252
vermiĢdi. Fəribürz üsyançıları əzmək üçün həmin illər ġirvan ordusunda xidmət edən
muzdlu döyüĢçülər dəstəsindən istifadə etdi. Bu döyüĢçülər mü xtəlif millətlərdən
(xəzər, rus, lakz, diduvanlılar, erməni və b.) yığılırdı. Nəticədə üsyan baĢçıları
amansızcasına cəzalandırıldılar: bəziləri çarmıxa çəkildi, qalanları isə xərac ödəmək
Ģərtilə həbsxanaya salındılar.
1066-cı ildən baĢlayaraq hələ həmin əsrin 30-cu illərində ayrı-ayrı dəstələrlə
ġirvana müdaxilə edən oğuz türkləri ölkəyə hücum edərək, köç yerlərini qarət etdilər
və böyük qənimətlə geri qayıtdılar. Belə hücumların qarĢısını almaq üçün Fəribürz
böyük məbləğdə bac verməli olurdu. Həmin ilin sonunda türklərin baĢçısı Qara Tegin
ġirvana ikinci dəfə yürüĢ etdi. Mühasirə olunmuĢ Yəzidiyyənin ətrafları, sonra isə Bakı
talan və qarətlərə məruz qaldı. Lakin türklər Yəzidiyyənin müdafiəsini yara
bilmədilər.
1067-ci ildə Qara Tegin və Qaymas (Qıymas) yenidən ġirvana qayıtdılar.
Lakin bu dəfə ġirvanĢah əmisi qızını Qara Teginə ərə verməklə türklərlə dil tapa bildi.
Bu hadisə türklərin ġirvana hücumlarını müvəqqəti olaraq dayandırdı.
Həmin ilin sonunda Səlcuq soltanı Alp Arslan Arran və ġirvan ərazilərinə daxil
oldu. Onun bu müdaxiləsi hadisələrin gediĢində yeni mərhələ demək idi. Fəribürz
ġəddadi hakimi Fəzlin yolu ilə gedərək, soltana hədiyyələr verdi, öz xidmətini təklif
etdi və əvəzində Alp Arslanın himayəçiliyi üçün təminat aldı.
Mənbələrdəki məlu mat göstərir ki, "nəinki hücumların təhlükəli günlərini
yaĢamıĢ, habelə sülaləsinin hüquqlarını möhkəmləndirmiĢ" Fəribürz öz hakimiyyətini
Arranda da bərqərar etdi; indi onun tabeliyindəki torpaqlar Muğandan dənizə çatırdı:
Qumık, alanların ölkəsinədək Sulvar ərazisi onun əlinə keçmiĢ, ləzgilər, abxazlar (yəni
gürcülər) tabe edilmiĢ, Arranla birlikdə Gəncə fəth olunmuĢdu. Fəribürzün bütün
həyatı qonĢu ərazilərin iĢğalına, ġirvan dövləti sərhədlərinin geniĢləndirilməsinə həsr
edilmiĢdi.
ġirvan ölkəsini vassal tabeliyə salmıĢ səlcuqilər ĢirvanĢahların hakimiyyətini
zəiflədə bilmədilər. Artıq XI əsrin sonunda ġirvanda siyasi yüksəliĢin baĢlanğıcı nəzərə
çarpırdı. Bu yüksəliĢ XII əsrədək davam etdi. XII yüzildə ġirvanĢahlar dövləti özünün
çiçəklənmə dövrünə qədəm qoydu.
Fəribürzdən sonra hakimiyyət növbə ilə onun iki oğlunun -II Mənuçehrin
və I Əfridunun əlinə keçdi. II Mənuçehr hakimiyyətə 498/1096-cı ildə gəlmiĢdi. 1105-
1120-ci illər arasındakı dövrdə II Mənuçehrin hökmranlığı baĢa çatmıĢ və I Əfridunun
hakimiyyəti baĢlanmıĢdı. Adına kəsilmiĢ pullardan və bir epiqrafik yazıdan baĢqa II
Mənuçehr haqqında hələlik heç bir məlu mat yoxdur. Təxminən 505/1111-ci ildə
Əfridunun oğlu III Mənuçehr gürcü Ģahzadəsi Tamarla evləndi. Bir qızını Bizansa,
digərini isə ġirvana ərə vermiĢ gürcü hökmdarı Qurucu David ĢirvanĢahla dil tapıb,
səlcuqlar əleyhinə mübarizədə onun yardımından istifadə etmək fikrində idi. Lakin
Əfridun əvvəlki kimi, türklərə daha çox meyil göstərirdi. Bəlkə də buna görə gürcü
hökmdarı və onun oğlu Demetre qohumluq əlaqələrinə və ittifaqa baxmayaraq,
ĢirvanĢaha qarĢı fəal hərəkətə baĢlayıb, ġirvanın bir sıra Ģəhərlərini ələ keçirdilər.
253
Gürcülərin hücumu ĢirvanĢahın qüvvələrini zəiflətdi. Az sonra Dərbənddə növbəti
müharibə baĢlandı. 514/1120-ci ilin noyabrında baĢ vermiĢ döyüĢdə Əfridun öldürüldü,
ordusu isə darmadağın edildi. Onun oğlu III Mənuçehr 514/1120-555/1160-cı illər
arasında dövləti idarə etdi. III Mənuçehrin hakimiyyəti zamanı geniĢ miqyaslı abadlıq
iĢləri aparıldı - qədim Bakının qala divarları ucaldıldı, Kür çayı üzərindəki Bağilan
bəndi yenidən quruldu, köhnə Ģəhərlər möhkəmləndirildi, yeni Ģəhərlər salındı.
III Mənuçehrin Ġraq Səlcuqilərindən asılılığı sikkə lər üzərindəki yazılardan
görünür. Lakin 1121-ci ildə Trialetdə, Didqor döyüĢündə səlcuq soltanının birləĢmiĢ
qoĢunlarının darmadağın edilməsi və bir il keçmiĢ IV Davidin Tiflis və Dmanisi
Ģəhərlərini tutmasından sonra ĢirvanĢah soltanla əlaqəni pozub, gürcülərin tərəfini tutdu;
soltan xəzinəsinə ildə 40 min dinar məbləğində vergini ödəməkdən imtina etdi, soltana
tabe olmaqdan boyun qaçırdı. Bu addım soltan Mahmudun 517/1123-cü ildə ġirvana
hücumu və ĢirvanĢahın əsir edilməsi ilə nəticələndi. Soltanın öz qoĢunları ilə ġirvanı
tərk etməsindən az sonra ġirvana qarĢı iĢğalçı siyasətini davam etdirən IV David yerli
hakimiyyətin müdafiə qabiliyyətinin zəifliyindən istifadə edərək, ölkəyə bir neçə dəfə
hücumlar etdi, həmin ilin iyun ayında Gülüstan qalasını tutdu, sonrakı ilin aprelində
ġabrana hücum edərək, onun müdafiəçilərini amansızcasına qırdı, avqustunda isə
ġamaxı Ģəhərini, Buğurd qalasını və ətraf bölgələri ələ keçirdi, orada güclü hərbi hissələr
yerləĢdirdi. ġirvanın gürcülər tərəfindən 5 ay davam edən iĢğalı 1125-ci il yanvarın
24-də IV Davidin qəfil ölümü ilə baĢa çatdı. Bu hadisədən dərhal sonra III Mənuçehr
ġirvanda öz hakimiyyətini bərpa etdi. ġirvanĢahlarla IV Davidin oğlu I Demetrenin
baĢçılıq etdiyi gürcü hökmdar sülaləsi arasında sülh və dostluq münasibətləri dövrü
baĢlandı.
ġirvanın öz istiqlaliyyətini bərpa edə bildiyi bu illərdə ġirvanĢahlar dövləti III
Mənuçehrin baĢçılığı ilə gücləndi və çiçəkləndi. ġirvanın bu tərəqqi dövrü Səlcuq
imperiyasının tənəzzülü zamanına düĢdü. Bu dövrdə Mənuçehr öz dövlətini xeyli
möhkəmləndirdi. ġirvan sərhədlərini geniĢləndirmək məqsədilə qonĢu ölkələrə
yürüĢlər təĢkil etdi, çox güman, IV Davidin Gürcüstanda yerləĢdirdiyi qıpçaqların
qiyamını da o yatırdı, Arranı fəth etdi.
III Mənuçehrin hakimiyyətinin son illərində ġirvanda vəziyyət pisləĢdi,
ġirvanĢahın əleyhinə təĢkil olunmuĢ qəsdin üstü açıldı. Dövlət çevriliĢi təhlükəsini
aradan qaldıran hökmdar bir çox Ģəxsləri vəzifələrindən kənar etdirib, zindana saldırdı
və ya sürgünə göndərtdirdi.
1160-cı ilin sonunda III Mənuçehr qəflətən vəfat etdi. Onun ölümü ölkədə çox
da uzun sürməyən siyasi böhrana və parçalanmaya səbəb oldu. Sarayda hakimiyyət
uğrunda mübarizə qızıĢdı. III Mənuçehrin yerini tutmuĢ Əfridun oxla öldürüldü.
Hakimiyyət uğrunda mübarizəyə III Mənuçehrin arvadı Tamar da qoĢulmuĢdu.
Ġki oğlu arasında gedən siyasi çəkiĢmədə kiçik oğluna üstünlük verən Tamar onun
səltənət taxtına yiyələnməsi üçün hər cür vasitəyə əl atdı, hətta qıpçaqlara arxalanaraq,
ġirvanı Gürcüstanla birləĢdirməyə cəhd də göstərdi. Lakin hakimiyyət, Eldənizlərin
köməyi ilə ġirvan taxtına sahib ola bilmiĢ böyük qardaĢın - Axsitanın əlinə keçdi.