Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə119/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   115   116   117   118   119   120   121   122   ...   217

248 

 

mənbələrdəki  məlu mata görə, əsasını  qoyduğu,  arxeolo ji  materiallara görə yalnız 



bərpa  etdirdiyi  Gəncədə  qərarlaĢdı.  Bu  zaman  onun  qardaĢlarından  biri  -  Heysəm 

ibn Xalid  müstəqil olaraq  ġirvanı, d igər qardaĢı  Yəzid  isə  Layzanı idarə  edird ilər. 

Digər  vilayətlərdə  də  Məzyədilər  nəslinin  nümayəndələrinin  hakimlik  etd iyini 

güman etmək olar. 

861-c i  ildə ġirvan hakimi  Heysəm,  xə lifə əl-Mütəvəkkilin öldürülməsi və 

türklərin  fəaliyyəti  ilə  əlaqədar  Bağdadda  baĢ verən  qarıĢıqlıqdan  istifadə  edərək, 

"ġirvan iĢlərində müstəqilləĢdi" və Məzyədilər arasında ilk dəfə qədim "Ģirv anĢah" 

titulunu qəbul etdi; onun qardaĢı Yəzid isə Lay zanĢah oldu. 

Qeyd etmək  lazımd ır  ki, ĢirvanĢahlar tarix boyu istiqlal uğrunda mübarizə 

aparmıĢ  və  ölkəni  əsasən  müstəqil  surətdə  idarə  etmiĢlər.  Lakin   ġirvan  bu  və  ya 

digər iĢğalçının hakimiyyəti altına düĢdükdə, ĢirvanĢahlar vassal asılılığ ında olmuĢ 

və öz süzerenlərinə verg ilər ödəmiĢlər. 

MənĢəcə  ərəb  olan  ilk  Məzyədilərin  hakimiyyəti  qədim  bütpərəstlik 

inamların ı  mühafizə edən "kafir qonĢulara" qarĢı yürüĢlərlə əlamətdar  idi.  Söz yo x 

ki,  tabeliklərində  olan  ərazini  geniĢləndirmək  istəyi  bu  yürüĢlərdə  dini 

təəssübkeĢlikdən heç də az rol oynamırd ı. 

Heysəmin  ölü mündən  sonra  hakimiyyət  baĢına  keçmiĢ  oğlu  Məhəmməd, 

eləcə  də  onun  varisi  II  Heysəm  ibn  Məhəmməd  "kafirlərə"  qarĢı  müharibələri 

davam  etdirdilər.  Lakin  bu  ĢirvanĢah  öz  qonĢularına  qarĢı  müharibələrlə 

kifayətlən mədi.  O,  ġirvanın  iqtisadi  və  siyasi  qüdrətinin  artırılması,  dövlət 

sərhədlərinin  möhkəmləndirilməsi üçün bir sıra tədbirlər həyata keçird i, paytaxtda 

məhsulun  saxlan ması  üçün  bir  ço x  anbarlar  tikdirdi,  təbəələrinə  münasibətdə 

ədalətli  olmağa  çalıĢdı.  Bundan  sonra  əldə  edilən  bütün  məhsul  təzə  anbarlara 

gətirilir,  onun  bir  qismi  Bab  əl-Əbvabın  sərhəd  vilayətlərinin  qazi  və  döyüĢçüləri 

arasında bölüĢdürülürdü. 

X  yüzilin  əvvəllərində  ġirvanda  baĢ   vermiĢ  bir  sıra  mühü m  hadisələr  II 

Heysəm  ibn  Məhəmmədin  oğlu  Əli  ibn  Heysəmin  hakimiyyət  dövrü  ilə  bağlıdır. 

Hic ri  300  (912)-cü  ilində  Əli  ibn  Heysəm  əl-Babın  ə miri  ilə  birlikdə  qonĢu 

ġandanın  (Dərbənddən  Ģimalda  və  ya  Ģimal-qərbdə  yaĢamıĢ  bütpərəst  xalq ın 

ərazisi) "kafirlərinə" qarĢı yürüĢ etdi, lakin məğlubiyyətə uğrayaraq əsir düĢdü. 

Təxminən 913-914-cü  illərdə ruslar AbĢeronun sahilinə və Bakıya hücum 

etdilər.  Rusların  yürüĢü  ərəfəsində  Bakı  Ģəhərilə  birgə  AbĢeron  yarımadası  ġirvan 

ərazisində  əhalinin  sıx  yaĢadığı  yerdi.  ġirvanĢahın  böyük  quru qoĢunu  olsa  da,  hərbi 

dəniz  donanması  yox  idi.  Xəzər  dənizində  ġirvanın  yalnız  ticarət  gəmiləri  üzürdü. 

Ona  görə,  rusların  hücumu  nəticəsində  "minlərlə  müsəlman  öldürüldü  və  suya 

batırıldı".  Bu  və  bundan  əvvəlki  hərbi  uğursuzluqlar  ĢirvanĢah  Əli  ibn  Heysəmin 

nüfuzuna ağır zərbə vurdu. QoĢununun xeyli hissəsinin məhvi ġirvan dövlətini zəiflətdi 

və hicri 305 (917)-ci ildə ĢirvanĢahın devrilməsi ilə nəticələndi. Layzan vilayətini idarə 

edən "layzanĢah" titullu yaxın qohumu Əbu Tahir Yəzid ibn Məhəmməd hökmdara qarĢı 

çıxaraq, onu və ailəsini qətlə yetirdi; ġirvan taxtına sahib olan Əbu Tahir Yəzid ġirvanı 




249 

 

Layzanla birlikdə öz hakimiyyəti altında birləĢdirərək "ĢirvanĢah" titulunu mənimsədi. 



Qeyd  etmək  lazımdır  ki,  LayzanĢah  hələ  bundan  əvvəl  ġirvanla  həmsərhəd 

olan Muğaniyəni (Kür çayından Ģimalda, Girdimançay, Göyçay və Türyançay çaylarının 

aĢağı  axarı  boyunca  uzanmıĢ  ərazini),  Xursanı  (ġabran  məntəqəsinə  uyğun  gəlir; 

mənbələrdə  ġirvan  hakiminin  sahil  qəsri  XurĢa,  Xurse  barədə  məlumatlar  vardır), 

Vardanı - Zədəni (Samurla Qudyalçay arasında yerləĢmiĢ Məsqətə uyğun gəlir) özünün 

Layzandakı  mülkü  ilə  birləĢdirə  bilmiĢdi.  ġirvanı  tabe  etməklə  Əbu  Tahir  ġirvanın 

sərhədlərini  cənubda  Kür  çayına,  Ģimalda  isə  Dərbəndədək  geniĢ ləndirdi. 

ġirvanĢahlar  dövlətinin  paytaxtı  ġamaxı  Əbu  Tahir  Yəzidin  adı  ilə  Yəzidiyyə 

adlandırıldı.  Bir  il  keçmiĢ,  Ģəhər bir  qədər  də  möhkəmləndirildi  və  yenidən quruldu. 

Məhz bu illərdə ġirvan əl-Babla birlikdə Cənubi Qafqazda Xilafət hakimiyyətini təmsil 

edən  Sacilərə  bac  verirdi.  928-ci  ildə  Yusif  ibn  Əbu-s-Sacın  ölümündən  sonra 

hakimiyyət onun qulamlarının əlinə keçdi. Həmin qulamlardan Muflih 932-ci ildə Salari 

nəslindən olan Deysəmin təqiblərindən qaçaraq, ĢirvanĢaha sığınmıĢ, lakin xoĢagəlməz 

hallardan ehtiyat edən ĢirvanĢah qulamı Deysəmə təslim et miĢdi. 

943-cü  ildə  ruslar  yenidən  ġirvana  hücum  etdilər.  Gü man  etmək  olar  ki, 

913-cü ildə Əli ibn Heysəmin uğradığı ağır məğlubiyyəti unutmamıĢ Əbu Tahir bu dəfə 

ruslarla döyüĢə giriĢmədi. 

Əbu Tahir Yəzidin hakimiyyəti zamanı Dərbənddə də bəzi mühüm hadisələr 

baĢ verdi: Ģəhər əhalisi öz əmirinə qarĢı üsyan edərək, onu Ģəhərdən qovdu, sonra isə 

Dərbəndi ġirvana birləĢdirmək  xahiĢilə ĢirvanĢaha müraciət etdi. ġirvanĢahlar bu Ģəhəri 

Sasani hakimiyyəti dövründən ənənəvi olaraq özlərinin irsi mülkü hesab edirdilər. Onlar 

Ģəhərə dəfələrlə hücum etmiĢ, onu ələ keçirmiĢ, Dərbəndin irsən ĢirvanĢahlara məxsus 

olduğunu  bildirmiĢdilər.  Lakin bu zaman Dərbənddə də artıq ərəb mənĢəli HaĢimilər 

sülaləsi  hakimiyyət baĢında  idi.  Əbu Tahir  Yəzid  öz oğlunu  Dərbəndə göndərdi,  lakin 

çağırılmamıĢ hakim tezliklə Ģəhərdən qovuldu. QəzəblənmiĢ Əbu Tahir Dərbəndə tərəf 

hücum edib, bu yerləri qarət etdi. 

Həmin  ildə  Salarilər  ġirvana  hücum  etdilər.  Güman  etmək  olar  ki,  onlar 

ĢirvanĢahın  ruslara  qarĢı  qeyri-fəal  hərəkətlərindən  narazı  qalmıĢ,  həmçinin  ġirvanı 

özlərinə tabe etmək fikrinə düĢmüĢdülər. MünaqiĢə Salarilərlə sülh bağlanması, əvvəllər 

Sacilərə  verildiyi  kimi  Salarilərə  də  vergi  ödənilməsi  öhdəliyinin  qəbul  edilməsi  ilə 

nəticələndi. 

337/948-ci  ildə təqribən 33 il hakimiyyət baĢında olmuĢ ĢirvanĢah  Əbu  Tahir 

Yəzid  vəfat  etdi.  Hakimiyyətə  hələ atasının sağlığında  Layzanın  və ĢirvanĢahların  irsi 

mülkü hesab edilən Təbərsəranın hakimi olan oğlu Məhəmməd ibn Yəzid gəldi. Səkkiz 

il  hakimiyyətdə  qalan  bu  ĢirvanĢah  sələflərinin  Ģima lda  yaĢayan  "kafir"  qonĢulara 

hücum  siyasətini  davam  etdirdi;  345/956-cı  ildə  o,  çiçək  xəstəliyindən  vəfat  etdi. 

Hakimiyyətə  atasının sağlığında  Layzan  vilayətinin  hakimi  olmuĢ  oğlu  Əhməd  ibn 

Məhəmməd  gəldi.  O,  qardaĢı  Heysəmin  ġirvanda  hakimiyyətə  sahib  olmaq  cəhdlərini 

müdafiə  edən  Dərbənd hakiminə  qarĢı  müharibələr apardı.  ġirvanĢah  Əhməd  25  illik 

hökmranlıqdan  sonra  370/981-ci  ildə  vəfat  etdi;  oğlu  Məhəmməd  ibn  Əhməd  ġirvan 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə