Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə117/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   113   114   115   116   117   118   119   120   ...   217

244 

 

aparan bu siyasət saray dairələrini öz mülklərinin taleyi üçün narahat olmağa  vadar etdi. 



Bu  nigarançılığın bir  səbəbi  də  Subukun  müəyyən  edilmiĢ  vergini  xəlifə  xəzinəsinə 

göndərməməsi  idi.  Buna  görə  də,  xəlifə  əl-Müqtədir,  Munisin  məsləhətilə  Yusifi 

həbsxanadan  azad  edərək,  onu  yenidən  Azərbaycan  və  Ərminiyənin  hakimi,  Rey, 

Qəzvin, Əbhər və Zəncan valisi vəzifələrinə təyin edir. Bunun müqabilində Yusif xəlifə 

xəzinəsinə ildə 500 min d inar məb ləğində pul göndərməli idi.  

922-ci  ildə  Ərdəbil Ģəhərinə gəlmiĢ  Yusif  özünün sadiq  xid mətçisi  Subukun 

vəfat  etməsindən  xəbər  tutur.  Azərbaycan,  Arran  və  Ermənistanda  mövqeyini 

möhkəmlədən Yusif, həmin vilayətlərə öz hakimlərini təyin edir, onları iki illik vergini 

və  hədiyyələri  verməyə  məcbur  edir.  924-cü  ildə  Yusif  Xilafətdən  ayrılaraq  müs -

təqilləĢməyə can atan Rey hakimi Əhməd ibn Əlini cəzalandırmaq üçün Reyə hücum edib 

onu tutur. Sonrakı il Həmədan da Yusifə tabe edilir. 

Sacilər dövlətinin güclənməsi, onların hökmdarlarının yürütdüyü müstəqil siyasət 

xətti  Bağdaddakı  hakim  dairələri  narahat  edirdi.  Yusifı  tutduğu  vəzifədən  çıxarmağa 

cürət etməyən xəlifə öz yeni vəziri, Yusiflə ədavəti olan Əhməd əl-Hasibinin təhriki ilə 

onu  Bəhreyn  qərmətilərinə  qarĢı  müharibəyə göndərmək  bəhanəsilə  Bağdada  çağırır. 

Yusif  imtina  etməyə  cəhd göstərir,  Xilafətin  onun  tərəfindən  mühafizə  olunan  ġimal 

sərhədlərinin heç də az təhlükəli yer olmadığını, müdafiəyə möhtac olduğunu qeyd edir. 

Nəhayət,  xəlifənin  ikinci  çağ ırıĢından  sonra  Bağdada  gələn  Yusif,  927-ci 

ilin  dekabrın  sonunda  Kufə  qapıları  qarĢısında  qərmətilərin  dəstəsi  ilə  üzləĢir.  Bu 

döyüĢdə  yaralanmıĢ  Yusif  əsir  düĢür  və  onun  xilas  olunması  üçün  göndərilmiĢ 

yardıma baxmayaraq öldürü lür. 

Beləliklə,  Azərbaycan  torpaqlarını  ilk  dəfə  vahid  dövlət  hüdudlarında 

birləĢdirən  Yusif  ibn  Əbu-s-Sacın  müstəqil  hakimiyyəti  sona  çatır.  Yusifdən sonra 

onun  qardaĢı  oğlu,  cəmi  il  yarım  taxt-tac  sahibi  olmuĢ  Əbülmüsafir  əl-Fəth  ibn 

Məhəmməd  Azərbaycan  hakimi  təyin  edilir.  Bir  mülahizəyə  görə,  onu  929-cu  ilin 

sonunda  Ərdəbildə  özünün  Baldu  adlı  qulamlarından  biri  zəhərlə miĢdi.  BaĢqa 

mülahizəyə görə, əl-Fəth onun əleyhinə üsyan qaldırmıĢ keçmiĢ tərəfdarları tərəfindən 

qətlə  yetirilmiĢdi.  Əl-Fəthdən  sonra  hakimiyyət  Sacilərin  qulamı  Vasif  əs-Sirvaninin 

əlinə  keçir.  Lakin  o,  öz  hakimiyyətini  heç də  Sacilərin  bütün  mülklərində  möhkəm-

ləndirə  bilmir.  Görünür,  elə  buna görə də,  Ġbn  Havqəl  onun  adını  Yusifin  varisləri 

sırasında çəkməmiĢdi. 

Vasif  əs-Sirvanidən  baĢlayaraq  Azərbaycanı  artıq  Sacilər  sülaləsinin 

bilavasitə üzvləri  deyil,  bu sülalənin qulamları  idarə  etmiĢlər.  Vasifdən sonra  Yusifin 

keçmiĢ qulamı və sərkərdəsi Muflih Azərbaycan hakimi oldu. Yazılı mənbələr Sacilər 

dövlətinin bu dövrü haqqında az məlumat verir. Lakin Ərdəbildə və Bərdədə Muflihin 

adına  kəsilmiĢ  pulların  tarixi  onun  931-932-ci  illərdə  hakimiyyət  baĢında  olduğunu 

göstərir.  Mənbələrdə  Muflihin  birləĢmiĢ  erməni-Bizans  qüvvələrinə  qarĢı  böyük 

qoĢunla çıxıĢ etməsi haqqında da məlu mat vardır. 

932-ci ildə Azərbaycanda Muflih ilə Yusifin baĢqa əmiri - Deysəm ibn Ġbrahim 

ibn  ġadluyə  (Balduyə)  arasında  hakimiyyət  uğrunda  güclənən  mübarizə  941-ci  ilədək 




245 

 

dövləti idarə edən Deysəmin qələbəsi ilə nəticələnir. Bunu onun adına Bərdə, Ərdəbil 



və Dəbil Ģəhərlərində zərb olunmuĢ sikkələr də sübut edir. 

937 - 938-ci illərdə Deyləm hakimi LəĢkəri ibn əl-Mərdi Azərbaycana hücum 

edərək,  Deysəmə  tabe yerlərin çoxunu  tutur, güclü  müqavimətlə  qarĢılaĢdığı  paytaxt 

Ərdəbili  mühasirəyə  alır.  Deysəmə  xəbər  çatdıra  bilən  ərdəbillilər,  onun  arxadan 

LəĢkəri  qoĢunlarına  endirdiyi  qəfil  zərbədən  istifadə  edərək,  mühasirəni  yarır  və 

Deyləm  ordusunu  darmadağın  edirlər.  Əvvəlcə  Muğana,  dostu  olan  yerli  hakimin 

yanına  qaçan  LəĢkəri, oradan yardım üçün  Gilana gedir. Topladığı min nəfərlik dəstə ilə 

Deysəmin  Arazın sol  sahilində  saldığı  düĢərgəsinə  hücum  edən  LəĢkəri  Sacilərin 

qoĢununu  əzə  bildi.  Reyə  doğru  geri  çəkilən  Deysəm  Ģəhərin  hakimi  VuĢməgirlə 

ittifaqa girib, LəĢkərinin əleyhinə kürdlərdən və baĢqa tayfalardan qoĢun topladılar.  

Bu zaman Azərbaycanda baĢ qaldıran çiçək xəstəliyi epidemiyası nəticəsində 

LəĢkərinin  dostu  olan  Muğan  hakimi  və  onun  bir  çox  tərəfdarları  məhv  olurlar. 

Muğanlıların bir hissəsi LəĢkərinin tərəfinə keçir. Deysəmin gözlənilməz hücumundan 

ehtiyat  edən  LəĢkəri  elə  həmin  il  Vaspurakan  üzərinə  hücuma  keçir.  Lakin  qəsd 

nəticəsində  burada  qətlə  yetirilir.  Onun  hərbi  rəhbərlik  iĢini  öz  əlinə  almıĢ  oğlu 

LəĢkəristan  məğlub  edilərək,  Mosul  hakimi  Həmdani  Nəsirəddövlənin  yanına  qaçır. 

LəĢkəristanı  qoĢunla,  hərbi  ləvazimatla  təchiz  edən  Nəsirəddövlə  bunun  müqabilində 

Azərbaycanın  qərb  vilayətlərinə  sahib  olur.  Lakin  çox  keçmədən  Deysəm  həmin 

torpaqlara  hücum  edərək,  həmdanilərin  ələ  keçirdikləri  əraziləri  geri  qaytara  bilir. 

Bununla  belə,  mövcud  feodal  pərakəndəliyi  bütün  vilayətlərin  qəti  tabe  edilməsinə 

imkan  vermədi.  Düzdür,  Sacilər  Cənubi  Qafqazın  bir  çox  vilayətləri  üzərində  böyük 

üstünlüyə malik idilər.  Bunu onların xəzinəsinə tabeçilikdə olan vilayətlərdən  (ġirvan, 

Curzan,  Xaçın,  ġəki,  Haydak,  Əhər və b.)  daxil  olan  vergi  məbləğləri  də  təsdiq edir. 

Əgər Sacilərin hakimiyyətinin ilk illərində xəlifə xəzinəsi onlardan əvvəlcə 120 min, 

sonra isə 220 min dinar alırdısa, Yusifin həbsdən azad olunmasından sonra bu verginin 

məbləği ildə 500 min dinara çatmıĢdı. 

Deysəm  höku mətin in  bütün  maliyyə  iĢlərini  onun  vəziri,  vaxtilə  Yusifə 

xidmət  etmiĢ,  pul  məsələlərindən  yaxĢı  baĢ  çıxaran  adam  kimi  tanınmıĢ,  əslən 

azərbaycanlı  olan  Əbülqasım  Əli  ibn  Cəfər  idarə  edirdi.  Bütün  ömrü  boyu  Sacilərə 

sədaqətlə xid mət edən bu vəzir etibardan salınaraq, gözdən düĢdüyü üçün Taroma (ət-

Tarm,  Zəncanla  Ərdəbil  arasında  yer),  Dey ləm  hakimi  Məhəmməd  ibn  Müsafirin 

yanına qaçır. Hakimin oğlu Salar Mərzban ibn Məhəmməd onun təhriki ilə 941-ci ildə 

Sacilərin torpaqlarına hücum edərək hakimiyyəti Deysəmdən alır. 

Beləliklə, Azərbaycanda Sacilərin 50 ildən artıq davam edən hakimiyyət dövrü 

baĢa  çatır.  Xilafətin  zəifləməsi  dövründə  ilk  dəfə  bütün  Azərbaycan  torpaqlarını 

birləĢdirmiĢ,  IX  əsrin  sonunda  Qafqazda  Xilafətin  dayağı  olmuĢ  bu  dövlət  bəzən 

Xilafətin təsir  dairəsindən  çıxa  bilirdi.  Elə  buna görə  Sacilərin  siyasi  fəaliyyəti,  əsas 

etibarı  ilə  Xilafətin  Azərbaycandakı  mövqelərini  qorumağa,  eləcə  də  xaricdən  olan 

təhlükəni aradan götürməyə doğru yönəldilmiĢdi. 

 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə