldə edilən bütün məhsul təzə anbarlara
gətirilir, onun bir qismi Bab əl-Əbvabın sərhəd vilayətlərinin qazi və döyüĢçüləri
arasında bölüĢdürülürdü.
X yüzilin əvvəllərində ġirvanda baĢ vermiĢ bir sıra mühü m hadisələr II
Heysəm ibn Məhəmmədin oğlu Əli ibn Heysəmin hakimiyyət dövrü ilə bağlıdır.
Hic ri 300 (912)-cü ilində Əli ibn Heysəm əl-Babın ə miri ilə birlikdə qonĢu
ġandanın (Dərbənddən Ģimalda və ya Ģimal-qərbdə yaĢamıĢ bütpərəst xalq ın
ərazisi) "kafirlərinə" qarĢı yürüĢ etdi, lakin məğlubiyyətə uğrayaraq əsir düĢdü.
Təxminən 913-914-cü illərdə ruslar AbĢeronun sahilinə və Bakıya hücum
etdilər. Rusların yürüĢü ərəfəsində Bakı Ģəhərilə birgə AbĢeron yarımadası ġirvan
ərazisində əhalinin sıx yaĢadığı yerdi. ġirvanĢahın böyük quru qoĢunu olsa da, hərbi
dəniz donanması yox idi. Xəzər dənizində ġirvanın yalnız ticarət gəmiləri üzürdü.
Ona görə, rusların hücumu nəticəsində "minlərlə müsəlman öldürüldü və suya
batırıldı". Bu və bundan əvvəlki hərbi uğursuzluqlar ĢirvanĢah Əli ibn Heysəmin
nüfuzuna ağır zərbə vurdu. QoĢununun xeyli hissəsinin məhvi ġirvan dövlətini zəiflətdi
və hicri 305 (917)-ci ildə ĢirvanĢahın devrilməsi ilə nəticələndi. Layzan vilayətini idarə
edən "layzanĢah" titullu yaxın qohumu Əbu Tahir Yəzid ibn Məhəmməd hökmdara qarĢı
çıxaraq, onu və ailəsini qətlə yetirdi; ġirvan taxtına sahib olan Əbu Tahir Yəzid ġirvanı
249
Layzanla birlikdə öz hakimiyyəti altında birləĢdirərək "ĢirvanĢah" titulunu mənimsədi.
Qeyd etmək lazımdır ki, LayzanĢah hələ bundan əvvəl ġirvanla həmsərhəd
olan Muğaniyəni (Kür çayından Ģimalda, Girdimançay, Göyçay və Türyançay çaylarının
aĢağı axarı boyunca uzanmıĢ ərazini), Xursanı (ġabran məntəqəsinə uyğun gəlir;
mənbələrdə ġirvan hakiminin sahil qəsri XurĢa, Xurse barədə məlumatlar vardır),
Vardanı - Zədəni (Samurla Qudyalçay arasında yerləĢmiĢ Məsqətə uyğun gəlir) özünün
Layzandakı mülkü ilə birləĢdirə bilmiĢdi. ġirvanı tabe etməklə Əbu Tahir ġirvanın
sərhədlərini cənubda Kür çayına, Ģimalda isə Dərbəndədək geniĢ ləndirdi.
ġirvanĢahlar dövlətinin paytaxtı ġamaxı Əbu Tahir Yəzidin adı ilə Yəzidiyyə
adlandırıldı. Bir il keçmiĢ, Ģəhər bir qədər də möhkəmləndirildi və yenidən quruldu.
Məhz bu illərdə ġirvan əl-Babla birlikdə Cənubi Qafqazda Xilafət hakimiyyətini təmsil
edən Sacilərə bac verirdi. 928-ci ildə Yusif ibn Əbu-s-Sacın ölümündən sonra
hakimiyyət onun qulamlarının əlinə keçdi. Həmin qulamlardan Muflih 932-ci ildə Salari
nəslindən olan Deysəmin təqiblərindən qaçaraq, ĢirvanĢaha sığınmıĢ, lakin xoĢagəlməz
hallardan ehtiyat edən ĢirvanĢah qulamı Deysəmə təslim et miĢdi.
943-cü ildə ruslar yenidən ġirvana hücum etdilər. Gü man etmək olar ki,
913-cü ildə Əli ibn Heysəmin uğradığı ağır məğlubiyyəti unutmamıĢ Əbu Tahir bu dəfə
ruslarla döyüĢə giriĢmədi.
Əbu Tahir Yəzidin hakimiyyəti zamanı Dərbənddə də bəzi mühüm hadisələr
baĢ verdi: Ģəhər əhalisi öz əmirinə qarĢı üsyan edərək, onu Ģəhərdən qovdu, sonra isə
Dərbəndi ġirvana birləĢdirmək xahiĢilə ĢirvanĢaha müraciət etdi. ġirvanĢahlar bu Ģəhəri
Sasani hakimiyyəti dövründən ənənəvi olaraq özlərinin irsi mülkü hesab edirdilər. Onlar
Ģəhərə dəfələrlə hücum etmiĢ, onu ələ keçirmiĢ, Dərbəndin irsən ĢirvanĢahlara məxsus
olduğunu bildirmiĢdilər. Lakin bu zaman Dərbənddə də artıq ərəb mənĢəli HaĢimilər
sülaləsi hakimiyyət baĢında idi. Əbu Tahir Yəzid öz oğlunu Dərbəndə göndərdi, lakin
çağırılmamıĢ hakim tezliklə Ģəhərdən qovuldu. QəzəblənmiĢ Əbu Tahir Dərbəndə tərəf
hücum edib, bu yerləri qarət etdi.
Həmin ildə Salarilər ġirvana hücum etdilər. Güman etmək olar ki, onlar
ĢirvanĢahın ruslara qarĢı qeyri-fəal hərəkətlərindən narazı qalmıĢ, həmçinin ġirvanı
özlərinə tabe etmək fikrinə düĢmüĢdülər. MünaqiĢə Salarilərlə sülh bağlanması, əvvəllər
Sacilərə verildiyi kimi Salarilərə də vergi ödənilməsi öhdəliyinin qəbul edilməsi ilə
nəticələndi.
337/948-ci ildə təqribən 33 il hakimiyyət baĢında olmuĢ ĢirvanĢah Əbu Tahir
Yəzid vəfat etdi. Hakimiyyətə hələ atasının sağlığında Layzanın və ĢirvanĢahların irsi
mülkü hesab edilən Təbərsəranın hakimi olan oğlu Məhəmməd ibn Yəzid gəldi. Səkkiz
il hakimiyyətdə qalan bu ĢirvanĢah sələflərinin Ģima lda yaĢayan "kafir" qonĢulara
hücum siyasətini davam etdirdi; 345/956-cı ildə o, çiçək xəstəliyindən vəfat etdi.
Hakimiyyətə atasının sağlığında Layzan vilayətinin hakimi olmuĢ oğlu Əhməd ibn
Məhəmməd gəldi. O, qardaĢı Heysəmin ġirvanda hakimiyyətə sahib olmaq cəhdlərini
müdafiə edən Dərbənd hakiminə qarĢı müharibələr apardı. ġirvanĢah Əhməd 25 illik
hökmranlıqdan sonra 370/981-ci ildə vəfat etdi; oğlu Məhəmməd ibn Əhməd ġirvan