Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə136/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   132   133   134   135   136   137   138   139   ...   217

282 

 

verən  Əbülheycə  ibn  Rəvvad  artıq  981-ci  ildə  Salari  hökmdarı  Ġbrahimə  qarĢı 



mübarizəni  gücləndirdi.  Bu  mübarizə  Rəvvadilərin  qələbəsilə  baĢa  çatdı;  son  Salari 

hökmdarı  Ġbrahim  həbsxanaya  salındı.  Məhz  bu  zamandan  etibarən  Salarilər 

dövlətinin  əlində  qalmıĢ  torpaqların  bir  hissəsi  də  Rəvvadi  sülaləsindən  olan 

Əbülheycənin hakimiyyəti altına keçdi. 

Salarilərin əlində yalnız  Dəbil  (Dvin) və onun civarları qaldı.  Bu torpaqlar 

hələ  Ġbrahimin  sağlığında  onun  oğlu  Əbülheycəyə  (Rəvvadi  hakimi  Əbülheycənin 

adaĢı) verilmiĢdi. Erməni tarixçisi Asogikin verdiyi məlumata görə, bu torpaqlar 983-cü 

ilədək  Salari  Əbülheycənin  əlində  qaldı,  sonra  müvəqqəti  olaraq  Qoxtan  (Qoltn) 

vilayətinin əmiri  naxçıvanĢah  ləqəbli  Əbu  Duləf  tərəfindən tutuldu.  Nəhayət,  987/88-ci 

ildə  öz  mülklərini  geniĢləndirmək  yolunda  uğurlu  siyasət  yürüdən  Rəvvadi  hakimi 

Əbülheycə  bu  torpaqları  Əbu  Duləfdən  alaraq,  Rəvvadilər  dövlətinin  torpaqlarına 

qatdı. 


Beləliklə, Salarilər dövləti süqut etdi. Tarix səhnəsində təqribən 40 il olmuĢ 

bu dövlət də  Sacilər  dövləti  kimi  Azərbaycanın və qonĢu ölkələrin  həyatında nəzərə 

çarpacaq  dərəcədə  mühüm  rol  oynadı.  Həmin  dövrün siyasi  mənzərəsini  təsvir  etmiĢ 

ərəb  çoğrafiyaĢünas  səyyahı  Ġbn  Havqəl  yazırdı:  "Biz  [Arran,  Azərbaycan  və 

Ərminiyəyə  (Ermənistana)]  vahid  ərazi  kimi  baxırıq.  Doğrudan  da  bunları  yalnız  bir 

hökmdar  idarə  edirdi.  ...Ġbn  Əbu-s-Sac,  onun  nökəri  Müflih,  Deysəm  ibn  Sədluyə, 

Mərzban  ibn  Məhəmməd  -  o,  həmçinin,  əs-Salar  da  adlanırdı,  belə  hökmdarlardan 

olmuĢlar". 



 

 

 

§ 7. RƏVVADĠLƏR DÖVLƏTĠ 

 

Azərbaycanın  siyasi  tarixində  Rəvvadilər  dövləti  X  yüzilin  sonundan 



baĢlayaraq təqribən bir əsr ərzində olduqca mühüm rol oynamıĢdır. 

Rəvvadilərin  əcdadları  Azərbaycana  ilk  dəfə  VIII  əsrin  sonunda  gəlmiĢdilər. 

Məhz o zaman Azərbaycan, Arran və Ərminiyənin caniĢini  Yəzid ibn Xatim əl-Mühəlləbi 

(785-786)  xə lifənin  sərəncamı  ilə  əzd  qəbiləsindən  olan  yəmənli  Rəvvad  ibn  əl-

Müsənnanı  həmqəbilələri  ilə  birlikdə  o  vaxt  "kiçik  kənd  olan"   Təbrizdə  yerləĢ-

dirmiĢdi.  Mənbələrdə  onun  oğulları  əl-Vəcnə,  Məhəmməd  və  Yəhya  haqqında  da 

məlu mat var. Əl-Yəqubinin verdiyi xəbərə görə, Təbrizdən Bəzzədək bütün torpaqlar 

Rəvvada verilmiĢdi.  Ondan  sonra  həmin  torpaqları  oğlu  əl-Vəcnə  idarə  edirdi.  O, 

Təbrizin abadlaĢdırılması ilə məĢğul olmuĢ, orada qala tikdirmiĢ, onu divarlarla əhatə 

etdirmiĢdi. 

Xəlifə  Harun  ər-RəĢidin  hakimiyyəti  dövründə  əl-Vəcnə  ibn  ər-Rəvvad  və 

onun qulamı Sadaka ibn Əli Marağam da Rəvvadilərin  mülklərinə  qatmaq, sonra  isə 

Xilafətdən tamamilə ayrılmaq cəhdi etdilər. Lakin  xəlifənin Azərbaycandakı caniĢini 



283 

 

Huzəyma ibn Xazim ət-Təmimi (786-787) onların bu çıxıĢının qarĢısını ala bildi. 



Əl-Vəcnə  ibn  ər-Rəvvaddan  sonra  qardaĢı  Məhəmməd  Təbrizin  hakimi 

olmuĢ, VIII əsrin sonu-IX əsrin əvvəllərində bu Ģəhəri idarə etmiĢdir. 

Əl-Yəqubi "813-cü il hadisələri" ilə əlaqədar verdiyi məlumatında xürrəmilər 

hərəkatının təsiri ilə Xilafətdən təcrid olaraq, nisbi müstəqillik əldə edə bilmiĢ hakimlər 

sırasında Məhəmməd ibn ər-Rəvvadın da adını çəkmiĢdir. Hərəkatın getdikcə daha da 

geniĢlənməsi feodal sülalələrinin, o cümlədən Rəvvadilərin daha da güclənməsi üçün 

Ģərait yaratdı. Lakin xürrəmilərin güclənməsi və son nəticədə qələbə əldə edə bilməsi 

müstəqilliyə  can  atsalar  da, öz  hamilərini  Xilafətin simasında görən yerli  feodalların 

mənafeyinə uyğun deyildi. Elə ona görə də, xəlifənin caniĢini Ġsa ibn  Məhəmməd 820-

ci  ildə  Azərbaycana  göndərildikdə,  bütün  sərkərdələr  və  yerli  hakimlər,  o  cümlədən 

Məhəmməd ibn Rəvvad onun iqamətgahına gəlmiĢdilər. 

Məhəmməddən  sonra  qardaĢı  Yəhya  Təbrizin  hakimi  oldu.  Mənbələrdən 

göründüyü kimi, 850/51-ci  ildə yerli hakimlərin separatçılıq meyli ilə əlaqədar Cənubi 

Qafqazda  baĢ  verən  məlum  hadisələr  zamanı  mərkəzə  tabe  olmaq  istəməyənlər 

sırasında Yəhya da Bağdada aparılmıĢ, ancaq xəlifə tərəfindən əfv edilərək, hörmətlə 

qarĢılanmıĢ,  mülkləri özündə saxlanılmıĢdı.  Lakin elə o vaxtdan bəri  Rəvvadilər təqribən 

yüz  il  bölgənin  fəal  siyasi  həyatından  kənar  edildilər.  Onlar  bir  sıra  mülklərini  əldə 

saxlayaraq,  baĢqa  yerli  hakimlər  kimi  əvvəllər  Sacilərə,  sonra  isə  Salarilərə  vergilər 

ödəyirdilər.  Ġbn  Havqəlin  məlumatına  görə,  hətta  X  yüzilin  50-ci  illərinin  sonlarına 

yaxın Əhər və Varzaqan vilayətlərinin sahibi olan Əbülheycə  ibn  ər-Rəvvad  Salarilərə 

50  min  dinar  məbləğində vergi ödəyirdi.  Mənbələrin yazdığına görə, elə  bu vaxtlar, 

yəni Mərzbanın tutulması ilə əlaqədar Salarilərin hakimiyyətinin zəiflədiyi dövrdə, Rəv-

vadilər  sülaləsinin  digər  nümayəndəsi  Məhəmməd  ibn  Hüseyn  Azərbaycanın  bəzi 

torpaqlarını  ələ  keçirdi.  956/57-ci  ildə  Hüseyn  ibn  Məhəmməd  ər-Rəvvad  yenidən 

Təbriz və onun civarlarını geri qaytara bildi. Həmin əsrin 70-ci illərinin sonuna yaxın 

güclənən  ara  müharibələri  Hüseynin  oğlu  Əbülheycənin  Salari  hökmdarı  Ġbrahim 

üzərində qələbəsi ilə nəticələndi. Ġbrahimi zindana saldıran Əbulheycə, Arazdan cənubda 

olan Salari torpaqlarının bir hissəsini də ələ keçirib, öz mülklərinə qata bildi. Bu vaxtdan 

Rəvvadilər dövləti yüksəliĢ və ərazilərini geniĢləndirmə dövrünə qədəm qoyur. 

988-ci  ildə  Vaspurakan  yürüĢü  zamanı  Əbülheycə  ibn  ər-Rəvvad  vəfat  edir. 

Xarici siyasi fəaliyyətini müvəffəqiyyətlə davam etdirən oğlu Məmlan onu əvəz edir. O, 

30  ilə  yaxın  dövləti  idarə  edir.  Məmlandan sonra  hakimiyyət oğlu  Vəhsudanın  əlinə 

keçir. Bu rəvvadi hökmdarı haqqında yalnız tarixi  mənbələrdə deyil, Qətran Təbrizinin 

ona  həsr  etdiyi  qəsidələrdə  də  geniĢ  məlumat  verilmiĢdir.  Məhz  Vəhsudanın 

hakimiyyəti dövründə oğuzların Azərbaycana hücumları baĢlayır. 

XI əsrin 20-ci illərində Azərbaycanın cənub vilayətlərinə, oradan isə Arrana 

dəfələrlə basqınlar törədən oğuzların bu yerlərə yürüĢləri yalnız cənubdan, Ġran tərəfdən 

deyil,  tarixçi  RəĢidəddinin  yazdığı  "Oğuznamə"  əsərində  göstərildiyi  kimi,  Ģimaldan  - 

Dərbənd  keçidi vasitəsilə də baĢ verirdi. Oğuzların 1021-ci  ildə baĢ vermiĢ ilk  məlum 

yürüĢü haqqında  erməni tarixçisi  Vardan,  1029-cu  ildə  Marağa  və  Urmiyaya hücumu 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə