Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə113/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   109   110   111   112   113   114   115   116   ...   217

236 

 

gözəl  qamətli  rotonda  məbədin  çadırlı  damında  yerləĢmiĢdir.  Rotonda  sitayiĢ 



təyinatlı bu binanın ciddi, lakin ifadəli həcmini daha da canlandırır. Məbədin daxili 

divarları yonulmuĢ iri, qara daĢlarla ü zlən miĢdir. Həmin daĢlar hörgü yerinə geniĢ 

məh lul  tikiĢləri  ilə  hörülmüĢdür.  Bu   onunla  izah  olunur  ki,  keçmiĢdə  məbədin 

divarları  malalan mıĢ, həmin  mala ü zərində isə süjet baxımından tematik, polixro m 

(ço xrəngli)  rəsmlər  çəkilmiĢdi.  ġimal  d ivarında  indiyədək  qismən  qalmıĢ  freska 

rəsmli  malanın  fraqmentləri  bunu  təsdiqləyir.  Dayaq  sütunları  -  pilonlar  və  onların 

üzərindəki  tağların  arxivoltları  yaxĢı  yonulmuĢ  iri  daĢ  bloklarla  üzlənmiĢdir.  Zalın 

interyerinin  yuxarı  hissələrində  daĢ  üzərində  dekorativ  oyma  tətbiq  edilmiĢdir.  Bu, 

bazilikal tikilinin iĢıqlandırılma xüsusiyyətləri ilə əlaqədar olaraq onun qavranılması ilə 

ĢərtlənmiĢdir. 

Bir  daha  qeyd  olunmalıdır  ki,  monastırın  fasadları  tikintinin  mütləq 

məntiqiliyi ilə seçilir. Fasadlar bazilikal ko mpozisiyanın daxili quruluĢunu üzə çıxarır. 

Qazax  bölgəsinin  Əskipara  kəndi  yaxınlığındakı  monastır  kompleksi 

Azərbaycanın  erkən  orta  çağlar  memarlığının  maraqlı  örnəklərindən  biridir.  Bu 

monastır  meĢədə,  əlçatmaz  dağlıq  yerdə  yerləĢmiĢdir.  Kompleks  təqribən  2,5  hektar 

ərazini tutur və divarlarla əhatələnmiĢdir.  Yüksək  mövqedə yerləĢmiĢ əsas tikililər  komp-

leksin  qalan  hissəsindən  divarla  ayrılmıĢdır.  Bu,  özünəməxsus  içqala,  iqamətgahdır. 

Kompleksin divarları və qüllələri iri çay daĢlarından ucaldılmıĢdır, bəzi hissələri kifayət 

dərəcədə yaxĢı mühafizə edilmiĢdir. 

Əsas  bina  -  monastır  diqqəti  daha  çox  cəlb  edir.  Monastır  plan  baxımından 

düzbucaqlıdır.  Abidənin  mühafizə  olunmuĢ  fraqmentləri  təsdiq  edir  ki,  o  mühüm 

memarlıq əsəri idi. Bina yaxĢı biĢirilmiĢ 24x22x4 santimetr ölçülü kvadrat kərpiclərdən 

ucaldılmıĢdır.  Abidənin  memarlıq  detalları  da  qismən  kərpiclərdən  (mərkəzi  tağın 

əhatələnməsi),  karnizlər  isə  yarımnəbati  oyma  naxıĢlı  yonulmuĢ  daĢlardan 

hazırlan mıĢdır. 

Binanın  memarlıq  həllində  divarların  tağlama  ilə  iĢlənməsi  aparıcı 

əhəmiyyətə malikdir. Bu üsul baĢ fasadda alaqapıya keçir. Alaqapı daha geniĢ və daha 

uca  tağla  bəzənmiĢdir.  Gü man  etmək  olar  ki,  tağlar  yarımdairəvi  olmuĢlar.  Binanın 

daxilində yan  otağın  tağının  çatmalı  cizgiləri  aydın  surətdə  izlən məkdədir.  Gü man 

etmək  olar  ki,  içqalalı  kompleks  Alban  dövlətinin  baĢçıları  olmuĢ  böyük  Mihrani 

hökmdarlarının  iqamətgahı  idi.  Albaniya  hökmdarlarının  qıĢ  iqamətgahı  olmuĢ  Xalxal 

Ģəhərinin  məhz  bu  yerdə  lokallaĢdırılması  bunu  təsdiq  edə  bilər.  Buna  görə  də 

kompleksin hələ V əsrdə yarandığını ehtimal etmək olar. Kərpic texnikas ının xarakteri 

və memarlıq formalarının bəzi xüsusiyyətlərinə görə isə əsas binanı XI əsrə aid etmək 

mü mkündür. 

 

 



 

 

 




237 

 

XI FƏSĠL 



 

XĠLAFƏTĠN ZƏĠFLƏMƏSĠ NƏTĠCƏSĠNDƏ 

AZƏRBAYCAN ƏRAZĠSĠNDƏ IX-X ƏSRLƏRDƏ 

TƏġƏKKÜL TAPAN FEODAL DÖVLƏT 

QURUMLARININ SĠYASĠ TARĠXĠ 

 

§ 1. SACĠLƏRĠN XĠLAFƏTDƏKĠ FƏALĠYYƏTLƏRĠ 

VƏ AZƏRBAYCAN ƏRAZĠSĠNDƏ 

DÖVLƏT YARATMALARI

1

 

 

Abbasilər  Xilafət i  tarixində  IX  əsrin  sonu,  X  əsrin  əvvəli  geniĢ  ərazili 



müsəlman  imperiyasının ucqarlarındakı yerli hakim və caniĢin lərin separatizmin in 

güclənməsi  ilə  əlamətdardır.  Onlardan  hər  biri  mərkəzi  hakimiyyətin  üzləĢdiyi 

çətinliklərdən,  eləcə  də  idarə  iĢini  boĢ  buraxmasından  istifadə  edərək  ayrılmağa, 

yarımmüstəqil və yaxud  müstəqil dövlət qurumu yaratmağa can atırdı.  Belə hakim 

və  caniĢinlər  ilk  növbədə  xəlifə  xəzinəsinə  göndərdikləri  vergilərin  məb ləğini 

azaltmağa  baĢlayır,  sonra  isə  bu  iĢi  tamam  dayandırırdılar.  Əgər  onlar  daha  zəif 

qonĢuların  mülklərini  ö z  ərazilərinə  birləĢdirə,  güclü  qo Ģun  yaradıb,  onlara  qarĢı 

göndərilən  nizami  xəlifə  orduların ı  məğ lub  edə  bilirdilərsə,  xəlifələr  onların  öz 

vilayətlərində tamhüquqlu sahib kimi fəaliyyətini etiraf edir, ö z adlarının isə yalnız 

xütbələrdə xatırlan ması ilə kifayətlən irdilər.  

Mərkəzi hakimiyyətdən birinci olaraq MərakeĢ, Əlcəzair, Tunis və Liv iya 

ayrıld ı. 788 və 800-cü illərdə həmin ərazilərdə Ġdrisilər, sonra isə Əqləbilər sülaləsi 

möhkəmləndi.  20  il  sonra  Yəməndə  Zeydilər,  Xorasanda  Tahirilər və  baĢqa  bu  kimi 

dövlətlər  meydana  gəldi.  861  -ci  ildə  xəlifə  əl-Mütəvəkkil  öldürüldükdən sonra babə-

kilər hərəkatının təsirilə artıq tamam zəifləmiĢ Xilafətin parçalanması prosesi yenidən 

baĢlanır:  Təbəristanda  Ələvilər,  Ġranda  Səffarilər,  Misirdə  Tulunilər,  Xorasan və  Orta 

Asiyada Samanilər dövlətləri yaran ır. 

Xilafətin  zəifləməyə  və  parçalanmağa  baĢladığı  bu  dövrdə  Azərbaycan 

ərazisində  Sacilər  sülaləsinin  yaratdığı  yeni  dövlət  meydana  gəldi.  Sülalənin 

UsruĢanadakı (Orta Asiya) Cankəkət adlı dağ kəndindən çıxan banisi Əbu-s-Sac Divdad 

ibn  Yusif  ibn  Divdast,  mənbələrin  məlumatına  görə,  "AfĢin"  titullu  türk  əmirləri 

nəslindən olan adlı-sanlı sərkərdə idi. 

 

 

1



 Biz bu fəsildə yerli və gəlmə sülalələrin və onlar ın tarixi Azərbaycan ərazisində 

yaratdıqları  ayrı-ayrı  qurumların  monqol  iĢğalı  dövrünədək  olan  tarixlərini  bütöv  Ģəkildə, 

xronoloji ardıcıllığa riayətlə təqdim etməyi daha məqsədəuyğun hesab etdik. -Red. 

 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə