Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə114/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   110   111   112   113   114   115   116   117   ...   217

238 

 

 



Əbu-s-Sacın  adı  mənbələrdə  ilk  dəfə  Babəkin  əsir  alınıb  Bərzəndə,  AfĢinin 

iqamətgahına gətirilməsi münasibətilə çəkilmiĢdir. 839-cu ildə AfĢin Heydər ibn Kavus 

xəlifə  əl-Mütəsimin  sərəncamı  ilə  Əbu-s-Sacı  Azərbaycanın  Xilafətə  qarĢı  çıxmıĢ 

hakimi Min kicəvr əl-Fərqaniyə qarĢı yolladı.

1

 Elə həmin il Əbu-s-Sac Xilafətə qarĢı 



üsyan qaldırmıĢ baĢqa bir yerli hakimin, Təbəristan hakimi Məzyərin cəzalandırılması 

üçün də göndərilmiĢdi. 

Əsrin 50-ci illərinin sonlarında xəlifə əl-Mütəvəkkil onu Məkkə yolunun rəisi 

kimi yüksək vəzifəyə təyin etdi. 865-ci ilədək Əbu-s-Sac bu vəzifədə qaldı. O, vicdanlı 

xidməti müqabilində dəfələrlə xəlifə tərəfindən mükafatlandırılmıĢdı. 865-ci ildə Əbu-s-

Sac xəlifə taxt-tacına namizəd olan əl-Mütəzzin tərəfində Mesopotamiyadakı Cərcərayə 

Ģəhəri  yaxınlığında,  hakimiyyətdə  olan  xəlifə  əl-Müstəinin  qüvvələrini  üç  dəfə 

məğlubiyyətə uğratmıĢdı. 866-cı ildə Əbu-s-Sac Kufə Ģəhəri və onun ətrafının caniĢini 

təyin edilir, yenidən Məkkə yolunun rəisi vəzifəsini tutur.

2

 Əbu-s-Sac Hələb, Kinnəs -



rin,  Diyar-Mudar  və  sərhədyanı  vilayətlərin  (əs-Suğur)  valisi  olmuĢ,  870  -  874-cü 

illərdə isə üsyan etmiĢ mütəğəlliblərə qarĢı aparılan döyüĢlərdə iĢtirak etmiĢdir. 874-cü 

ildə Əbu-s-Sac Əhvaz hakimi təyin olunur. Burada o, əd-Dulab adlı yerdə Əbu-s-Sac 

qoĢunlarını darmadağın edən zincilərə qarĢı  mübarizə aparmalı olur. Əhvaz vilayəti 

zincilər tərəfindən ələ keçirildikdən sonra Əbu-s-Sac tutduğu vəzifədən azad olunur və 

nəhayət, 879-cu ildə Cundi Saburda vəfat edir. 

Əbu-s-Sacın böyük oğlu Məhəmməd ibn Əbu-s-Sac 879-cu ildə Məkkə və 

Mədinə Ģəhərlərinin hakimi, Məkkə yolunun rəisi, 882-ci  ildə Ənbərin caniĢini, Fərat 

və Rahba yollarının rəisi təyin olunur. Sonradan o, Mosul hakimi, Kinnəsrin və baĢqa 

Ģəhərlərdə caniĢin vəzifələrini icra edir. Onun ġam caniĢini olan keçmiĢ müttəfiqi Ġshaq 

ibn  Kundəclə toqquĢmaları  məhz  bu  dövrə  (886-cı  ilə)  təsadüf  etmiĢdir.  Məhəmməd, 

hakimiyyətini  tanıdığı  Misir  hakimi  Xumaraveyh  ibn  Əhməd  ibn  Tu luna arxalanaraq, 

Ġshaq  ibn  Kundəcin  qoĢunlarını  darmadağın  etdi.  Həmin  il  Məhəmməd  Mosul 

bölgəsində üsyan etmiĢ xaricilərin dəstələrini əzdi, sonra isə Misir qoĢunlarının yardımı 

ilə  əl-Cəzirə  və  Mosul  vilayətlərini  ələ  keçirdi.  Sonrakı  il  Məhəmməd  Xumaraveyhin 

hakimiyyətini tanımaqdan imtina etdi və himayəçisinə qarĢı çıxdı. DəməĢq yaxınlığında 

onlar  arasında  baĢ  verən  ağır  döyüĢdə  Məhəmmədin  qoĢunlan darmadağın edildi.  O, 

Hələbə,  oradan  Raqqaya,  daha  sonra  Mosula  və  nəhayət  əl-Hədisəyə  gəlib  çıxdı. 

Məhəmmədi təqib edən Xumaraveyh Tulunililərlə birləĢmiĢ Ġshaq ibn Kundəci onun 

ardınca  göndərdi.  Lakin  Mosul  yaxınlığında  təqib  edənlər  darmadağın  olunaraq, 

Raqqaya doğru geri çəkildilər.  

 

1



Ət-Təbərinin  məlumatına  görə,  xəlifə, M inkicəvrə qarĢı onu həbs edib  Samirəyə 

apara  bilmiĢ  Böyük  Buğanı  göndərmiĢdi.  Əl-Yəqubiyə  görə,  əl-AfĢin  bu  sərkərdəni 

M inkicevrə  qarĢı  deyil,  ona  köməyə  göndərmiĢdi;  bundan  xəbər  tutan  xəlifə  əl-M ütəsim 

Böyük Buğanı M inkicəvri ram etməyə yollamıĢdı.  

2

BaĢqa qaynaqlara  görə (ət-Təbəri, İbn əl-Əsir) Əbu-s-Sac Xorasan yolunun rəisi 



vəzifəsinə təyin edilmiĢdi.

  



239 

 

Məhəmmədin  qoĢunları  Ġshaqın  qoĢunlarının  ardınca  Raqqaya  irəlilədilər. 



 

Ġshaqın  qoĢunları  Xu maraveyhlə  birləĢərək  yenidən  Məhəmmədə  qarĢı 

çıxdılar,  onu  Mosula  doğru  geri  çəkilməyə  məcbur  etdilər.  Məhəmməd  Bağdada 

yollandı və orada xəlifə tərəfindən hörmətlə qarĢılandı. 

889/90-cı  ildə  xə lifə  Məhəmmədi  Cibəlin,  daha  s onra  isə  ilk  dəfə  olaraq 

Azərbaycanın  hakimi  təyin  etdi.  Lakin  Marağa  hakimi  Abdullah  ibn  əl-Hüseyn  əl-

Həmədani  onu  Ģəhərə  buraxmaq  istəmədi.  Məhəmməd  uzun  sürən  döyüĢlərdən  və 

mühasirədən  sonra  Marağanı  tuta  bildi.  Ət-Təbərinin  məlu matına  görə,  Marağanın 

mühasirəsi  893-cü  ilədək  davam  etmiĢdi.

1

  Ələ  keçən  Ģəhər  hakimi  öldürülmüĢ, 



Məhəmməd isə öz vəzifəsinin icrasına baĢlamıĢdı. 

Azərbaycanda  Sacilər  hakimiyyətinin  baĢlanğıc  dövrü  Abbasilər  sülaləsinin 

çətin  zamanlarına  təsadüf  edir.  Mərkəzdən  ayrılmıĢ  hakim  və  caniĢinlər  az-çox 

müstəqil  ola  biləcək  dövlətlərini  yaratmağa  cəhd  göstərirdilər.  Müstəqilliyə  can  atan 

yeni Azərbaycan caniĢini Məhəmməd də bu cür hərəkət etdi. Lakin bu dövrdə Xilafətdə 

yaranmıĢ  siyasi  Ģərait  Məhəmmədin  qəti  ayrılmasına  imkan  vermədi.  O,  Bağdada 

çağırıldı  və  səltənət  varisi  əleyhinə  üsyan  qaldırmıĢ  qoĢunların  və  bədəvilərin 

cəzalandırılması  iĢində  iĢtirak  etdi.  Yalnız  üsyan  yatırıldıqdan  sonra  yeni  xəlifə  əl-

Mütədid (892-902) Məhəmmədin Azərbaycana qayıtmasına icazə verdi. 

Məhəmməd  Azərbaycan  caniĢini  təyin  olunduğu  dövrdə  erməni  hökmdarı 

Baqrati  I  AĢot  (884  və  ya  886  -  890)  vəfat  etdi,  hakimiyyətə  onun  oğlu,  Ermənistanı 

Xilafət  tabeçiliyindən çıxarmağa çalıĢan I Smbat yiyələndi. Xəlifə I  Smbatı Ermənistan 

hökmdarı  təsdiq  edərək,  Məhəmməd  vasitəsilə  ona tac və  fəxri  xələt  göndərdi.  Tac-

qoyma  mərasimindən az sonra I Smbat, ermənilərə ərəblər əleyhinə mübarizə vasitəsi 

kimi baxan Bizans imperatoru VI Levlə də dostluq münasibətləri yaratmaq qərarına gəldi. 

Ermənistan - Bizans ittifaqından  xəbər  tutan  xəlifə,  Məhəmmədə  I  Smbat  əleyhinə 

hərbi əməliyyatlara baĢlamaq əmrini verdi. Birinci əməliyyat barıĢıqla qurtardı. Lakin I 

Smbatın  öz  mülklərini  Ermənistandan  Ģimala  doğru  yerləĢən  ərazilər  hesabına 

geniĢləndirmək cəhdləri, habelə Baqratilərin hakimiyyətinin güclənməsi Məhəmmədi, 

xəlifənin  göstəriĢi  ilə,  893-cü  ildə  yenidən  I  Smbata  qarĢı  çıxmağa  məcbur  edir. 

Tezliklə  o,  böyük  qoĢunla  Dvinə  yaxınlaĢır.  Ermənilər  katolikos  II  Georqu  barıĢıq 

təklifilə Məhəmmədin yanına göndərdikdə, o, I Smbatın özünün təslim edilməsi Ģərtini 

irəli sürür. ġərt qəbul edilmir, II Georq isə əsir alınır. Vjan qalası yaxınlığındakı növbəti 

döyüĢdə  Məhəmmədin  qoĢunları  məğlubiyyətə  uğradılır.  Əldə  edilən  barıĢıq 

nəticəsində  katolikos  II  Georqdan  baĢqa  bütün  erməni  əsirləri  azad  olunurlar. 

Məhəmməd, I Smbatı ikinci dəfə müstəqil hökmdar  kimi  tanıdı.  Katolikos  II  Georq  isə 

yalnız  bir  müddət  sonra,  Albaniya  hökmdarı  Qriqor  Hammamın  vasitəçiliyi  ilə  azad 

edildi. 


896-cı  ildə  I  Smbat  ġam  hakiminin  Taron  vilayətində  tutduğu  mövqe lərə 

hücum etdi, lakin məğlubiyyətə uğrayaraq döyüĢ meydanından qaçdı. 

 

1

 



İbn Xalduna görə, Ģəhər hicri 278-ci (891/92) ildə tutulmuĢdur. 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə