240
Bu uğursuzluq, habelə bunun nəticəsində nahararlar arasında baĢlanmıĢ
çəkiĢmələr Məhəmmədə yenidən Ermə
nistana müdaxilə etmək imkanı verdi. O,
bir çox vilayətləri ələ keçirərək talan edir, Qarsda I Smbatın arvadını, baĢqa
qohumlarını, eləcə də hökmdarla qaçmıĢ bir çox erməni nahararların ailələrini
əsir alır.
898-ci ildə xəlifə, Məhəmməd AfĢin ibn Əbu-s-Sacı nəinki
Azərbaycanın, eləcə də Ərminiyənin caniĢini təyin edir. Onu fəxri xələtlə
mükafatlandırır. Bu hadisə I Smbatla Məhəmməd arasındakı ziddiyyətləri
daha da dərinləĢdirdi. Bununla belə, O, ölkəni tərk edərkən oğlu Divdadı Dvin
Ģəhərində qoyub gedən Məhəmməd Sacinin hakimiyyətini tanımalı oldu.
Bundan sonra Məhəmməd öz qoĢunlannı Gürcüstana qarĢı yeritdi. Bu
ölkənin kuropalatı (hakimi) II Atrnerseh (881-926) I Smbatın vassalı hesab
olunurdu. Məhəmmədin qoĢunları Tiflisi və baĢqa Ģəhərləri talan etdilər.
Məhəmmədin ölkədə olmamasından istifadə edən I Smbatın Ani və
Dvini yenidən ələ keçirib, Divdadı ona bac verməyə məcbur etməsi, Sacilər
ordusunu geri qayıtmağa vadar etdi. Lakin bu zaman Azərbaycanda taun
xəstəliyi baĢ qaldırdı. O qədər adam qırıldı ki, ölənlərə kəfən tapmaq mümkün
olmadı, onları paltarlara və keçələrə bükürdülər. Ölüləri basdırmırdılar, onlar
yollarda atılıb qalmıĢdılar. Taun, Məhəmməd ibn Əbu-s-Sacın yaxın
adamlarını da tutdu. Onun xeyli xidmətçisi qırıldı; mart ayında, Azərbaycanın
Bərdə Ģəhərində AfĢin adlandırılan Məhəmməd ibn Əbu-s-Sacın özü də vəfat
etdi.
Məhəmmədin ölümü Sacilərin iĢğalçılıq siyasətinin qarĢısını
müvəqqəti olaraq aldı. I Smbat isə Ermənistandan olan vergilərin əvvəllər
olduğu kimi Sacilərə deyil, bilavasitə Xilafət xəzinəsinə ödənilməsi haqqında
xəlifənin razılığını ala bildi. Belə ki, I Smbatla ittifaq Xilafət üçün sərfəli idi -
Sacilərin güclənməsi ilə Abbasi xəlifələri Ģimal vilayətlərini itirə bilərdilər.
Ġbn Əbu-s-Sacın digər oğlu Əbülqasim Yusif 271 (884-885)-ci ildə
Məkkə hakimi idi. Həcc ziyarəti zamanı o, Mədinə hakimi və Məkkə yolu
rəisinin mühafizə etdikləri zəvvarlara hücum etmiĢ, lakin Məkkə yanında baĢ
vermiĢ döyüĢ zamanı əsir alınıb, əl-ayağı qandallı Bağdada göndərilmiĢdi.
Dövrün mənbələri Yusifin adını bir daha Mosul yolunda xaricilər
təriqətinə mənsub olanlarla xəlifə qoĢunları arasında 893/94-cü
ildə baĢ vermiĢ
döyüĢlə əlaqədar çəkirlər. Ġki il sonra xəlifə əl-Mütədid Yusifi yenidən xaricilərə qarĢı
mübarizə aparan xəlifə qoĢunlarına yardıma göndərdi. Lakin yolda olarkən, döyüĢdə
iĢtirak etmək fikrindən daĢınan Yusif, qoĢunun baĢını Marağaya, qardaĢının yanına
döndərir və qardaĢı ölənədək bu Ģəhərdə qalır.
Məhəmməd öldükdən sonra onun, Sacilərin əsil iqamətgahı olan Marağaya
241
qayıtmıĢ oğlu Divdad, cəmi bir neçə ay hakimiyyətdə qala bilir. Belə ki, qardaĢı
öldükdən sonra Marağanı tərk etmiĢ Yusif, 901-ci ilin avqustunda Divdadın
qoĢununa hücum edib, onu darmadağın edir. Yusifın qalmaq təklifinə baxmayaraq
Divdad Bağdada, xəlifənin xid mətinə gedir. Bu hadisədən sonra qoĢun Yusifə iman
gətirir; Yusif xəlifənin Azərbaycandakı caniĢini vəzifəsini tutur. Məhz bu dövrdə
Xilafətin Qafqaz bölgəsində davam edən mərkəzi hakimiyyətdən ayrılma prosesi öz
mövqe və qüvvəsinə görə heç də buradakı yerli və ya yerliləĢmiĢ hakimlərdən geri
qalmayan Yusif ibn Əbu-s-Sacdan yan keçə bilməzdi. Lakin onun ilk separatçılıq
meyilləri hakimiyyətə yeni gəlmiĢ xəlifə əl-Müqtafi (902-908) tərəfindən ehtiyatla
qarĢılandı. Xəlifə Yusiflə ittifaqda olsa da, Sacilərin tabeçiliyini qəbul etmək istəməyən
erməni hökmdarı I Smbatı Yusifə qarĢı çıxıĢ etməyə təhrik etdi. 908-ci ildə mərkəzi
hakimiyyəti ələ almıĢ yeni xəlifə əl-Müqtədir (908-932) Yusifə qarĢı yönəldilmiĢ
siyasəti dəyiĢərək, onu Xilafətin Azərbaycan və Ərminiyədəki caniĢini təsdiq edir. Bu
hakimiyyətə tabe olmaq istəməyən I Smbat Ermənistanın Yusif Saciyə itaətdən azad
olunmasını xahiĢ edərək, əvəzində Xilafətə tam tabelik vəd edir. Bu xəbəri alan Yusif
Dvinə hücum etdisə də, çox keçmədən qısa müddətli barıĢıq əldə olundu. Sonrakı il,
Yusif Vaspurakan knyazlan Arsrunilər ilə I Smbat arasındakı ziddiyyətlərdən istifadə
edərək Ermənistan ərazisinə daxil oldu; bir qədər sonra isə hökmdar tacını Qaqik
Arsruniyə təqdim etdi. Bu tədbir I Smbatın mövqelərini xeyli zəiflətdi. O, gərginliyi
azalt maq, Yusifın hücumlarının qarĢısını almaq məqsədilə katolikos Ġohannı hədiyyələrlə
Yusifin yanına göndərdi. Lakin katolikosu tutub, öz düĢərgəsində saxlatdıran Yusif,
hücumlarını davam etdirərək, ona müqavimət göstərən Sünik qoĢunlarını da əzdi. Sonra
isə I Smbatın yanına qasid göndərərək, ondan 60 min dinar məbləğində bac verməsini
tələb etdi. Mənbələrdəki məlu mata görə, tələb olunan bacı ödəmək üçün I Smbat
vergilərin məb ləğini 5 dəfə artırmalı oldu. Bu isə ölkənin nəin ki iqtisadi, habelə
siyasi tənəzzülünə gətirib çıxartdı. Lakin Yusif bununla kifayətlən mədi. Hücu mu
davam etdirərək, erməni qoĢunlarını Dzeknavatcor adlanan yerdə darmadağın etdi.
I Smbat ö zü ġiraka tərəf qaçdı.
Bu qaçıĢdan xəbər tutan Yusif ġirakı talan edərək, Dvinə doğru irəlilədi
və Ģəhəri ələ keç ird i. Sonra Gü rcüstana hücum etdi, müsəlman əmiri Cəfər ibn
Əlinin idarə etdiyi Tiflisi tutdu. Yusif Kartlin i - Gü rcüstanı çalıb-çaparaq, öz
qoĢunlarını Kaxetiyə apardı. ġəhərlər, kəndlər dağıd ıld ı, qalalar yerlə-yeksan
edildi.
Yusifin baĢının iĢğalçı yürüĢlərə qarıĢ masından istifadə edib, ölkəsinə
qayıdan I Smbatın bundan sonrakı bütün cəhdləri müvəffəqiyyətsizliyə uğrayır.
Nəhayət, 913-cü ildə, I Smbatın son istinadgahı olan Yerencək qalası iĢğal olunur,
onun ailəsi, qohumları əsir ed ilir, sərvəti daĢınıb aparılır. Ermənistan qəti olaraq
Sacilərə tabe edilir, 914-cü ildə 1 Smbat Dvində dar ağacından asılır. Yusifin
müttəfiqi, Sacilərə tabe olub, bilavasitə onlara bac ödəməy i boynuna götürən I
Smbatın qardaĢı oğlu AĢot (914-928) Ermənistan hökmdarı təsdiq edilir.
Xilafətin Azərbaycan və Ərmin iyə vilayətlərində möhkəmlən miĢ Sacilər