205
xüsusilə fərqlənirdi. 821-ci ildə o, qarıĢıq lıqdan istifadə edərək vilayətin yerli
hakimlərinə qarĢı çıxıĢ etdi; sonra isə, Moisey Ka lankat lın ın mə lu matına görə,
"bütün ölkəni qarət edərək, Sünikə qayıtdı və Toquk vilayətinin ġalatu kəndindəki
qalada möhkəmləndi". Sünik hakimi Vasaq kö mək üçün Babəkə müraciət etdi, o
da Savadanı Sünikdən qovdu. Həmin il Vasaq vəfat etdi, Babək isə onun qızı ilə
evləndi. Bu zamandan etibarən Sünik, Beyləqan, Arsax və Uti əraziləri xürrə -
milərə tabe oldular.
824-cü ildə Əh məd ibn Cüneyd əl-Əskafinin baĢçılıq etdiyi hərbi dəstə
ərəblərin yeni təyin o lunmuĢ sərkərdəsi Zureyq ibn Əli ibn Sadağa əl-Əzdin in
kö məyinə göndərildi. Lakin Babək Əh məd əl-Əskafini əsir aldı, Zureyqin ordusu
isə xürrəmilərə müqavimət göstərə bilmədi. Onda xəlifə, Zureyqin yerinə
Məhəmməd ibn Humayd ət-Tusini təyin etdi. Bu qərarla razılaĢmayan Zureyq yeni
hakimə qarĢı çıxd ı. Buna görə də Məhəmməd ət-Tusi əvvəl Zureyqi və onun
tərəfdarlarını ram etməli və yalnız bundan sonra Babəkə qarĢı müharibəyə hazırlıq
görməli oldu. Ət-Tusinin qoĢunları iki il xürrəmilərə qarĢı müvəffəqiyyətlə döyüĢdülər.
Bu uğura Arranda baĢ verən hadisələr də Ģərait yaratdı.
Onu da qeyd etməliyik ki, hələ 821-ci ildə Arsaxdakı monastırların birində
Mihranilər sülaləsinin son nümayəndəsi III Varaz Tiridat və onun azyaĢlı oğlu
Stepannos yerli qaynağın sünikli Nerseh adlandırdığı knyaz tərəfindən qətlə yetirildilər.
Varazın qohumlarından olan Beyləqan hakimi Stepannos Ablasad kömək üçün Babəkə
müraciət etdi. 826-cı ildə onun çağırıĢı ilə Bey ləqan vilayətində baĢ verən qiyamı
yatıran Babək, sonrakı il Qərbi Sünikdəki Gekarkuni vilayətini ələ keçirərkən
qiyamçılara qarĢı amansızlıq nümayiĢ etdirdi.
829-cu il iyunun 3-də HəĢtadsər dağı yaxınlığında xürrəmilərin Bə zz qalası
uğrunda ərəblərlə babəkilər arasında həlledici döyüĢ baĢ verdi. Qanlı vuruĢma
xürrəmilərin qələbəsi ilə baĢa çatdı. Xürrəmilər 30 minədək ərəb döyüĢçüsünü, o
cümlədən Məhəmməd ət-Tusini məhv etdilər.
Elə həmin il ərəb qoĢunlarının yeni komandanı təyin olunmuĢ Ġbrahim ibn əl-
Lays ibn əl-Fədl də Babək tərəfindən məğlub edildi. Xəlifə, bu dəfə Abdullah ibn Tahiri
baĢ komandan təyin etdi. Lakin o, bu vəzifəni icra edə bilməd i; vəfat etmiĢ qardaĢını
ona irsən çatmıĢ Xorasan vilayətinin hakimi vəzifəsində əvəz etməli oldu.
Yenə həmin il xəlifə əl-Məmun öz sərkərdəsi Əli ibn HiĢamı Azərbaycan,
Cibəl və Ġsfahanın hakimi təyin etdi. Lakin yeni hakim xürrəmilərə qarĢı mübarizə
aparmaq əvəzinə vilayətdə özbaĢınalıqlar etməyə, əhalini sıxıĢdırmağa baĢladı. Xəlifə
Yəmən hakimi Ucayf ibn Ənbəsəni ona qarĢı göndərməli oldu. Babəkin yanına
qaçmağa cəhd göstərən Əli ələ keçirilib, Bağdada göndərildi və 830-cu ildə orada
edam ed ild i.
IX əsrin 20-ci illərinin sonlarına yaxın üsyan etmiĢ beyləqanlılar Arsaxın
bir sıra kəndlərinə hücum etdilər, lakin Stepannos Ablasadın dəvətilə yenidən
Albaniyaya gələn Babək tərəfindən məğlub olundular (mütəxəssislər - Ziya
Bünyadov və b., haqlı o laraq, beyləqanlıların bu çıxıĢlarını hələ VII əsrdə meydana
206
çıxmıĢ bidətçi xristian "pavlikianlar" hərəkatının
1
hələ də davam etməkdə o lan
təzahürü hesab edirlər).
830/31-c i ildə beyləqanlıların rəhbərləri Davon və ġapuh "dostluq və sülh"
Ģərtlərini pozaraq Babəki Arrana dəvət etdikləri üçün Stepannos Ablasadı qətlə
yetirdilər. Bundan sonra artıq üçüncü dəfə ayağa qalxmıĢ beyləqanlılar Qoroz (müasir
Gorus olduğu ehtimal edilir) qalasında möhkəmlənərək, bir neçə il Babəkin hərbi
qüvvələrinə, eləcə də Ablasadın bacısı oğlu - Beyləqanın yeni hakimi Yesai Əbu
Musanın (ərəb mənbələrində "Ġsa ibn uxt Ġstifanus", yəni Ġstifanusun - Stepannosun
bacısı oğlu Ġsa) qoĢununa müqavimət göstərdilər. Moisey Kalankatlının məluma-
tından aydın olur ki, beyləqanlılar Ablasadın qohumları tərəfindən öldürülmüĢ
rəhbərlərini - Davonu və ġapuhu itirmələrinə baxmayaraq, bir il Arsax və Utinin bəzi
vilayətlərini öz nəzarətləri altında saxlaya bilmiĢdilər. Ço x keçmədən, Babəkin
köməkliyindən istifadə edən Yesai Əbu Musa Arranın həmin vilayətlərini geri qaytarır.
Babək isə üsyançıların əllərində qalmıĢ Qoroz qalasını tutmaq məqsədilə Arazı
adlayaraq, Amaras vilayətində qərarlaĢdı. Qalanın alınmaz olduğunu görən Babək
üsyançılarla sülhə gəlməyə çalıĢdı, lakin buna nail olmadıqda, sərkərdələrindən biri
olan Rüstəmə mühasirəyə alın mıĢ qalanın yanında qalmaq ə mrin i verərək, Bəzz
qalasına qayıtdı. Babəkin qalaya hücum etməmək, üsyançıları xoĢluqla yola gətirmək
tapĢırığ ına əməl etməyən Rüstəm qalanı ələ keçirməyə cəhd etdi, lakin məğlubiyyətə
uğradı. Tədqiqatçıların fikrincə, bu hadisə, eləcə də Babəkin b idətçi
beyləqanlılarla barıĢıq cəhdləri alban knyazları Səhl ibn Sumbat və Yesai Əbu Musanın
ondan uzaqlaĢmasında mühüm rol oynadı. Təbiidir ki, xü rrəmilər hərəkatı alban
hakimlərinin də sinfi mənafeləri üçün ictimai təhlükə təĢkil edirdi. Onlar bu hərəkata,
əlbəttə, siyasi hakimiyyətlərinin mühafizəsi naminə qoĢulmuĢ dular. ĠĢin gediĢatı isə
sübut edirdi ki, Bizansadək geniĢ ərazini əhatə etmiĢ xürrəmilər hərəkatı hakim
dairələrə bir elə xeyir verməyəcək.
833-cü ildə xəlifə əl-Mə munun ölümündən sonra xürrə milər hərə katı yeni
qüvvə ilə alovlandı. Nizamülmü lkün məlu matına görə, üsyan Ġsfahan, Fars və bütün
Kuhistanı bürüdü. Ġyirmi illik hakimiyyəti ərzində xürrəmilərə qarĢı daim mübarizə
aparan xəlifə əl-Məmun taxt-tacın varisi, qardaĢı əl-Mütəsimə qoyub getdiyi vəsiyyə-
1
VII yüzildən Kiçik Asiyanın bir çox ölkələrində (Albaniya, Ermənistan, Suriya, Bizans və
b.) yayılmıĢ pavlikianlar hərəkatı artıq IX yüzildə feodallara qarĢı çevrilmiĢ ideologiya oldu.
Onların ilkin təlimində xeyir dünyası ilə Ģər dünyası arasında mübarizə təsəvvürü əsas yer
tuturdu. Allahı onlar yalnız mənəvi dünyanın - xeyir dünyasının yaradıcısı hesab edir, bütün
maddi aləmi Ģeytan əməli - Ģər dünyası adlandırırdılar. Dövlətin dayağı olan kilsəni də onlar
Ģeytan yuvası hesab edirdilər (Albaniyada ilk pavlikian çıxıĢları haqqında bax səh. 59).
M ütəxəssislərin bilavasitə Beyləqanla əlaqələndirdikləri bu təriqət haqqında ərəb
mənbələrində maraqlı məlumat vardır. Həmin mənbələrdə "naylaqani, nayqalani" (Qudama
ibn Cəfər), "əlbəyaliqa" (əl-M əsudi) adlandırılan bu təriqət haqqında əl-M əsudi yazırdı: "Bu
təriqət xristianlıq və atəĢpərəstlik arasında orta mövqe tutur. Hazırda onlar köçüb yunanlar
(rumlar) arasında yaĢayırlar".