242
qərbdə Ani və Dvindən Ģərqdə Xəzər dənizinədək, cənubda Zəncandan Ģimalda
Dərbəndədək olan böyük bir ərazini özlərinə tabe etdilər. Bu geniĢ ərazidə o lan
vilayətlərin yerli və yerliləĢ miĢ hakimləri (ġirvan, ġəki, Xaçın, Sün ik və s.)
Sacilərə verg i ödəyirdilər.
Beləliklə, Sacilər daha zəif qonĢuların mülklərini b irləĢdirərək güclü
dövlət yaratmağa nail oldular. Ġbn Havqəlin məlu matına görə bu vilayətlərdən
vergilər alan Yusif sonrakı Salarilərdən fərqli olaraq "az ilə qənaətlənir və onlardan
yalnız hədiyyə yolu ilə verd iklərini götürürdü".
Yusif Ģimal sərhədlərin in,
xüsusilə Dərbənd keçidinin möh-
kəmləndirilməsinə böyük diqqət yetirirdi. Çünki müdaxilələr əsasən bu keçiddən
olurdu. La kin dövrün çağdaĢ müəlliflə rindən olan əl-Məsudinin mə lu matından
görünür ki, müdaxilə yalnız qurudan deyil, dəniz tərəfdən də baĢ verdi.
913-cü ilin sonunda rusların ilk yürüĢü baĢ verdi. 300 (912 -913)-cü ildən
sonra, yəni Yusif ibn Əbu-s-Sacın dövləti müstəqil idarə dövrünün baĢlanğıcında,
rusların gəmiləri Vo lqa çayı vasitəsilə Xəzər dənizinə daxil olaraq, əl-Məsudinin
məlu matına görə "Cil (Gilan), Deyləm və Təbəristana, Curcan (Girkan) sahilindəki
Abaskuna, neftverən torpağa (yəni, AbĢerona) və Azərbaycan istiqamətində olan bütün
yerlərə basqın etdilər. Azərbaycanın Ərdəbil Ģəhərindən dənizə üç günlük yoldur.
Ruslar qan tökür, qadın və uĢaqlarla istədiklərini edir, mal-dövləti çapır, basqınlar
törədir, xaraba qoyur və yandırırdılar. Bu dənizin ətrafında yaĢayan xalqlar özlərini
itirdilər, çünki əvvəllər onların üzərinə dənizdən basqın edən heç bir düĢməni
xatırlamırdılar. Dənizdə bu vaxta qədər yalnız ticarət və balıqçı gəmiləri üzürdü.
Rusların gilanlılar, deyləmlilər və Curcan sahillərindəkilərlə, eləcə də baĢda Ġbn Əbu-s-
Sac olmaqla döyüĢən Bərdə, Arran, ġirvan və Azərbaycan əhalisi ilə bir çox vuruĢması
oldu. Sonra onlar ġirvan Ģahlığının Bakuh (Bakı) adı ilə tanınmıĢ neftverən sahilinə
gəlib çıxdılar. Qarətdən qayıtdıqları vaxt, ruslar neftverən torpaqdan bir neçə rail
məsafədə olan adalarda (indiki Nargin, Pirallahı və s.) daldalan dılar. O vaxt ġirvanın
Ģahı Əli ibn əl-Heysəm idi. Əhali hazırlıq gördü, qayıqlara minib, həmin adalara sarı üzdü.
Ruslar onların qarĢısına çıxd ılar. Minlərlə müsəlman öldürüldü və dənizdə boğuldu. Ruslar
bir neçə ay bu dənizdə qaldılar, çoxlu qənimət əldə etdilər, əməllərindən usandıqda Xəzər
çayının (Volqanın) mənsəbinə tərəf yollandılar..."
Lakin rusların əsas etibarı ilə yalnız Xəzər sahili bölgələri əhatə edən bu
dağıdıcı yürüĢü Sacilərin qüdrətinə təsir göstərə bilməzdi. Çünki bu zaman Sacilər
Azərbaycanda və qonĢu vilayətlərdə öz hakimiyyətlərini kifayət dərəcədə
möhkəmləndirə bilmiĢdilər.
908-ci ildən baĢlayaraq Xilafəti xəlifə əl-Müqtədirin nüfuzlu vəziri Ġbn əl-
Furat idarə edirdi; Yusif 912-ci ilədək, yəni, vəzirin öz vəzifəsindən çıxarıldığı
vaxtadək, 120 min dinar məb ləğində illik vergini məhz ona ödəyirdi. Həmin il Ġbn əl-
Furatın vəzirlikdən çıxarılmasından və xəlifə sarayındakı hərc-mərclikdən istifadə edən
Yusif verginin ödənilməsini dayandırır. Beləliklə, Yusifin əlində böyük sərvət toplanır,
onun qüdrəti artır. Bu isə Yusifi mərkəzi hakimiyyətlə üzülüĢməyə, bir qədər sonra isə
243
Xilafətə qarĢı qoĢun çıxarmağa sövq edir.
Öz vəzifəsindən cəmi bir neçə il uzaqlaĢdırılmıĢ Ġbn əl-Furatın yerini az sonra
fitnə-fəsad qurbanı olaraq həbs edilmiĢ Əli ibn Ġsa tutdu. Yusif vəzirin ona xəlifə ə l-
Müqtədirin fərmanını təqdim etməsi, həmin fərmana əsasən Rey, Qəzvin, Əbhər və
Zəncan vilayətlərində hərbi iĢlər üzrə amil vəzifəsinin ona tapĢırılması Ģayiəsini
yayır. O zaman Rey i Xorasan hakimi Nəsr ibn Əh məd əs -Səmanin in adından
Xilafətdən ayrılmıĢ Məhəmməd ibn Əli Səluq adlı b irisi idarə edirdi. O , Reyə
hücum edən Yusifın qoĢunları qarĢısında dayana bilməyərək, Ģəhəri təslim etdi.
Reydən baĢqa Zəncanı, Əbhəri və Qə zvin i ələ keç irmiĢ Yusif ona tabe ərazini Əli
ibn Ġsanın təqdim etdiyi xəlifə fərman ına əsasən geniĢləndirdiyini xəlifəyə bildirdi.
Lakin hələ də həbsdə saxlanılan Əli ibn Ġsa özünün baĢ vermiĢ hadisədə heç bir
iĢtirakı olmadığı haqqında məlu mat verdi. Xəlifə, Xaqan əl-Müflihi baĢda olmaqla
20 minlik ordusunu Yusifə qarĢı göndərdi. BaĢqa əmirlərin də xəl ifə ordusuna
kö mək göstərməsinə baxmayaraq, Yusifin 7 minlik ordusu zəfər qazandı.
Xəlifə ordusunun məğlubiyyət xəbəri Bağdada çatanda Yusifə qarĢı əl-
Müflih inin nəvəsi Munis göndərildi. O, babasının dərbədər düĢmüĢ döyüĢçülərini
bir yerə yığaraq, xəlifənin baĢqa sərkərdələri ilə birgə Yusifin üzə rinə hücum
etmək üçün Rey yaxınlığında qərarlaĢdı və Yusifə təslim olmaq təklifini göndərdi.
Xəlifəyə göndərdiyi məktubunda Yusif öz itaətini bildirir, lakin ildə 700 min dinar
məb ləğində vergi müqabilində sahib olduğu mü lklərin onun əlində saxlan masını
xahiĢ edir. Yen idən vəzir vəzifəsini tutmuĢ Ġbn əl-Furat Yusifin xah iĢini yerinə
yetirmək istəyirsə də, hacib və baĢqa saray əyanlarının təhrik etdiyi xə lifə hə min
xahiĢi rədd edir. Yusifin Bağdada gəlməsi tələb olunur. Təhlükəni hiss edən Yusif
Rey əhalisindən illik vergin i yığaraq A zərbaycana qayıdır. A z vaxtdan sonra o,
Sərabda xəlifənin qoĢunlarına hücum edərək, on ları darmadağın ed ir.
919-cu ildə Ərdəbil ya xın lığ ında son döyüĢ baĢ verdi. DöyüĢ zamanı
Yusifin qoĢunları geri çəkildi. Yusif əsir düĢərək Bağdada aparıldı və qaladakı
həbsxanaya salındı. Sacilərin keçmiĢ mü lklərinə yeni ha kimlər göndərildi. Əli ibn
Vahsudan Zəncan, Qəzvin, Əbhər, Rey və Dunbavənd nahiyələrin in, Əh məd ibn
Əli isə Ġsfahan, Qu m, KaĢan və Savənin valisi təyin edildilər.
Munis Azərbaycanı tərk edən kimi Yusifin sala mat qalmıĢ tərəfdarlarını
baĢına yığıb, Ərdəbildə möhkəmlənə bilmiĢ qulamı Subuk ölkənin idarəsin i əlinə
alır. Xəlifə, Məhəmməd ibn Abdullah əl-Fariqini Azərbaycana hakim təyin edib, onu
qoĢunla Subukun üzərinə göndərir. Lakin xəlifə ordusu darmadağın edilir. Tam hüquqlu
hakimə çevrilmiĢ Subuk xəzinəyə ildə 220 min dinar vergi vermək Ģərtilə hakimiyyətinin
xəlifə tərəfindən tanınmağına nail olur.
Öz ağası Yusif kimi müstəqil siyasət yürüdən Subuk "Ermənistan ĢahənĢahı"
kimi tanıdığı erməni hökmdarı II AĢotla yaxınlaĢaraq, onun simasında müttəfiq əldə
edir. Onlar Dvinə hücum etmiĢ Bizans qoĢunlarına qarĢı birgə çıxaraq, rəqibi geri
çəkilməyə məcbur edirlər.
Azərbaycanın və baĢqa Qafqaz vilayətlərinin Xilafətdən qəti ayrılmasına