Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə109/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   105   106   107   108   109   110   111   112   ...   217

228 

 

iddialarına  qarĢı  tabe  xalqların  təbii  etirazından  doğdu.  "ġuubiyyə"nin  mühüm 



xüsusiyyətlərindən biri özünü hər Ģeydən əvvəl və daha çox ədəbiyy atda,  xüsusilə 

poeziyada  göstərməsidir.  Bu  cərəyanın  ard ıcılları  ədəbiyyata  yeni,  cahiliyyə 

(isla maqədərki)  dövrü  ərəb  poeziyası  üçün  xara kter  olmayan  möv zu  və  ideyalar 

gətirdilər. 

Qurandakı  " Ey  insanlar,  biz  sizdən  xalq lar  (şuub)  və  qəbilələr  (qəbail) 

yaratdıq ki, bir-b irinizi tanıyasınız, A xı sizlərdən ən ləyaqətlisi Allah qarĢısında ən 

Ģərəflisid ir"  [49,  13]  ayəsindən  mənəvi  qida  alan  "Ģuubilər"  ərəblərin  müsəlman 

dövlətində  xüsusi  mövqe  iddialarını  inkar  edird ilər.  Yerli  feod al  əyanları  ərəb 

qəbilə  aristokratiyası  ilə  bərabər  eyni  siyasi  mövqe  əldə  etməyə  çalıĢır,  onun  öz 

mədəni  üstünlüyünü  dərk  edən  daha  radikal  hissəsi  isə  ümu miyyətlə  əcnəbi 

ağalığından qurtarmağa cəhd edir, hər yolla ərəb ləĢməyə müqavimət göstərirdi. 

Xilafətin  mü xtəlif yerlərində ayrı-ayrı formalarda təzahür edən bu hərəkat 

ġərq vilayətlərində (o cümlədən Azərbaycanda), daha çox siyasi-dini Ģəkil almıĢdı. 

Məsələn,  iranlılar  daha  çox  Ģiəçiliyə,  mü xtəlif  formalı  təriqətçiliyə  və  hətta  açıq 

zındıqlığa mey il göstərirdilər. Bəzi hallarda "Ģuubiyyə" mədəniyyətin forması kimi 

doğma  dili  saxlamaq  cəhdində  təzahür  edirdi.  Tədqiqatçıların  qeydinə  görə, 

nəbatilərdə (Suriyanın arami əhalisi belə də adlandırılırd ı) Ģuubiyyə - oturaq əkinçi 

əhalisinin  köçəri  bədəvilərə  düĢmənçiliyi  Ģəklində  idi;  Əndəlusda  Ģuubilər 

bütövlükdə ərəb mədəniyyətini qəbul edib, ədəbi dili yaxĢı bilmələri ilə fəxr etsələr 

də, ərəblərin yaln ız siyasi ağalığına qarĢı çıxırdılar.  

Beləliklə,  A zərbaycan  qarıĢıq  bütün  müsəlman  dünyasında  baĢ qaldırmıĢ 

və VIII yüzilin  ikinci yarısında  xüsusilə geniĢlənmiĢ bu siyasi-dini  mübarizə ərəb-

müsəlman ədəbiyyatının yeni dövrü ilə sıx bağlı id i.  

Tədqiqatlar  nəticəsində  müəyyən  olunmuĢdur  ki,  A zərbaycanın  ən  erkən 

ərəbdilli  Ģair  və  ədiblərin in  yaradıcılığı  VII-VIII  əsrlərin  hüduduna  aiddir.  Ġki 

mədəniyyətlərin  -  öz  milli  A zərbaycan  və  ərəb  mədəniyyətinin  təmsilçisi  o lan  bu 

Ģairlərdən  Musa  ġəhəvat,  Əbu-l-Abbas  əl-Əma,  Ġsmayıl  ibn  Yasar,  eləcə  də  onun 

oğlu Ġbrahim və qardaĢı Məhəmməd haqqında IX - X əsrlərdə yaĢamıĢ və yaratmıĢ ərəb 

filo loqları  Ġbn  Quteybənin,  Əbu-l-Abbas  əl-Mübərrədin,  Məhəmməd  əl-

Mərzubaninin  və  ən  çox  Əbu-l-Fərəc  əl-Ġsfahaninin  və  baĢqalarının  əsərlərində 

məlu mat verilir. 

Müasir  tədqiqatçıların  bəzən  "iranlı"  hesab  etdikləri  bu  Ģairlərin  mənĢəcə 

Azərbaycandan olmaları etibarlı mənbə kimi qiymətləndirilən Ġbn Quteybənin məlumatı 

ilə təsdiq edilir. Musa ġəhəvata həsr etdiyi bölmədə məĢhur ərəb filoloqu yazırdı: "Onun 

əsli  Azərbaycandandır  ("va  asluhu  min  Azrabican");  Ġbn  Quteybənin  sonrakı  qeydi 

ədəbiyyat  tariximizin  aĢkarlaĢması  üçün  daha  maraqlıdır:  "Əbu-l-Yəkzan  (ərəb  Ģəcərə 

tarixçisi)  Cuveyriyyinin  sözlərini  xatırlayaraq  dedi:  Mədinədə  məvali  Ģairlərdən  eləsi 

yoxdur  ki,  onun  əsli Azərbaycandan olmasın; sonra  o,  Ġsmayıl  ibn  Yasarın,  onun  qar-

daĢının, Musa  ġəhəvatın və  Əbu-l-Abbasın  adlarını çəkdi"  ("Va  zəkərə  Əbu-l-Yəqzan 

an Cuvayriyyi kalə: leysə bi-l-Mədinə Ģair min əl-məvali illə va asluhu min Azrabican; 




229 

 

Summə addə Ġsmail ibn Yasar və əxuhu, Musa ġəhəvat və Əbu-l-Abbas"). 



Bu  Ģairlər  haqqında  Yaqutun  sonrakı  əsrlərdə  yazılmıĢ  "Mucəm  əl-üdəba" 

("Ədiblərin  əlifba  üzrə  göstəricisi"),  Əbdül  Qadir  əl-Bağdadinin "Xizanət  əl-ədəb  va 

lubb  lubab  lisanul-arab"  ("Ədəb  xəzinəsi  və ərəb  dilinin  incisi")  əsərlərində toplanılan 

məlumat  əsas  etibarilə  Əbu-l-Fərəcin  adını  çəkdiyimiz  "Kitab  əl-əğani"  ("Nəğmələr 

kitabı") əsərindən götürulmüĢdür. 

Azərbaycan mənĢəli bu ərəbdilli Ģairlərin yaradıcılığı Xilafətdə ayrı-ayrı siyasi 

və dini qüvvələrin arasında baĢ qaldıran gərgin mübarizə dövrünə təsadüf edir. Həmin 

mübarizəyə cəlb olunmuĢ Ģairlər bu və ya digər dəstənin tərəfini saxlayır, bu dəstənin 

ardıcıllarını mədh edir, onun əleyhdarlarını isə həcv atəĢinə tuturdular. 

Məhz  "Nəğmələr  kitabı"  Ģair  Musa  ġəhəvatın  azərbaycanlı  mənĢəyi,  onun 

ləqəbinin etimologiyası, Hicazdakı həyatı, Musanın tez-tez  doğma  Azərbaycana gedib, 

oradan  qənd  və  baĢqa  Ģirniyyatla  qayıtması  barədə  məlumatları  qoruyub  saxlaya 

bilmiĢdir. Bu xəbərləri araĢdıran tədqiqatçılar (M.Mahmudov, G.BaxĢəliyeva) belə bir 

nəticəyə  gəlmiĢlər  ki,  VII  əsrin  ikinci  yarısında  yaĢayan  Ģair  sonrakı  yüzilin  30-cu 

illərində  hələ  sağ  imiĢ  və  Ģeir  yazmağı  davam  etdirirmiĢ.  ġairin  Ģöhrəti  tez-tez 

qəbulunda  olub,  öz  Ģeirlərini  oxuduğu  xəlifə  Süleyman  ibn  Əbdülməlikin  (715-717) 

hakimiyyəti dövrü xüsusilə artır. Əbu-l-Fərəc əl-Ġsfəhani özünün "Nəğmələr kitabı"nda 

Musa  ġəhəvatın yaradıcılığından bir  çox  nümunələr  gətirmiĢdir.  Xəsislik və  qorxaqlığı 

tənqid edən, mərdlik və səxavəti yüksək qiymətləndirən  bu Ģeirlər  Ģairin  yüksək bədii 

ustalığına və istedadına dəlalət edir. Onun yaradıcılığında insan varlığının faniliyi barədə 

fəlsəfı  əhvali-ruhiyyə və  həyatın  ani  sevinclərindən  istifadə  etməyin vacibliyi  parlaq 

ifadə edilmiĢdir. Ərəb dilinin zənginliklərindən məharətlə istifadə edən Musa ġəhəvatın 

Ģeirlərində  ərəb  ruhu  ilə  yanaĢı,  milli  ruh  da  özünü büruzə  verir.  Bu, Ģairin  iĢlətdiyi 

aforizmlərdə,  məsəllərdə  özünü  xüsusi  nəzərə  çarpdırır.  Əməvilərin  təəssübkeĢi  olan 

Musa ġəhəvat öz poeziyası ilə onların müdafiəsində durmuĢ, onları ĢöhrətləndirmiĢdi. 

Ġsmayıl ibn Yasar haqqında Ġbn Quteybə və əl-Mərzubaninin adda-budda və çox 

qısa  məlumatları  yenə  də  Əbu-l-Fərəc  əl-Ġsfəhaninin  verdiyi  daha  ətraflı  məlumatla 

tamamlanır.  Məhz  "Nəğmələr  kitabı"nın  sayəsində  Ģairin  yaradıcılığının  ayrı-ayrı 

nümunələri  qorunub  qalmıĢ,  onun  yaĢadığı  təxmini  tarix,  "Ģuubiyyə"  tərəfdarı  olduğu 

müəyyən edilmiĢdir. Məlum olmuĢdur ki, "o, əcəmlərin  qızğın tərəfdarı olmuĢ, onlarla 

fəxr etmiĢ, buna görə də daim təqiblərə məruz qalmıĢ, döyülmüĢ və söyülmüĢdür". 

Mədinənin  yeddi  məĢhur  fəqihlərindən  biri,  Abdullah  ibn  Zubeyrin  qardaĢı 

Urvanın himayəsində yaĢayan Ġsmayıl, lazım gəldikdə, Əməviləri mədh edən Ģeirlərlə də 

çıxıĢ  edirdi.  Lakin  xəlifə  HiĢam  ibn  Əbdülməliklə  (724-743)  onun  arasında baĢ  verən 

konflikt  Ģairin  Hicaza  sürgün  edilməsi  ilə  nəticələnmiĢdi.  Ġsmayılın  Əməvilərin  son 

xəlifəsini  də  gördüyü,  lakin  Abbasilərin  hakimiyyəti  günlərinədək  yaĢaya  bilmədiyi 

haqqında məlumat verən əl-Ġsfəhani "çox sağlam və  zahirən  xoĢagəlimli olan bu ehtiyatlı, 

hazırcavab, yaxĢı Ģeirlər" yazan adamın xəlifə II Mərvanın (744-749) hakimiyyətinin son 

illərində, ixtiyar yaĢında vəfat etdiyini göstərir. 

Ġsmayıl  ibn  Yasarın  "Ģuubi"  əhvali-ruhiyyəsi  onun  yaradıcılığında  parlaq  əks 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə