191
hakimiyyətin nəsildən-nəslə, irsən ötürülməsi prinsipinin həyata keçirildiyi keç miĢ
Ġran və Mesopotamiya dövlətləri əhalisi, o cümlədən azərbaycanlılar da əvvəllər
Əməvilərə, sonralar isə Abbasilərə qarĢı yönəldilən bu Ģüara əlbəttə, öz mənafelərini
də (yəni, yerlərdəki hakimiyyəti ələ keçirməyi) unutmadan haqq qazandırdılar. Heç
Ģübhəsiz, burada ayrı-ayrı yerlərdə ortaya çıxan lokal xarakterli problemləri də nəzərə
almamaq olmazdı. Yeni ictimai-siyasi qurumun - Xilafətin yaranması ilə bağlı labüd
çətinliklərin meydana çıxması, qurtarmaq bilməyən tayfa davaları, vergi zülmündən
xilas olmağa çalıĢan, lakin Əməv ilərin gəliĢindən də yüngüllük hasil etməyən
zəhmətkeĢ kütlələrin, eləcə də ərəblərəqədərki hakimiyyətləri əllərindən çıxmıĢ yerli
feodalların mövcud vəziyyətləri - bütün bunlar, VIII əsrin əvvəllərindən baĢlayaraq
iğtiĢaĢ və çaxnaĢmaların sayını artırdı. Bu iĢdə Əməvilərə qarĢı mübarizədə əsas rol
oynayan Əli soyu tərəfdarlarının və ilk vaxtlar onların ideyaları ilə çıxıĢ edən və
peyğəmbərin əmisi Abbasın nəslindən olan Abbasilərin Xilafətin hər tərəfinə, o
cümlədən Qafqaza göndərdikləri təbliğatçıların fəaliyyətləri xüsusi əhəmiyyət
daĢıyırdı. Əməvilərə qarĢı aparılan mübarizə prosesində özünü daha fəal və uzaqgörən
siyasətçi kimi nümayiĢ etdirən Abbas nəs li tədricən bütün təbliğatı əlində cəmləĢdirdi,
təbliğatın mərkəzini isə Əməvilərin sarayından və qoĢunundan uzaqda yerləĢən,
siyasi gücünü hələ də əldən verməyən qüdrətli yerli feodal zü mrəsinin o lduğu
Xorasana keçirtdi. Beləliklə, VIII əsrin ortalarında Abbasilər hakimiyyəti ələ
keçirə biləcək yeganə real qüvvəyə çevrildilər.
§ 2. AZƏRBAYCANDA ƏMƏVĠLƏRƏ QARġI ÇIXIġLAR
734-741-c i illə rdə Qafqaz cəbhəsində xəzə rlə rə qarĢı döyüĢ lərdə
müvəffəqiyyət qazana bilmiĢ ərəblər, Xilafətin baĢqa bölgələrində, xüsusilə Orta
Asiya və ġimali Afrikada mərkəzi hakimiyyət əleyhinə yönəlmiĢ çıxıĢların
qarĢısını almaqda çətin lik çəkirdilər. Hicri tarixlə 126 (743 - 744-cı ildə), xəlifə
HiĢamdan sonrakı bir il ərzində, Əbdülməlikin üç nəvəsi (II Vəlid, III Yəzid və
Ġbrahim) xəlifə taxtında biri digərin i əvəz etdi. HiĢamın Qafqazda caniĢin olan
qardaĢı Mərvan, məhz bu dövrdə Asim ibn Abdullah ibn Yəzid əl-Hilalini Bərdədə
öz yerində qoyub ġama gedir və fəal surətdə hakimiyyət uğrunda mübarizəyə
qoĢulur. 744-cü ildə o, Əməv ilər sülaləsinin son xəlifəsi II Mərvan adı ilə
fəaliyyətə baĢlayır. Lakin Xilafəti bürü müĢ dini-siyasi hərəkatın qarĢısını almaq
artıq mü mkün deyildi. Ġqtisadi vəziyyətin ağırlaĢması da mövcud Ģəraiti həddən
artıq gərgin ləĢdirmiĢdi.
192
O dövr ictimai-siyasi tariximizin ən ətraflı Ģərhçilərindən biri olan IX
yüzilin ərəb tarixçisi əl-Kufinin dili ilə desək, "Mərvan ibn Məhəmməd xəlifə olan
kimi Azərbaycan və Ərminiyədə iğtiĢaĢlar baĢlandı".
Ərəb üsuli-idarəsinə qarĢı Azərbaycanda artan hərəkatın baĢında əl-
Kufin in "beyləqanlı" kimi təqdim etdiyi "əl-Qəssab" (qəssab, ətçi) ləqəbli Müsafir
ibn Kəsir (Küseyr) dururdu. O, hələ Mərvanın öz can iĢinliyi dövründə Dərbəndə
hakim təyin etdiyi Ġshaq ibn Müslim əl-Uqaylin in kö məkçisi id i. Xilafət
mərkəzində hakimiyyət uğrunda gedən dini-siyasi çəkiĢ mədən öz mənafeləri üçün
istifadə edən baĢqa yerli feodallar kimi, Müsafir də vergi zülmündən, aramsız
müharibələrdən zara gəlmiĢ xalqın kö məy i ilə hakimiyyəti ələ keçirmək, ərəb
ağalığından qurtarmaq istəyirdi.
Yu xarıda qeyd edildiyi kimi, məhz, bu qarıĢıq dövrdə, Abbasi emissarları -
dailəri (dava- "dəvət" sözündəndir), yerlərdə mərkəzi hakimiyyətə qarĢı geniĢ təbliğat
aparırdılar. Əməvilərə qarĢı yalnız peyğəmbər nəslinə mənsub olan Abbasilər və
Ələvilər deyil, eyni zamanda bütün müxalif qüvvələr, o cümlədən "xaricilər" təriqətinə
mənsub Ģəxslər də çıxıĢ edirdilər. Əl-Kufinin yazdığına görə, Müsafiri və onun
tərəfdarlarını Xilafətə qarĢı qaldıran da Ġraqda Əməvilərin əleyhinə çıxmıĢ, xaricilər
təriqətinə mənsub əd-Dəhhak ibn Qeys əĢ-ġeybani (128/745-746-cı ildə öldürülüb)
olmuĢdu. Özlərini islamın "saflığı" uğrunda mübarizlər kimi qələmə verən, dinin vacib
göstəriĢlərinin ciddi icrası ilə fərqlənən "xaricilər" ali hakimiyyət məsələsində həm
xəlifənin yalnız qüreyĢilərdən seçilməsi Ģüarı ilə çıxıĢ edən sünnilərə, həm də
hakimiyyətin Məhəmməd peyğəmbərin nəslinə irsən keçməsi və imamlığın (Xilafətin)
dini mahiyyət daĢıması nəzəriyyəsini müdafiə edən Ģiələrə qarĢı çıxırdılar. "Xaricilər"
dini icmanın-dövlətin baĢçısının qeyd-Ģərtsiz seçki yolu ilə seçilməsini qəbul edir,
baĢçılığa namizədin mənĢəyinə heç bir əhəmiyyət vermirdilər. Görünür, "xaricilər"in
məhz belə təlimləri yerlərdə hakimiyyət uğrunda mübarizə aparanları özünə daha çox
cəlb edirdi. Onların təbliğatı ilə Azərbaycanda mərkəzi hakimiyyətə qarĢı ayağa
qalxmıĢ beyləqanlı Müsafirin baĢçılığı ilə cərəyan edən hadisələri tarixçi əl-Kufi belə
təsvir edir: "...həmin Müsafir ibn Kəsir onu dəstəkləyən adamların baĢında çox keç-
mədən Ərdəbilə çatır. Bu zaman burada da xəlifənin hakimiyyətindən cana doymuĢlar
vardı. Onların sayı getdikcə çoxalırdı. Hə min vaxt Beyləqanda olan [vali] Asim ibn
Yəzid əl-Hilali bu iĢdən xəbər tutur, qiyamçıların Beyləqan əhalisindən olan iki baĢ -
çısını yanına çağırtdırır. Onlardan birinin adı Aban ibn May mun, o birininki isə
Qüteybə ibn Sadaka idi. Vali onların ikisini də tutub, Beyləqan zindanına saldırır. Xəbər
qiyamçıların baĢçısı, bu zaman Varsanda olan Müsafir ibn Kəsir əl-Qəssaba yetiĢir.
Gecədən xeyli keçmiĢ o, bir dəstə tərəfdarı ilə Varsandan çıxıb Beyləqana gəlir. Onlar
nərdivan qoyub, Ģəhər divarlarına çıxırlar. Ġsmət ibn Müslim Beyləqana birinci daxil
olur. O, qarovul dəstəsinin rəisini tutub, elə divarın üstündəcə baĢını kəsir. On lar
Beyləqana girirlər. Əmir Asim ibn Yəzid əl-Hilali Bərdə Ģəhərinə çəkilir...
Qiyamçılar Qüteybə ibn Sadaka və Aban ibn Maymunu zindandan azad edirlər...
Beyləqana hər yerdən çoxlu adam axıĢır, tezliklə böyük bir ordu yığılır. Müsafirin