Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə129/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   125   126   127   128   129   130   131   132   ...   217

268 

 

 



miyyət illərini, Ģübhəsiz, Albaniyanın iqtisadi, siyasi və mədəni dirçəliĢi - alban intibahı 

dövrü hesab etmək  olar.  Bu  dirçəliĢ özünü  ədəbiyyatda,  mülki  tikintidə,  memarlıqda, 

dini abidələrin yaradılmasında göstərdi. Məhz bu dövrdə Gəncəli  Kirakos özünün "Tarix" 

əsərini yazdı. Alban hökmdarlarının hakimiyyətlərinin arasıkəsilməzliyini  xüsusi qeyd 

etməyə,  özünün  Mihranilərin  vərəsəsi  olduğunu  göstərməyə  çalıĢan  Həsən  Cəlalın 

təkidilə  Moisey  Kalankatlının  "Alban  tarixi"  əsərinə  Həsən  Cəlalın  hakimiyyətini, 

onun  dövründə  Qanzasar  monastırı  ko mpleksinin  tikilməsini  əks  etdirən  yeni  dörd 

fəsil  əlavə  edildi.  Bununla  alban  tarixi-ədəbi  ənənəsi  yenidən  cana  gətirildi,  lakin 

əvvəlki  dövrdən  fərqli  olaraq  baĢdan-baĢa  alban  ruhlu  bu  ədəbiyyat  əsas  etibarilə 

qriqoriyanlaĢma prosesinin və qədim erməni dilində  istifadə edilən dini əsərlərin təsirilə 

qədim  erməni  dilində  (qrabarda)  yazılırd ı.  Beləliklə,  real  tarixi  Ģərait,  XII-XIII 

əsrlərdə  Arsax-Xaçın  əhalisinin  alban və qədim  erməni  dillərində, tarixi  Albaniyanın 

aran hissəsi əhalisinin isə arran-alban, türk, fars, ərəb dillərində yazıb-yaratmasına səbəb 

oldu.  Əlbəttə,  mənĢəcə  alban  olan  Arsax-Xaçın  əhalisinin  etnik  mənsubiyyətinin 

göstəricisi  yalnız  dil  ola bilməzdi  (müasir  fransızlar,  ingilislər, portuqallar,  misirlilər də 

özlərinin qədim dillərində danıĢ mırlar). 

VII-XII  əsrlərdə  təĢəkkül  tapan  alban  ədəbiyyatı  ona  yad  olan  mədəni-

ideoloji təsirə -  islamlaĢma və qriqoriyanlaĢ maya və nəhayət, ermən iləĢ məyə qarĢı 

dura  bilmədi.  Lakin  bununla  belə  IX-XII  əsrlərə  aid  alban  xaçkarlarında 

(xaçdaĢlarında)  yerli  alban  mədəniyyətinin  ənənəvi  komponentləri  -  dünyəvi  süjetlər 

hələ də əks olunur, kiçik təqvim hələ də iĢlədilirdi. 

1216-1231-ci  illərdə  Həsən  Cəlal  alban  katolikosu  Nersesin  xahiĢilə 

"Albaniyanın  baĢ  kilsəsi"  adlandırdığı  Qanzasar  monastır  kompleksinin  tikintisinə 

baĢlamaq  haqqında  əmr  verir.  Bu  kompleks  Xaçın  hakimlərinin  -  Cəlalilərin  ailəvi 

türbəsi yerləĢən eyni adlı qədim monastırın yerində ucaldılmıĢdı. Sonralar Həsən Cəlalın 

özü də burada dəfn edildi. Kilsənin üzərində 84 yazı həkk edilmiĢdir. Qarabağda, indiki 

Vəngli kəndində ucalan bu abidə orta əsr alban memarlığının erməni memarlığına bənzəri 

olmayan Ģah əsəridir. Demək olar, bütün sonrakı alban katolikosları, eləcə də Həsən Cəlal 

nəslinin nümayəndələri burada dəfn edilmiĢlər. 

Həsən Cəlalın hakimiyyətə gəldiyi dövr Cənubi Qafqaz tarixinin hadisələrlə 

zəngin  illərinə  təsadüf  edir.  Getdikcə  qızıĢan  feodal  çəkiĢmələri,  xarici  basqınlar, 

Atabəylərin mərkəzi hakimiyyətinin zəifləməsi nəticəsində bütün Azərbaycanın təsərrüfat 

həyatına dəyən zərbə və nəhayət, ilk  monqol hücumlarının ağır nəticələri Həsən Cəlal 

dövlətinin  daxili  və  xarici  durumuna  təsir  göstərməyə  bilməzdi.  Mənbələrin 

məlumatından  aydın  olur  ki,  1222-ci  ildə,  monqolların  Cənubi  Qafqazın çox  hissəsini 

darmadağın  edən  kəĢfiyyat  dəstələri  Dərbənd  keçidi  vasitəsilə  Qıpçaq  çöllərinə 

getdikdən sonra Azərbaycan ərazisində sığınacaq tapmağa çalıĢan 50 min qıpçaq Gəncə 

yaxınlığında  məskən salır.  Yerli  qaynağın  yazdığına görə,  Ġvane  Dolqorukinin baĢçılıq 

etdiyi gürcü  qoĢunu qıpçaqlara qarĢı çıxır.  Görünür,  Həsən  Cəlal da öz  dayısının  ordu-

sunda qıpçaqlarla mübarizəyə qalxmıĢdı, belə ki, qıpçaqların ilk qalibiyyətli döyüĢdən 




269 

 

sonra  tutduğu  əsirlər  arasında "Ġvanenin bacısı uĢaqları,  Vahtanq  Sakarlanın oğlanları 



Həsənin, Zaxarinin və Ġvanenin" də  adları  çəkilir.  Ço x  keçmədən  qıpçaqlara yenidən 

hücum edən Ġvane bu dəfə onları darmadağın edib, baĢqa əsirlərlə birlikdə, görünür, öz 

bacısı uĢaqlarını, o cümlədən Həsəni də əsirlikdən azad edə bilir. 

Yenidən Xaçına qayıdan Həsən Cəlal haqqında mənbələrdəki sonrakı məlumat 

1227-ci  ilə  aiddir.  Məhz  bu  il  XarəzmĢah  Cəlaləddinin  vəziri  ġərəf  əl-mülk  vergi 

toplamaq məqsədilə Xaçın qalasına yaxın laĢır.  Həsən Cəlal yalnız 20  min d inar pul 

və  görünür,  girov  götürdüyü  (və ya  əsirlikdə  saxlad ığı)  700  müsəlman ı  verməklə 

növbəti döyüĢdən canını qurtara bilir. 

Sonrakı (bu haqda "Azərbaycan tarixi"nin  III cild ində olan "Arsax-Xaçın 

knyazlığ ı  XIII-XV  əsrlərdə"  bölməsinə  bax)  hadisələr  sübut  edir  ki,  qədim 

Albaniyanın bir hissəsində təĢəkkül tapmıĢ alban knyazlığının baĢçısı Həsən Cə lal 

bu  ağır  illə rdə  də  albanların  əra zi,  siyasi  və  dini  birliyin i,  e ləcə  də  milli  Ģüurunu 

(milliyyətcə  alban  olma ların ı)  mühafizə  et məyə  çalıĢır,  çevik  siyasət  yürüdürdü. 

Məhz  bu  çeviklik  ona  monqolların  hücumu  dövründə  və  ondan  sonra  da 

hakimiyyətini saxlamaq imkanı vermiĢdi. 

 

 



 

 

 

 

§ 5. ġƏKĠ MƏLĠKLĠYĠ 

 

Azərbaycanın  Ģimal  hissəsinin  iĢğalı  zaman ı  Xilafət  qoĢunlarına  baĢçılıq 



edən Səlman ibn Rəb iə, ərəb tarixçisi əl-Bəlazu rin in yazdığ ına görə, "ġəkkanın və 

əl-Kəmibəranın sahibləri ilə cizyə ödəmək Ģərti ilə sülh bağladı". Bir neçə  il sonra 

(654)  xəlifə  Os manın Azərbaycan, Arran və Ermən istana hakim qoyduğu Hüzeyfə 

ibn  əl-Yəmən  "Bərdə,  Qaliqala  və  Hayzan  arasındakı  bütün  vilayət  və Ģəhərlərə", 

yəni  ġəki  vilayətinin  də  daxil  olduğu  əraziyə  vergi  müfəttiĢləri-amillər  təyin  etdi. 

Bütün bu illər ġəki vilayəti əvvəllər  CavanĢirin, o öldükdən sonra isə varisi  Varaz 

Tiridatın  mülkləri  sırasında  idi.  Yerli  mənbənin  məlu matına  görə,  sonuncunun 

hakimiyyətinin  ilk  illərində  Azə rbaycana  növbəti  yürüĢ  edən  xə zərlər  "Qaba laka  

vilayəti  kəndlərindən  keçərə k  Kü rü  adladılar,  qənimətlə r  götürərək,  ha mın ı  əsir 

apardılar,  geri  qayıdarkən,  Lp iniya  düzlərində  düĢərgə saldılar",  yəni,  göründüyü 

kimi, ġəki v ilayəti də talan və dağıntıdan kənarda qala b ilmədi.  

Xəzər  təhlü kəsi  Azərbaycanın  Ģimal  sərhədlərin i  möh kəmlət məyi, 

ərəblərin  buradakı  mövqelərini  daha  da  bərkitməyi  tələb  edirdi.  Artıq  xəlifə  I 

Validin dövründə (705-715) Albaniyanı bir dövlət kimi  ləğv edən, buranı Xilafətin 

caniĢinliklərindən  birinə  çevirən  ərəblər  bölgədə  ağalığı  saxlamaq   üçün  ġəkini 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə