199
Ģiə baxıĢlarına ço x yaxın olan "batinilər" - is maililər təriqətinə aid edənlər də vardı.
XI əsrdə yaĢamıĢ məĢhur filosof imam Əbu Hamid əl-Ğəzalı batin ilərin səkkiz
ləqəbləri sırasında is maililər və qarmatla rla yanaĢı, xürrəmiləri, babəkiləri,
mü xəmmiriləri də sadalayır. Elə oradaca batiniliy in mənası da açılır: Quranda və
hədislərdə bütün aĢkar görünənlərin gizli (batini) mənası var; zahirdə olan yalnız
simvoldur, gizlində qalan isə həqiqətə iĢarədir; gizlini dərk edənin üzərindən dini
borclar götürülür. Xürrəmilərin və ya xu rrəmd inilərin təlimindən bəhs edən əl-
Ğəzali bu etiqadda olanların da öz üzərlərindən dini qayda-qanunları, borcları
götürmək cəhdində olduqların ı, Ģəhvət və ləzzətə qapıldıq larını, haram-halal
bilməd iklərin i göstərir. Onun fikrincə belələrinin məqsədi dini qayda-qanunu məhv
etmək, d inin adın ı batırmaq, din in əsaslarından uzaqlaĢ maqdır.
Babək hərəkatın ın müasiri, ərəb alimi Əbu Hənifə əd-Dinəvəri (895-ci
ildə vəfat edib) hələ o zaman lar Babəkin əsli və təlimi haqqında mü xtəlif rəylər
olduğunu göstərirdi.
Həmin rəylərin müqayisəsi belə bir qənaətə gətirir ki, Babəkin baĢçılıq
etdiyi xü rrəmilər-babəkilər öz ideya və əməlləri ilə ifrat Ģiəçilərə və batinilərə
yaxınlaĢan xürrəmdin ilərdən fərq li olaraq əsası məzdəkiliklə bağlı yeni d ini görüĢ
yaratmıĢ, yalnız ərəblərin hakimiyyətlərinə qarĢı deyil, onların təbliğ etdikləri və o
dövrdə Azərbaycanda hələ tam mənimsənilməyən ideologiyalarına qarĢı da
çıxmıĢdılar.
Dövrün qaynaqlarından gətirilən aĢağıdakı faktlar " irançılığın" dirçəlməyə
baĢladığı bu dövrdə öz müsəlman Həsən adını bəlkə də ilk Sasani hökmdarı
ƏrdəĢirin atası mobed Papakın ad ı ilə əvəz etmiĢ Babəkin baĢçılıq etdiyi
xü rrəmilər hərəkatının ideolo ji baxımdan dövrün bütün Ģiəçilik hərəkatlarından
fərqləndiy ini göstərir: 1. MəĢhur ərəb alimi Ġbn ən-Nədim (X əsr) yazırd ı ki,
xü rrəmilər mənĢələrinə görə məcusdurlar (yəni atəĢpərəstdirlər); onun dediyinə
görə, Babək iddia edirdi ki, o, Allahdır. Yenə də onun yazdığına görə, ruhunun Babəkin
bədəninə keçəcəyini vəsiyyət edən Cavidan öz ardıcıllarına belə deyirdi: "Babək sizin
üçün elə iĢlər görəcək ki, ondan əvvəl heç kəs onu görməyib və ondan sonra da
görməyəcək. O, torpaqlar ələ keçirəcək, zalımları məhv edəcək, məzdəkiliyi
dirçəldəcəkdir". 2. Orta əsr ərəb alimi Əbu Mənsur əl-Bağdadinin yazdığına görə,
"babəkilər öz dinlərinin meydana gəlməsini ġirvin adlı əmirə isnad verirlər ki, o da
islamdan əvvəl olmuĢdur... Onlar iddia edirlər ki, Məhəmməd və digər
peyğəmbərlərə n isbətən ġirvin daha ləyaqətli idi. Onlar dağda müsəlmanlar üçün
məscid tikmiĢlər, öz uĢaqlarına Quranı öyrədir, lakin gizlicə namaz qılmır, oruc tutmur,
kafirlərə qarĢı cihadı məcburi bilmirlər.... Məzyərin ardıcılları ... zahirdə islama
pərəstiĢ edir, batində isə onu istəmədiklərini gizləyirlər". Batinilərin dini təbliğinin ilk
dəfə xəlifə əl-Məmunun dövründə meydana çıxdığını göstərən bu tarixçi də
"məzdəkilərin dini təlimini qəbul etmiĢ xürrəmilərin... batinilərlə əlbir olduğunu" qeyd
edir. 3. Xürrəmdinilərlə batinilərin əlaqəsindən bəhs edən Nizamülmülk yazırdı:
"Xürrəmdinilər və batinilər bir-birlərinə yaxındırlar, nə yolla olursa - olsun, islamı yox
200
etmək istəyirlər. Bu azmıĢlar adamları tora salmaq məqsədilə zahirən peyğəmbər ə. s.
nəslinə sevgilərini göstərirlər, güc toplayıb adamları ələ aldıqdan sonra isə Ģəriəti
məhv etməyə çalıĢırlar. Onlar peyğəmbər nəslinin düĢmənləridir, heç kəsə ürəkləri
yanmır, kafirlər arasında onlar qədər zalımı yoxdur. Bir-birlərinə isə əl tuturlar". 4. Öz
əsərində Babəkin Bizans imperatoru Feofilə olan məktubunun surətini verən ərəb
tarixçisi ət-Təbəri yazırdı: "Mən (yəni Babək - N. V.) həqiqətdə xristian oğluyam və
gizlicə xristianlığa sitayiĢ edirəm. Mən bütün tərəfdarlarımı məcbur edəcəyəm ki,
xristianlığı qəbul etsinlər. Lakin onlara demək olmaz ki, bu saat bu dini qəbul edin,
çünki mən bilirəm, onlar rədd edərlər. Mənim indiki dinim onların xoĢuna gəlir, çünki
bu din onları islam dinindən ayırır. Mən ərəblərə qələbə çalandan sonra onların
hamısı, hətta xəlifə də mənim dinimi qəbul edəcək və göstərəcəyim yol ilə gedəcəklər.
Məhz o zaman onları xristianlığa dəvət edəcəyik, onlar da xristian olacaqlar". 5. Əbu
Tahir əl-Məqdisi "Babək üzərində qələbəni ən böyük bir qələbə" hesab edir, "onun əsir
alındığı günü müsəlmanların bayram günü" sayır və beləliklə də "kafir" Babəki və
xü rrəmiləri müsəlman lardan ayırır. 6. Eyni fikir Nizamü lmülkdə də öz əksini
tapmıĢdır: "Əl-Mütəsimin üç qələbəsi oldu; hər üçü islamı Ģöhrətləndirird i: b irinci
qələbə - Rum üzərində, ikinci qələbə - Babək üzərində, üçüncü qələbə
Təbəristandan olan Məzyər Gavur üzərində oldu. Bu qələbələrdən biri belə baĢ tut -
masaydı, islam - məhv olardı".
Orta əsr müəllifləri " xürrəm" terminin in mənĢəyini izah etməyə cəhd
göstərmiĢlər. Hələ əl-Məsudi, Yaqut və b. bu adı Ərdəbil yaxın lığ ında yerləĢən
Xürrəm kəndi ilə əlaqələndirird ilər. Digər müəlliflər ( məsələn, əs -Səmani) belə
hesab edirdilər ki, xü rrəm ad ı həmin adamlara halal-haram bilməd ikləri, Ģərab
içməyi, qadınlarla əylənməy i xoĢladıqları, ümu miyyətlə fayda və ləzzət verən hər
Ģeyi xey irxah əməl hesab etdikləri üçün verilib. "Xür-rəm"in ərəb sözü olmadığ ını
qeyd edən Əbu-1-Fərəc Ġbn əl-Cavzi, onun insanın zövqünü oxĢayan xoĢagələn və
maraqlı Ģeyləri ifadə etmək üçün iĢlədildiyin i bildirir. Onun açımına görə bu söz
insanın hər hansı bir ləzzətə, ehtirasa meyilli o lduğunu, cəmiyyətdəki əxlaq
norma larına biganəliyin i, d ini qanunları ta ma milə pozduğunu göstərir. Ġbn ə l-Əsir
isə xürrəmi adının onlara "anaları, bacıları və q ızları ilə arvadları kimi yaĢadıqları
üçün" verild iyini iddia edir.
Onu da qeyd edək ki, bu cür haqsız baxıĢlar xürrəmiləri baĢdan-baĢa
günah iĢlətməkdə və əxlaqsızlıqda ittiham edən bəzi müasir tədqiqatçılar (G.Vayl,
Y.Manandyan,
G.Flügel,
V.Myur, Ġ.Velhauzen və b.) tərəfindən də
dəstəklən miĢdir. "Xürrəm" sözünün heç bir əsas olmadan yalnız zahiri mənasına
görə (farsca "Ģad, xürrəm" ) yozan araĢdırıcılar həmin sözün tarixi və etimo lo ji
köklərinə varmamıĢlar. Bir sıra tədqiqatçılar isə (məsələn, Həsən Ġbrahim Həsən)
xəlifə və onun ətrafının mənəvi saflığın ı və qüsursuzluğunu nümayiĢ etdirmək,
tarix qarĢısında onlara bəraət qazandırmaq üçün Xilafət in bütün əleyhdarlarına, o
cümlədən Babəkə və xü rrəmilərə qara yaxır, belələrini po zğunlu qda və əyyaĢlıqda
ittiha m edirdilər. Azə rbaycanda Xürrə milə r hərəkat ının son araĢdırıcılarından olan