224
edilərək öz yerini tədricən ortodoksal islam sxo lastikasına - əşəriliyə tərk etmiĢdir.
Əbülhəsən əl-ƏĢəri və onun ardıcılları olan əĢərilər də məntiq və fəlsəfə
istilahlarından istifadə edirdilər. Bununla belə, onlar Allahın atributlarının əzəliliyini
təsdiqləyir, lakin sifatilər kimi Ġlahiyə insan surətini isnad vermirdilər.
Hüquq təlimlərində, mütəzililikdə və əĢərilikdə dini və dini-fəlsəfi baxıĢların
sxolastika aspekti iĢlənib hazırlanmıĢdır. Ġslam ehkamlarının mistik planda Ģərhi qismən
Ģiəlikdə, daha geniĢ surətdə sufizmdə verilmiĢdir. Sxolastlarla mistiklərin gəldikləri
nəticələr əsas etibarilə uyğun olsa da (məsələn, mütəzililər kimi ismaililərdən də Allahın
atributlarının əzəliliyini inkar edənlər vardı) onların tədqiqat üsulları, metodları baĢqa-
baĢqa idi; mistiklər məntiqi sübutlara, dəlillərə deyil, mistik halda intuitiv idrak
sayəsində alınan "biliklərə", "həqiqətlərə" arxalanırd ılar.
Sufizm (sufilik, təsəvvüf) VIII əsrdə
zühd (asketizm) əsasında formalaĢıb,
müsəlman ölkələrində sürətlə yayılmıĢdır. Xilafətdə gedən təbəqələĢmə, hakim
dairələrdə varlanmaya, dəbdəbəli həyat sürməyə güclü meyil göstərilməsi müsəlman
icmasının aĢağı təbəqələrində ciddi narazılığa səbəb olmuĢdu. Bu, öz ifadəsini ən əvvəl
passiv formada zühddə tapdı. Zahidlər (asketlər) zəngin həyat tərzinə nifrət bəsləyərək,
mənəvi kamilliyi maddi sərvətə qarĢı qoyurdular. Sufizmdə zühddən əlavə fəqirlik
prinsipi də mühüm yer tutur. Burada fəqirlik Allaha ehtiyac hissini ifadə edir: "Fəqirlik
haqdan savayı heç Ģeyə möhtac olmamaqdır".
Sufı (əs-sufı) termininin mənĢəyi müxtəlif cür izah edilmiĢdir. Orta əsr
müəlliflərinin, xüsusən sufi mütəfəkkirlərin əksəriyyətinin fikrincə, bu termin suf (əs-
suf - "yun, qaba yun") sözündən götürülmüĢdür: sufilər ilahiyyatla daha dərindən
məĢğul olmaq üçün qaba yundan paltar geyməklə özlərini həyati həzzlərdən məhrum
etməyə çalıĢırd ılar.
Sufizm bütövlükdə islam zəminində yaranıb inkiĢaf etmiĢdir. Ona təsir edən
ideya mənbələrinə gəldikdə, burada Ģamanizm, buddizm, zərdüĢtilik, xristianlıq,
neoplatonizm və baĢqa təlimlərə oxĢar ünsürlər tapmaq olar. Sufizm yarandığı dövrdən
ortodoksal islama qarĢı müxalifətçi cərəyan kimi tanınmıĢdır. Onun nümayəndələrinin
müddəaları öz yeniliyinə və panteist əhval-ruhiyyəsinə görə bütün müsəlman ġərqi
ölkələrində böyük sürətlə yayılmıĢdır. Əbu Yəzid əl-Bistaminin (öl. 874) "Mən
Allaham, məndən baĢqa ilahi yoxdur" ("Ənə Allah, la ilahə illa Ənə"), Hüseyn ibn
Mənsur əl-Həllacın (858-921) "Mən haqqam" ("Ənə əl-haqq") ifadələri bütün dinlərə
açıqdan-açığa zidd görünürdü. Sufi mütəfəkkirlər Ģiələrdən fərqli olaraq ilahinin
konkret Ģəxsdə - peyğəmbərdə, imamda, yaxud onun övladlarından birində deyil, mistik
özünükamilləĢdirmə yolunu keçmiĢ hər hansı insanda təcəssüm etdiyini söyləyirdilər.
Orta əsrlərin mötəbər mənbələrində IX-X yüzillərdə yaĢamıĢ çoxlu
Azərbaycan sufilərin in adları çəkilir: Hüseyn ibn Cibril əl-Mərəndi, Əbubəkr əz-
Zəncani, Ġbrahim ibn Yəhya ət-Təbrizi, Əbülfərəc Əbdülvahid əl-Varsani, Səid ibn
Qasim əl-Bərdəi, Əli ibn Ġbrahim əl-Urməvi, Əbdülhüseyn əz-Zəncani, Əbuzürə əl-
Ərdəbili, Məhəmməd əl-Bakuvi və b. Həmin mütəfəkkirlərdən bəziləri guĢəniĢin ömür
sürmüĢ, bəziləri isə ideoloji həyatda fəal iĢtirak etmiĢdir.
225
Məhəmməd əl-Bakuvi Hüseyn ibn Mənsur əl-Həllacın qızğın
təbliğatçılarından sayılır. Əbu Abdulla Məhəmməd ibn Abdulla babası Übeydullaya
görə əl-Bakuvi və Ġbn Bakuyə, yaxud Ġbn Baku (Bakılı), ġirazda yaĢadığına görə
ġirazi kimi tanın mıĢdır. O, "Böyük Ģeyx" ləqəbli sufi Ġbn Xəfifin (öl. 982) tanınmıĢ
müridlərindəndir. Məhəmməd əl-Bakuvi həm sufi hekayətlər, həm də hədislər
toplamaqla məĢğul olmuĢdur. Onun mövcud əsərləri sufizm mövzusundadır:
"Bidayət hal əl-Həllac və nihayətuhu" ("Həllacın həyatının baĢlanğıcı və sonu"),
"Hikayat əs-sufiyyə" ("Sufilərin hekayətləri"), "Əxbar əl-arifin" ("Ariflərin xəbərləri")
və "Əxbar əl-Ğafilin" ("Qafillər haqqında xəbərlər").
Birinci traktatı L. Massinyon fransızcaya tərcüməsi ilə birlikdə 1914-cü ildə
Parisdə çap etdirmiĢdir. Ġkinci traktatın əlyazma nüsxələrindən biri Ġstanbulun
Ayasofiya kitabxanasında saxlanılır. Bəzi mənbələrdə Məhəmməd əl-Bakuvi
əĢəriliyin nümayəndəsi kimi də göstərilir. Mütəfəkkirin hədislər toplaması faktı da eyni
zamanda onun hüquqĢünas alim və s xolast olmasını söyləməyə əsas verir.
Məhəmməd əl-Bakuvi ömrünün axır çağlarında ġiraz yaxınlığında bir
mağaraya çəkilib orada yaĢamıĢdır. Uzun ömür sürüb, 1029-cu ildən sonra vəfat etmiĢ
mütəfəkkirin həmin yerdə məzarı "Bakuhi", yaxud "Baba Kuhi" adlanır.
1
Elmi-fə lsəfi fikir təbiət elmləri ilə vəhdətdə inkiĢaf edird i. PeĢəkar filosoflar
eyni zamanda təbiətĢünas alimlər idi. Yəqub əl-Kindi və Əbunəsr əl-Farabinin əsərləri,
habelə “Saflıq qardaĢları” (―Ġxvan əs-səfa‖) cəmiyyətinin hazırladığı traktatlar o dövr
fəlsəfi fikrinin qiy mətli nü munələridir.
Azərbaycanda elmi-fəlsəfi fikrin in kiĢafı o dövrdə ən çox ―Saflıq
qardaĢları‖ cəmiyyətinin fəaliyyəti ilə bağlı olmuĢdur. Üzvləri Orta Asiya,
Azərbaycan, Suriya və baĢqa yerlərdən toplanmıĢ bu gizli cəmiyyət X əsrin
sonlarında Bəsrədə (Ġraq) yaran mıĢdı. "Saflıq qardaĢları" camaat arasında təbii-
elmi b iliklə ri yayır, din i fəlsəfiləĢdirməyə, mü mkün qədər fə lsəfə ilə əvəz et məyə
çalıĢırdılar. Onların fikrincə, "Ģəriət cəhalətlərlə korlan mıĢ, yanılmalarla
qarıĢmıĢdır. Onun təmizlən məsi və paklaĢdırılması yalnız fəlsəfə ilə mü mkündür".
ġəriət fəlsəfə ilə nizamlansa kamillik hasil olar. Bu məqsədlə onlar "Saf lıq
qardaĢlarının və vəfa munislərin in traktatları" ("Rəsail Ġxvan əs -səfa və xüllan əl-
vəfa") adlı geniĢ mündəricəli bir ensiklopediya yaratmıĢdılar. Onun məlu m beĢ
müəllifindən biri azərbaycanlı Əbülhəsən Əli ibn Harun əz-Zəncanid ir.
Dörd hissədən ibarət bu ensiklopediya, mənbələrdə göstərildiyi kimi, 51
(mövcud nüsxələrdə 52) traktatı əhatə edir. Onlardan on üçü (on dördü) riyaziyyat,
on yeddisi təbiyyat, onu metafızika və on biri ilahiyyat məsələlə rinə həsr
olunmuĢdur."Saflıq qardaĢları"nın təlimi qədim yunan filosoflarının və orta əsr
ġərq mütəfəkkirlərinin ideyaların ın təsiri altında formalaĢmıĢdır. Mütəzililər kimi,
onlar da özlərini "ədalət əhli" ("əhl əl-ədl") ad landırırdılar. Lakin onlar mü xalifətçi
1
Qeyd etmək lazımdır ki, XIX əsrdə Rzaqulu xan Hidayət "İnsan" və "Kuhi"
təxəllüslü Ģair Əli ġirazinin bir divanını səhvən Bakuviyə mənsub bi lmiĢdir.