203
kin bədəninə keçəcək və onun ruhu ilə birləĢəcək. Onu öz yerimə, mən im
ardıcıllarımın rəhbəri təyin edirəm".
Bu hadisədən sonra Ərdəbildən Ģimal-qərbdə, dağlıq Qaradağ vilayətində
yerləĢən və xürrəmi-cavidanilərin mərkəzi olan Bəzz Ģəhər-qalası babəkilərin
istinadgahına çevrildi.
Dövrün bütün çıxıĢları kimi, d ini zəmində təĢəkkül tapan bu mübarizə
siyasi mahiyyət kəsb edərək, tədricən ərəb əsarətinə, feodal istismarına, eləcə də
islamın əsaslarına qarĢı yönəldilmiĢ ümu mxalq hərəkatına, sözün əsil mənasında
müharibəyə çevrild i. Onun əsas hərəkətverici qüvvəsi əldə etdikləri məhsulların
təqribən yarısını vergi Ģəklində ərəblərə verən kəndlilə rdən ibarət olsa da, Ģəhər
yoxsulları, sənətkarlar, habelə Xilafətdən narazı olan bəzi yerli feodallar da bu
mübarizəyə qoĢuldular.
Xilafət mərkəzində hakimiyyət uğrunda əl-Əmin və əl-Məmun qardaĢları
arasında gedən mübarizədən yaranmıĢ mürəkkəb Ģərait Bab əkə vəziyyətdən
istifadə etməyə, Abbasilərdən narazı əhalini ərəb üsuli-idarəsinə qarĢı qaldırmağa
kö mək etdi.
§ 6. BABƏKĠN BAġÇILIĞI ALTINDA XALQ AZADLIQ
MÜHARĠBƏSĠ
Xürrə milə r ic masına rəhbərliy i qəbul etmiĢ Babək Cavidanın vəsiyyəti
adlandırdığı müqəddəs vəzifəni elan etdi: xürrəmilər Babəkin rəhbərliy i altında
"torpağa sahib olmalı, zalımları məhv etməli və məzdəkiliyi dirçəltməli" idilər.
Təyin edilmiĢ vaxtda çıxıĢ iĢarəsi alan xürrəmilər Bəzz qalasına yaxın
olan kəndlərdə ərəblərə və onların tərəfdarlarına hücum ed ib, hamısın ı qırd ılar.
Tədricən üsyan Bəzzin hüdudlarını aĢaraq, ətraf nahiyə və kəndlərə keçdi.
Üsyançılar oralarda o lan ərəbləri də məhv etdilər.
Beləliklə məzdəkiliy in zəmin ində təĢəkkül tap mıĢ xürrəmi ideologiyası
Babəkin baĢçılığ ı ilə yeni siyasi rəng alır. X yüzilin ərəb tarixçisi Ġbn ən-Nədim
yazırdı ki, Babəkə qədər xürrə milə rin əq idəsində qətlə, əzaba və müharibə lərə yer
yox id i. Babək üsyanın baĢına keçdikdən sonra, xürrəmi icmasında qarĢıya qoyulan
məqsədə uyğun olaraq dəyiĢikliklər baĢ verdi.
Azərbaycanın və Arranın bütün guĢələrindən ərəblərdən narazı kəndlilər
204
Babəkin yanına axıĢ mağa baĢladılar. Qaynağın məlu matına görə, "Babəkin
qoĢunlarının sayı o dərəcədə artdı ki, piyadalar istisna olunmaqla yalnız süvarilər
20 min nəfərə çatdı".
Ço x keç mədən Azərbaycanın cənub torpaqların ın ço xunu ərəblərdən
təmizləyən üsyan dalğası qonĢu vilayətlərə də yayılaraq, azadlıq müharibəsi Ģəklini
aldı. Ġlk növbədə Beyləqan əhalisi üsyançılara qoĢuldu. Bu yerlərə Babəkin
adamları göndərildi. Azad lıq müharibəsinin alovları Cibələ, Xorasana, ġimal
caniĢinliy inin digər vilayətlərinə yayıld ı. Daha sonra üsyan "mü xəmmirə din inə
etiqad edən" Məzyərin ardıcılların ın fəaliyyət göstərdikləri Curcan və Təbəristanı
da əhatə etdi. Deyləm vilayəti əhalisinin əksəriyyəti və "dağlıq yerlərdə yaĢayan
kürdlər" də babəkilərə qoĢuldular. Ərəb tarixçisi Əbu Mənsur əl-Bağdadinin
məlu matına görə, yaln ız Azərbaycanda və Deyləmdə Babək tərəfdarlarının sayı
300 min nəfər idi.
Ərəblərə qarĢı mübarizədə məzlu m kəndlilər, eləcə də bir sıra
mü lkədarlarla yanaĢı, Xilafətin bəzi tanın mıĢ xad imləri və əmirləri də Babəkə
müttəfiqlik edirdilər. Bun lardan Babəklə məktublaĢan Təbəristan hakimi Məzyər,
xü rrəmilərin yardımından istifadə edən əmir M inkicəvr əl-Fərqani, Mərənd hakimi
Ġsma əl-Kürd i və baĢqa kürd əmirləri siyasi məqsədlər naminə hərəkata
qoĢulmuĢdular. Bu məqsədlə Babəkə müraciət edənlər arasında ərəblərin Cənubi
Qafqazdakı hakimi, Xilafətdən ayrılmağa cəhd edən Xatim ibn Hərsəmə (815 -818)
də vardı. Dövrün tarixçisi əl-Yəqubinin yazd ığına görə, o, Babək və xü rrəmilərə
məktub yollayıb, onları inandırmağa çalıĢdı ki, burada (yəni Arranda)
"müsəlmanların öhdəsindən asanlıqla gəlmək olar. Bu, Babək və xürrəmilərin
hərəkətinə, Babəkin Azərbaycan vilayətində qələbəsinə səbəb oldu". Sonralar ərəb
sərkərdəsi əl-A fĢin də Babəklə əlbirlikdə ittiham edilird i.
Hadisələrin bu gediĢi xəlifə əl-Məmunu 819-cu ildə Yəhya ibn Müəz ibn
Müslim baĢda olmaq la, Xilafətin ilk nizami o rdusunu Babəkə qarĢı göndərməyə
məcbur etdi. Ərəblərlə xü rrəmilər arasındakı döyüĢlər gah bu, gah da digər tərəfin
üstünlüyü ilə baĢa çatırdı.
820-c i ildə xəlifə, Ġsa ibn Məhəmməd ibn Əbu Xalidi A zərbaycanın və
Ərmin iyənin hakimi, habelə Qafqazdakı ərəb qoĢunların ın sərkərdəsi təyin etdi.
La kin 821-c i ildə baĢ vermiĢ e lə ilk döyüĢdə o, basılaraq qaç mağa məcbur oldu.
Elə həmin il Arran ın ərəb üsuli-idarəsi tərəfindən sıxıĢdırılan yerli
hakimləri Babəkdən yardım istədilər. Xürrəmilərin böyük uğurları bu hakimlərin
separatizmin i gücləndirmiĢdi. Babəkə qarĢı mübarizədə Xilafətin uğursuzluğu
Arran və Ermən istanda yurd salmıĢ "mütəğəllib" adlandırılan ərəblərin ("qalib
gəlmiĢ" mənasını daĢıyan ərəb sözüdür) mərkəzi hakimiyyətə qarĢı çıxıĢlarına
səbəb oldu. Xürrəmilərin ələ keçird iyi geniĢ torpaqlarla Xilafət ərazisindən u zaq
düĢmüĢ mütəğəlliblər də separatçılıq nümay iĢ etdirməyə baĢ ladılar. Onların
arasında görünür, ərəb mənĢəli Cəhhafilər nəslindən olan, yerli qaynaqlarda
avaranşan ("quldur") ləqəbilə qeyd edilən Savada ibn Əbdülhəmid əl -Cəhhaf