209
məqsədlərə xid mət edən bu danıĢıqlar və yazıĢmalar uğursuzluqla nəticələndi. Yalnız
bundan sonra AfĢin Bəzz qalasına qəti hücum haqqında əmr verdi. Xürrəmilərin qalasının
mühasirəsi xeyli uzandı. Babəkin dəstələri qaladan çıxaraq həmlələr edir və ərəblərə
gözlənilməz zərbələr endirirdilər. Lakin qüvvələr bərabər deyildi. Qala qapıları yanında
yerləĢdirilmiĢ mancanaqlar qalaya daĢ yağdırır, ərəblərin iĢçi dəstələri qala
divarlarından daĢları çıxararaq, onları dağıdırdı. Lakin xürrəmilərin cəsurluğu Bəzz
qalasını mühasirədən qurtara bilmədi. Məğlubiyyətin labüd olduğunu anlayan Babək
AfĢinlə Ģəxsi danıĢıqlara girdi. AfĢin Babəkə aman vəd etdi. Babək daha bir gün
gözləməyi xahiĢ etdi; görünür, o, hələ də qalanı möhkəmləndirmək və ərəblərə
müqavimət göstərmək ümidini itirməmiĢdi. Elə ona görə də Babək AfĢinin ikinci aman
təklifini də rədd etdi.
Bir neçə gün sonra Cəfər əl-Xəyyatın türk qvardiyası Bəzz qalasına soxuldu.
Öncə aman təklifini rədd edən Babək bu dəfə AfĢinə müraciət edərək, ona və ailəsinə
aman verilməsini xah iĢ etdi. AfĢin razılaĢdı, qabaqcadan qərarlaĢdırıldığı kimi,
girovların göndərilməsi Ģərtini irəli sürdü. Lakin Babək həmin məqamda döyüĢ
meydanında olan və AfĢinin girov kimi tələb etdiyi Ģəxsləri təslim etmək iqtidarında
deyildi.
Ərəblərin qalaya yaxınlaĢmıĢ neftatanlar dəstəsi Bəzzi artıq nəhəng məĢələ
çevirmiĢdi. Ət-Təbərinin məlumatına görə, 837-ci il avqustun 26-da (dövrün məĢhur Ģairi
Əbu Təmmama görə avqustun 31-də) xürrəmilərin istinadgahı ələ keçirildi. AfĢin Bəzz
qalasının yerlə yeksan olunması haqqında sərəncam verdi. Nizamülmü lk Bəzz
alınarkən 80 mindən artıq xürrəminin öldürüldüyünü xəbər verir. Salamat qalmıĢ əhali
əsir alınır. Babəkin oğulları və onların ailə üzvləri də əsir alınanlar arasında idilər. Əl-
Yəqubinin məlumatına əsasən Bəzzdə 7600 əsir ələ keçirilmiĢdi. Babəkin özü isə tacir
paltarı geyərək, HəĢtadsər dağının yanındakı sıx ağaclar və kollarla örtülmüĢ bataqlıq
dərəyə endi və burada gizləndi. AfĢin bütün yolları nəzarət altına aldı, Azərbaycan,
Arran və Ermənistanın bütün qala və Ģəhərlərinin sahiblərinə xəbər göndərib, Babəki və
onun adamlarını tutub verənə böyük mükafat vəd etdi. Elə bu vaxt Babəkə aman
verilməsi haqqında xəlifə əl-Mütəsimin məktubu gəlib çıxd ı. AfĢinin düĢərgəsində
əsir saxlan ılan Babəkin böyük oğlu atasına məktub yazaraq aman üçün gəlməsini xahiĢ
etdi. Bu təklifi rədd edən Babək oğluna aĢağıdakı cavab məktubunu göndərir: "Əgər sən
mənim davamçım olsaydın, öz sülalənin varisi olardın, çünki varislik irsən sənə
keçərdi. Bir neçə gün əvvəl sən doğrudan da mənim oğlum sayılırdın. Lakin indi sənin
yava ananın əxlaqsızlığı mənim üçün aydın oldu, ey fahiĢə oğlu! Ola bilər ki, mən bu
gündən sonra çox yaĢamayım. Lakin mən "məlik" adını daĢıyıram, harada oluramsa-
olsun, məndən harada danıĢırlarsa danıĢsınlar, mən məlik olaraq qalacağam. Sən isə elə
bir cinsdənsən ki, ondan bir nəfər də abırlısı çıxmayıb. [Hamıya] elan edirəm: sən
mənim oğlum deyilsən. Çünki bircə gün baĢçı kimi yaĢamaq qırx il aciz qul
olmaqdan yaxĢıdır".
Babək ərzağı qurtaranadək bu dərədə qaldı. Anası, qardaĢları Müaviyə və
Abdullah, axırıncı arvadı, Sünik hakimi Vasaqın qızı Ġbnət əl-Kələndəniyə, bir neçə
210
xid mətçisi də onunla idi. Babək buradan imperatoru ilə əlaqə saxladığı Bizansa
keçmək istəyirdi. Hələ Bəzz qalasının mühasirəsi ərəfəsində o, imperator Feofilə
məktub yazmıĢ, xəlifə qoĢunlarını zəiflətmək məqsədilə Bizansın Xilafətə qarĢı çıxıĢ
etməsini israrla xahiĢ etmiĢ, gələcəkdə bütün tərəfdarlarını xristianlığa döndərəcəyini
vəd etmiĢdi. Lakin güman etmək olar ki, bizanslılar ərəblərə hücum vaxtlarını qəsdən
uzatmıĢ, yalnız Babək eda m edildikdən sonra Xilafətə qarĢı növbəti çıxıĢ et miĢdilər.
Təqib olunduğunu bilməyən Babək, nəhayət, bataqlığı tərk edərək, bir
bulağın yanında qərar tutdu. KəĢfiyyatçıları tərəfindən xəbərdar edilən AfĢin, o
zamanlar xəlifənin ən yaxĢı sərkərdələrindən olan Əbu-s-Sacı Babəkin ardınca
göndərdi. Əbu-s-Sacın dəstəsi Babəki məh z burada haqladı. Babək və onun qardaĢı
Abdullah xidmətçilərdən biri ilə aradan çıxa bildilər. Qalanları isə ələ keçirilərək
AfĢinin düĢərgəsinə gətirildilər.
Babək və Abdullah bir müddət gizli yollarla Səhl ibn Sumbatın torpaqlarına
yetiĢirlər. Nəhayət, aclıq onları dağlardan enməyə, xid mətçini ərzaq dalınca
göndərməyə vadar edir. Onları görmüĢ adamlar Səhl ibn Su mbata dağlarda naməlu m
Ģəxslərə rast gəldikləri barədə məlumat verirlər. Vaxtilə Babəklə müttəfiq olmuĢ Səhl
onu öz qalasına dəvət edir, yazda Bizansa yola salacağını vəd verir. Yorğun və ac Babək
Səhlə inanaraq razılaĢır, lakin qardaĢı Abdullahı bir vaxt kömək göstərdiyi, keçmiĢ
müttəfiqi, Beyləqan hakimi Yesai Əbu Musanın yanına göndərir. Səhl, Babəkin və
qardaĢının yerini AfĢinə bildirir, lakin Babəkin qorxusundan ərəblər gələnədək ona qarĢı
heç bir tədbir görmür. Mənbələrdə Babəkin ələ keçirilməsi hadisəsi mü xtəlif Ģəkildə
təsvir olunur; ət-Təbəriyə görə, Babək Səhlin təĢkil etdiyi ov zamanı ələ keçirilmiĢdi.
Əl-Məsudi yazır ki, Babək nahar zamanı Səhlin onunla bir süfrə arxasında
əyləĢməsindən qəzəblənmiĢ, Səhl isə buna görə onun zəncirlənməsi haqqında
sərəncam vermiĢdi. Bəzi ərəb və erməni tarixçiləri (əd-Dinəvəri, əl-Yəqubi,
M.Dasxurantsi və b.) Səhlin Babəki əsir tutması haqqında məlu mat verirlər.
Alban knyazı Səhlin xəyanətini Xilafət yüksək qiymətləndirdi: böyük pul
mükafatı ilə təltif edilən Səhl, Moisey Kalankatlının məlumatına görə "Ermənistan,
Ġberiya və Albaniya üzərində ali hakimiyyəti aldı". Lakin Tovma Artsrurinin qeydinə
görə, ona tapĢırılan böyük səlahiyyətlərə baxmayaraq, Səhl iĢdə yalnız "ġəki hakimi"
olaraq qalmıĢdı.
Ərəb mənbələri 222-ci il Ģəvval ayının 10-da (15.9.837) Babəkin Bərzənd
Ģəhərinə gətirilməsi haqqında məlumat verirlər. Babəkin və onun qardaĢının ələ
keçirilməsi barədə əl-Mütəsimə xəbər göndərən AfĢin, çox keçmədən əsirlərin Samirə
Ģəhərinə aparılması haqqında əmr alır. Lakin Ġraqa yola düĢməzdən əvvəl AfĢin
Babəkin son xahiĢini yerinə yetirir: dağıdılmıĢ və yandırılmıĢ Bəzz qalasını ona göstərir.
Mənbələrin əksəriyyəti Babəkin 223-cü il səfər ayının 3-də (4.1.838) Samirəyə
gətirildiyi, elə həmiri gün də edam edildiyi haqqında məlumat versələr də, bəzi orta çağ
müəllifləri bu hadisənin bir qədər fərqli tarixini (29.1; 14. III. və s.) də qeyd edirlər.
Edam yerinə fil üstündə, Ģahlara layiq paltarda gətirilən Babək qısa sorğu-
sualdan sonra ağır əzablarla edam edilir. Əvvəl əl-ayaqları, sonra baĢı kəsilir. Mənbələrin