207
tində xürrəmilərdən ehtiyat etməyi tövsiyə edirdi: "Xürrəmilərə gəldikdə isə, onlara
qarĢı müharibəyə qətiyyətli və amansız adam göndər, ona pulla, silahla, atlı və piyada
qoĢunlarla səbrlə yardım et. Müharibə uzanarsa, tərəfdarların və yaxınlarınla özün
onlara qarĢı get". Beləliklə, Xilafət taxtına çıxmıĢ yeni xəlifə mərhum qardaĢının
vəsiyyətinə əməl edərək, xürrəmilərlə müharibəyə ciddi hazırlaĢmağa baĢladı. Əl-
Mütəsim anlayırdı ki, Azərbaycanı və digər vilayətləri bürümüĢ bu hərəkata qarĢı
mübarizənin boĢ buraxılması Xilafətin öz varlığı üçün təhlükə törədə bilər.
Elə həmin il Cibəl vilayətindən gələrək Həmədan bölgəsində düĢərgə salmıĢ
yeni silahlı qüvvələr xürrəmilərə qoĢuldular. Xəlifə əl-Mütəsim Cibələ hakim təyin
olunmuĢ Ġshaq ibn Ġbrahim ibn Musabın baĢçılıq etdiyi ordunu onlara qarĢı göndərdi.
Həmədan yaxınlığında döyüĢdə ərəblər 60 min üsyançını həlak etdilər. Əzil miĢ
xü rrəmilərin 14 min nəfərdən ibarət olan qalıqları sərkərdə Nəsr baĢda olmaqla
Bizansa qaçdılar. Mənbələrin məlumatından görünür ki, onlar Bizansda xristianlığı
qəbul edərək, ərəblərə qarĢı aparılan hərbi əməliyyatlarda fəal iĢtirak etməyə
baĢladılar. Həmədan yaxınlığ ında əldə edilən uğurdan sonra xəlifə əl-Mütəsim baĢa
düĢdü ki, xürrəmilər kimi təhlükəli rəqib üzərində qələbə qazanmaq üçün Bizansa qarĢı
aparılan fasiləsiz müharibəni dayandırmaq lazımdır. Bizans-ərəb sərhədində əldə
edilmiĢ dörd illik (833-837-ci illər) sakitlik Babəkə qarĢı bütün Xilafət qüvvələrini
səfərbər etmək imkan ı verdi. Əl-Mütəsim həmçin in baĢa düĢürdü ki, sürətli qələbəyə
ümid bəsləmək əbəsdir, bütün ehtiyatları səfərbər etmək, uzunmüddətli müharibəyə
hazırlaĢmaq lazımdır.
Xəlifə ilk növbədə Babəkin Zəncanla xəlifə ordusunun qərargahı olan Ərdəbil
arasında dağıtdığı bütün qalaları yenidən bərpa etmək tapĢırığı almıĢ əmiri Əbu Səid
Məhəmmədi gələcək döyüĢ bölgələrinə göndərdi. Əl-Mütəsim Zəncan - Ərdəbil yolu
boyunca hərbi hissələrin yerləĢdirilməsini də əmr etmiĢdi. Ərdəbil və Sa mirə
Ģəhərləri arasındakı rabitə sistemi yenidən bərpa olundu. Bu yolun hər fərsəxində
istənilən məlu matı lazımi ünvana çatdırmağa hazır olan atlı qasidlər yerləĢdirildi.
Yüksəkliklərdə qarovul postları quruldu. Bu yerlərdə duran gözətçilər bir-birlərini görə
və atlı qasidlərin hərəkəti haqqındakı xəbəri bir-birlərini səsləməklə çatdıra bilirdilər.
Bu yolla göndərilən xəbər çox tez - cəmi dörd günə baĢ komandanın qərargahından
xəlifə sarayına çatdırılırdı. Xilafət tarixində ilk dəfə olaraq məhz bu müharibə zamanı
rabitə vasitəsi kimi poçt göyərçinlərindən istifadə edilmiĢdir. Yalnız bu hazırlıq
tədbirlərindən sonra, 835-ci ildə, xəlifə bizanslılara qarĢı Misirdə aparılan vuruĢlarda
özünü mahir döyüĢçü, istedadlı sərkərdə kimi göstərmiĢ usruĢanalı AfĢin Heydər ibn
Kavusu xürrəmilərlə döyüĢəcək bütün xəlifə qoĢunlarının baĢ komandanı təyin etdi.
Mənbələrdən görünür ki, təkcə 837-ci ildə Babəklə müharibəyə bir milyon dirhəm
xərcləmiĢ xəlifə əl-Mütəsim, hərbi əməliyyatlar olmayan günlərdə AfĢinin özünə
xəzinədən hər gün 5 min dirhəm, "ata oturduğu", yəni döyüĢ günlərində 10 min dir-
həm ödənilməsini təmin etmiĢdi. A fĢinin ordusu ardı-arası kəsilmədən silah, ərzaq
və baĢqa sursatla təchiz edilirdi.
Ərdəbilə gələn AfĢin xürrəmilərin dağıtdığı s trateji əhəmiyyətli qalaların
208
bərpasının sürətləndirməsini, öz qərargahının isə Bəzzə daha yaxın yerə - Bərzəndə
köçürülməsini əmr etdi. Yeni qərargahla Ərdəbil arasındakı qalalar da
möhkəmləndirildi. Bütün bu vaxt ərzində xürrəmi dəstələri tez-tez ərəb hərbi
hissələrinə hücumlar edirdilər. Müaviyənin baĢçılıq etdiyi bu dəstələrdən biri Əbu Səid
Məhəmmədin dəstəsinin yerləĢdiyi qalaya hücum edərək, xeyli ərəb əsgərini əsir
aldı, sonra isə Bəzz qalasına doğru yönəldi. Öz qoĢunlarını yenidən toplayan Əbu Səid ,
Sindəbəyə adlanan yerdə Müaviyənin dəstəsini haqladı və xürrəmilər ilk dəfə olaraq
Xilafətin nizami qoĢunları tərəfindən məğlub edildilər. Ələ keçmiĢ xürrəmilər edam
edildilər, baĢları isə Samirəyə göndərildi. Bu hadisə öz mülkləri üçün ehtiyat edən,
eləcə də xürrəmilərin tezliklə darmadağın olunacağını hiss edən bir çox müttəfiqləri
Babəkdən uzaqlaĢdırdı. Onlardan biri - Təbrizin və ġahi qalasının (Urmiya gölündəki
adada) hakimi Məhəmməd ibn əl-Bəis, hətta öz qayınatası, Babəkin sərkərdəsi Ġsma ibn
əl-Kürdinin dəstəsini darmadağın etdi, Ġsmanın özünü isə xəlifənin hüzuruna göndərdi.
Verilən iĢgəncələrin təsiri altında Ġsma ibn əl-Kürdi Babəklə müharibədə ərəblərə
kömək edəcək qiymətli məlu matlar verdi. Ət-Təbərinin fikrincə, bu, Babəkə
endirilmiĢ ikinci məğlubiyyət zərbəsi idi.
Bütün 835-ci il boyu AfĢin Bəzz qalası ətrafındakı məntəqələrin
möhkəmləndirilməsi iĢini davam etdirdi. O, vaxtaĢırı xürrəmilərə qarĢı həmlələr edir,
döyüĢlər gah ərəblərin, gah da üsyançıların qələbəsilə baĢa çatırdı. Doğma yerlərə yaxĢı
bələd olan xürrəmilər ərəb qoĢunlarını sursatla təchiz edən yollarda maneələr yaradır,
cənubdan gələn karvanları ələ keçirirdilər. AfĢinin Bərzənddə möhkəmlənmiĢ, lakin
aclıq və susuzluqdan əziyyət çəkən adamları, mənbənin məlu matına görə "cismən və
mənən zəifləmiĢdilər". Yalnız ġarvan (Siravan, Cənubi Azərbaycanda) hakiminin
göndərdiyi ərzaq karvanı AfĢinin qoĢunlarını aclıqdan xilas etdi.
836-cı ildə HəĢtadsər dağı yaxınlığında babəkilərlə ərəblər arasında yeni
döyüĢ baĢ verdi. Ərəb ordusuna özündən xeyli razı sərkərdələrdən biri - Buğa əl-Kəbir
(böyük) baĢçılıq edirdi. O, AfĢinin əmrini gözləmədən xürrəmiləri məğlub etməyi qərara
almıĢdı. Lakin döyüĢ ərəblərin uğursuzluğu ilə baĢa çatmıĢ, Buğa özü canını zorla xilas
edə bilmiĢdi.
836-cı ilin qıĢında Babək ən yaxĢı sərkərdəsini, öz malikanəsində
xəyanətkarcasına öldürülmüĢ Tarxanı itirdi. Onun ölümü xürrəmilərin fəaliyyətini xey li
mürəkkəbləĢdirdi, bundan sonra hərəkat iĢtirakçıları bircə dəfə də qələbə qazana
bilmədilər.
837-c i ildə xəlifə özünün türk sərkərdələrindən Cəfə r ibn Dinar əl-Xəyyatı
və Ġtahı AfĢinin köməyinə göndərdi. Vəziyyətlə tanıĢ olan sərkərdələr AfĢinin Babəkə
qarĢı mübarizə üsullarını kəskin tənqid etdilər. Onu ləng hərəkət etməkdə
təqsirləndirdilər; belə ki, ərəb ordusunu Bəzz qalasından ayıran son dörd fərsəx
məsafə (təqribən 25 km) yalnız bir ilə qət edilmiĢdi.
Mənbələrdə məlumat verilir ki, xürrəmilərlə müharibənin son ilində AfĢin
Babəklə və Təbəristan hakimi Məzyərlə danıĢıqlara girməyə cəhdlər göstərdi. Bu,
sonralar, Məzyərin və AfĢinin məhkəmə proseslərində aĢkara çıxdı. Lakin separatçı