262
qırmamıĢdılar. Çünki Məy munun qulamları içərisində onun hakimiyyətini mühafizə
edən xeyli muzdlu rus vardı. 989-cu ildə həmin ruslarla əlaqədar Dərbənddə çaxnaĢmalar
baĢ verdi. Bu çaxnaĢmaların baĢında rus mühafizəçilərinin təslim edilməsinin
təĢəbbüskarı olan, onların qarĢısında islam, ya ölüm tələbini qoyan təəssübkeĢ din
xadimi gilanlı Musa ət-Tuzi dururdu. Onun belə qətiyyətlə çıxıĢ etməsinə səbəb
rusların Xəzər dənizinin sahillərində, xüsusilə Muğanda törətdikləri talanlar, qarətlər
və qırğınlar olmuĢdu. Lakin əmir, hətta hakimiyyəti bahasına olsa da, Musa ət-Tuzinin
tələblərini qəbul etmədi və öz qulamları ilə qalada möhkəmləndi. Qiyamçılar qalanı 28
gün mühasirədə saxladılar. Çıxılmaz vəziyyətə düĢən əmir, təhlükəsizliyi təmin
olunarsa, qulamları ilə birgə Təbərsərana gedəcəyinə söz verir. Məymun getdikdən sonra
qiyamçılar ĢirvanĢaha dəvət göndərirlər. Lakin Dərbənddə təntənə ilə qarĢılanan
ĢirvanĢah, çox keçmədən Məymunun xid mətçilərindən biri tərəfindən yaralanıb Ģəhəri
tərk edir. Bundan istifadə edən əmir Məymun hakimiyyəti müvəqqəti olaraq ələ keçirsə də,
991-c i ildə yenidən Ģəhərdən qovulur. Də rbəndə qayıdan ĢirvanĢah ilk növbədə
qalanı möhkəmləndirir.
992-ci ildə Dərbəndə hücum edən Məymun Ģəhərin "DəməĢq qapısı"nı
yandıraraq, Ģəhəri ələ keçirir. 993-cü ildə o, Dərbənd qalasını da ĢirvanĢahın əlindən
alaraq, onun tikdirdiyi orta səddi uçurtdurur.
997-c i ildən 1002-ci ilədək hakimiyyətdə əmir Məy munun oğulları
Məhəmməd və LəĢkəri olmuĢlar. LəĢkərinin qısa müddətli hakimiyyəti dövründə
yenidən baĢlanan ġirvan - Dərbənd çəkiĢmələri açıq qanlı döyüĢlər Ģəklini alır.
DöyüĢlərin birində əmirin qardaĢı Əbu Nəsr əsir alınır.
1002-c i ildə ə mir LəĢkəri vəfat edir. Dərbəndlilə r ĢirvanĢahdan Əbu
Nəsrin azad olunmasını tələb edirlər. Dərbəndi axır ki, ö z mü lklərinə birləĢdirmək
istəyən ĢirvanĢah Ģəhər əhalisinin qarĢısına Ģərt qoyur: Əbu Nəsr onun qızı ilə
evlənmə li, bir sıra sərhəd qalaları möhkə mləndirilmə li idi. Lakin Ģərtlər qəbul
edilmir, Əbu Nəsr isə edam olunur. Belə b ir Ģəraitdə LəĢkərin in digər qardaĢı
Mənsur Dərbənd əmiri elan olunur. Onun hakimiyyəti dövründə də davam edən
arası kəsilməyən ġirvan-Dərbənd münaqiĢələri gah bir, gah da o biri tərəfin
üstünlüyü ilə davam etdirilir. Bununla yanaĢı, Dərbənd əmiri Ģimaldakı
qonĢularının yürüĢlərini də dəf etməli olurdu. Ardı-arası kəsilməyən bu
müharibələr sərhədyanı zonanın əhalisinə böyük zərərlər yetirird i. Təngə gəlmiĢ
Ģəhər əhalisi 1019-cu ildə əmir Mənsuru Dərbənddən qovub, hakimiyyəti ĢirvanĢah
Yəzidə verirsə də, bu hakimiyyət də çox sürmür. Ġki il sonra əmir Mənsur yenidən
Dərbənd taxtına sahib olur, az sonra isə ĢirvanĢahın möhkəmləndirib, qoĢun
yerləĢdirdiyi Dərbənd qalasını Ģirvanlılardan geri ala bilir. Rəqiblər arasında
Ģəhərin "ġabran qapısı" yanında baĢ verən döyüĢ Mənsurun qələbəsi ilə nəticə -
lənir. Lakin Dərbənd cəmiyyətinin yüksək dairələrində mövcud olan ziddiyyətlər
yenidən kəskinləĢdiyi üçün əmir Mənsur Dərbənddən qovulur və ĢirvanĢah yenidən
Ģəhərə dəvət olunur. Cəmi b ir il sonra (1024) əmir Mənsur yenidən, bu dəfə qəti
surətdə, hakimiyyətə sahib olur. Ço x keçmədən o, Sərir hakiminin qızı Səriyyə ilə
263
evlənir. Bu izd ivac Sərir hakiminin yardımına təminat verməklə yanaĢı, Ģimal
sərhədlərinin təhlükəsizliy ini də təmin edirdi.
Əmir Mənsur hakimiyyətinin son beĢ ilində ġirvanla ənənəvi Ģəkil almıĢ
mübarizənin üstünə Ģimaldan olan hücumların dəf olunması da gəlmiĢdi.
Doğrudur, Sərir taxt-tacı ilə yaradılmıĢ yeni qohumluq əlaqələri Ģimal yürüĢlərin in
az qala daimi iĢtira kç ıla rı olan sərirliləri bitərəfləĢdirmiĢdi, la kin qarĢılıq lı
hücumların qarĢısını almamıĢdı.
1034-cü ildə, ə mir Mənsurun ölümündən sonra taxt-taca sahib olan oğlu
Əbdülməlik öz sələfləri kimi xaricdən ĢirvanĢahlara, daxildən isə əmirə tabe o lmaq
istəməyən Ģəhər rəislərinə qarĢı mübarizəni davam etdirdi. Qeyd etmək lazımd ır ki,
burada müsəlman in zibati idarə sisteminin yarandığı ilk gündən xüsusi və mühüm
mövqe qazan mıĢ Dərbənd rəisləri Ģəhərdə baĢ verən hadisələrin mərkəzində
olmaqla yanaĢı, həmin hadisələrin in kiĢafına bilavasitə təsir göstərirdilər.Məhz bu
daxili qüvvələrin baĢçılığı ilə ço x keçmədən Əbdülməlik Dərbənddən qovuldu,
dərbəbdlilər ĢirvanĢah Əbu Mənsur Əli ibn Yəzidə tabe olduqlarını bildird ilər.
ġirvanĢahın vəziri Mənsur ibn Müs əddid Dərbənd hakimi təyin edildi. Lakin bir il
keçməmiĢ əmir Əbdülməlik Dərbənddə hücum edərək, hakimiyyəti ələ keçirə bilir.
Qəribə olsa da, Əbdülməlikin hakimiyyətdən uzaqlaĢdırılmasında iĢtirak
edən qüvvələr bu dəfə onun hakimiyyətə qayıtmasına kömək edirlər. Lakin rəislərə
arxayın laĢa bilməyən Əbdülməlik mövqeyini möhkəmlətmək üçün yeni bir
vasitəyə əl atır – ġirvanĢahın bacısı ġəmkuyə ilə evlənir. Hakimiyyəti ələ keçirmək
iĢində Əbdülməlikə yardım etmiĢ rəislər bu ittifaqın ö z mövqeləri üçün təhlükəli
olduğunu hiss edərək, Əbdülməlikin vəzirin i öldürürlər. Qorxuya düĢüb ġirvana
qaçan əmir yeni qohumlarının kö məyi ilə geri qaytarılaraq, Dərbənd qalasında
möhkəmlən ir və o radan Ģəhəri idarə etməyə cəhd göstərir.
ġirvanĢahların əmirə o lan havadarlığına baxmayaraq, rəislər ona qarĢı
mübarizələrindən əl çəkmədilər. Bu mübarizə, hakimiyyətinin son illərini
möhkəmləndirilmiĢ qalada keçirməli o lan əmir Əbdülməlikin ölü münədək (1043)
davam etdi.
Əbdülməlikin oğlu Mənsurun hökmdarlığı HaĢimilər sülaləsi tarixində
dönüĢ mərhələsi oldu. Məh z bu dövrdə əmirlə rəislər arasında gedən mübarizə
qızıĢaraq, özünün son – qanlı həddinə çatdı.
Anası ġəmkuyənin himayəsində olan balaca Mənsurun əmir elan
olunmasına etiraz etməyən Ģəhər zadəganları rəis Əbülfəv aris Əbdüssəlamı ona
naib təyin edirlər. 1051-ci ildə həmin rəis ölənədək Dərbənd faktiki olaraq rəislər
tərəfindən idarə edilir. Bundan sonra anasının himayəsi sayəsində müstəqil əmirlik
edən 13 yaĢlı Mənsur, rəislərlə mübarizənin güclən məsi ilə əlaqədar, 3 il keçmiĢ
Dərbənddən Təbərsərana qaçmalı olur. Onun Dərbənd əmiri elan edilən atabir
qardaĢı LəĢkəri tezliklə Mənsurun qulamı tərəfindən öldürülür və Mənsur yenidən,
bu dəfə sərirlilərin kö məyilə hakimiyyəti geri qaytara bilir. Əmirlə rəislər
arasındakı mübarizə yeni qüvvə ilə, əmirə kö mək edən qonĢu dağlı hakimlərin fəal