Azərbaycan diLİ VƏ tariXİ


§ 2. ġĠRVANġAH MƏZYƏDĠLƏR (YƏZĠDĠLƏR) DÖVLƏTĠ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə118/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   114   115   116   117   118   119   120   121   ...   217

246 

 

 



§ 2. ġĠRVANġAH MƏZYƏDĠLƏR (YƏZĠDĠLƏR) DÖVLƏTĠ 

 

VI yüzilin əvvəllərində alban arĢakilər sülaləsinin Sasanilər  tərəfindən ləğvi 



qədim ġirvan torpağında, ġabrançay və Gilgilçay hövzələri ərazisində "ĢirvanĢah" titullu 

hakimlərin idarə etdiyi yeni qurumun təĢəkkülü üçün zə min yaratdı.  

Tarixi  ənənə bu dövlətin  əsasının  qoyulmasını  Sasani  hökmdarı  I  ƏrdəĢirin 

(224-241),  digər  mülahizəyə  əsasən  isə  I  Xosrov  ƏnuĢirəvanın  (531-579)  adları  ilə 

bağlayır.  Ġkinci  mülahizəni  irəli sürənlər  öz  fikirlərini  I  Xosrov  ƏnuĢirəvanın  Ġran,  o 

cümlədən Azərbaycanın tərəqqisinə yardım etmiĢ imperiya miqyaslı islahatları və Ģimal 

vilayətlərinin  mühafizəsini  etibar  etdiyi  hakimlərin  təyinatı  ilə  əlaqələndirirlər.  Orta 

çağ  ərəb  müəllifləri  "Ģah"  titulu  almıĢ  həmin  hakimlər  arasında  ġirvanĢahın 

(ġiryanĢahın) da adını çəkmiĢlər. 

Sasani imperiyasının tərkibinə daxil edilmiĢ vilayət hakimlərinin "Ģah" titulunu 

daĢıması iri torpaq mülkiyyətinə malik olsalar da, Sasani ĢahənĢahından vassal asılılıqda 

olan bu feodalların müəyyən dərəcədə müstəqil olduğunu sübut edir. 

Mənbələrdə  ilkin  ĢirvanĢahların  adları  haqqında  məlu mat  yoxdur.  Lakin 

həmin mənbələrdə ilk ġirvan hakimlərinin mənĢəyi, onların I Xosrov ƏnuĢirəvan və ya 

Bəhram  Çubinlə  bağlı  nəsilləri  haqqında  məlu mat  vardır.  Mənbələrdəki  bu  və  digər 

məlu mat  ilk  ĢirvanĢahların  iran mənĢəli  o lduqlarını  iddia  etməyə,  onların  hökmdar 

nəslindən olmasa da, mütləq nəcabətli nəsildən olmasını güman etməyə də imkan verir. 

Bu, ərəb iĢğalları zamanı Dərbəndi idarə edən "Ģah" titullu Sasani hakiminin ət-Təbəri 

tərəfindən təqdim  edilən  sözləri  ilə  də  təsdiq  olunur:  "Mən  quduz  düĢmənə  və  əsli 

olmayan qaba xalqlara qarĢı durmuĢam. Nəcib və dərrakəli  Ģəxs bu cinsdən olanlara 

kömək etməz və əsli-nəcabətlilərə qarĢı onlardan kömək ummaz, çünki əsli olan, harada 

olursa olsun, yalnız əsli olana yaxındır.  Mənim  özümün nə yerli dağlılara  (kabçlılara  -

qafqazlılara),  nə  də  ermənilərə  dəxlim  yoxdur;  ...Onlar  həmin  yerlərin  ətrafında 

yaĢayanlardır, özləri də [bu yerlərdə] qəribdirlər (yəni gəlmədirlər)". 

Ət-Təbərinin  məlu matından  görünür  ki,  ġirvanın  ərəblər  tərəfindən  iĢğalı 

ərəfəsində Dərbəndi "Farsdan olan bir Ģəxs" idarə edirdi. ġəhribərəz (ġəhrivərəz, digər 

məlu mata  əsasən  ġəhriyar)  adlı  (bəlkə  də  titullu) bu  hakim  əyan  nəslindən  idi.  Hacı 

Xəlifə onu "ġirvan hökmdarı" adlandırmıĢdır. Sasani hökmdarından vassal asılılığında olan 

həmin Ģəxs  elə  ilk  ərəb hücumundan sonra yeni  iĢğalçılara hərbi yardım göstərmək və 

vergi  ödəmək  Ģərtlərilə  tabe  oldu.  Lakin  çox  keçmədən  Ģimal  sərhədlərinin 

mühafizəsində  ərəblərə  yardım  göstərməyə  razılıq  vermiĢ  ġirvanın  sərhəd  bölgələri 

əhalisi  vergidən  azad  edildilər.  Bu  imtiyaz  "evdə  qalan  və  düĢmənlə  döyüĢməyə 

getməyən" Ģəxslərə Ģamil edilmird i. 

Həmin  vaxtdan  etibarən demək  olar bütün Arran  kimi,  ġirvan  da ərəblərdən 

asılı vəziyyətə düĢdü. Onu da qeyd etməliyik ki, əgər VIII əsrin əvvəllərinədək keçmiĢ 

Sasani  ġirvanĢahlarının  varislərinə  yeni  ərəb  üsuli-idarəsində  müəyyən  vəzifələr 

(əsasən  vergi  yığıcısı)  tapĢırılırdısa,  Xilafət  hakimiyyətinin  Cənubi  Qafqazda 



247 

 

möhkəmləndiyi həmin dövrdən etibarən burada da yerli sülalələrin  nümayəndələri qəti 



surətdə  hakim  vəzifələrdən  uzaqlaĢdırıld ı,  ərəb  Arran  vilayətinin  tərkibində  olan 

ġirvan  Xilafət  mərkəzindən  təyin  olunmuĢ  caniĢinlər  tərəfindən  idarə  edilməyə 

baĢlanıldı. 

Lakin  ərəb  mənbələrindəki  məlumatlardan aydın olur  ki,  yerli  feodalların  bir 

çoxu  öz  malikanələrində yaĢamaqda  davam  edir,  Albaniyada  yerli  dövlət  hakimiyyəti 

ləğv edildikdən sonra ərəb hakiminə  tabe  olsalar  da hərə öz  mülkünü  müdafiə edirdi. 

Mənbələr  VIII  əsrin  sonunda  (798-799)  "ġirvan  məliki"  adlandırılan  bu  cür  yerli 

feodallardan  ġammax  ibn  ġücanın  adını  çəkir.  Müsəlman  imperiyasının  bütün 

ərazisində,  o  cümlədən  Arranda  yayılmıĢ  Xilafət  əleyhinə  çıxıĢlardan  istifadə  edən 

ġammax görünür, mərkəzin tabeliyindən çıxa bilmiĢ, lakin çox keçmədən "Azərbaycan, 

ġirvan  və  əl-Bab"  vilayətlərinin  yeni  hakimi  Yəzid  ibn  Məzyəd  əĢ-ġeybani 

tərəfindən devrilmiĢdi.  Yen i hakim nəinki qiyam  qaldırmıĢ əhalini sakitləĢdirə bildi, 

eləcə də Arran üzərinə növbəti hücum çəkmiĢ  xəzərləri də geri çəkilməyə məcbur etdi. 

Qaynaqdakı  məlu mata  görə,  "onun  gəliĢilə  xalq  sakitləĢdi,  ölkədə  qayda-

qanun  bərpa  olundu.  O,  nizarilərlə  yəmənilərin  (yəni,  Ərəbistanın  Ģimalından  və 

cənubundan olan,  düĢmənçilik  edən  qəbilələrin)  hüquqlarını  eyniləĢdirdi,  məliklərin  və 

batriklərin oğlanları ilə  yazıĢmalara  baĢladı,  onlarda  böyük  ümidlər  oyatdı.  Beləliklə, 

ölkə sakitləĢdi".  Yəzid  ibn Məzyəd ömrünün sonuna  - 801-ci ilədək  Bərdədə qaldı 

və bu Ģəhərdə dəfn edildi. 

Beləliklə,  eyni  bir  zamanda  Xilafətin  bütün  Qafqaz  mülklərini  idarə  edən, 

"ġirvan  məliki"  titulunu  daĢıyan  ilk  rəsmi  ġirvan  hökmdarı  ərəb  rəbia  qəbiləsinin 

Ģeyban nəslindən olan Yəzid ibn Məzyəd əĢ-ġeybani olmuĢdur. 

Yəzid  ibn  Məzyədin  oğulları  Əsəd,  Xalid  və  Məhəmmədin,  eləcə  də 

nəvələrinin fəaliyyəti Xilafətin bu bölgəsi ilə bilavasitə  bağlı olmuĢdur. Onların adına 

kəsilmiĢ  pullardan  görünür  ki,  böyük  oğlu  Əsəd  çox  güman,  802-ci  ilədək, 

Məhəmməd  isə 803-cü  ilədək burada hakimlik etmiĢlər. Məhəmməd ġamaxı qalasını 

ələ keçirmiĢ, sonralar həmin qalada onun övladları yaĢamıĢdır. 

Bu  illərdə  Xilafətin  mərkəzində  hakimiyyət  uğrunda  gedən  çəkiĢmələr 

Cənubi  Qafqazdakı hadisələrə də təsir göstərir,  burada  da  mərkəzi  hakimiyyətə  qarĢı 

hərəkat  gündən-günə  güclənir.  Bu  məqamda  Xalid  ibn  Yəzid  Xilafət  lehinə  böyük 

fəallıq nümayiĢ etdirmiĢ, təxminən 20 il ərzində (844-cü ilədək) üç dəfə Azərbaycan, 

Arran və Ərminiyə hakimi vəzifəsinə təyin olunmuĢdu. 

Əl-Yəqubinin məlumatına görə, Xalid ibn Yəzidin ölümündən sonra "ölkənin 

vəziyyəti  əvvəlkinə  nisbətən  daha  da  pisləĢdi".  Mütəğəlliblərə  qarĢı  müharibəyə 

onun  oğlu  Məhəmməd  göndərildi.  851-ci  ildə  Bab  əl-Əbvab  Ģəhəri  və  onun 

ətrafındakı  yerlər  iqta  kimi  Məhəmmədə  verild ikdən  sonra  o,  ġirvana  gələrək,  əl-

Babla qonĢuluqda yaĢayan "kafirlər" üzərinə yürüĢlər etdi. Bu yürüĢləri o, 242/856-cı 

ildə  Buğa  əl-Kəbirin  yardımı  ilə  Azərbaycan, Arran və  Ərminiyə  hakimliyinə  bərpa 

olunanadək davam etdirdi. 

Az  sonra  Məhəmməd  ibn  Xalid  ölkənin  idarəsi  iĢindən  əl  çəkərək, 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə