Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə112/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   108   109   110   111   112   113   114   115   ...   217

234 

 

bağlar arasında yerləĢən kübar evləri seçilirdi. Müasirləri örtülü bazarları və hamamları 



xüsusi  qeyd  edirlər.  Bərdə  Ģəhəri  həmin  dövrdə  məhz  bu  memarlıq  obyektləri  ilə 

məĢhurlaĢmıĢdı.  ġəhərin  içqala  hissəsində  xəzinə,  hakimin  sarayı,  came  məscidi 

yerləĢirdi. Bu tikililər, ağac və gips tətbiq olunmaqla biĢmiĢ kərpicdən inĢa  edilmiĢdi. 

Orta  əsr  müəllifləri  Bərdənin  qüdrətini  nəzərə  alaraq,  onu  "bu  diyarın  Bağdadı‖

 

adlandırırdılar. 



Bu  zamanın  tikinti  texnikasının  inkiĢaf  səviyyəsini  səciyyələndirən, 

indiyədək qalmıĢ azsaylı qurğuların arasında müasir Bərdədən bir neçə kilo metr aralıda 

- Tərtər çayının köhnə axarı üzərində salınmıĢ iri körpünün xarabalıqlarını göstərmək 

olar.  Burada  15  körpü  özülü  və  iri  çay  daĢlarından  yaradılmıĢ  güclü  sahil  əsasları 

qalmaqdadır.  Körpünün  eni  4,  ümumi  uzunluğu  isə  129  metr  idi.  Xudafərin  aĢırımı 

üzərindəki iri korpülərdən birinin tikintisi VII əsrə (635-ci  ilə)  təsadüf  etmiĢdir.  Həmin 

körpü  Bəkr  ibn  Abdullahın  layihəsi  və  rəhbərliyi  ilə  inĢa  edilmiĢdi  (Həmdallah 

Qəzvininin məlu matı). 

Azərbaycan  ərazisində  olan  çoxsaylı  karvansaralar  haqqında  da  məlumatlar 

vardır.  Həmin  karvansaraların  əksəriyyəti  möhkəmləndirilmiĢ  tikililər  idi  və 

Azərbaycandan  keçən  beynəlxalq  tranzit  ticarəti  magistralları  (ana  yolları)  üzərində 

yerləĢirdi. 

Ġndiyədək qalmıĢ qala qurğuları arasında Naxçıvandakı Əlincə qalası mühüm 

əhəmiyyət  kəsb  edir.  Həmin  qala  ətraf  məkan üzərində  hakim  olan  sərt qayalı  dağın 

zirvəsində yerləĢir. Qalanın istehkamları bir neçə sırada yerləĢmiĢ, atəĢ mövqelərinə və 

qüllələrə  malik olan divarların mürəkkəb sistemidir.  Bu divarlar iri,  yaxĢı yonulmuĢ 

daĢlardan hörülmüĢdür. YaĢayıĢ binaları və müxtəlif baĢqa tikili qalıqları tağlarla, daĢ 

üzərində oymalarla bəzədilmiĢ binaların əski əzəmətini sübut etməkdədir. Qalanın su 

təchizatı  sistemi  xüsusi  diqqət  tələb  edir:  atmosfer  yağıntılarını  rütubət  toplayan 

kanalların  ĢaxələnmiĢ  Ģəbəkəsi  vasitəsi  ilə  kölgəlikdə  yerləĢən  hovuzlarda 

cəmləĢdirirdilər.    Bu  hovuzlar  və  kanallar  qayalıqlarda  oyulmuĢdu.  Özünün 

memarlıq-bədii  xüsusiyyətlərinə  görə  Əlincə  qalası  Azərbaycanın  görkəmli  abidələri 

sırasına daxildir. 

Xristian  sitayiĢi  qurğularına  gəldikdə  isə  Ağoğlan  çayı  sahilində  tikilmiĢ 

Amaras  monastırı  diqqəti  xüsusilə  cəlb  edir.  Monas tırın  IX  əsrdən  gec  olmayaraq 

tikildiyi  müəyyən  olunmuĢdur.  Monastır  kompleksi  bazilikadan,  yeraltı  hissədən, 

yaĢayıĢ və təsərrüfat  tikililərindən  və  daĢdan tikilmiĢ  qala  divarından  ibarətdir. Plan 

baxımından məbəd düzbucaqlıdır (14x23  metr). Məbədin daxili sıra ilə iki-iki yerləĢmiĢ 

dörd naxıĢlı sütunla üç nefə ayrılmıĢdır. Məbədin daxilindəki mərkəzi nef geniĢdir, Ģərq 

tərəfdən  yarımgünbəzlə  örtü lmüĢ,  bir  qədər  qaldırılmıĢ  səcdəgah  absidası  ilə  baĢa 

çatır. Mərkəzi nef daha ucadadır, çatma tağla örtülmüĢdür. Məbədin daxilindəki iki yan 

nef ensizdir, kiçik otaqlarla baĢa çatır və silindrik tağlarla ö rtülmüĢdür. 

Məbədin  ön  hissəsi  yaxĢıca  cilalanmıĢ  daĢ  bloklarla  üzlən miĢdir.  Abidənin 

damı  qoĢaçatılıdır.  Məbədin  qərb  hissəsində  çadır  örtüklü,  altısütunlu  kiçik  zəng 

qülləciyi vardır. Qapı oyuğu qərb divarında düzəldilmiĢdir. ġimal tağı üzərində xaç həkk 



235 

 

edilmiĢdir.  Məbədin  səcdəgah  absidasının  altında  tağla  örtülmüĢ  yeraltı  "məbəd" 



binası  (2x4  metr  ölçüdə)  yerləĢir.  Yeraltı  "məbəd"ə  hər  iki  tərəfdə  yerləĢmiĢ  daĢ 

pillələrlə enirdilər. ġərq divarında qapı oyuğu vardır. Mənbələrdə qeyd edilir ki, yeraltı 

"məbəd"  V  əsrdə  tikilmiĢdir.  Monastır  plan  baxımından  düzbucaqlı  olan,  bucaqlı 

qüllələrə  malik  qala  divarı  (57x88  metr)  ilə  əhatələnmiĢdir.  Yarım-dairəvi  tağlı  qapı 

oyuğu  cənub  divarındadır.  Monastırın  həyəti  iki  qismə  ayrılmıĢdır.  Birinci  hissədə 

(13x44 metr) təsərrüfat binaları və tövlələr yerləĢir. Ġkinci həyətdə (44x55 metr) məbəd 

və  onun  ətrafında  yaĢayıĢ  tikililəri  mövcuddur.  YaĢayıĢ  və  təsərrüfat  binaları  qala 

divarına tamamilə yanaĢmıĢdır. Buna görə də həmin binaların damları cinah qüllələrinin 

yanındakı pillələr vasitəsilə divarlara və qüllələrə qalxmaq, ətrafı müĢahidə etmək, atəĢ 

mövqelərinin  yardımı  ilə  müdafiə  olunmaq  imkam  yaradırdı.  YaĢayıĢ  və  təsərrüfat 

tikililəri yaxĢı yonulmuĢ daĢlardan inĢa edilmiĢdir. 

Erkən  orta  çağlar  Azərbaycanının  ərazisində  xristian  memarlığı  abidələrinin 

planlarının  və  həcm-məkan  quruluĢlarının  səciyyələndirilməsi  üçün  məbəd 

tikililərin in  bazilikal  tipinin  tədqiqi  qiy mətli  material  verir.  Laçın  bölgəsində  - 

Ağoğlan çayının sahilində tikilmiĢ  monastır ko mp leksinin  iri ölçü lü  məbədi bu cür 

maraqlı sitayiĢ obyektlərindəndir. 

Plan  ba xımından  üç  nefli  o lan  düzbucaqlə  bazilika  kifayət  qədər  böyük 

ölçülərə  malikdir: onun uzunluğu 25, eni  isə 12,5  metrdir.  Kvadrat formalı səkkiz 

dayaq sütununun  -  pilonların  iki  sırası  binanın  daxili  məkanını  üç  hissəyə bölür. 

Ortada olan  mərkəzi, dörd  metrlik nef yanlarda yerləĢən 2  metrlik ensiz neflərdən 

iki dəfə böyükdür. Orta hissənin hündürlüyü 17, yan hissələrin hündürlüyü isə 11,5 

metrd ir.  Ġbadət zalının  bütün nefləri silindrik formalı tağlarla örtülmüĢdür.  Həmin 

tağlar  səliqə  ilə  yonulmuĢ  və  bir-b irinə  yaxĢıca  uyğunlaĢdırılmıĢ  daĢlardan 

yaradılmıĢdır.  Asanlıqla  görmək  olar  ki,  b inanın  planın ın  üçnefli  s xemi  ü mu mi 

olan  cəhətləri  ilə  əsas,  zaman  etibarilə  daha  əvvəl  tikilmiĢ  Qu m  bazilikasın ın 

mərkəzi  hissəsini  təkrar  edir.  GərilmiĢ  proporsiyalı,  böyük  yarımdairəvi  absidalı, 

səcdəgahlı, əsas nef və səcdəgah oyuğundan hər iki tərəfdəki  iki ensiz düzbucaqlı 

xid mət  binalarına  -  yan  neflərinə  malik  o lan  obyekt  də  bu  cürdür.  Absidanın 

böyük, yarımdairəv i formalı,  möh kəm oyuğu üzərində üç ensiz tağlı oyuq yerləĢir. 

Bu oyuqlar məbədin ko mpozisiya mərkəzi olduğunu nəzərə çatdırır.  

Bazilikanın  möhkəm  yerli  daĢ  olan  boz  bazaltdan  inĢa  edilmiĢ 

monu mental  binası  özünəməxsus  gözəl  dağlar  d iyarın ın  sərt  təbii  mühiti  ilə  ü zvi 

Ģəkildə  bağlıdır.  Binanın  hamar  fasad  səthləri  yu xarı  hissədə  bir-birindən  uzaq 

məsafədə  yerləĢmiĢ  ensiz  pəncərə  oyuqları  ilə  kəsilir.  Zalın  daxili  məkan ına  bu 

oyuqlardan  iĢıq  düĢür.  Fasadın  yan  tərəfində  za la  yeganə  giriĢ  oyuğu  vardır. 

Fasadın  batıq  formalı,  simmetrik  surətdə  qurulmuĢ,  müvazinətli  ko mpozisiyası 

iĢığın  düĢməsi  məqsədilə  açılmıĢ  mü xtəlif  ö lçülü  oyuqlarla  kəsilmiĢdir.  Bu  cür 

oyuqlar  mərkəzi  hissədə  qoĢa  Ģəkildədir.  Həmin  oyuqlardan  biri  (böyüyü)  zalın 

əsas  nefini,  digəri  isə  (kiçiyi,  iki  yaruslu)  yanlardakı  nefləri  iĢıqlandırmaq   üçün 

nəzərdə  tutulmuĢdur.  PiramidaĢəkilli  çadırla  örtülmüĢ,  ensiz  sütunlar  üzərindəki 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə