Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə131/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   127   128   129   130   131   132   133   134   ...   217

272 

 

Qafqazda  fəallaĢdığı  dövrdür.  Görünür,  məh z  bu  illər  yaln ız  Kürün  sol  sahili 



bölgəsində  -  ġəkidə  hakimiyyətini  saxlaya  bilmiĢ  Qriqor  Hammam  Cənubi 

Qafqazın ço x hissəsini tabe etmiĢ Sacilərdən vassal asılılıqda id i

1



X  yüzilin  əvvəllərində  Ha mma mı  ərəb,  gürcü  və  ermən i  mənbələrində 



Adarnərsə  adı  ilə  məĢhur  olan  oğlu  əvəz  etdi.  Həmin  əsrin  50-ci  illərində  yazan 

ərəb  tarixçisi  əl-Məsudi  ġəki  haqqında  belə  məlu mat  verirdi:  "Sanariya  (ərəb 

mənbələrində  Kaxeti  Sanariya  adlanırd ı)  ölkəsindən  sonra  ġəki  gəlir.  Əhalisi 

xristiandır.  Bunlar  arasında  ticarət  və  sənətkarlıqla  məĢğul  olan  müsəlman lar  da 

vardır.  On ların  hökmdan  bizim  kitabımız  yazılan  indiki  vaxt  A zər-Nərsə  ben 

Hamamd ır". 

Katolikos  Ġohann  Drasxanakertsi  909-cu  ilin  hadisələrin i  təsvir  edərkən 

yazırdı  ki,  o,  Yusif  ibn  Əbu-s-Sacın  təqibindən  qaçaraq  "Albaniyanın  Ģərq 

ucqarlarına  getmiĢ  və  Qafqazın  Ģimal-Ģərqində  yaĢayan  hökmdar  Adarnərsənin 

yanına  gəlib  çıxmıĢdı".  X  yü zilin  ortalarında  ġəkidə  olmuĢ  Anani  Mokslunun 

qeydinə  görə,  "bu  zaman  hökmdarlıq  taxtında  hökmdar  Atrnərsəhin  oğlu, 

albanların mö min hökmdarı Hammamın nəvəsi ĠĢxanik oturmuĢdu". "Alban tarixi" 

əsərində  isə  ĠĢxanikin  Atrnərsəhlə  (Adarnərsə  ilə)  qohumluq  əlaqəsinə  dair  baĢqa 

bir  məlu mat  vardır:  burada  ĠĢxanik  Atmərsəhin  qardaĢı,  Hammamın  isə  oğlu 

adlandırılır.  Gö ründüyü  kimi,  faktlardakı  kiçicik  dolaĢıqlığa  baxmayaraq, 

Ha mma mdan  sonra  gələn  alban  -  ġəki  hökmdarla rın ın  yerli  sülaləyə  mənsub  irsi 

hakimiyyətləri təsdiq edilir. 

Mənbələr  Adarnərsənin  dəqiq  hakimiyyəti  illərin i  müəyyəniləĢdirmək 

imkanı verməsə də, ərəb və yerli  müəlliflərin  məlu matı bu hökmdarın hələ  909 -cu 

ildən  də  əvvəl  hakimiyyətə  gəldiyini,  həmin  yüzilin  40-cı  illərinədək  taxtda 

qaldığını  sübut  edir.  Onun  hakimiyyəti  dövründə  baĢ  verən  və  mənbələrdə 

iĢıqlandırılan bir sıra  mühü m siyasi hadisələrdən ab xaz hökmdarı III  Konstantinin 

(893-922)  və  Ka xeti  (Sanariya )  xo repiskopu  I  Kviriken in  (892-918)  ġə ki 

hüdudlarına  hücumunu  qeyd  etmək  olar.  Gürcü  qaynağındakı  məlu mata  gö rə, 

"xorep iskop Kvirike ab xazların hökmdarı  Konstantini kö məyə çağırd ı, onlar  Ereti 

hüdudlarına  g irib,  Vejin i  qalasın ı  mühasirəyə  aldılar...  Qala  alına-alınanda  cümə 

günü, patriki Adamərsə gəlib çıxd ı və sülh bağlandı. O, ab xaz hökmdarına AriĢini, 

Qavazini,  Kvirikeyə  isə  Ortobini  verdi".  Mənbələrin  müqayisəli  təhlili  həmin 

hadisənin 916-918-ci  illər arasında baĢ verdiyini sübut edir. ġəki ərazisindən keçən 

və  Tiflis,  Təbla,  ġəki,  Bərdə  ticarət-karvan  yolu  üzərində  yerləĢən  həmin  yaĢayıĢ 

məskənlərini  Adarnərsə  yalnız  925-929-cu  illərdə,  Sacilər  Kaxeti-Sanariya  əra-

zisini tutduqdan sonra geri qaytara bilmiĢdi.  

 

1

Ağdam  rayonu  Sofulu kəndi yaxınlığında  Gavurqala  adlı  yerin  xarabalıqlarında 



qazıntı  iĢləri  aparan  arxeoloq  Rəhim  Vahidov  Hammamın  qardaĢlarının  qəbir  daĢını  aĢkar 

etmiĢdir. Qəbir daĢındakı yazıda deyilirdi: Bu, işxan Hammamın qardaşları Filipe ağanın və 



cavan yaşında getmiş Sunbat ağanın... məzarıdır". 

 



273 

 

Adarnərsədən sonra mənbələr, yu xarıda qeyd edildiyi  kimi, ĠĢ xaniki onun 



varisi  adlandırırlar.  Bu  hökmdarın  adın ı  Əshas  kimi  çəkən  ərəb  çoğrafiyaçısı  Ġbn 

Havqəl  onun  müsəlman  Əbu  Əbd  əl-Məlik  adın ı  da  qeyd  edir  və  Salarilərə  1 

milyon  dirhəm  miqdarında  illik  vergi  verdiyin i  dəqiqləĢdirir.  A lban  hökmdarı 

ĠĢxan ikin adı erməni katolikosu Anani Mokslunun 958-ci il tarixli  məktubunda da 

çəkilir;  Konstantin  Baqryanarodnının  "Alvaniya  arxontu"  (952)  adlandırd ığı 

adamın  Ģəxsində  də  məhz  ĠĢ xan ik  nəzərdə  tutulur.  Bu  faktlar  ĠĢ xanikin  X  yüzilin 

50-ci  illə rinin  sonunadək  arasıkəsilmə z  hakimiyyətini  təsdiq  edir.  Mənbələrin 

Ģəhadətinə görə, məh z bu dövrdə, qonĢu Sanariyanın hakimi ĠĢ xanikin böyük oğlu, 

xristian  adı  Ġohann  olan  Sənəkərim  olmuĢdur.  Atasının  ölü mündən  sonra  (təqr. 

960-c ı  ildə)  o,  hökmda rlıq  ta xtın ı  tutdu .  Xüsusi  ədəbiyyatda belə  bir  fikir  var  ki, 

ġəki  taxtını  ələ  keçirən  Sənəkərim  Sanariyanı  (yəni  Kaxetini)  da  öz  vahid 

hakimiyyəti  a ltında  ġə ki  ilə  b irləĢdir miĢdi.  Bu  isə  bu  dövrdə  Sanariyanın  ġə ki 

məlikliyin in bir vilayəti olduğunu, bu vilayətin idarəsinin  bilavasitə vəliəhdə etibar 

edildiy ini təsdiqləyir. 

Hakimiyyəti ələ alan Sənəkərim  Kürün sağ sahil bölgələrindən bəzilərini 

də öz mülklərinə qataraq, bununla "alban taxt-tacının bərpaçısı" adını qazana bildi. 

Bu hadisəni, e ləcə də Sənəkə rimin "a lbanların hökmdarı" adını qəbul etməsin i kilsə 

böyük  razılıqla  qarĢılad ı,  alban  katolikosunun  özü  yeni  hökmdarın  baĢına  tac 

qoydu. Bu, Sənəkərimin  müstəqillik əldə etdiyini təsdiqləməklə yanaĢı,  onun tarixi 

Albaniya ərazisinə iddiasını da əsaslandırırdı. ġəki məlikliy inin güclənməsi və onun 

hakiminin  baĢına  alban  hökmdarına  məxsus  tacın  qoyulması  qonĢu  müsəlman  və 

xristian  hakimlərinin  diqqətinə  səbəb  oldu.  Salari  hökmdarı  Ġbrah im  ona  tac  və 

baĢqa  qiymətli  hədiyyələr,  Tao  (Tayk)  hökmdarı  David  Kuropalat  isə  padĢahlıq 

çələngi və tünd qırmızı rəngli u zun padĢahlıq xələti göndərdi.  

Sənəkərimin  hakimiyyətinin  tanın ması  təsadüfi  o lmayan  mühüm  siyasi 

hadisə idi. Belə ki, həm Salari, həm də gürcü hakimləri bu əlaqədə öz məqsədlərini 

güdürdülər.  Həmin  dövrdə  yenicə  hakimiyyətə  gəlmiĢ  Salari  hökmdarı  güclənmiĢ 

ġəki  məlikliyindən  özünün  ġirvanĢahlara  və  ġəddadilərə  qarĢı  mübarizəsində 

istifadə etmək  istəyirdi. Cənubi  Qafqazın qüdrətli  feodal nəslinə  mənsub olan Tao 

hökmdarı  David də gürcü siyasi vahidləri arasında nüfuzunu möhkəmlətmək üçün 

o vaxt kı ġə ki hakimi kimi qüdrətli  müttəfiqə ehtiyac duyurdu.  Gü man et mə k o lar 

ki,  Sənəkərim  məhz  Salari  hökmdarı  Ġbrah imlə  razılığa  gəldikdən  sonra 

ġirvanĢahın  da  iddiasında  olduğu  Qəbələ  ərazisini  tutmağa  çalıĢ mıĢdı.  Bu  cəhd 

müvəffəqiyyətsizliklə  nəticələnsə  də,  Sənəkərim  həmin  ərazini  öz  mü lklərinə 

qatmaq  ümidindən  əl  çəkməmiĢdi.  Hadisələrin  mənbələrdəki  məlu matdan  görünən 

sonrakı inkiĢafı Sənəkərimin Qəbələni tuta bilmədiy ini təsdiq edir. 

ġəki  hökmdarı  Sənəkərimin  çiçəklənən  hakimiyyətinin  sonu  haqqında 

mənbələrdə  dəqiq  məlu mat  olmasa  da,  bu  hadisənin  X  yüzilin  son  illərində  baĢ 

verdiyini güman etmək olar. Bu nüfuzlu hökmdarın ölümü ġəki  məlikliyinin qüdrətini 

azaltdı:  mənbələr  qonĢu dövlətlərin,  ilk  növbədə  gürcü hakimlərinin  bu  zəiflikdən  öz 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə