284
barədə Ġbn əl-Əsir məlumat vermiĢlər.
Tarixən məlu mdur ki, 1028-ci ildə soltan Mahmud Qəznəviyə (998-1030)
qarĢı qaldırılmıĢ uğursuz qiyamdan sonra təqribən iki min oğuz çadırı (ailəsi) qərbə
qaçmıĢdı. Hökmdar Vəhsudan oğuzların Rəvvadilər dövlətində sığınacaq tapmıĢ
hissəsini dostcasına qarĢılamıĢ, onlara torpaq payı vermiĢdi. Qaçqınları öz təbəəliyinə
qəbul edən Vəhsudan onlardan Bizans imperiyasına, eləcə də digər iri feodallara qarĢı
mübarizədə istifadə etmək niyyətindəydi. Rəvvadi hökmdarları Azərbaycanda ilk dəfə
XI əsrin 30-cu illərində görünən səlcuqlardan da bu məqsədlə istifadə etdilər.
Azərbaycanın o zamankı xarici siyasi vəziyyəti bizanslıların, oğuzların və
baĢqalarının yürüĢləri nəticəsində mürəkkəbləĢmiĢdi. Feodal dağınıqlığı, ara
müharibələri, yerli əhalinin baĢ alıb gedən zülmə qarĢı çıxıĢları nəinki Rəvvadilərin, eyni
zamanda ġəddadilərin, ġirvanĢahların və digər hakim sülalələrin zəifləməsinə gətirib
çıxarmıĢdı. Məhz buna görə də onlar Qəznəvi soltanı üzərində zəfər çalmıĢ
Səlcuqilərin 40-cı illərin əvvəllərindən baĢlanmıĢ yürüĢlərinə qarĢı dura bilmədilər.
Xorasana sahib olan və bir az sonra qərbə doğru yürüĢlər etməyə baĢlayan Səlcuqilər
Qafqazda da möhkə mləndilər.
Bu dövrdə Rəvvadilər dövlətinin ərazisi təqribən bütün Cənubi Azərbaycanı
əhatə edirdi. Bir neçə dəfə onlar Bizans müdaxilələri nəticəsində talan olmuĢ erməni
torpaqlarına sahib olmaq istədilər. Lakin xarici siyasi vəziyyətin gərginləĢməsi
Vəhsudanı qonĢu dövlətlərlə dostluq münasibətləri yaratmağa sövq edirdi. Vəhsu-
danın XI əsrin 30-cu illərinin sonlarında Gəncəyə səfəri də bu niyyətlə bağlı idi. Hər
iki dövlətin hökmdarını mədh edən Qətran Təbrizinin qəsidələrində bu səfər öz əksini
tapmıĢdır. YaranmıĢ ittifaqın nəticəsində Gəncə ġəddadi dövləti tərəfdən gözlənilən
xarici təhlükə aradan qaldırılmıĢdı.
Lakin Rəvvadilər yaln ız güclü dövlətlərə münasibətlərində belə addımlar
atırdılar. Təsadüfi deyildir ki, elə bu zaman Vəhsudan öz oğlu Məmlanı Rəvvadilərin
ali hakimiyyətini tanımaqdan boyun qaçıran Muğan əmirinin üzərinə göndərdi. DöyüĢ
Məmlan ordusunun böyük qələbəsi ilə baĢa çatdı, Muğan əmiri Rəvvadilərin ali
hakimiyyətini tanımalı oldu. DöyüĢdə iĢtirak etmiĢ Qətran Təbrizi həmin hadisəyə
xüsusi qəsidə həsr etdi.
XI əsrin 40-cı illərində pərakəndə və zəif müqavimətlə qarĢılaĢan
Səlcuqilər Azərbaycanın cənub hissəsində möhkəmləndilər. Nə 1059-cu ilədək
hakimiyyətdə olmuĢ Vəhsudan, nə də onun oğlu Məmlan onlara qarĢı lazımi səviyyədə
çıxa bilmədilər.
1054/ 55-ci ildə soltan Toğrul bəyin baĢçılığ ı altında Azərbaycana yürüĢ
edən səlcuq qoĢunları Təbriz Ģəhərinə yaxınlaĢdılar. Rəqibin qüdrəti qarĢısında
acizliyini dərk edən Vəhsudan, Toğrul bəyin hakimiyyətini tanıyır, adına xütbə
oxunmasını əmr edir, soltana qiymətli hədiyyələr verir.
Beləliklə, A zərbaycanın digər feodal dövlətlərin in baĢçıları kimi Rəvvadi
hökmdarları da hakimiyyət kürsülərini saxlamaq xatirinə Səlcuqi təbəəliyin i qəbul
etdilər.
285
1058/59-cu ildə Vəhsudanın ölümündən sonra Toğrul bəy onun oğlu II
Məmlanı Azərbaycan hakimi təyin edir. Lakin mənbələrdə 1060-cı ildə Toğrul bəyin
Təbrizi yenidən mühasirəyə alması haqqında məlumat vardır. Görünür, atasından sonra
hakimiyyətə sahib olmuĢ Məmlan müstəqilliyi saxlamaq qərarına gəlmiĢ, buna görə
də Səlcuqilər Təbrizi mühasirə etmiĢdilər. Dörd ay davam edən bu mühasirə Səlcuqilər
üçün uğursuzluqla nəticələnsə də, Toğrul bəy müəyyən olunmuĢ verginin bir hissəsini
ala bilir, II Məmlan yenidən soltanın təbəəsi olduğunu elan edir.
1063-cü ilin yayında Toğrul bəyin qoĢunu Xoy Ģəhərinə yaxınlaĢaraq, on min
dinar məbləğində pulun ödənilməsini tələb edir. ġəhərin rəisi Ģeyx Yusif yalnız 4 min
dinar verməyə razı olur. Səlcuqilər Ģəhəri mühasirəyə alsalar da, əvvəlcə heç bir nəticə
əldə edə bilmirlər. Onda Toğrul bəy hücumçu dəstələrini gücləndirir. Qırx günlük
mühasirədən sonra Ģəhər sakinləri aman diləyirlər. Bu dəfə Səlcuqilər artıq otuz min
dinar tələb edirlər. Üç gündən sonra Xoy Ģəhərinə daxil olan Səlcuqilər inadkar Ģəhər
əhalisinə qarĢı cəza tədbirləri görürlər. ġəhər rəisi Yusif və onun qardaĢı Musa zindana
salınırlar. Toğrul bəyin əmri ilə azadlığa buraxılan Musa sonralar Xoyda yerləĢdirilmiĢ
səlcuq hərbi hissəsini qovaraq, Ģəhərin rəisi o la bilmiĢdi.
Həmin il Toğrul bəy Reydə vəfat edir. Hakimiyyət onun qardaĢı oğlu Alp
Arslanın əlinə keçir. Sələfinin siyasətini davam etdirən Alp Arslan özünün
Azərbaycandakı vassallarına, o cümlədən Rəvvadilərə təsirini möhkəmləndirməyə
çalıĢır. Elə o zaman Xoy və Səlmas Ģəhərinin sakinləri yenidən itaətsizlik göstərirlər.
Səlcuqilər yalnız zor gücünə vergilərin ödənilməsinə və onların hakimiyyətlərin in
tanınmasına nail o la bilirlər.
1066-cı ildə Azərbaycana Səlcuq yürüĢləri hələ də davam edirdi. Yeni Ģəhər və
vilayətləri fəth edən Alp Arslan, Xoy kimi basılmaz Ģəhərləri daimi nəzarət altında
saxlamağa çalıĢırdı.
Beləliklə, Rəvvadi hakimləri rəsmi olaraq Səlcuqilərin ali hakimiyyətini
tanısalar da, imkan düĢən kimi bu asılılıqdan azad olmağa cəhd göstərirdilər. 1065-ci
ildə, görünür, Səlcuqilərə qarĢı belə hərəkətlərinə görə əmir Məmlan Alp Arslan
tərəfindən hakimiyyətdən kənar edilir. Səlcuq əmirlərindən biri Təbriz hakimi təyin
edilir. Bizans qoĢunları üzərində 1071-ci ildə qazanılan çox mühüm qələbədən sonra isə
Alp Arslan Məmlanın uĢaqlarını da zindana saldırır.
Beləliklə, təqribən bir əsr hakimiyyətdə qalmıĢ Rəvvadilər sülaləsi
Səlcuqilərin əli ilə siyasi fəaliyyətlərinə uzun müddət ara verirlər. Bütün Cənubi
Qafqaz bölgəsi Orta Asiyadan Aralıq dənizinə, Qafqazdan Ġran körfəzinədək geniĢ
ərazini tutan qüdrətli Səlcuq dövlətinin tərkibinə daxil o lur.
Siyasi hakimiyyətlərini əldən vermiĢ Rəvvadilər uzun illər öz əski
əzəmətlərini qaytara bilmədilər. Yalnız 1107/08-ci il hadisələri ilə əlaqədar
mənbələrdə Azərbaycanın cənub-qərb torpaqlarına sahib olan Marağa hakimi Əhmədili
ibn Ġbrahim ibn Vəhsudan ər-Rəvvadinin adı çəkilir. Onun hakimiyyət dövrü tarixə
Əhmədililər sülaləsinin hakimiyyəti dövrü kimi daxil olmuĢdur. 1111/12-ci ildə
Əhmədili Mosul, Diyarbəkr, Xilat və baĢqa yerlərin hakimləri ilə birlikdə Suriya