258
mühafizəçiləri kimi baxılsa da, ailə ənənələrinə görə onlar artıq yerli qəbilələrarası
siyasətə qatılmıĢdılar. HaĢimin özü əldə etdiyi hakimiyyətinə görə onu dəs təkləyən
və ya seçilməsinə razılıq verən həmvətənlərinə borclu idi; bu vəziyyəti onu ictimai
iĢlərin həllində məsləhət ald ığı ağs aqqal və rəislərdən asılı vəziyyətə salırd ı".
ġəhərin yüksək feodal dairələrin in yardımı və razılığı sayəsində
hakimiyyətə gəlmiĢ müstəqil Dərbənd hakimi bu hakimiyyətin irsən onun
övladlarına keçməsi hüququnu da təmin edə bilmiĢdi. Ġtaətə gəlməyən xristian və
bütpərəst tayfaların əhatəsində yaĢayan bu Ģəhər-dövlətin ərazisi Ģəhərin
divarlarından çox da uzaqlaĢ mırdı. Bu ərazin i yalnız d ivarlardan cənubda yerləĢən
torpaqlar hesabına, Xəzər sahili boyunca geniĢləndirmək olardı. Lakin bu məhsuldar
torpaq zolağı ĢirvanĢahları çoxdan özünə cəlb edirdi. Vaxtilə ulu babalarına iqta payı
kimi verilmiĢ Dərbəndi özlərinin qanuni mülkü sayan ĢirvanĢahlar, HaĢimilər üçün daimi
təhlükə olmuĢdular.
Lakin Ģimaldan baĢ verən hücumlara sipər olan ən yaxın qonĢusu ilə
münasibətləri pisləĢdirmək ġirvan üçün heç də həmiĢə sərfəli deyildi. Elə buna görə də
ĢirvanĢah Heysəm ibn Məhəmməd ibn Heysəm bir neçə kənddən əldə edilən məhsulu bu
məqsəd üçün nəzərdə tutulmuĢ xüsusi anbarlara dolduraraq, bu məhsulun Dərbəndin
sərhəd zonada yaĢayan əhalisi arasında bölüĢdürülməsinə qərar vermiĢdi. Təbiidir ki,
dərbəndliləri yedizdirən bu anbarlar onlan ġirvandan müəyyən qədər asılı vəziyyətə
salmıĢdı.
Bununla belə müsəlman torpaqlarının sərhədyanı zonasının mühafizəsini öz
üzərinə götürən Dərbənd əmiri bütün ətraf bölgəni öz nəzarəti altında saxlamağa çalıĢırdı.
Özünün 16 illik hakimiyyəti dövründə əmir HaĢim qonĢu Sərir torpaqlarına dəfələrlə
uğurlu yürüĢlər etmiĢdi. Belə yürüĢlərdə əsas hərbi qüvvəni əmirin qulam adlandırılan
Ģəxsi mühafızəçiləri, din yolunda vuruĢan könüllülər, eləcə də gəlmələr, muzdlu lar və
b. təĢkil edird i. Əmirlərin daha çox etibar etdikləri qulamlar xüsusilə təhlükəli
tapĢırıqların yerinə yetirilməsində istifadə olunurdular.
Əmir HaĢimin ölümündən sonra hakimiyyət əvvəlcə onun cəmi bir il
hakimiyyətdə qalan oğlu Ömərə, ondan sonra isə atasının qonĢu xristian və
bütpərəstlər əleyhinə yönəldilmiĢ siyasətini davam etdirən o biri oğlu Məhəmmədə
keçdi. Əmir Məhəmməd 30 ildən artıq davam edən hakimiyyəti dövründə qonĢu ġəndan
ərazisinə bir neçə dəfə yürüĢ etdi. Türk tarixçisi MünəccimbaĢının məlumatına görə, bu yerin
bütpərəst əhalisi "müsəlmanların qatı düĢməni" idi (XI-XII əsrlərdən sonra "ġəndan" adının
izləri itir; artıq sonrakı əsrlərdə qaynaqlar onun yerində aşkucan və ya aşkuca xalqının
adını çəkir. V. F. Minorskinin tədqiqatına görə, bu xalq coğrafi baxımdan, Ģübhəsiz,
Dağıstanda olan indiki "AkuĢa"ya uyğun gəlir). ġəndan üzərinə ilk hücum 886-cı ildə baĢ
verdi. Bu hücum nəticəsində Dərbənd əmiri ġəndana məxsus iki kəndi ələ keçirdi.
Hələ IX əsrin 80-ci illərinin əvvəllərində həyati əhəmiyyətə malik Ģimal
sərhədlərinin mühafizəsi üçün xəlifə xüsusi fərman vermiĢdi. Bu fərmana görə, Bakı
neft mədənlərindən və duz yataqlarından əldə edilən gəlir əsas vəzifələri sərhədi
qorumaq olan dərbəndlilərə verilirdi. Dərbənd döyüĢçüləri arasında bu gəliri xüsusi
259
təyin olunmuĢ Ģəxs - nazir (yəni "nəzarətçi") bölüĢdürməli id i. X əsrin əvvəllərində
yeni nəzarətçi gəlirləri mənimsədi və hətta ġabran ətrafında Dərbəndə məxsus iki kəndi
də ələ keçirdi. Maliyyə yardımından məhrum olmuĢ dərbəndlilər dolanmaq üçün ticarətə
qurĢandılar və özlərinin hərbi mükəlləfiyyətlərinə laqeydlik göstərdilər.
YaranmıĢ vəziyyətdən istifadə edən, öz əski qüdrətlərini hələ itirməmiĢ,
ġəndan və Səririn müttəfiqi olan xəzərlər Dərbəndə yürüĢ etdilər, lakin əmir
Məhəmmədin hərbi qüvvələrinin təzyiqi ilə geri oturduruldular.
Bu hadisədən sonra təyin olunmuĢ yeni nəzarətçi Bakı neftin dən və duzdan
əldə edilən illik gəliri yenidən sərhəd bölgəsinin mühafizəçiləri arasında
bölüĢdürməyə baĢladı.
905-ci ildə əmir Məhəmməd a lanlar və xəzə rlərlə müttəfiqlik edən, Ģəraitdən
asılı olaraq ġirvan və Dərbəndin müsəlmanları ilə xoĢ münasibətlər saxlayan Sərir
hakimi Bu xtyiĢu ilə danıĢıqlara baĢlamağa cəhd göstərdi. Bu danıĢıqlar zamanı Sərir
hakimi onun görüĢünə gəlmiĢ Dərbənd əmirini, habelə danıĢıqlarda iĢtirak edən on rəisi
nəzarət altına aldırır, lakin tezliklə onları azad etdirməli olur. Gü man etmək olar ki,
Sərir hakimini bu hərəkətə onun müttəfiqi Xəzər xaqanı təhrik etmiĢdi.
Bu hadisədən sonra, müsəlman ġirvanı ilə daha möhkəm əlaqələr
yaradılmasının zəruriliyini dərk edən əmir Məhəmməd itaətə gəlməyən ġəndan üzərinə
hücum etmək haqqında ĢirvanĢah Əli ibn Heysəmlə razılığa gəlir.
909-cu ildə ġirvan və Dərbəndin birləĢmiĢ qoĢunları ġəndan üzərinə yeni
hücuma keçirlər, lakin üçlüyün (ġəndan, Sərir və Xəzər xaqanlığı) hərbi qüvvələri
tərəfindən məğlubiyyətə uğradılırlar. Əmirləri ilə birlikdə on min Ģirvanlı və dərbəndli
düĢmənlərə əsir düĢür. Sərir hakiminin ixtiyarına verilmiĢ əsirlər yalnız üç aydan sonra
azad olunurlar. ġirvan və Dərbənd hakimləri də bu əsirlər arasında idilər.
915-c i ildə ə mir Məhəmməd vəfat etdikdən sonra HaĢimin üçüncü oğlu
Əbdülməlik Dərbənddə hakimiyyət baĢına gəldi. Onun gəliĢi ilə HaĢimilər sülaləsi
daxilində çəkiĢmələr baĢlandı. Mərhum əmir Məhəmmədin oğlu Əbunnəcm əmisinin
əleyhinə üsyan qaldırdı və Dərbənd əhalisinin köməyi ilə hakimiyyəti ələ keçirdi.
Əbdülməlik ġəndan hakimin in mülklərində sığınmağa cəhd göstərdi. Lakin güman
etmək olar ki, o, ġəndan hakimindən yardım ala bilməmiĢdi. Elə həmin il Əbunnəcm
ĢirvanĢahların Təbərsəran mülkünə uğursuz hücum etdi.
Əbunnəcmin fəaliyyəti nəticəsində Dərbənd əmirliyində yaranmıĢ siyasi
gərginlik əmir Əbdülməliki o dövrdə Xilafətin Qafqaz bölgəsi üzrə caniĢini olan
Azərbaycan hakimi Yusif ibn Əbu-s-Sacdan yardım istəməyə vadar etdi. Yusif, əmir
Əbdülməliki Dərbənd hakimi vəzifəsinə təsdiq edərək, onun ixtiyarına 6 min döyüĢçü
göndərdi. Əbdülməlik bu qoĢunun köməyi ilə Dərbənddə itirdiyi hakimiyyətini bərpa
etdi. Dərbənd əmirinin süzereninə çevrilmiĢ Yusif özü Dərbəndə gəldi və Ģəhərin qala
divarlarının bərpasına baĢçılıq etdi.
Yusif Sacinin simasında güclü hami tapmıĢ Əbdülməlik qardaĢı oğlu ilə
hesablaĢmaq qərarına gəlir və bu niyyətlə Əbunnəcmin sığındığı ġabran civarına yollanır.
Bu hücum haqqında qabaqcadan xəbər tutan rəqib baĢqa yolla Dərbəndə girərək,