218
"müsəlman" məfhu mu ilə b irləĢmiĢ azərbaycanlılar da IX əsrin ortaları - X əsrlərdə
tərəqqi, X-XII əsrlərdə çiçəklənmə dövrünü keçirən müsəlman mədəniyyətinin
inkiĢafı prosesində iĢtirak edirdilər. Ərəb ġərqinin mədəni mərkəzləri olan Bağdad,
Kufə, Bəsrə, DəməĢq, Qahirə və baĢqa Ģəhərlərə təhsil almaq üçün çoxlu azərbaycanlı
gedirdi.
Beləliklə, kargüzarlıq, dövlət və Ģəxsi yazıĢmaları kimi dini və dünyəvi
xarakterli elmi əsərlər də ərəb dilində yazılırdı. Ərəblərin özləri iĢğaldan sonra tədricən
ərəbləĢmiĢ və müsəlmanlaĢmıĢ Xilafət xalqları ilə birlikdə islamaqədərki zəngin mədəni
ənənələri bir yerə cəmləĢdirərək ümumi ərəb-müsəlman mədəniyyətinin yaranmasında
iĢtirak edirdilər. Azərbaycan ərazisinə köçürülmüĢ və ya köçüb gəlmiĢ ərəb qəbilələri
doğma ərəb dilinin Xilafətin bu bölgəsində də aparıcı rol oynamasından istifadə edərək,
yerli əhali arasında ərəb dilinin və bəzi hallarda ərəb kitab mədəniyyətinin yayılmasına
(xüsusilə Quran, onun təfsirləri, sərf-nəhv kitabları və s. vasitəsilə) kömək edirdilər.
Artıq IX əsrdən baĢlayaraq Xilafətin ən böyük Ģəhərləri DəməĢq, Bağdad, Hələb,
Bəsrə, o cümlədən Azərbaycanın Ərdəbil, Marağa, ġamaxı və b. təhsil ocaqları, kitab-
xanaları, məscidləri olan mədəni mərkəzlərə çevrildilər.
Bu mərkəzlərdə fəaliyyət göstərən məktəb və mədrəsələr də ərəb dilinin
öyrənilməsində az rol oynamırdı. Lakin, əlbəttə, ərəb dilinin geniĢ yayılmasına səbəb
olan ən baĢlıca amil azərbaycanlıların baĢqa Ģərq xalqları ilə IX əsrdən sonra
geniĢlənməkdə olan və sonrakı əsrlərdə davam edən ticarət-iqtisadi, siyasi və
mədəni münasibətləri oldu.
Azərbaycanın da bir vilayət kimi daxil olduğu Ərəb dövlətinin - Xilafətin
əhalisinin dini və etnik mü xtəlifliyi ilk Abbasi xəlifələrini bu müxtəlifliklə hesablaĢmağa
vadar etdi. Alimlərin fikrincə, məhz bu hesablaĢma Xilafətdə IX əsrin ortalarından
dünyəvi elmlərin inkiĢafı üçün Ģərait yaratmıĢ, ortodoksal islamın təriqətçilərlə, sünni və
Ģiələrlə geniĢ mübahisələri və s. isə dini nəzəriyyələrin və müsəlman hüququnun - fiqhin,
məntiqin və fəlsəfənin inkiĢafına səbəb olmuĢdu.
Ġlahiyyat və fiqh adətən məscidlərdə tədris edilirdi. Lakin ziddiyyətli fikirlər
artdıqca "Allahın evi"ndə mübahisə açmaq istəməyən alimlər xüsusi dini təhsil
müəssisələrinin - mədrəsənin əsasını qoydular. Mənbələrdən aydın olur ki, ilk mədrəsə
X yüzilin sonunda NiĢapurda açılmıĢ, daha sonra isə müsəlman dünyasının demək olar
bütün böyük Ģəhərlərinə yayılmıĢdı. Bu mədrəsələrdə dərs deyən alim-ilahiyyatçılar
təhsili özlərinin tərtib etdikləri ədəbiyyat əsasında qurur, təhsil baĢa çatdıqda öz
tələbələrinə "icazə" adlandırılan "Ģəhadətnamə" verirdilər. Ona görə də "elmli adam"
adını qazanmaq istəyən hər bir tələbə peyğəmbərin "lap Çində də olsa, elmin dalınca
get" kəlamına riayət edərək, dövrün nüfuzlu alimlərini dinləmək üçün Ģəhərdən-Ģəhərə
gəzir, əldə etdiyi "icazə" vərəqələri isə artıq onun özünün də ilahiyyat və hüquq
sahəsində müəyyən mənsəb tutmasına imkan yaradırdı.
VII-X əsrlərdə Azərbaycanda ədəbiyyat, hüquqĢünaslıq və baĢqa ictimai
elmlərlə birlikdə təbiətĢünaslıq, riyaziyyat, astronomiya və b. dəqiq elmlərin yayılması
üçün əlveriĢli Ģərait vardı. IX əsrin əvvəllərindən etibarən müsəlman Ģərqində mövcud
219
elmi ədəbiyyatın xarici dillərdən ərəbcəyə tərcümə olunması elmlərin inkiĢafını xeyli
sürətləndirmiĢdi. Hələ Harun ər-RəĢid dövründə Bağdadda təsis edilmiĢ, elm və
mədəniyyətin inkiĢafına daha böyük imkanlar yaratdığı üçün xəlifə əl-Məmunun adı ilə
bağlı "Dərul-hikmə" və ya "Xizanət əl-hikmə" ("Hikmət evi" və ya "Hikmət xəzinəsi")
adlandırılan elmi mərkəz müxtəlif (xüsusilə yunan və siryani) dillərdə yazılmıĢ
əsərlərin ərəb dilinə tərcümə edilməsi sahəsində mühüm iĢlər gördü. Xilafət
ölkələrindən olan və əsərlərini ərəb dilində yazan müs əlman və qeyri-müsəlman lar
Xilafət in mədəni və elmi həyatına qoĢuldular. Platon, Aristotel, Hippokrat, Qa len
və baĢqa alimlərin əsərlərinə Ģərhlər yazılır, onlara müqabil elmi və fəlsəfi
traktatlar yaranırd ı. Məhəmməd ibn Musa əl-Xarəzmi (ö l. 847) ilk dəfə o laraq sabit
məntiq i qaydalar əsasında cəbr elmin in bünövrəsini qoymuĢ, Əbubəkr Məhəmməd
ər-Razi (865-925) tibbə, Əbu Abdullah əl-Bəttani (858-929) astronomiyaya dair
qiymətli əsərlər yazmıĢdı. Kimya ilə məĢğul olan ərəbdilli alimlər bu elmin sonrakı
inkiĢafı üçün qiymətli olan bir sıra iĢlər görmüĢdülər. On lar gümü Ģ nitrat (ma əl-
fıdda), sulfat turĢusu (zit əz-zac) və i.a. kimyəvi birləĢ mələri hazırlamıĢ, naĢatır
spirti (ruh ən-nuĢadir), sülema (əs-süleyman i), spirt (əl-kühul), potaĢ (əl-qily),
arsen (əz-zirnic), bura (əl-bura) və b. maddələr kəĢf etmiĢlər. Distillə etmə,
süzgəcdən keçirmə, büllurlaĢdırma kimi proseslərin izah ını ilk dəfə ərəbdilli
kimyaçılar vermiĢlər. Bu alimlər kimyəvi maddələrdən dərmanlar hazırlamıĢlar.
Təbiət elmləri IX əsrdən etibarən Azərbaycanda da əhəmiyyətli dərəcədə
inkiĢaf etmiĢdi. O dövrdə Azərbaycanda olmuĢ səyyahlar və coğrafiyaĢünaslar
burada bacarıqlı həkimlərin yaĢadıqların ı xəbər verirlər.
Əldə edilmiĢ elmi nailiyyətlər təkcə bu və ya digər ölkə daxilində
qalmayıb, bütün müsəlman ġərqi xalqların ın, sonralar isə bütün bəĢəriyyətin elm
və fikir xəzinəsinin ü mu mi sərvətinə çevrilmiĢdi.
Ərəb istilasınadək Azərbaycanda rəsmi dini dünyagörüĢləri olan
atəĢpərəstlik və xristianlıqdan əlavə bəzi d igər dini əqidələrə (məsələn, Ģamanizmə
və b.) tapınanlar da vardı. Ərəblərin iĢğalı ilə islam əvvəlki dini əqidələri aradan
qaldırmağa baĢladı. Ġslamın keçmiĢ etiqadlara nisbətən mütərəqqi cəhətləri,
xüsusən azadfikirlilik meyillərinə dözü mlülüyü ona qarĢı rəğbəti artırırdı. Lakin
əvvəlki din i əqidələr birdəfəlik yox olmamıĢ, özünün bir sıra müddəalarını və
prinsiplərini xalq adət-ənənələrinə qoĢaraq əsrlər boyu yaĢatmıĢdır. Ölkədəki
maddi mədəniyyət abidələri - atəĢgahlar, alban kilsələri də keç miĢlə bağlılığı
möhkəmlətmiĢdir. Əski etiqadlar zehin lərdən tamamilə silin məmiĢ, bəzən siyasi
hərəkatda açıq Ģəkildə, bəzən də rəsmi ideologiya ilə bir araya sığmayan bidət
formasında təzahür etmiĢdir. Ərəb istilaçılarına qarĢı yönəldilmiĢ Babək
hərəkatının ideologiyası - xürrəmilik qədim din i-fəlsəfi fikir, xüsusən zərdüĢtilik
zəminində təĢəkkül tapmıĢdı.
Ġslam dini təliminin müqəddəs kitabına "Quran" (mənası: "qiraət"), onun
tərəfdarına isə "müslim" (təslim olmuĢ, tabe olmuĢ), yaxud həmin mənada
"müsəlman" deyilir. Quran 114 surədən (fəsildən) ibarət olub, ayələrə bölünür. Bu